Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!»



Yüklə 0,52 Mb.
səhifə20/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   16   17   18   19   20   21   22   23   ...   43
İmam Əlinin fəzilətləri

«Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!»5


HƏZRƏT ƏLİ (Ə)-IN İMAMƏTİNİ SÜBUT EDƏN BEŞ HƏDİS

Birinci hədis «Qədiri-Xum» hədisidir. Bu hədisi həm şiə, həm də sünni rəvayətçiləri nəql edibdir və heç kəs onu inkar edə bilməz. «Qədiri-Xum» hədisini Peyğəmbər (s) buyurubdur. Allahın Rəsulu (s) öz həcc əməllərini yerinə yetirəndən sonra müsəlmanlarla geri qayıtdı. Həzrət Qədiri-Xum adlı bir məkana yetişdi. Orada müsəlmanları bir yerə topladı Əmirəl-möminin (ə)-ı dəvənin üstünə qaldırdı. Peyğəmbər (s) müsəlmanlara elan etdi ki, Əli (ə) mənim vəsimdir. Həzrət Əli (ə)-ın haqqında camaata sifariş etdi. Həzrət Əli (ə)-am üçün müsəlmanlardan beyət götürdü. Hamı Əli (ə)-ı Peyğəmbərdən sonra öz rəhbər və İmamı kimi tanıdılar.


Peyğəmbər (s) Qədiri-Xumdakı çıxışında aşağıdakı sözləri elan etdi:

مَن كنتُ مولاه فهذا مولاه اللهمَّ والِ مَن والاه وعادِ مَن عاداه وانصرْ مَن نصرَه واخذلْ من خذلَه


«Mən hər kəsin mövla və rəhbəriyəmsə, Əli (ə) də onun rəhbəridir. Ya Allah, Əli (ə) ilə dostluq edənlə dostluq et, onunla düşmənçilik edənlə düşmənçilik et, Əli (ə)-a kömək edənə kömək et və onu xar edəni zəlil et!»
İkinci hədis «Mənzələt» hədisidir. Bu hədisi də şiə və sünni rəvayətçiləri mötəbər sənədlərə əsasən nəql edibdir.
Rəsulullah (s) Əmirəl-möminin Əli (ə)-a buyurdu:

أَنْتَ مِنِّي بمَنْزِلَةِ هَارُونَ مِن مُوسَى، إِلَّا أنَّهُ لا نَبِيَّ بَعْدِي


«Sənin mənə olan nisbətin Harunun1 Musaya olan nisbəti kimidir, yalnız bir fərqimiz vardır ki, məndən sonra peyğəmbər olmayacaq».
Peyğəmbər (s) bu sözü ilə elan etmək istəyir ki, Harun Musa (ə)-ın bütün işlərdə vəziri və özündən sonra xəlifəsi olduğu kimi Həzrət Əli (ə)-am da hər bir işdə mənim vəzirim və məndən sonra müsəlmanların xəlifəsidir.
Üçüncü hədis Həzrət Əli (ə)-a salam vermək haqqında olan hədisdir.
Büreydə rəvayət edir: «Rəsulullah (s) bizə əmr etdi ki, bundan sonra Həzrət Əli (ə)-ma salam verəndə deyin:

السَّلامُ عَلَيْكَ يا أَمِيرَ الْمُؤْمِنِينَ



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə