Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Əlinin şiələri qiymət günü nicat tapanlardır»



Yüklə 0,52 Mb.
səhifə24/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   20   21   22   23   24   25   26   27   ...   43
İmam Əlinin fəzilətləri

«Əlinin şiələri qiymət günü nicat tapanlardır».
İbn Abbas rəvayət edir ki, Həssan ibn Sabiti «Mina»-da gördüm. Rəsulullah (s) və əshabı da orada idi. Rəsulullah (s) buyurdu:
«Ey müsəlmanlar, bu Əli ibn Əbu Talibdir, ərəbin seyyididir, mənim vəsimdir. Onun mənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir. Lakin məndən sonra peyğəmbər gəlməyəcək.
Əgər tövbə edən şəxsin qəlbində Əli (ə)-ın məhəbbəti olmasa, onun tövbəsi qəbul olmayacaq».
Sonra Peyğəmbər (s) üzünü Həssan ibn Sabitə tutub buyurdu: - Ey, Həssan, bu barədə bir şeir de!
Həssan bu şeiri dedi:

لا تُقبَلُ التَّوبَةُ مِن تائِبِ إلّا بِحُبِّ عَلِي بنِ اَبي طالِبِ


أَخِي رَسُولِ اللهِ بَل صِهرَةِ وَالصِّهرُ لا يُعدَلُ بِالصّاحِبِ
وَمَن يَكُن مِثلَ عَلِىٍّ وَقَد رُدَّت لَهُ الشَّمسُ مِنَ المَغرِبِ
Şeirin məzmunu:
Heç bir tövbə edənin tövbəsi Əli (ə)-ın məhəbbəti olmadan qəbul olmaz, Əli (ə) Allahın Rəsulunun (s) qardaşı və kürəkənidir. Kürəkən sahabə ilə bərabər deyil. Kim Əli (ə) kimi ola bilər, halbuki günəş o Həzrət üçün məğribdən geri qaytarıldı.1
On üçüncü fəzilət: Həzrət Əli (ə)-a tohin etmək kafirlikdir. Hər kəs hədis kitablarına müraciət etsə görəcək ki, Həzrət Əli (ə)-a tohin edənlər bu dünyanın özündə də İlahi əzaba düçar olubdur. Məsələn: Bir kişi Əli (ə)-a tohin etdi. O, bu işinə görə dəvənin ayağı altında qalıb həlak oldu. Bir nəfər xətib o Həzrətə söyüş verdiyi üçün kor oldu. Həmçının, Əbi Əbdillah Əlmühəddis Əli (ə)-ın fəzilətini inkar etdiyi üçün kor oldu. Dəməşqli bir xətib Həzrəti təhqir etdiyinə görə onun zahiri görünüşü it sifətinə çevrildi. Bir nəfər azan verən şəxs Əli (ə)-a söyüş verdiyinə xatir donuz sifətinə düşdü, başqa bir kişinin üzü kömür kimi qaraldı.
Həzrət Əli (ə) ona tohin edənlərdən birinu boğazını yuxuda sıxdı. Həmçının o Həzrəti təhqir edənlərdən bir dəstəsi, o cümlədən Əhməd ibn Həmdun Musili yatdıqları yerdə həlak oldular.
Mühəmməd ibn İbadın qonşusu Həzrətə tohin edirdi. Nəhayət, onun başı bədənindən ayrıldı.
Haris ibn Noman Həzrət Əli (ə)-ın imamətini inkar etdi. Allah-Taala ona böyük əzab nazil etdi.2

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə