Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Sənin Əli (ə)-ı böyük qoşunla qorxutmağın, ördəyi çoxlu sudan (böyük çaydan) qorxutmağa bənzəyir»



Yüklə 0,52 Mb.
səhifə32/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   28   29   30   31   32   33   34   35   ...   43
İmam Əlinin fəzilətləri

«Sənin Əli (ə)-ı böyük qoşunla qorxutmağın, ördəyi çoxlu sudan (böyük çaydan) qorxutmağa bənzəyir».
Əli (ə)-ın qoşun dəryasından nə qorxusu var? Onun uzun dimdikli bir xoruzu var ki, (Malik Əştərə işarə edir) sənin bütün qoşununu buğda kimi dənləyər, indi qalıb Əli (ə)-ın özü!
Ümumiyyətlə düşmən heç vaxt Həzrətin müqabilində iman gətirməkdən başqa bir yolla nicat tapmayıbdır. Bir dəfə zərbə vurardı. Heç vaxt ikinci zərbəyə ehtiyac olmazdı. Həzrət pəhləvanlar öldürdü. Pəhləvanların qəbiləsi fəxr edirdi ki, onu Əli (ə) öldürüb. Buna görə də Əmr ibn Əbdəvədin bacısı, qardaşının mərsiyəsində bu məzmunda şeir oxudu:
Əgər Əmri Əli (ə)-dan başqası öldürsəydi, ömrü boyu ona ağlayardı. Amma onun qatili şücaətdə yeganə bir şəxs, kəramətdə yüksək bir şəxsiyyətdir. Onun qardaşımı öldürməsi ar deyil.
Bir an o Həzrətin müqabilində duran pəhləvanlar həmişə buna fəxr edib, öz şücaətli və qorxmaz olmasına öyünərdi. Kafir ölkələrin padşahları, öz məbədlərində o cənabın surətini (şəkilini) çəkirdilər. Türk və Ali-Bəveyh padşahlarının bir qrupu, Həzrətin şəkilini təbərrük, düşmənə qələbə çalmaq naminə öz qılıncları üzərində çəkib özləri ilə gəzdirirdilər.
İyirmi ikinci fəzilət: Bilməliyik ki, o Həzrətin qüvvəsi aləmdə dillər əzbəridir. Heç kim onun kimi qüvvətli olmayıbdır. Heç kim onun dərəcəsinə yetişməyibdir. Xeybər qalasının qapısını möcüzəli əli ilə yerindən qoparatdı. Hətta bir qrup adam onu yerindən qaldıra bilmədilər. Ağır bir daşı quyunun üstündən götürdü, halbuki, qoşun onu yerindən tərpədə bilmirdi.

يا قالِعَ البابِ الَّتِى عَن هَزِّها عَجَزَت أَكُفُّ أَربَعِينَ وَ أَربَع


«Ey 44 kişi yerindən tərpədə bilməyən qapını yerindən qopardan!»
İbn Şəhraşub1 o Həzrətin qüvvəsi barəsində çoxlu hədislər nəql etmişdir. Məsələn: Həzrətin uşaqlıq vaxtında beləyi çırması, yüyrükdə olan zaman ilanın boğazından sıxıb onu öldürməsi və s...
Həzrətin Kufə və Məşhəd məscidinin sütünlarında barmağının izi, Təkrit, Musel və sair yerlərdə ayağının izi, Məkkədə Sur dağında böyük bir daşın üzərində qılıncının izi, Xeybər qalasında bir daşın üzərində və Badiyə dağlarında nizəsinin əsəri çox qədim zamanlardan tanınmışdır.
Deyirlər ki, Əmirəl-möminin (ə) hər kəsin əlini möhkəm sıxsaydı, nəfəsi kəsilərdi. Əgər qüvvəsini bir az da artır saydı, o adamı öldürərdi.
Əli (ə) dəyirman daşının miləsini boyunbağı edib Xalid ibn Validin boynuna asdı. Heç kim onu xilas edə bilmədi. Nəhayət, Həzrət özü onu tikə-tikə edib uzaqa atdı. Həmçinin rəvayət olunur ki, Həzrət Əli (ə) Xalidin boğazını iki barmağı (orta barmaq və baş barmağın yanındakı barmaq) ilə elə sıxdı ki, az qaldı həlak olsun. Xalid möhkəm qışqırdı və paltarını batırdı.
Həzrətin uşaqlıq çağlarında quyunun arasında asılı surətdə qalan süd qardaşını saxlaması və bunun kimi çoxlu rəvayətlər hamı üçün məlumdur.
Əli (ə)-ın maraqlı və möcüzəli işlərindən biri budur ki, o uzun illər Peyğəmbərin (s) kənarında kafirlər ilə cihad etdi və öz xilafəti dövründə Cəməl1, Siffeyn2 və Nəhrivan3 döyüşlərində şücaətlə vuruşdu, heç vaxt məğlub olmadı vaxt güclü yaralanmadı. Həmişə öz rəqibinə qələbə çalardı. Onunla döyüşə çıxan heç vaxt canını qurtara bilmirdi. Döyüşdüyü bayraq altında bütün düşmənləri məğlub edər və heç vaxt düşmən qoşununun çoxluğundan qorxmazdı. Həmişə şir kimi döşmənə hücum çəkərdi.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə