Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Əliyyibni Əbu Talibin (ə) ibadətinə kimi qüdrəti çatar? Kim Əli (ə) kimi ibadət edə bilər?»



Yüklə 0,52 Mb.
səhifə29/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   25   26   27   28   29   30   31   32   ...   43
İmam Əlinin fəzilətləri

«Əliyyibni Əbu Talibin (ə) ibadətinə kimi qüdrəti çatar? Kim Əli (ə) kimi ibadət edə bilər?»4
Bir dəfə Zirar Həzrət Əli (ə) haqqında Müaviyəyə dedi:

وَلَو رَأَيتَهُ إِذ مَثَّلَ فِى مِحرابِهِ وَقَد أَرخَى الَّيلُ سُدُولَهُ وَ غارَت نُجُومُهُ وَهُوَ قابِضٌ عَلى لِحيَتِهِ يَتَمَلمَلُ تَمَلمُلَ السَّلِيمِ وَ يَبكِى بُكاءَ الحَزينِ وَ هُوَ يَقُولُ يا دُنيا أَبِى تَعَرَّضتِ أَم اِلَيَّ تَشَوَّقتِ هَيهاتَ هَيهاتَ لا خاجَةَ لِى فِيكَ أَبَنتُكِ ثَلاثاً لا رَجعَةَ لِى عَلَيكِ» ثُمَّ يَقولُ: « واهُ واهُ لِبُعدِ السَّفَرِ وَ قِلَّةِ الزادِ وَ خُشُونَةِ الطَّرِيقِ


«Ey kaş, onun ibadət mehrabında (namaz qıldığı yerdə) görürdün. Elə ki, gecə öz qara donunu hər yerə sərirdi və ulduzlar aşağı enirdi (yəni gecənin ən zülmət çağlarında) öz mübarək saqqalını əlinə tuturdu, ilan çalmış adam kimi qıvrılır və müsibətə düşmüş şəxs kimi ağlayaraq buyururdu: - Ey dünya, mənim dalımca düşmüsən və məni ələ keçirtmək arzusundasan? Heç vaxt, heç vaxt! (bu mümkün olan iş deyil!) Mənim sənə ehtiyacım yoxdur. Sənə üç dəfə təlaq verdim, daha heç vaxt sənə sarı qayıtmayacağam.
Sonra Həzrət buyurdu: - Ah, ah, aman axirət səfərinin uzunluğundan, azuqənin azlığından və yolun çətinliyindən».
Zirar deyir:

فَبَكى مُعاوِيَةُ وَ قالَ حَسبُكَ يا ضِرارَ كَذالِكَ وَاللهِ كانَ عَلِيٌّ عليه السلام رَحِمَ الله أَبا الحَسَنِ عليه السلام


«Müaviyə ağladı və dedi: - Ey Zirar, daha bəsdir. Allaha and olsun, Əli (ə) sən dediyin kimi idi. Allah onu rəhmət etsin!»
On səkkizinci fəzilət: Həzrət Əli (ə)-ın artıq dərəcədə səxavətli olmasıdır. Bu mətləb çox aydın olduğuna görə artıq izaha ehtiyacı yoxdur. Həzrət gündüzlər oruc tutar, gecələri ac qarına ibadət edərdi. Öz yeməyini başqalarına bağışlayardı. «Həl əta» surəsi onun bəxşişi barəsində nazil olmuşdur. Həmçinin bu ayə də

الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ


«Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır».1 Həzrətin haqqında nazil olubdur.
Həzrət işləyir və aldığı hüququ sədəqə verirdi. Özü isə acından qarnına daş bağlayırdı. Əbu Tüfeyl deyir: Gördüm o Həzrət, yetimləri öz yanına çağırıb onlara bal yedirtdi və onlara elə məhəbbət göstərdi ki, Həzrətin bəzi səhabələri2 yetim olmağı arzu etdilər.3
Köçəri bir kişi Həzrətdən bir şey istədi. Həzrət ona «Min verin!» - deyə buyurdu. Əli (ə)-ın vəkili soruşdu: Qızıl ya gümüş? (Yəni min dinar verim ya min dirhəm?)
Həzrət buyurdu: Onların hər ikisi mənim nəzərimdə daşdır. Köçəri kişi üçün hansı faydalıdır onu verin.
Həzrət Əli (ə)-ın düşməni Müaviyə o Həzrətin səxavətli olmasına şəhadət verib deyir: - Əgər Əli (ə)-ın bir evi qızılla və o birisi samanla dolu olsaydı, əvvəl qızılı son dinarına qədər sədəqə verərdi.
Rəvayət olunmuşdur ki, «Yənbu» adlı bir yerdə o Həzrət üçün qənat4 qazdılar və bu qənatdan su fəvvarə vururdu. Su fəvvarə kimi çıxdığı üçün bu yeri «Yənbu» adlandırdılar. Sonra o Həzrət gözaydınlığı verdilər. Həzrət buyurdu: Gələcək nəslə gözaydınlığı verin!
Sonra Həzrət buyururdu:

هِيَ صَدَقَةٌ بَتَّةٌ فِي حَجِيجِ بَيتِ اللهِ وَعابِرِ سَبيلِ اللهِ، لا تُباعُ وَلا تُوهَبُ فَمَن باعَها أَو وَهَبَها فَعَلَيهِ لَعنَةُ اللهِ وَالمَلائِكَةِ وَ النّاسِ أَجمَعِينَ، وَ لايَقبَلُ اللهُ مِنهُ صَرفًا وَ لاعَدلًا


«O (orada çıxan su), Allah evinə (Kəbəyə) burdan keçib gedənlər və hacılar üçün həmişəlik ehsandır. Heç kəsə satılmaz və bağışlamaz. Hər kəs onu satsa ya başqasına bağışlasa, Allahın, mələklərin və camaatın lənəti ona olsun!»1
Seyyid ibn Tavus «Kəşfül-mühəccə» kitabında rəvayət edir ki, Əli (ə) buyurdu: Mən Fatimə (s.ə) ilə evlənən zaman heç bir şeyim yox idi, amma bu gün mənim var-dövlətim Bəni-Haşim arasında bölünsə, onların hamısına çatar və maddi vəziyyətlərini yaxşılaşdırar.
Həmçinin rəvayət edir: Əli (ə) bütün malını vəqf2 etdi. Onun arpa-buğdasının qiyməti 40 min əşrəfiyə3 bərabər idi. Bununla belə Həzrət öz qılıncını satan zaman belə buyurdu: Kim mənim qılıncımı alar? Əlbəttə əgər Mənim yanımda şam yeməyi olsaydı, onu satmazdım.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə