DöVLƏTƏ bağliliğin əHƏMİYYƏTİ harun yəhya



Yüklə 169,99 Kb.

tarix08.09.2018
ölçüsü169,99 Kb.




DÖVLƏTƏ

BAĞLILIĞIN

ƏHƏMİYYƏTİ

HARUN YƏHYA


İÇİNDƏKİLƏR

  

Niyə dövlət haqqında

  bir kitabça?                                            5 

  Dövlət nədir?                                      8

 Azərbaycan Respublikasının

 dövlət quruluşunun xüsusiyyətləri     21 

Problemlərin dövlətə

 bağlılıqla həlli                                     27

 Dövlətə bağlılıq və əxlaq                    30


5

İYƏ DÖVLƏT

HAQQINDA BİR KİTABÇA?

D

övlət  sisteminin  əhəmiyyətini,  vəzifələrini  və  ya 



funksiyalarını  açıqlayan  kitablar,  ümumiyyətlə, 

siyasət elmləri kitablarıdır. Bu kitabların əksəriyyəti 

tələbələrə  məlumat  vermək  məqsədi  daşıyır.  Amma 

əlinizdəki  bu  kitabça  bunlardan  fərqlidir.  Çünki  əsas 

məqsədi cəmiyyətdə bir qisim “dövlət əleyhinə” cərəyan 

və  ya  fikirlərin  yanlışlıq  içində  olduqlarını  göstərmək 

və  millətimizin  hər  üzvünü  dövlətinə  sahib  çıxmağa 

çağırmaqdır. 

Haqqında  danışdığımız  dövlət  əleyhinə  cərəyan  və 

ya  fikirlər  müxtəlif  qaynaqlardan  gəlir.  Bu  qaynaqların 

başında marksist ideologiya durur. Bu ideologiyaya bağlı 

olanlar  dövlətin  zərərli  bir  qurum  olduğuna  kor-koranə 

inanıblar. Buna görə, dövlət və dövləti təmsil edən hər cür 

simvola qarşı düşmən mövqeyindədirlər. Bu düşmənçilik 

bəzən zorakılığa da çevrilir və sol terror təşkilatlarını əmələ 

gətirir.


Digər tərəfdən, marksist ideologiyadan çox təsirlənmiş 

bir  qrup  ziyalılar  bu  gün  marksizmi  tərk  etdiklərini 

söyləsələr də, buna bənzər bir yolu davam etdirirlər. Həmin 

ziyalılar,  ümumiyyətlə,  “68  nəsli”  kimi  tanınan  solçu 

hərəkatın  bugünkü  nümayəndələridir.  Keçmiş  marksist 

N



6

dövrlərin  bitdiyini  və  hətta  liberal  olduqlarını  desələr 

də,  marksizmin  dövləti  düşmən  kimi  göstərən  təlqinlərinin 

təsirlərini hələ də daşıyırlar. 

Bu marksist mənşəli ziyalılara paralel olaraq cəmiyyətdəki 

bəzi sektorlar demokratiya anlayışını səhv anlayaraq dövlətə 

qarşı  çıxırlar.  Demokratiyanın  yalnız  dövlətin  zəiflədiyi 

təqdirdə mümkün olacağı kimi yanlış fikrə düşüblər. Bu yanlış 

fikrin təsiri ilə hər cür dövlət təşkilatını hədəf seçir, dövlətin 

cəmiyyətin  faydası  üçün  tətbiq  etdiyi  siyasəti  gözü  bağlı 

şəkildə tənqid edirlər. 

Mövzunun qəribə bir cəhəti də kökündə sol ideologiyanın 

yer  aldığı  bütün  bu  dövlət  əleyhinə  olan  ifadələrin  bir  qrup 

mühafizəkar  dairələrə  zaman  keçdikcə  təsir  etməsidir.  Bu 

dairələr  dövlətin  təhlükəsizliyi,  rifahı  və  birliyi  üçün  tətbiq 

edilən  bəzi  sosial  siyasətin  dinə  qarşı  olduğunu  zənn  edir 

və  sonra  da  bu  zənn  səbəbindən  dövlətə  qarşı  cəbhə  alırlar. 

Halbuki  müstəqil  Azərbaycan  dövləti  heç  vaxt  dinə  qarşı 

siyasət aparmamış, əksinə, ulu öndər Heydər Əliyevin: “Heç 

vaxt  imanımızdan,  dinimizdən  uzaqlaşmayacağıq  və  bu 

mənəvi  mənbələrimizdən  istifadə  edərək  gələcəyimizi 

quracağıq!” -sözünə qüvvət olaraq həmişə mənəvi dəyərlərin 

qorunmasının Azərbaycan dövlətinin mövcudluğunu əsas şərti 

olduğu düşüncəsi ilə hərəkət etmişdir. Belə ki, cəmiyyətimizin 

mənəvi dəyərlərə ən çox bağlı olan qurumları tarixdə həmişə 

dövlətə ən çox sədaqət göstərən qurumlar olmuşdur. 

Nəticə etibarilə, bu kitabçada dövlətə qarşı çıxan qurumların 

yanlış  yolda  olduqları  və  millətimizin  gələcəyi  üçün  güclü 

və  təsirli  dövlət  quruluşunun  zəruriliyindən  bəhs  edəcəyik. 

Vətənini  və  millətini  sevən  hər  kəs  bu  həqiqət  üzərində 

düşünməli və siyasi düşüncələrini buna görə tənzimləməlidir. 




7

“Azərbaycan  müstəqil  dövlətdir.  Azərbaycanın  dövlət 

müstəqilliyi  tarixi  hadisədir,  Azərbaycan  xalqının  tarixi 

nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, 

əbədidir  və  bizim  borcumuz  dövlət  müstəqilliyini,  əldə 

etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim 

borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək 

nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan 

ibarətdir”.

HEYDƏR ƏLİYEV


8

ÖVLƏT NƏDİR?

“İndi  şükürlər  olsun  ki,  Azərbaycan  müstəqil  bir 

dövlətdir.  Dünyanın  hansı  ölkəsində,  hansı  yerində 

yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss 

etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır”.

HEYDƏR ƏLİYEV

D

övlət  ortaq  həyat  və  mədəniyyəti  paylaşan  bir 



cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə 

təhlükəsizlik, sülh və rifah təmin etmə məqsədini 

daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu 

qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi 

güclərə sahib olan quruluşdur.

Dövlət, tarixin məlum olan ən qədim cəmiyyətlərindən 

indiyə  kimi  həmişə  var  olmuşdur.  Marksistlər  ortaya 

atdıqları  xəyali  “mədəni  təkamül”  ssenarisi  daxilində 

dövlətin  sonradan  ortaya  çıxan  bir  mexanizm  olduğunu 

iddia edirlər. İlk cəmiyyətlərdə dövlət və ya dövlətə bənzər 

bir  qurumun  olmadığını,  “kommunal”  həyat  tərzinin 

mövcudluğunu irəli sürürlər. Halbuki  heç bir tarixi və ya 



D


9

arxeoloji tapıntı bu iddianı təsdiq etmir. Əksinə, haqqında 

məlumatımız  olan  ən  qədim  mədəniyyətlərin  hamısında 

güclü dövlət mexanizmlərinin mövcud olduğu məlumdur. 

Buna  görə  də  dövlət  quruluşunun  insanlıq  tarixi  ilə  bir 

yaşda olduğunu söyləmək mümkündür.

Bu, əslində insanın yaradılışının təbii  nəticəsidir. İnsan 

yaradılışının tələbi olaraq “doğru” və “yanlış” anlayışlarına 

malik olmaqla doğrunu öyrənmək və bu doğruya uyğun 

şəkildə  yaşamaq  istəyir.  Yanlışı  tətbiq  edənlərin  isə 

dayandırılmasını,  onlara  mane  olmağı  arzu  edir.  Buna 

görə də insanlara doğrunu göstərən bəzi qanunlar qəbul 

edən və bu qanunlara tabe olmağı təmin edən bir nüfuzun 

varlığı zəruridir. 

Belə  ki,  cəmiyyətlərin  quruluşu  düşünüldüyündə 

dövlətin nə qədər əhəmiyyətli olduğu asanlıqla görünür. 

Bir  cəmiyyətdə  sülh  və  əsayişi  təmin  edən,  zərərli 

davranışları qanunla qadağan edən, bu qanunlara da tabe 

olmağı məcbur edən yeganə güc dövlətdir. Buna paralel 

olaraq,  dövrümüzdəki  cəmiyyətlərin      sağlamlıq,  təhsil, 

milli təhlükəsizlik, infrastruktur kimi xidmətlərin də yalnız 

dövlət tərəfindən qarşılana biləcəyi aydındır. 

Bunları  ətraflı  şəkildə  araşdıracağıq.  Bunun  üçün 

əvvəlcə, dövlətin varlığına qarşı çıxan ən əhəmiyyətli siyasi 

ideologiya olan anarxizmin yanlışlıqlarına nəzər yetirək.

Anarxizmin yanlışlığı

Anarxizm sol ideologiyaların ən marjinalı kimi qəbul 

edilir. Anarxizm yunan sözü olub “özbaşınalıq” deməkdir. 

Bu  ideologiyanın  tərəfdarları  dövlətin  cəmiyyətə  zərər 

verən bir qurum olduğunu iddia etmiş və insanların azadlıq 

və sülhə qovuşması üçün dövlətin ortadan qaldırılmasının 

lazım olduğunu müdafiə etmişlər. Dövlətlə yanaşı, dinə də 

qarşı çıxmış və dinin məhv edilməsinə çalışmışlar. Fransa 




10

inqilabından  sonra  ortaya  çıxan  bu  ideologiya  xüsusilə 

19-cu əsrdə məşhurlaşmış, Rusiyada Bolşevik inqilabının 

(1917) hazırlanmasında da rol oynamışdır.

Əvvəlcə, anarxizmin tamamilə xəyali və həqiqətlərdən 

uzaq  fikir  olduğuna  diqqət  yetirmək  lazımdır.  Çünki 

dünyanın heç bir ölkəsində heç bir zaman bu ideologiya 

tətbiq  olunmayıb.  Heç  bir  zaman  dövlətin  ləğv  edilib 

anarxist    cəmiyyətin  qurulması  hadisəsi  baş  verməyib. 

Yalnız  bəzi  böhran  zamanlarında  dövlətlərin  nüfuzu 

zəifləmiş, bunun  nəticəsində isə cəmiyyətə  sülh  və rifah 

deyil, əksinə yalnız çəkişmə, qarşıdurma və talan gəlmişdir. 

Başqa cür mümkün də deyil. Çünki dövlətin olmadığı 

şəraitdə cəmiyyətin öz-özünü təşkil edərək asayiş və sabitlik 

meydana gətirməsi qeyri-mümkündür. Dövlətin olmadığı 

bir mühitdə qanunlar da olmaz. Bu halda “cinayət” anlayışı 

ortadan  qalxar  və hər  kəs  istədiyi  hərəkəti rahat  şəkildə 

edə bilər. İstəyən hər kəs başqasının malına və ya canına 

qəsd  etdiyində  bu  cinayəti  “cinayət”  olaraq  müəyyən 

edən və mane olan bir nüfuzun olmadığı üçün qarşısında 

heç bir maneə görməz. Oğrular istədikləri malı oğurlayar, 

qatillər istədiklərini öldürər, onları dayandıran polis və ya 

mühakimə edən məhkəmə olmaz. 

Belə bir cəmiyyət isə meşə qanunlarının hakim olduğu 

“sürü”yə  çevrilər.  İnsanların  dincliyinin,  şəxsiyyət  və 

mülkiyyət  toxunulmazlığının  olmadığı  bu  sürü  əslində 

“insan cəmiyyəti”ndən çox heyvan dəstələri kimi yaşayar. 

Maraqlısı budur ki, bu nəticə anarxistlərin fəlsəfəsinə tam 

uyğundur.  Çünki  anarxistlər  də  eynilə  marksistlər  kimi 

Darvinin ortaya atdığı “insanın təkamülü” nağılına inanır 

və  dolayısilə,  insanı  “inkişaf  etmiş  heyvan  növü”  kimi 

qəbul edirlər. 

Ancaq  tarix  anarxizmin  tamamilə  yanlış  bir  fəlsəfə 

olduğunu saysız misallarla sübut edir. Anarxistlər dövlətin 

aradan götürülməsinin sülh və rifaha gətirəcəyinə inanırlar. 



11

Halbuki siyasi tarixə nəzər yetirdikdə dövlət hakimiyyətinin 

ortadan qalxdığı hər dövrdə qanlı xaos mühitinin olduğu 

görünür. Orta əsrlər boyu siyasi nüfuzun ortadan qalxdığı 

dövrlər həmişə qarət, talan və qırğın dövrləri olmuşdur. 

Anarxizmin  çıxış  nöqtəsi  sayılan  Fransa  inqilabı  tarixin 

ən qanlı siyasi hərəkatlarından biridir. Fransa inqilabında, 

xüsusilə  də  inqilabın  “Terror  dövrü”  olaraq  tanınan 

mərhələsində  on  minlərlə  insan  edam  edilmiş,  inqilabın 

Robespyer kimi öndə gələnləri də daxil olmaqla, bir çox 

insan  gilyotinə  göndərilmişdir.  İnqilabdan  sonra  Fransa 

on  beş  ildən  çox  müddətdə  hüzura  qovuşa  bilməmişdir. 

Nizam və təhlükəsizliyin yenidən təmin edilməsi isə inqilab 

dövrünün sona çatması və Napoleonun mütləq iqtidarının 

qurulması  ilə,  yəni  dövlətin  yenidən  təsis  edilməsi  ilə 

mümkün olmuşdur. Bu hal tarixin hər dövründə eynidir. 

Dövlət  əleyhində  edilən  hər  cür  “inqilab”  inqilabçıların 

buna  başladıqları  vaxt  ortaya  atdıqları  bəzəkli  şüarların 

əksinə, qan, kədər və gözyaşı gətirir. 

Beləliklə, anarxizmin böyük yanlışlıq olduğunu ifadə 

etdikdən sonra dövlətin zəruriliyini fərqli istiqamətlərdən 

araşdıraq.



Dövlət və milli müdafiə 

Dünyada  yaşayan  insanlar  müəyyən  birliklərin  

üzvüdürlər. Bunların ən əsası ailədir. Daha sonra qismən 

zəif olan qonşuluq, nəsil, həmyerlilik və etnik mənşə kimi 

əlaqələr var. Ancaq bütün bu mənsubiyyətlərin, xüsusilə 

siyasi yöndən ən əhəmiyyətlisi milli mənsubiyyətdir. Başqa 

ifadə  ilə  desək,  insanın  hansı  millətdən  olduğu  sualıdır. 

Çünki dünyadakı siyasi nüfuzlar (dövlətlər) millətinə görə 

bir-birindən  ayrılırlar. Almaniya  alman  millətinin  ölkəsi, 

Fransa  fransızların,  Azərbaycan  isə  azərbaycanlıların 

yurdudur. 



12

Dünyadakı  siyasi  rəqabət  və  qarşıdurmalar  da  milli 

əsasaslar  üzərində  inkişaf  edir.  Eyni  vəziyyət  siyasətin 

davamı  sayılan  müharibə  üçün  də  etibarlıdır.  Almaniya 

alman  millətini  dünyaya  hakim  etmək  xülyası  ilə  İkinci 

dünya müharibəsini başlatmışdır. 

Dünyanın  bu  şəkildə,  yəni  ölkələr  arası  siyasi 

balanslara  əsasən  qurulması  hər  insanı  yaşadığı  ölkənin 

mənfəətlərinə  görə  düşünməyə  məcbur  edir.  Heç  kim: 

“Əsas mən, şirkətim və ailəmdir. Yerdə qalan əhəmiyyətli 

deyil”, -deyə bilməz. Çünki ailəsinin və özünün gələcəyi 

yaşadığı  ölkənin  gələcəyinə  bağlıdır.  Əgər  düşmən  ölkə 

yaşadığı ölkəni işğal etsə, özü, şirkəti və ailəsi də bundan 

böyük  zərər  görər.  O,  yaşadığı  ölkənin  vətəndaşıdır  və 

ölkəsinin  gücünə,  müstəqilliyinə  mütləq  tərəfdar  olmaq 

məcburiyyətindədir.

Dövlətin nə qədər zəruri bir qurum olduğu da burda 

açıq şəkildə bəlli olur. Çünki bir ölkənin mövcudluğunu 

qoruyan  yeganə  quruluş  dövlətdir.  Ölkənin  milli 

təhlükəsizliyindən  məsul  olan  yeganə  nüfuz  odur.  Milli 

müdafiə  üçün  ordu  yaradan,  bu  orduya  dəstək  olan  və 

gücləndirən  quruluş  dövlətdir.  Əlbəttə,  heç  bir  xüsusi 

qurum və ya qeyri-hökumət təşkilatı qətiyyən belə bir rol 

oynaya bilməz.  

Buna  görə,  ölkədə  yaşayan  hər  bir  vətəndaş 

dövlətinin güclənməsinə və yüksəlməsinə tərəfdar olmaq 

məcburiyyətindədir.  Dövləti  zəiflədən  hərəkətlərə  yol 

verən  hər  kəs  özünün,  ailəsinin  və  sevdiyi  hər  kəsin 

əleyhində hərəkət etmiş olar. Əgər başqa dövlətə xidmət 

etməyi hədəf tutarsa, onda adı “vətən xaini” olar.




13

Fransada 

inqilabdan 

sonra on beş 

ildən artıq 

davam edən  

sabitliksizlik 

dövrü 

yaşanmışdır.

Bolşevik inqilabında Rusiya


14

Dövlət və ictimai təhlükəsizlik

Güclü  bir  dövlətin  varlığı  yalnız  milli  müdafiə  üçün 

deyil,  eyni  zamanda  ölkənin  daxilində  təhlükəsizlik  və 

dincliyin təşkili üçün də zəruridir. 

Anarxizmin  yanlışlığından  danışarkən  dövlətin 

zəiflədiyi  bir  mühitdə  hər  cür  cinayətin  asanlıqla 

törədildiyini, “cinayət”i müəyyən edən və ona mane olan 

nüfuzun olmadığını söyləmişdik. Bu mövzunu bir az daha 

açıqlaya bilərik. 

Dövlətin  nüfuzunu  itirdiyi  və  bunun  nəticəsində 

təhlükəsizliyin olmadığı bir mühit təsəvvür edək. Belə bir 

mühit cinayətkarların hər cür cinayəti asanlıqla törətdiyi, 

vicdanlı  vətəndaşların  isə  hər  cür  təcavüzün  hədəfinə 

çevrildiyi qorxunc bir cəmiyyət quruluşu meydana gətirər. 

Belə olduğu təqdirdə böyük ehtimalla təhlükəsizliyi təmin 

etmək  üçün  dövlətin  yerinə  “xüsusi  sektor”a  müraciət 

edilər, yəni mafiyaya bənzər şəbəkələr meydana gələr və 

vətəndaşlar onlara pul ödəməklə təhlükəsizlik əldə etməyə 

çalışarlar. Ancaq bu mafiyaya bənzər şəbəkələrin özbaşına 

və cinayətə meyilli insanlardan meydana gəlməsi mütləqdir. 

Bir  müddət  sonra  bu  təşkilatlanmalar  vətəndaşlara  qarşı 

təcavüzə başlayar və bu şəbəkələrin arasında qarşıdurma 

və daxili hesablaşmalar başlayar. 

Polisin  olmaması  hüquq  mühafizə  orqanlarının 

süqutu  deməkdir.  Dövlətin  nüfuzu  olmasa,  məhkəmələr 

olmaz, prokuror və hakimlər fəaliyyət göstərməz. Belə bir 

vəziyyətdə cəmiyyətdəki heç bir hüquqi anlaşılmazlıq həll 

edilməz. Ədalətlə hökm edən və bu hökmü icra edən bir 

mexanizm olmadığı üçün hər cür haqsızlıq, haqqa təcavüz 

və sui-istifadə asanlıqla tətbiq olunar. Əgər yenə “xüsusi 

sektor”lar    vasitəsi  ilə  məhkəmələr  qurulsa  belə,  onların 



15

mafiyaya bənzər mexanizmlər olacağı, özlərinə daha çox 

pul  verən  tərəfi  haqlı  çıxarmağa  çalışacağı  məlumdur. 

Çünki  xüsusi  sektorların  əsas  məqsədi  qazanc  əldə 

etməkdir.  Buna  görə  də  özlərinə  daha  çox  qazanc  təmin 

edən vasitələri tətbiq etməyə çalışarlar. 

Nəticədə  dövlətin  nüfuzunun  zəifləməsinin  ictimai 

təhlükəsizliyi, nizamı, sülh və əmin-amanlığı tamamilə 

yox  edəcəyi  aydındır.  Belə  bir  vəziyyətdə  ölkədə  xaos 

mühiti olar.



Dövlətin ictimai həyatdakı müstəsna rolu

Güclü dövlət yalnız təhlükəsizliyin deyil, cəmiyyətin 

ümumi  rifahının  təmin  edilməsi  üçün  də  zəruridir. 

Buna  nümunə  olaraq  iki  sahəni  nəzərdən  keçirə  bilərik: 



sağlamlıq və təhsil.

Xəstələrin  müalicəsini  öz  üzərinə  götürən  qurumlar 

xəstəxanalardır.  Bir  cəmiyyətin  sağlamlıq  probleminin 

həll olunması üçün mütləq dövlət xəstəxanaları mövcud 

olmalıdır.  Əlbəttə,  dövrümüzdə  xüsusi  sektorlar 

tərəfindən açılan çoxlu sayda xəstəxanalar da var. Ancaq 

bir  məsələyə  diqqət  yetirmək  lazımdır:  xüsusi  sektorlar 

həmişə qazanc əldə etmək məqsədi daşıyırlar. Dolayısilə, 

xüsusi sektorların bütün cəmiyyətin sağlamlıq problemini 

həll etməsi qeyri-mümkündür. Az təminatlı ailələr heç vaxt 

xüsusi  xəstəxanalardan  faydalana  bilməzlər  və  mütləq 

dövlətin qurduğu və özlərinə kömək edəcək xəstəxanalara 

ehtiyac duyarlar. Bundan başqa, peyvənd kampaniyaları və 

ümumi sağlamlıq işləri kimi ictimai xidmətləri reallaşdıran 

yeganə  nüfuz  da  dövlətdir.  Qazanc  məqsədini  daşıyan 

heç bir xüsusi təşkilat ibtidai məktəb uşaqlarını yoluxucu 

xəstəliklərdən  qorumaq  üçün  ölkə  miqyasında  peyvənd 

kampaniyası  təşkil  etməz  və  ya  ölkənin  ucqar  yerlərinə 

sağlamlıq xidməti aparmaz.



16

Cəmiyyətin  rifahı  ilə  əlaqədar  ikinci  əhəmiyyətli 

mövzu  isə  təhsildir.  Təhsili  də  eynilə  sağlamlıq  kimi 

qismən xüsusi sektorlar öz üzərinə götürə bilər, amma bu 

vəziyyətdə yenə xüsusi sektorun qazanc tələbini qarşılaya 

bilməyən  yoxsul  təbəqələr  təhsil  imkanından  məhrum 

olarlar. Təhsilin bütün ölkəyə və böyük şəhərlərdən uzaq 

kəndlərə qədər yayılması da yenə ancaq dövlət sayəsində 

mümkündür. Əgər dövlətin təhsil sistemi olmasa, xüsusi 

sektor  üçün  qazanc  gətirməyən  bütün  məskunlaşma 

vahidləri təhsil almaq imkanını itirər.

Dövlətin  mövcudluğu  təhsilin  bərabər  və  standart 

olması  üçün  də  zəruridir.  Təhsil  dövlətin  təyin  etdiyi 

standart tədris planına uyğun formalaşmadığı və tamamilə 

xüsusi qurumların nəzarətində olduğu təqdirdə cəmiyyət 

qısa  müddətdə  düşərgələrə  ayrıla  bilər.  Kommunistlər 

kommunist ideologiyasını təlqin edən məktəblər aça bilər. 

İrqçilər  uşaqlarını  irqçi  olaraq  yetişdirən  məktəblər  qura 

bilər. Bu şəkildə qısa müddət ərzində cəmiyyət bir-birinə 

tamamilə  yad  və  düşmən  fərdlərdən  formalaşa  bilər. 

Cəmiyyətin  birliyinin  qorunması  və  bir  yerdə  yaşamağı 

mümkün edən ortaq mədəniyyətin inkişafı üçün mütləq 

dövlət  tərəfindən  təyin  olunan  standart  təhsil  sistemi 

tətbiq  olunmalıdır.  Fərqli  mədəni  qruplara  və  ya  peşə 

təhsili tələblərinə xüsusi məktəb statusu verilə bilər, amma 

bu xüsusi status yenə də tədris planının əsas qaydalarına 

bağlı olmalıdır.

Qısası, bir cəmiyyətin təhsil və sağlamlıq kimi ən əsas 

ehtiyacları ancaq güclü dövlətin müdaxilə və nəzarəti ilə 

həyata keçirilə bilər. 




17

Dövlətin iqtisadi həyatdakı müstəsna rolu

19-cu əsr çoxlu sayda mütəfəkkirin nəzəriyyələr yazdığı 

bir dövr idi. Liberalizm və marksizm kimi iki fərqli sosial 

nəzəriyyə  bu  dövrdə  ortaya  çıxdı.  Hər  iki  nəzəriyyənin 

də ortaq xüsusiyyəti təcrübələrə deyil, mücərrəd fikirlərə 

əsaslanması idi. 20-ci əsrdə isə bu fikirlər tətbiq edilməyə 

başlandı və ortaya bəzi konkret təcrübələr çıxdı.

Marksizmin  bu  təcrübələrin  nəticəsində  süqut 

etdiyi  məlumdur.  Dövlətin  əvvəl  zorakılıq  yolu  ilə  ələ 

keçirilməsini, sonra bütün iqtisadiyyatın dövlət nəzarətinə 

alınmasını və uzaq gələcəkdə də dövlətin tamamilə ləğv 

edilməsini  müdafiə  edən  bu  nəzəriyyənin  həqiqətlərlə 

uyğunlaşmayan  və  çox  səmərəsiz  iqtisadi  model  ortaya 

qoyduğu  aşkardır.  Sovet  İttifaqının  mərkəzi  planlamaya 

əsaslanan  iqtisadi  modelinin  süqut  etməsi  dövlətin 

səhv  iqtisadi  siyasəti  olduğunu  və  iqtisadiyyatın  ancaq 

xüsusi sektorun rolu ilə məhsuldar hala gələcəyini ortaya 

qoymuşdur.

Ancaq  o  qədər  diqqət  çəkməyən  başqa  bir  fakt  isə 

ondan  ibarətdir  ki,  20-ci  əsrdəki  təcrübələrin  19-cu  əsr 

liberalizmini də bəzi istiqamətlərdən haqsız çıxarması idi. 

19-cu əsrdə yaşamış liberal iqtisadiyyat müdafiəçiləri 18-

ci əsrdəki ingilis iqtisadçı Adam Smitin yolunu izləyərək 

“ən yaxşı dövlət, ən az müdaxilə edən dövlətdir” fikrini 

müdafiə  edirdilər.  Dövlətin  iqtisadi  həyata  müdaxilə 

etməməsinin  və  bütün  iqtisadiyyatın  xüsusi  sektorun 

nəzarətində olmasının lazım olduğunu müdafiə etmişdilər. 

Dövlətin tamamilə kənarlaşdırıldığı bu iqtisadi model 

19-cu  əsrin  sonlarından  20-ci  əsrin  birinci  rübünə  qədər 

başda ABŞ olmaqla, bir çox qərb ölkəsində qəbul edildi. 

Ancaq 1929-cu ildə başlayan və “Böyük böhran” kimi tanınan 

nəhəng iqtisadi böhran bu modelin səhv olduğunu ortaya 




18

qoydu. Böyük böhran Nyu-York birjasında baş qaldıran və 

sonra da bütün dünyaya yayılan həyəcanla doğulmuşdu. 

Dünya  iqtisadiyyatını  illərlə  zəiflədən  bu  böhran  dünya 

ticarət  dövriyyəsinin    azalmasına,  cəmiyyətlərin  gəlir  və 

rifah səviyyələrinin aşağı düşməsinə, milyonlarla insanın 

işsiz qalmasına səbəb oldu. 

Böyük  böhranın  ortaya  qoyduğu  ən  əhəmiyyətli 

nəticələrdən  biri  dövlətin  iqtisadiyyatdan  tamamilə 

uzaqlaşdırılmasının  çox  zərərli  olduğu  idi.  Belə  ki, 

Böyük  böhrandan  sonra  inkişaf  edən  “Keynes  modeli” 

iqtisadi  sistemi  dövlətin  müəyyən  ölçüdə  iqtisadiyyata 

müdaxilə  etməsinin,  bəzən  də  sərmayələrlə  iqtisadiyyatı 

istiqamətləndirməsinin lazım olduğunu qəbul etdi. Bir çox 

dövlət də Keynes modelini tətbiq etməklə Böyük böhranın 

vurduğu zərərləri ortadan qaldıra bildi.



Hal-hazırkı  dövrdə  etibarlı  olan  iqtisadi  model 

xüsusi sektorun lokomotiv funksiyasını yerinə yetirdiyi, 

amma  dövlətin  idarəçiliyi  və  istiqamətləndirməsi  ilə 

işləyən  iqtisadi  modeldir.  Dövlətin  başda  infrastruktur 

sərmayələri  olmaqla,  iqtisadiyyatın  bəzi  sahələrinə  əl 

atması zəruridir. Bundan əlavə, xüsusi sektor üçün gəlir 

gətirməyən, amma cəmiyyətin ümumi rifahı baxımından 

lazım  olan  bəzi  xidmətlərin  yerinə  yetirilməsi  üçün  də 

yenə dövlətin müdaxiləsi zəruridir (məsələn, poçt xidməti 

dünyanın  heç  bir  ölkəsində  qazanc  gətirmir,  amma 

cəmiyyətin faydası üçün dövlət tərəfindən icra edilir). Eyni 

şəkildə, bir ölkənin strateji təhlükəsizliyini maraqlandıran 

iqtisadi məsələlər də dövlət tərəfindən təşkil edilməlidir. 

Xülasə  olaraq,  bir  ölkənin  rifahı  üçün  iqtisadiyyatın 

dövlət  tərəfindən  idarə  edilməsi,  qanunlarla  təşkil 

edilməsi,  bəzən  də  birbaşa  dövlətin  müdaxiləsi  ilə 

istiqamətləndirilməsi zəruridir. Dövlət bunları edə bilmək 

üçün, əlbəttə, güclü olmalıdır. 



19

1929-cu ildə yaşanan və 

«Böyük böhran» adı verilən 

iqtisadi böhran bütün dünyaya 

dövlətin xaric edildiyi iqtisadi 

modelin səhv olduğunu 

göstərmişdir.

1929-cu il böhranı dünya ticarətində geriləməyə, cəmiyyətlərin 

gəlir və rifah səviyyələrinin aşağı düşməsinə səbəb olmuş və 

milyonlarla insan işsiz qalmışdır. Ən altdakı şəkildə o dövrdə iş 

tapmaq üçün növbədə gözləyən insanlar görünür.


20

Nəticə

Bura  kimi  araşdırdığımız  mövzular  bir  cəmiyyətin 

etibarlı,  dinc  və  rifah  yaşaması  üçün  güclü  dövlətin 

mütləq qorumasında və idarəçiliyində yaşamalı olduğunu 

göstərir.  Dövlətin  ortadan  qaldırılmasını  müdafiə  edən 

anarxizm  böyük  yanlışlıqdır.  “Ən  yaxşı  dövlət  ən  az 

idarə  edən  dövlətdir”,  -deyən  19-cu  əsr  liberalizmi  də 

yanılmışdır  və  dövlətin  müdaxiləsinin  lazım  olduğunu 

qavraya bilməmişdir.

Dövlətin hər şeydən uzaqlaşdırılması bir tərəfə qalsın, 

dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir cəmiyyəti böyük 

problemlərlə qarşı-qarşıya qoyur. Dövlət nüfuzundakı ən 

kiçik bir boşluq bu boşluğun bəzi qeyri-qanuni qurumlar 

tərəfindən doldurulması ilə nəticələnər ki, bundan da hamı 

zərər çəkər. Zəif dövlət cəmiyyətdəki bəzi mənfəət güdən 

çevrələrin  təsiri  altında  qalar  və  yenə  bütün  cəmiyyət 

bundan zərər görər.

Dolayısilə,  cəmiyyətin  hər  bir  üzvü  güclü  dövlət 

mexanizminə  tərəfdar  olmalıdır.  Dövlətin  güclənməsi 

üçün  səy  göstərməli  və  dövlətin  zəifləməsinə  yönələn 

hərəkətlərə  qarşı  çıxmalıdır.  Qısacası,  dövlətinə  sahib 

çıxmalıdır. 

 



21

AZƏRBAYCAN RESPUBLİKASININ 

XÜSUSİYYƏTLƏRİ

Əvvəlki  bölmələrdə  millətin  niyə  güclü  dövlətə 

ehtiyacı  olduğunun  cavabını  verməyə  çalışdıq.  Əlbəttə, 

dövlət  sisteminin  güclü  olmasının  lazım  olduğunu  ifadə 

etmək kafi deyil, bunun qədər digər əhəmiyyətli  mövzu 

isə dövlətin xüsusiyyətləridir.

Siyasi gücün millətə aid olduğu sistemlər demokratik 

sistemlərdir. 

Demokratiya  “xalqın  idarəsi”  mənasını  verir  və 

siyasi iradənin xalqa aid olduğu siyasi sistemi ifadə edir. 

Demokratiyalarda ölkəni idarə etmə və qanun qəbul etmə 

səlahiyyəti bütün xalqa məxsusdur. Xalq bu səlahiyyətindən 

sərbəst seçki yolu ilə seçdiyi nümayəndələr vasitəsilə istifadə 

edir. Ölkəni idarə edənlər və qanunları qəbul edənlər xalqın 

razılığını qazanmaq məcburiyyətindədir. Xalq təsdiq etsə, 

hakimiyyətə gələr. Vəzifədən kənarlaşdırılmaları da yenə 

xalqın iradəsi ilə, yəni bu iradənin təmsil edildiyi sərbəst 

seçkilərlə baş verər. 

Azərbaycan  Respublikası  bu  xüsusiyyətlərə  sahib 

demokratik dövlətdir. 

Konstitusiyamızda  Azərbaycan  Respublikasının  əsas 

xüsusiyyətləri yer almışdır. Bu dəyişdirilməz xüsusiyyətlər 

Azərbaycan  Respublikasının  dünyəvi  və  hüquqi 

dövlət  olduğu  mənasını  verir.  Bunlar  çox  əhəmiyyətli 

xüsusiyyətlərdir və millətin mənfəətlərini ən yaxşı şəkildə 

qoruyacaq quruluşa sahib olduğunun göstəricisidir. İndi 

bunları sıra ilə nəzərdən keçirək.

Dövlətimizin dəyişməz unitar quruluşu

Azərbaycan Respublikası unitar dövlətdir. Yəni vahid 

konstitusiyası, dövlət hakimiyyətinin vahid ali nümayəndəli 



22

orqanları,  vahid  höküməti,  vahid  vətəndaşlığı,  vahid 

maliyyə - kredit və pul sistemi və s. var. Tərkibində fərqli 

qanunların  qüvvədə  olduğu  fərqli  idarəetmə  bölgələri 

yoxdur. “Federativ” deyil. Azərbaycan Respublikası Milli 

Məclisinin  səlahiyyəti  bütün  Azərbaycan  ərazisini  əhatə 

edir və hər bir Azərbaycan vətəndaşı bu ərazidə bərabər 

hüquqa malikdir. Dilindən, dinindən, etnik mənşəyindən 

asılı  olmayaraq,  azərbaycanlı  olan  hər  kəs  Azərbaycan 

Respublikasının  vətəndaşı  sayılır.  Qeyd  edilən  unitar 

dövlət quruluşu dövlətimizin ərazi bütövlüyünün və daxili 

sabitliyin ən böyük təminatıdır. 

Azərbaycan  dövlətinin  sərhədləri  daxilində  ana 

dili  azərbaycanca  olmayan,  fərqli  etnik  mənşədən  gələn 

qruplar ola bilər, ancaq onlar da Azərbaycan vətəndaşıdır. 

Azərbaycanın hər yerində və hər kəs üçün qüvvədə olan 

qanunlar onlara da şamil edilir. Azərbaycanın hər yerində 

və  hər  kəs  üçün  etibarlı  olan  konstitusion  hüquq  və 

azadlıqlara onlar da aiddir.

Dünyəvilik prinsipi

“Bizim dövlətimiz dünyəvi dövlətdir, ancaq biz dindən ayrı 

deyilik”. 

HEYDƏR ƏLİYEV

Konstitusiyada  ifadə  edildiyi  kimi,  Azərbaycan 

Respublikası dünyəvi dövlətdir. Dövlətin bu xarakteristikası 

özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din 

dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı fəaliyyət 

göstərir,  bir-birlərinin  işlərinə  qarışmırlar.  Azərbaycan 

Respublikası  Konstitusiyasının  7-ci  maddəsinə  əsasən, 

Azərbaycan  dünyəvi  dövlətdir.  Azərbaycan  dövlətinin 

dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı amillərdə 



23

göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud 

olmaması:  heç  bir  din  məcburi  müəyyən  edilə  bilməz. 

İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini 

etiqadların  qanun  qarşısında  bərabərliyi.  Bu  müddəalar 

Azərbaycan  Respublikasının  18-ci  maddəsində  təsbit 

olunmuşdur.

Dövlət  və  dini  icmaların  qarşılıqlı  münasibətlərinə 

toxunarkən konstitusiya bu müddəaları konkretləşdirməklə 

yanaşı, aşağıdakı halları müəyyən edir:

Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, 

valideynlər  və  onları  əvəz  edən  şəxslər  qarşılıqlı  razılıq 

əsasında,  uşaqlarını  özlərinin  dini  əqidəsinə  və  dinə 

münasibətlərinə müvafiq olaraq tərbiyə edə bilərlər.

    Dünyəvilik  tarixdə  və  dövrümüzdə  səhv  başa 

düşülmüş və səhv tətbiq olunmuş prinsipdir. Buna görə də 

bu prinsipi və nəticələrini ətraflı araşdırmaq faydalı olar.

Qeyd  etmək  lazımdır  ki,  dünyəvilik  prinsipinin 



əsas məqsədi əslində vicdan azadlığını təmin etməkdir. 

Dünyəvilik  prinsipi  dövlətimizin  vətəndaşlarını  bir  dini 

mənimsəmə,  bu  dinin  tələblərini  yerinə  yetirmə  və  ya 

yetirməmə məsələsində öz vicdanları ilə baş-başa buraxır 

və  onlara  azad  seçim  imkanı  verir.  Dövlət  müəyyən  bir 

dinə və ya məzhəbə üstünlük vermədiyi üçün hər kəs sahib 

olduğu inanca görə yaşamaq imkanı əldə edir.

Diqqət  yetirilsə,  əslində  dövlətimizin  sahib  olduğu 

bu dünyəvilik modeli İslam dininə çox uyğundur. Çünki 

İslam  dini  azad  iradəni  əsas  şərt  olaraq  müəyyən  edir. 

Bir  insanın  İslamı  din  olaraq  mənimsəməsi  tamamilə  öz 

azad  iradəsi  ilə  olmalıdır.  İslamı  qəbul  etdikdən  sonra 

da  Quranda  əmr  edilən  ibadətləri  yerinə  yetirməsi  və 

ya  qadağalardan  (oğurluq,  cinayət  kimi  ictimai  cinayət 

törətmirsə)  çəkinməsi  tamamilə  öz  vicdanı  ilə  olmalıdır. 

Əlbəttə,  müsəlmanlar  bir-birlərini  Quranda  izah  edilən 

əxlaqi  xüsusiyyətlərin  tətbiq  olunması  üçün  xəbərdar  və 



24

təşviq edə bilərlər. Amma əsla bu mövzuda məcbur etmə 

ola  bilməz.  Yaxud  da  dünyəvi    imtiyaz  verilməklə  şəxs 

dinin tələblərinə əməl etməyə yönləndirilə bilməz.

Bunun  əksi  olan  bir  dövlət  modelindən  bəhs  edək. 

Məsələn,  insanların  məcburi  olaraq  müsəlman  və  ya 

xristian edildiyi bir ölkə təsəvvür edək. Bundan başqa, bu 

dinlərə inananların dinlərin qaydalarına görə, yaşamaları 

üçün məcbur edildiklərini fərz edək. Məsələn, qeyd edilən 

dövlət modeli cəmiyyətdəki insanları namaz qılmaq və ya 

kilsəyə getmək üçün xüsusi polis gücü ilə məcbur etsin. 

Yaxud  da  bir  az  daha  “mülayim”  üsuldan  istifadə  edib 

namaz  qılanlara  və  ya  kilsəyə  gedənlərə  xüsusi  dövlət 

hədiyyəsi  versin.  Belə  bir  dövlət  dünyəviliyə  tamamilə 

zidd dövlət olar. Bundan başqa, bir o qədər də dinə zidd 

olar.


Bunun səbəbi zorla və ya mənfəət qarşılığında qəbul 

edilən  dini  inancın,  yaxud  ibadətin  İslama  görə  heç  bir 

dəyərinin olmamasıdır. Çünki inanc və ibadət yalnız Allah 

üçün olduğunda dəyərlidir. Əgər dövlət insanları inanca 

və ya ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar dövlətdən 

qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul 

olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə 

dinin yaşanmasıdır.

Buna görədir ki, dövlətimizin sahib olduğu dünyəvilik 

prinsipi  həm  vicdan  azadlığı  kimi  əsas  insani  dəyərə 

xidmət etdiyi, həm də bu dəyərə böyük əhəmiyyət verən 

İslam  dini  ilə  uyğunlaşdığı  üçün  hər  bir  Azərbaycan 

vətəndaşının  mənimsəməsi  və  müdafiə  etməsi    lazım 

olduğu bir prinsipdir. 



25

Hüquqi dövlət



Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın 

bütün  vətəndaşları  eyni  hüquqlara  malikdirlər  və  bu 

hüquqlar qorunmalıdır!”

HEYDƏR ƏLİYEV

Azərbaycan  Respublikası  hüquqi  dövlətdir.  Yəni 

məqsədi  qanunların  aliliyini  təmin  edən  hüquqi  dövlət 

qurmaqdır.  Başqa  sözlə,  dövlətimiz  “qanunun  aliliyi” 

prinsipini  mənimsəmişdir.  Bu  prinsip  ədalət  anlayışının 

əsasını  meydana  gətirir.  O  dövlət  hüquqi  dövlət  kimi 

xarakterizə  olunur  ki,  hüquqla  özünün  fəaliyyətini 

məhdudlaşdırır,  insan  və  vətəndaşların  hüquq  və 

azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi 

hesab edir. 

Qanunun  aliliyi  dövlətin  bütün  mexanizmlərinin 

əvvəldən  təsbit  edilmiş  bəzi  qanun  və  qaydalar 

daxilində işləyəcəyi mənasını verir. Hər dövlət quruluşu 

konstitusiyanın  və  digər  qanunların  təsbit  etdiyi  vəzifə 

və  səlahiyyətlərə  malikdir.  Heç  kimin  bu  vəzifə  və 

səlahiyyətləri aşmaq və dəyişdirmək gücü yoxdur. Hüquq 

hər şeydən üstündür və dolayısilə dövlət “özbaşına” deyil.

Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm 

prinsipidir.  Bu  prinsip  öz  təzahürünü  hər  şeydən  əvvəl 

qanunun  aliliyində  tapır.  Ölkəmizdə  konstitusiya  ən 

yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya 

təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq 

sisteminin əsasını təşkil edir. Digər tərəfdən konstitusiya  

dövlətin  bütün  ərazisində  birbaşa  hüquqi  qüvvəyə 

malikdir.  Azərbaycan  Respublikası  Konstitusiyasının 

147-ci  maddəsi,  konstitusiyanın  əsas  qanunu  olmaqla  öz 

əlamətlərini təsbit etmişdir.

I  Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan 




26

Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II  Azərbaycan  Respublikası  Konstitusiyası  birbaşa 

hüquqi qüvvəyə malikdir.

III  Azərbaycan  Respublikasının  Konstitusiyası 

Azərbaycan  Respublikasının  qanunvericilik  sisteminin 

əsasıdır.

Hüquqi  dövlətdə  yaşamaq  bütün  vətəndaşlar  üçün 

böyük  qazancdır.  Çünki  hüquqi  dövlətdə  hər  kəsin 

mülkiyyəti,  konstitusion  hüquq  və  azadlıqları  qorunur. 

Heç kəsin mülkiyyəti zorla müsadirə edilə bilməz, heç kim 

işləməyə  məcbur  edilə  bilməz,  hüquqlarından  məhrum 

edilə  bilməz.  Əgər  hər  hansı  bir  şəxs  bu  hüquqlarının 

pozulduğunu, ədalətsizliyə məruz qaldığını düşünürsə, bu 

halda məhkəmə qaydasında pozulmuş hüquqlarını bərpa 

edə bilər. Azərbaycanda mövcud bütün hüquq mühafizə 

orqanları  başda  dövlət  ittihamçıları  olmaqla  hüquqi 

dövlətdə  hüquqları  qorumaq  üçün  çalışırlar.  İstəyən  hər 

kəs  hüquqi  dövlətin  qaydalarına  uyğun  olaraq  ərizə  ilə 

prokurorluqlara  müraciət  edə  bilər  və  dövlətdən  ədalət 

tələb edə bilər. 

Hüququ,  yəni  qanunları  isə  millətin  seçdiyi 

nümayəndələrdən  ibarət  olan  Azərbaycan  Respublikası 

Milli Məclisi müəyyən edir. Əgər qanunlarda bir boşluq 

olsa, bu halda qanunlar dəyişdirilir, yeniləri qəbul edilir. 

Dolayısilə,  bu  qanunların  hər  hansı  bir  şəkildə  millətin 

əleyhinə olması qeyri-mümkündür.

Göründüyü  kimi,  hüquqi  dövlət  sistemi  bir  ölkənin 

vətəndaşları  üçün  ən  ədalətli,  azad  və  rahat  sistemdir. 

Dolayısilə,  hər  bir  vətəndaş  dövlətimizin  bu  əsas 

xüsusiyyətinə  sahib  çıxmalıdır.  Əgər  hüquqi  dövlətin 

işlərində  axsaqlıq  meydana  gələrsə,  hər  kəs  əlbir  olub 

dövlətə  kömək  etməli  və  hüququn  üstünlüyü  prinsipini 

qorumağa cəhd göstərməlidir.




27

PROBLEMLƏRİN DÖVLƏTƏ

BAĞLILIQLA HƏLLİ

Buraya  qədər  nəzərdən  keçirdiklərimiz  bizə  iki 

əhəmiyyətli nəticəni göstərir: 

1. Bir millətin varlığı və davamlılığı üçün güclü dövlətə 

sahib olmaq lazımdır.

2. Azərbaycan Respublikası vətəndaşlarının mənafeyini 

güdən, millətin rifahının, təhlükəsizliyinin və gələcəyinin 

yeganə təminatı olan dövlətdir.

Dolayısilə,  yuxarıda  da  qeyd  etdiyimiz  kimi, 

Azərbaycan  dövlətini  qorumaq,  dövlətə  sahib  çıxmaq 

hər  bir  Azərbaycan  vətəndaşının  ilkin  vəzifəsidir.  Heç 

bir  vətəndaşımız  dövlət  qurumlarına  zərər  verən,  bu 

qurumların  faəliyyətini  ləngidən  və  ya  dövlətin  əsas 

dəyərlərinə  ziyan  vuran  heç  bir  fəaliyyətə  qətiyyən  yol 

verməməlidir.  Milli  vəzifəmiz  həmişə  dövlətin  yanında 

olmaqdır. Buna zidd fəaliyyət göstərən insan öz oturduğu 

evin bünövrəsini qazan şəxs kimi öz varlığına və gələcəyinə 

zərər vermiş olar.



Fərqli siyasi fikirlərin 

dövlətə bağlılıqda birləşməsi

“İnsan  azadlığı,  söz,  vicdan  azadlığı,  insan  hüquqlarının 

qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, 

siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas 

atributları kimi bərqərar olmalıdır”.

HEYDƏR ƏLİYEV

Demokratik  cəmiyyətdə  ölkə  məsələlərinin  həllində 

hər  kəsin  və  hər  qrupun  fərqli  fikirləri  ola  bilər. 

Məsələn,  bəziləri  azad  bazar  iqtisadiyyatını  müdafiə 




28

edə  bilər,  bəziləri  qarışıq  iqtisadiyyatın  faydalı  olacağını 

düşünər.  Eyni qaydada xarici siyasətdən tutmuş ölkənin 

abadlaşdırılması  məsələlərinə  qədər  hər  mövzuda  fərqli 

fikirlər  ola  bilər.  Dünyagörüşü  cəhətdən  də  cəmiyyətin 

bir hissəsi daha mühafizəkar, bir hissəsi daha liberal olar. 

Amma əhəmiyyətli olan bütün bu fərqli siyasi və mədəni 

cərəyanların dövlətə bağlılıq mövzusunda ortaq davranış 

göstərmələridir. 

Çünki bütün bu qruplar Azərbaycan Respublikasının 

tərkib  hissəsidir  və  ancaq  Azərbaycan  dövləti  güclü 

olduğu təqdirdə müstəqil millət olaraq yaşamaq imkanına 

sahibdirlər.  Öz  aralarında  siyasi  mübarizə  apara  bilər, 

fərqli partiyalar qura bilərlər. Amma hamısı dövlətə sadiq, 

dövlətin və dövlət təşkilatlarının qorunması mövzusunda 

eyni həssaslıqda olmalıdır.



Problemlərin dövlətlə uzlaşaraq həll edilməsi

“Kim müxalifətdə durursa dursun, ancaq vətəninə, xalqına,    

mənəviyya-tına, məsləyinə müxalifətdə durmasın”.

HEYDƏR ƏLİYEV

Hökümət tərəfindən cəmiyyətin ümumi faydası üçün 

yeridilən siyasət bəzən cəmiyyətdəki bəzi qrupları narahat 

edə  bilər.  Onlar  dövlətin  apardığı  siyasətin  onlara  zərər 

verdiyini düşünə bilərlər. Lakin bu kimi vəziyyətlərdə həll 

yolu dövlətə qarşı çıxmaq, küçələrə axışıb dövlətə etiraz 

etməyə  çalışmaq,  hətta  dövlətin  təhlükəsizlik  güclərinə 

qarşı çıxmaq deyildir. Həll yolu- problemlərin və tələblərin 

dövlətə  bildirilməsi  və  dövlətlə  birlikdə  həll  yollarının 

axtarılmasıdır. 

Belə  ki,  dövlətin  bu  kimi  tələb  və  problemləri  həll 



29

edən mexanizmləri var. Dövlətimiz cəmiyyətin tələblərini 

dinləməyən bir qurum deyil. Əksinə, dövlət ədalət sistemi, 

parlamenti ilə cəmiyyətin tələblərini qarşılamağa yönələn 

quruluşdur.  İstəyən  hər  kəs  ərizə  ilə  dövlət  idarələrinə 

müraciət  edə  bilər  və  kömək  istəyə  bilər.  Hətta  hər  kəs 

dövlətdən  izn  alıb  yürüş  keçirə,  nümayiş  təşkil  edərək 

fikirlərini demokratik yolla ifadə edə bilər. 

Azərbaycan  Respublikası  vətəndaşları  bu  xüsusları 

nəzərə almalı və hər cür problem və şikayətlərini dövlətə 

zidd  davranmaqla  deyil,  dövlətin  rəsmi  instansiyalarına 

müraciət  etməklə  və  uzlaşma  yolu  ilə  həll  etməyə 

çalışmalıdırlar.  Buna  uyğun  olmayan  hərəkət  onu  edən 

şəxsə heç bir fayda verməməklə yanaşı, cəmiyyətimizə də 

yalnız narahatlıq verər.



30

DÖVLƏTƏ BAĞLILIQ

VƏ ƏXLAQ

“İslam  dini  əsrlər  boyu  bizim  mənəviyyatımızın  əsasını 

təşkil etmiş, müsəlmanların dünyada layiqli yer  tutmasını 

təmin  etmişdir.  Qurani-kərimin  bütün  kəlamları  bu  gün 

Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”.

HEYDƏR ƏLİYEV

Buraya  qədər  dövlətə  bağlılığın  əhəmiyyətini  fərqli 

prizmalardan  araşdırdıq.  Vətəndaşlarımızın  dövlətimizə 

daima  hörmət  etmələrinin  lazım  olduğunu,  ancaq  bu 

şəkildə sülh, hüzur və rifah təmin edilə biləcəyini açıqladıq. 

Ancaq bütün bu məntiqi səbəblərdən başqa dövlətə bağlılığı 

təmin edən əsl amil cəmiyyətdə görünən əxlaq anlayışıdır. 

Əgər  bir  cəmiyyətdə  mənfəətpərəstlik  geniş  şəkildə 

yayılarsa, üsyan və qarşıdurma məqbul görülərsə, hörmət 

və fədakarlıq kimi anlayışlar tərk edilərsə, bu vəziyyətdə o 

cəmiyyətin fərdlərinin dövlətə bağlı olmaları da düşünülə 

bilməz. Çünki dövlətə bağlılığın təməlində müəyyən  tərbiyə 

və əxlaq dayanır. Bu tərbiyə və əxlaq olmazsa və yuxarıda 

ifadə  etdiyimiz  pis  əxlaq  xüsusiyyətləri  cəmiyyətdə 

yayılarsa, dövlətə bağlılıq anlayışı da özlüyündən ortadan 

qalxmağa başlayar.

Haqqında danışdığımız tərbiyə və əxlaqın təməlində 

isə  dini  inanclar  durur.  Belə  ki,  ümummilli  liderimiz 

Heydər  Əliyevin:  “Biz  azərbaycanlılar    -  bu,  sonradan 

gələcək  bütün  nəsillərə  də  tövsiyə  olunur    -  heç  vaxt 

imanımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi 

mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq”, 

-sözü bu həqiqəti açıq şəkildə  qoyur.



31

Dinin  insanlara qazandırdığı “itaət” 

xüsusiyyəti

Məlum olduğu kimi, bir cəmiyyətdə əmin-amanlıq o 

cəmiyyətdəki insanların dövlətə və onun bütün idarələrinə 

göstərdikləri  itaət,  hörmət  və  etibarla  təmin  edilə  bilər. 

Quranda  isə  “itaət”  məqbul  sayılan  əxlaq  xüsusiyyəti 

olaraq təşviq edilir. Allah müsəlmanlara bir çox ayəsi ilə 

itaəti  əmr  edir.  Dolayısilə,  Quran  əxlaqına  görə  yaşayan 

insanların  meydana  gətirdiyi    cəmiyyət  eyni  zamanda 

dövlətə  itaət  və  hörmətin  ən  yüksək  dərəcədə  yaşandığı 

bir mühit olar.

Din eyni zamanda insanları hər cür anarxiya və terror 

hərəkatından da uzaq tutar. Çünki Allah Quranda insanları 

fitnə-fəsaddan  uzaq  durmağa  çağırmışdır.  Bu  mövzu  ilə 

əlaqədar bir çox ayə var:



…Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə 

öz həddinizi aşaraq fəsad törətməyin!  (Bəqərə surəsi, 

60)

(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad 

törətməyə,  əkini  və  nəsli    məhv  etməyə  çalışar. 

Halbuki  Allah  fitnə-fəsadı  sevməz!  (Bəqərə  surəsi, 

205)

Yer üzü  düzəldikdən sonra, orada fəsad törətməyin... 

(Əraf surəsi, 56)

…Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının 

dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada 

fitnə-fəsad  törətməyin.  Əgər  siz  möminsinizsə,  bu, 

sizin üçün xeyirlidir! (Əraf surəsi, 85)


32

Allahın  sənə  verdiyindən  özünə  axirət  qazan. 

Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq 

etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad 

törətməyə  cəhd  göstərmə.  Həqiqətən,  Allah  fitnə-

fəsad törədənləri sevməz!” (Qəsəs surəsi, 77)

Din  əxlaqını  lazımi  kimi  qavrayan  və  yaşayan  insan 

Allahın  yuxarıdakı  ayələrindəki  əmrinə  uyğun  olaraq 

qarışıqlıq  çıxarmaqdan  çəkinər.  Quran  əxlaqına  uyğun 

hüzur  və  sükunət  dolu,  həmişə  problemləri  həll  etməyə 

çalışan, hadisələri böyütməyən, əksinə, həmişə barışdırıcı 

mövqedə olar. 

Dövrümüzdə  dinin  bəzi  çevrələr  tərəfindən  səhv 

başa  düşüldüyü  və  tətbiq  olunduğu  doğrudur.  Halbuki 

yuxarıdakı  Quran  ayələrində  izah  edilən  həqiqi  dindar 

modeli cəmiyyətdə yayılarsa, ictimai həyat da çox firavan 

olar. İnsanlar dövlətə bəslədikləri güvən və hörməti ona 

itaət  etməklə  göstərərlər.  Polisə  və  digər  təhlükəsizlik 

güclərinə  aqressiv  davranan,  çətinlik  yaradan  insanlar 

olmaz.  Əksinə,  İslam  əxlaqını  yaşayan  insanlar  çox 

yardımsevər  və  mərhəmətli  olduqlarından  təhlükəsizlik 

qüvvələrinin yanında olar, onların işlərini asanlaşdıracaq 

şəkildə  hərəkət  edərlər.  Bu  əxlaqdakı  insanların  varlığı 

sayəsində  cəmiyyətdən  anarxiya,  terror,  qarışıqlıq  və 

düşmənçilik  aradan  qaldırılar.  İnsanlar  arasındakı 

qarşıdurma və mübahisələr tamamilə aradan qalxar. 

Din əxlaqı ictimai həyatı 

necə dəyişdirir?

Dinin varlığı Allah sevgisini özü ilə gətirdiyi üçün bu, 

bütün  insanlara  çox  müsbət  və  gözəl  təsir  edir.  Hər  kəs 

Allahın  razılığını  qazanmaq  üçün  gözəl  əxlaq  göstərər, 




33

bir-birini Allah rizası üçün sevər. Bütün cəmiyyətə şəfqət, 

mərhəmət  və  gözəllik  hakim  olar.  İnsanlar Allahın  əmri 

istiqamətində  xeyirlərdə  yarışarlar.  Digər  tərəfdən Allah 

qorxusu sayəsində hər kəs əxlaqsızlıqlardan və pisliklərdən 

çəkinər.  Əsrlərlə  qarşısı  alına  bilinməyən  hər  cür  mənfi 

hallar bir anda bitər. Dinin sevgi və sülhsevər ruhu hər yerə 

hakim  olar.  Əlbəttə,  burada  nəzərdə  tutulan  Qurandakı 

həqiqi dindir və bu dinin səmimi olaraq yaşanmasıdır. 

Bir cəmiyyətin varlığında ailənin rolu çox böyükdür. 

Dinin  tam  mənası  ilə  yaşandığı  mühitdə  daha  əvvəlki 

mövzularda  ifadə  edildiyi  kimi,  ailə  münasibətləri  çox 

gözəlləşər, həqiqi sevgi və hörmət yaşanar. Ailə olmazsa, 

dövlət və millətin də mənası olmaz. Bunlar bir-birilə çox 

əlaqəli anlayışlardır. Ailə dağıldıqda millət anlayışı da yox 

olar, dövlət də zərər görər. 

Belə  ki,  dinin  yaşanmadığı  cəmiyyətlərdə  insanların 

üsyankar davrandıqları, anarxist hərəkatlara qoşulduqları, 

dövlətə  qarşı  cəbhə  aldıqları  məlum  olan  həqiqətdir. 

Xüsusilə  də  milli  və  mənəvi  dəyərlərin  qorunmasının 

lazım olduğu şəraitlərdə Allah qorxusu olmayan insanların 

laqeyd davranacaqları qətidir. Milli və mənəvi mənfəətlərlə 

öz  mənfəətləri  arasında  seçim  lazım  gəlsə,  dindən  uzaq 

insanların  asanlıqla  nəfslərini  seçəcəkləri  aydındır.  Bu, 

yeri gəldiyində vətənə və millətə xidmət etməkdən, onun 

uğrunda mübarizə aparmaqdan qaçmağa, hətta separatçı 

fəaliyyətlər  göstərməyə  qədər  geniş  miqyasda  düşünülə 

bilər. 


Halbuki  dini  yaşayan  insanlar  üçün  dövlət  və  millət 

anlayışları çox böyük dəyərə malikdir. Lazım olduğunda 

dövlət üçün canını təhlükəyə atar, dövlətinin və millətinin 

mənfəətlərini  şəxsi  mənfəətlərindən  üstün  tutarlar.  Milli 

və mənəvi dəyərlərini canla-başla qoruyarlar. 

Din  əxlaqının  yaşandığı  bir  mühitdə  tələbələr  də 

dövlətə,  millətə  qarşı  hörmət  və  sevgi  bəsləyər.  Bu 



34

müqəddəs  quruluşlara  qarşı  mübarizə  aparmaz,  əksinə, 

dəstək  verib,  kömək  edərlər.  Dövləti  qoruyan,  müdafiə 

edən  məmurlara  hörmət  edərlər.  Cəmiyyət  daxilində 

dövlətə,  orduya  və  polisə  qarşı  güvən  və  sahib  çıxma 

duyğusu inkişaf edər. Hər kəs Allahın kitabına iman edər

onda bildirilən gözəl əxlaq anlayışını mənimsəyər, nəticədə 

də heç kimin sözü çəp gəlməz. Problemlərin həllində hər 

kəs özünü qarşısındakının yerinə qoyar, mərhəmət edər, 

hörmətlə yanaşar. Bu şəkildə hər problem qısa müddətdə 

gözəlliklə həll olar.

Dövlət belə bir mühitdə çox rahat şəkildə idarə olunar. 

Ölkə  daha  rifah  şəraitdə  yaşayar.  İdarəçilər  də  insanlara 

qarşı ədalətli, mərhəmətli olar, hər cür ədalətsizlik ortadan 

qalxar.  Dolayısilə,  özləri  də  çox  hörmət  görərlər.  Belə 

dövlətlər çox güclü və sarsılmaz təmələ sahib olurlar.

Din əxlaqı yaşanmadığında isə ata oğula, oğul ataya 

düşmən olar, qardaş qardaşa qarşı çıxar, işçi müdirə, işə 

götürən işçiyə düşmən olar. Anarxiya səbəbindən fabriklər, 

iş  yerləri  işləməz,  ziyan  görər.  Sosial  anarxiya  başlayar, 

kasıb təbəqələr zənginlərə hücum edər, zənginlər kasıbları 

əllərindən  gəldiyi  qədər  istismar  etməyə  çalışar.  İctimai 

qarışıqlıqlar, anlaşılmazlıqlar, anarxiya bitməz. 

Bütün  bunların  səbəbi  insanların  Allah  qorxularının 

olmamasıdır. Allah qorxusu olmayan insanlar rahat şəkildə 

haqsızlıq  və  ədalətsizlik  edər,  cinayət  törədər,  bənzəri 

görünməmiş zülm və qəddarlıqlardan çəkinməzlər. Üstəlik 

vicdan  əzabı  çəkmədən  etdikləri  vəhşilikdən  peşman 

olmadıqlarını söyləyərlər. Halbuki Allaha qarşı məsuliyyət 

hissi olan bir insan bu hərəkətlərə əsla yol verməz. 

Din əxlaqı yaşandığında bu saydığımız mənfi halların 

heç  biri  qalmaz.  Hər  şey  dinc  yolla,  gözəlliklə,  ədalətlə 

həll edilər. Qanuna zidd hadisələr olmaz, polis bölmələri 

demək olar ki, fəaliyyət göstərməz. 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə