Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Qiyamət günü Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xar etməyəcək»



Yüklə 0,52 Mb.
səhifə18/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   14   15   16   17   18   19   20   21   ...   43
İmam Əlinin fəzilətləri

«Qiyamət günü Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xar etməyəcək».
Qurandakı «səbil», «sirat», «mizan» və «siratun müstəqimun» kələmələrindən məqsəd Əli (ə)-dır.
Həzrət Əli (ə) Məkkə şəhərinə gedib «Bəraət» ayələrini kafirlər üçün oxudu.
Həzrət Əli (ə) «Nəcva»3 ayəsinə əməl etdi. Öz dinarını 10 dirhəmə satdı və on dəfə sirrini Rəsulullah (s) dedi. On dəfənin hər birində sirrini deməmişdən qabaq bir dirhəm ehsan etdi. Nəhayət, Allah-Təala aşağıdakı ayə ilə «Nəcva» ayəsini öz əvvəlki qüvvəsindən saldı:

أَأَشْفَقْتُمْ أَنْ تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ


«Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu?»4
Qurandakı «şəhid», «sadiq», «musəddiq», «siddiq», «fəzl», «rəhmət», «nemət» və «imamun mubin» kəlmələrinin hamısından məqsəd Həzrət Əli (ə)-dır.

وَمَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ


«Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin şahid olması yetər!»1
Allah-Təalanın bu ayədəki buyurduğu şəxs Əli (ə)-dır.
Qurani-Kərimdəki «ayətun-kubra» və «nəbəun əzimun» Həzrət Əli (ə)-dır.
Həzrəti Əli (ə) buyurub:

ما لله آية اكبر منى ولا لله نبأ اعظم منى و لقد عرضت ولايتى على الأمم الماضيه فأبت أن تقبلها


«Allah-Təala məndən böyük ayəti (nişanəsi) yoxdur və məndən böyük başqa bir xəbər Allahın yanında mövcud deyil».2
Quranda «Valideyni» kəlməsindən məqsəd Allahın Rəsulu (s) və Həzrət Əli (ə)-dır. Çünki Rəsulullah (s) buyurub:

أنا وعلي أبوا هذه الأمة ولحقنا عليهم أعظم من حق أبوي ولادتهم، فإنا ننقذهم إن أطاعونا من النار إلى دار القرار، ونلحقهم من العبودية بخيار الأحرار.


«Mən və Əli (ə) ümmətin atasıyıq və onların boynundakı haqqımız öz ata-analarının haqqından böyükdür. Çünki, əgər onlar bizə itaət etsələr Cəhənnəm odundan nicat verəcək və əbədi Behiştə aparacağıq. Onları azadcasına yaşayanlar qovuşduracağıq».1
Quranda gələn «Həblullahu-l-mətin»2, «Salihu-l-möminin»3, «İxvanən əla sururin mütəqabilinə»4, «Və li kulli qövmin hadin»5 sözlərindən məqsəd Həzrət Əli (ə)-dir. Allah-Təala «Maidə» surəsinin 54-cü ayəsində buyurur:

فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّو



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə