Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ



Yüklə 0,52 Mb.
səhifə39/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   35   36   37   38   39   40   41   42   43
İmam Əlinin fəzilətləri

İmam Musa ibn Cəfər (ə), İmam Sadiq (ə)-ın övladlarından biridir. Kazım, Fəqih, Sabir, Alim, Saleh bəndə o Həzrətin ləqəbləridir. İmam Kazım (ə) öz zəmanəsinin ən abid şəxsi idi. O, oruc tutar, uzun səcdələr edər və çox ağlayardı. Həzrətin ibadəti barəsində alimlər nəql edirlər ki, o Həzrət gecə nafilələrini, (müstəhəbbi namazlarını) sübh namazına birləşdirərdi. Sübh namazını qılıb qurtaran kimi, günəş çıxana qədər dua oxuyardı. Sonra başını səcdəyə qoyub günortaya qədər səcdə edərdi. Həzrət çox vaxt bu duanı oxuyardı:

اَللّهُمَّ اِنِّي اَسأَلُكَ الرّاحَةَ عِندَ المَوتِ وَالعَفوَ عِندَ الحِسابِ


«İlahi ölüm zamanı səndən rahatlıq, hesab günü isə əfv diləyirəm».
Bu dua da Həzrətin dualarından idi:

عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ


«İlahi sənin bəndənin günahı böyük, sənin rəhmin isə çox gözəldir».
Həzrət bu duanı oxuyar və Allahın qorxusundan o qədər ağlayardı ki, onun mübarək saqqalı göz yaşı ilə islanardı».
Qohum-əqrabaya mehribanlıq etməkdə və ehsan verməkdə hamıdan üstün idi. Mədinə yoxsullarını yoxlayardı. Gecələr çiyninə zənbil atar (zənbildə pul, un, xurma və s. olardı), yoxsullar üçün aparardı və onlar bunun hardan və kimin tərəfindən olduğunu bilməzdilər.
Əbul-Fərəc deyir: O Həzrətə xəbər verdilər ki, bir şəxs çox pərişan və halı pisdir. Həzrət ona bir kisə dinar verdi. O cənabın hər bir pul kisəsində 200 və ya 300 dinar olardı. Onun pul kisələri mal-dövləti çox olan adam üçün məsəl olmuşdu.
İmam Kazım (ə)-ın təvəllüdü Əbada1 hicrətinin 121-ci ilində, səfər ayının 7-də, şəhadəti isə Harun ər-Rəşidin zamanında, hicrətin 183-cü ilində, rəcəb ayının 9-da baş vermişdi.
Həzrətin övladlarından biri də möminlərin gözünün nuru, böyük şəxslərin fəxri, qəriblərin pənahı Əbul Həsən Əli ibn Musa Rza (ə)-dır.
Əbasət Hərəvi deyir: Mən Əli ibn Musa Rza (ə)-dan alim bir şəxs görməmişəm. Onu görən bütün alimlər mənim dediyim sözə şəhadət verirlər. Məmun həmişə müxtəlif məclislər təşkil verir, din alimlərini, fəqihləri və mütəkəllimlərini2 İmam Rza (ə) ilə mübahisə etmək üçün ora dəvət edirdi. Həzrət (ə) onların hamısını məğlub edərdi. Alimlər Onun fəzilətinə və özlərinin naqisliyinə iqrar edirdilər.
Sonra Əbasət deyir: Mühəmməd ibn İsaq ibn Musa atasından mənə hədis nəql edir ki, atam deyirdi: Atam Musa ibn Cəfər (ə) öz oğlanlarına buyurardı: «Ey mənim övladlarım! Sizin qardaşınız Əliyyibni Musa (ə)1 Ali-Mühəmmədin alimidir, din haqqında hər nə sualınız varsa, ondan soruşun, onun buyurduqlarını əzbərləyin. Həqiqətən, atam Cəfər ibn Mühəmməd (ə) dəfələrlə mənə buyurdu: Ali Mühəmmədin (s) alimi sənin sülbündəndir2. Ey kaş mən onu görürdüm! Onun adı, Əmirəl-möminin Əli (ə)-ın adı ilə eynidir».
İbrahim ibn Abbas belə rəvayət edir: Mən heç vaxt görmədim ki, İmam Rza (ə) birinin sözünü kəssin. O, heç kimi əli boş qaytarmırdı. İmkanı qədər hamıya kömək edərdi. Heç kimin qarşısında ayağını uzatmaz, məclisdə camaatın qarşısında divara söykənməzdi. Heç vaxt camaatın gözü önündə tüpürməzdi. Uca səslə gülməzdi. Həmişə təbəssüm edərdi. Həzrət süfrə başında oturan zaman, bütün işçilərini, hətta qapıçı və nökəri də yanına çağırıb birlikdə yemək yeyərdi. Həzrət İmam Rza (ə)-ın adəti bu idi ki, gecə az yatar, çox ibadət edər və çox vaxt oruc tutardı. Hər ay üç gün oruc (ayın birinci, axırıncı cümə axşamı və ayın orta günü - çərşənbə günü) tutardı. O, buyurardı: Bu üç günün orucu dəhr orucun müqabilindədir.
İmam Rza (ə)-ı hamı tanıyırdı. Həzrət gizli surətdə sədəqə verərdi. O, çox vaxt gecələr sədəqə verərdi.
Mühəmməd ibn İbaddan nəql olunmuşdur ki, Həzrət İmam Rza (ə) yayda həsir, qışda isə kilim üstündə oturardı. Köhnə paltar geyərdi. Amma məclisə və ya camaat içinə çıxanda yaxşı paltar geyinərdi.
Rəvayət olunur ki, bir gün İmam Rza (ə) hamama getdi. Orada bir şəxs var idi. İmamı tanımırdı, Həzrətə xitab edib dedi: Gəl mənim belimə kisə vur!
Həzrət onun belinə kisə vurmağa başladı. Bir az keçəndən sonra, orada gələnlər Həzrəti tanıdılar. İmamdan üzr istəməyə başladılar. Həzrət onları sakitləşdirib o şəxsin belini axıra qədər kisələdi.
Müəmmar ibn Xəllad deyir: Həzrət yemək üçün süfrəyə əyləşən zaman, öz yanında böyük bir kasa qoyardı və süfrədə olan yeməkləri ən yaxşısından bir miqdar götürüb həmin kasaya qoyardı. Sonra isə onu miskin və yoxsullara verməyi tapşırardı.
Həzrətin xidmətçisi Nadir deyirdi: O cənab yemək yediyimiz zaman bizə iş tapşırmazdı.
Həzrətin Yasir adlı başqa bir xadimi deyirdi ki, Həzrət bizə buyurdu: Siz yemək yediyiniz zaman, əgər mən otağa daxil olsam, ayağa qalxmayın!
Rəvayət olunubdur ki, bir nəfər Həzrətə dedi: Yer üzündə, heç kəsin ara-babası sizin ata-babanızdan adlı-sanlı və şərəfli deyil.
İmam buyurdu: Atalarımın getdiyi yol və şərəafətli Allaha itaət etdiklərinə və təqvalarına görədir.
Başqa bir kişi dedi: And olsun Allaha, sən xalqın ən yaxşısısan.
Həzrət buyurdu: Ey kişi! And içmə! Hər kəsin təqvası və Allaha bəndəliyi məndən çox olsa, o məndən yaxşıdır. And olsun Allaha ki, bu ayə öz qüvvəsini itirməyibdir.

وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا ۚ إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ


«Bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (Yəni ən təqvalı çəxs Allahın yanında əzizdir)».1
Həzrətin gözəl əxlaqı və ibadəti barəsində çoxlu hədislər vardır. Hədisdə gəlmişdir ki, çox vaxt gün ərzində 1000 rükət namaz qılardı. Hər üç gündə bir dəfə Quranı xətm edərdi. Həzrət buyurur: Mən bundan da tez Quranı xətm edə bilərəm, lakin hər ayənin barəsində fikirləşirəm ki, bu ayə nəyin barəsində və nə vaxt nazil olmuşdur. Buna görə mən üç günə bir Quran xətm edirəm.
Onun tövhid, maarif və elmlər barəsində kəlamı, hikmət və moizə barəsində şeirləri çoxdur. İmam Rza (ə) bu şeiri çox oxuyardı:

اِذاکُنْتَ فِی خَیرٍ فَلا تَعتَمِد بِهِ وَلكِن قُل اللّهُمَّ سَلِّم وَ تَمِّم


«Nemət və xeyr içində olan zaman, ona etimad etmə! Lakin de: İlahi salamat saxla və kamil et».
Ümumiyyətlə, İmam Rza (ə)-ın fəziləti həddən artıq çoxdur. Heç kim onun fəzilətinin nə qədər olduğunu bəyan edə bilməz. Həqiqətdə onun fəzilətini bir yerə toplamaq, dənizin suyunu bir otağa yığmaq deməkdir.
İmam Rza (ə)-ın təvvəllüdü hicrinin 148-ci ilində Ziqədə ayının 11-də, şəhadəti isə hicrinin 203-cü ilində səfər ayında, Məmunun xilafəti dövründə baş vermişdir.
Həzrət Əli (ə) övladlarından biri də abidlərin ağası İmam Mühəmməd ibn Əli Cavad (ə)-dır. Həzrətin ləqəblərindən biri «Təqi»dir. İmam Rza (ə) dünyadan köçəndə İmam Cavad (ə)-ın doqquz yaşı var idi.1 İmam Məhəmməd Təqi (ə)-ın doqquz yaşı az olduğuna görə, camaat onun imamətliyi barəsində şəkk edirdi. Bu məsələ bir müddət bu halda qaldı. Həcc zmanı yetişdi. Alimlər, fazillər və dünyanın hər tərəfindən şiə alimləri həccə gəldilər. İmam Cavad (ə) həcc mərasimini qurtarandan sonra onlar Həzrətin hüzuruna gəldilər. Onun möcüzə, kəramət, elm və kəmalını müşahidə edib, İmam olmasına iqrar etdilər. Şəkk və şübhə ləkəsini öz qəlblərinin güzgüsündən sildilər. Şeyx Küleyni rəvayət edir: Həzrətdən 30 mindən ən çətin məsələlər barəsində sual etdilər və o cənab bu sualların hamısına kamil surətdə cavab verdi.
Məmun İmam Rza (ə)-ın şəhadətindən sonra həmişə camaatın danlaq və məzəmməti ilə qarşılaşırdı. O, zahirdə özünü bu xəta2 və günahdan paklaşdırmaq üçün Xorasan səfərindən Bağdada qayıdan kimi, Həzrət Cavad (ə)-ı Mədinədən Bağdada dəvət etdi. İmam Bağdada gəldi. Məmun Həzrətlə görüşmədən ova getdi. Ova gedərkən yolda İmam Cavad (ə)-ı ziyarət edib görüşdü. Sonra səhraya getdi. Məmunun şahini (ov quşu, tərlan) havada balaca bir balıq ovladı. Məmun ovdan qayıdanda yenə də İmam Mühəmməd Təqi (ə)-ı gördü. O, balığı əlində gizlədib İmama dedi: - Bu nədir?
İmam buyurdu: - Allah-Təala dənizləri yaradıb, ondan bulud göylərə qalxır, bulud balaca balığın özü ilə yuxarı aparır. Sultanların şahini onları ovlayır və sultan onu əlinin ortasında gizlədib nübüvvət3 sülaləsini (yəni İmamı) imtahan edir.
Məmun dedi: - Həqiqətən, sən İmam Rza (ə)-ın övladısan. Bu ailədən maraqlı işlər, sirlər uzaq deyil.
Sonra İmam Təqini (ə) öz yanına çağırıb ona böyük hörmət etdi. Öz qızı Ümmü-Fəzli o Həzrətə vermək istədi. Lakin Bəni-Abbas etiraz edib bu işə razı olmadılar. Məmun onların rəyini bəyənmədi. Bəni-Abbas dedi: Bu uşaqdır. Hələ elm və kamal əldə etməyib. Əgər səbr etsən və o, böyüyüb kamala çatandan sonra Ümmü-Fəzli onunla evləndirsən çox yaxşı olardı.
Məmun dedi: - Onun elmi Lədünnidir1. Təhsil almağa ehtiyac yoxdur. Əgər istəyirsinizsə, zəmanınin alimlərini toplayıb onu imtahan edin.
Onlar məclis təşkil verdilər. Bütün alimlərdən savadlı olan Yəhya ibn Əksəmi2 və başqa alim və fazilləri oraya dəvət etdilər. Sonra Məmun əmr etdi ki, İmam Məhəmməd Təqi (ə) üçün məclisin yuxarısında yer düzəltsinlər. Onun üçün iki mütəkkə qoydular. Sonra İmam gəlib məclisin başında əyləşdi. Yəhya ibn Əksəm Həzrətin müqabilində oturdu. Məmun da Həzrətin yanında oturdu. Sonra Yəhya Məmuna üzünü tutub dedi: - İcazə verirsiniz Əbu Cəfərdən3 məsələ soruşum?
Məmun dedi: - Onun özündən icazə al!
Yəhya Əbu Cəfərdən (ə) izn istədi. İmam ona izn verdi.
Yəhya soruşdu: Mührim4 bir şəxsin ov ovlayıb onu öldürməsi barəsində nə buyurursunuz?
Həzrət Əbu Cəfər (ə) buyurdu: Bu məsələnin müxtəlif surətləri vardır. De görüm mührim şəxs Hildə1 olub ya hərəmdə? Alim idi ya nadan? Bilərəkdən ov ovlayıb ya səhvən? Azad idi ya bəndə (nökər, qul)? Balaca idi ya böyük? Bu onun ilk ovu idi ya yenə də ov etmişdi? O, quş ovlamışdı ya başqa ov idi? Kiçik ov idi ya böyük? Mührim o işə israr edirdi ya peşman olmuşdu? Gecə ov etdi ya gündüz? Ümrə2 ehramında idi, ya həcci töməttə3 ehramında?
Yəhya məsələnin müxtəlif surətlərini eşidib, heyran qaldı. Ağlı başından çıxdı, acizlik onun sifətində aşkar oldu, dili topuq vurdu. Bu vaxt məclisdə olanlar onun təslim olmasını müşahidə etdilər.
Məmun dedi: - İndi inkar etdiyiniz şəxsi yaxşı tanıdınız. Sonra öz qızını o Həzrətə verdi. İmam Mühəmməd Təqi (ə) kəbin xütbəsini oxuyub, Məmunun qızını 500 dirhəm mehriyyə4 ilə özünə həyat yoldaşı seçdi. Sonra Məmun əmr etdi ki, müşk və ənbər (ətir) gətirsinlər. Məmunun xüsusi adamları müşk və ənbər ilə saqqalarını ətirlədilər. Yemək hazırladı. Camaat yemək yedikdən sonra, Məmun onların hərəsinə layiq hədiyyələr verdi. İmam Cavad (ə)-dan yuxarıda qeyd olunmuş məsələnin hökmünü şərh etdi. Məmunun «əhsən-əhsən» - deyən səsi ucaldı. Bu zaman Həzrətdən istədilər ki, Yəhyadan bir məsələ soruşsun. Həzrət ondan bir məsələni soruşdu, lakin Yəhya cavab verə bilmədi.
İmam Cavadın (ə) təvəllüdü hicrinin 195-ci ilində, Ramazan ayının ortasında (başqa bir nəzərə görə Rəcəbin 10-da) şəhadəti isə hicrətin 220-ci ilində Zilqədə ayının axırlarında baş vermişdir.
Mötəsim1 Həzrəti zəhər ilə şəhadətə çatdırdı. Həzrət dünyadan gedəndə 25 yaşı var idi. Onun mübarək qəbri Kazimeyndə, babası Musa ibn Cəfər (ə)-ın qəbrinin arxa tərəfindən yerləşir.
Həzrət Əli (ə)-ın övladlarından biri də cənab Əbul Həsən (salis) İmam Əli ibn Nəqi (ə)-dır. Həzrətin ləqəbi «Hadi»-dir.
Mütəvvəkkil2 o Həzrəti Mədinədən Samirraya dəvət etdi. Samirra İraqın şəhərlərindən biridir. İmam Nəqi (ə) vəfat edənə qədər Samirrada yaşadı. İmam Əli ibn Nəqi (ə) və onun oğlu İmam Həsən Əsgəri (ə) Samirranın «Əsgər» məhəlləsində yaşadıqlarına görə onlara «Əgəri» deyirdilər.
Mütəvvəkkilin o Həzrətə etdiyi zülm və əziyyət yazmaqla qurtarmaz. Mütəvvəkkilin, Həzrətin özünə, işlərinə, dostlarına, ələvilərə, Fatimə övladlarına, İmam Hüseyn qəbrinə, zəvvarlarına etdiyi zülm və əziyyyəti sonsuz dərəcədə idi. Mütəvvəkkil, Abbasilərin ən kafiri idi. O, xəbis, alçaq və nanəcib bir adam idi. Ali-Əbu Talib ilə düşmənçilik edərdi. Onlara töhmət vurar, həmişə əziyyət edərdi. İmam Hüseyn (ə)-ın mübarək qəbrini aradan aparmağa çalışır, o Həzrətin zəvvarlarına əzab-əziyyət verərdi. Onun etdiyi cinayətlər tarix səhifələrini qan ağladır.
Qərmaninin «Əxbarüd-düvəl»1 kitabında qeyd olunmuşdur ki, Mütəvvəkkil 237-ci hicri ilində İmam Hüseyn (ə)-ın qəbirini dağıtmağı əmr etdi. Qəbrin ətrafındakı evləri də xaraba etdi. Əmr etdi ki, orada əkinçilik etsinlər.
İmam Hüseyn (ə)-ın qəbrini ziyarət etməyi hamı üçün, qadağan etdi. Kərbəla torpağını şumladılar. Müsəlmanlar bu işdən çox narahat oldular. Bağdad əhalisi divarlara Mütəvvəkkil üçün söyüş yazırdılar. Şairlər onun üçün satira yazırdılar.
Hədisşünaslar, İbn Sikkitin (şiə alimi) həyatı barəsində yazıbdır: O, Mütəvvəkkilin oğlanlarının «ədəb» müəllimi idi. Bir gün, Mütəvvəkkil ondan soruşdu: Sənin nəzərində mənim iki oğlum, Mötəzz və Müəyyid yaxşıdır ya Həsən və Hüseyn (ə)?
İbn Sikkit İmam Həsən (ə) və Hüseyn (ə)-ın fəzilətlərini saymağa başladı və axırda dedi: Əli (ə)-ın nökəri Qənbər səndən və sənin iki oğlundan yaxşıdır!
Mütəvvəkkil əmr etdi ki, onun dilini boğazından çıxartsınlar.
Mütəvvəkkil Əli (ə)-a cəsarət etməsi, söyüş verməsi və Həzrətin məqamını kiçiltmək istəməsi səbəb oldu ki, onun öz oğlu öz «Müntəsir Billah» atasının ölmünə höküm versin.
Əbül Fərəc İsfahani rəvayət etmişdir: Mütəvvəkkil, Ömər ibn Fərəc Rəxcini Məkkə və Mədinənin valisi2 qoymuşdu. Ömər, Ali-Əbu Talibə ehsan və yaxşılıq etməyə qadağan etdi. Bu iş barəsində o qədər çalışdı ki, camaat canının qorxusundan Ələvilərə3 kömək və ehsan etmədilər. Ömər o qədər Əmirəl-möminin (ə)-ın övladlarına zülm etmişdi və onları iqtisadi böhranda saxlamışdı ki, Ələvi qadınlarının bütün paltarları köhnəlib, para-para olmuşdu. Hətta bir köynəkdən artıq paltarları yox idi ki, onu geyib namazda iştirak etsinlər. Bu köynəyi növbə ilə geyib, namazda iştirak qalırdılar. Bu vəziyyət Mütəvvəkkil ölənə qədər davam etdi.
Məsudi rəvayət edir: İmam Əliyyən Nəqi (ə) barəsində Mütəvvəkkilə xəbər verdilər ki, onun evində çoxlu silah və Qum əhalisi tərəfindən gəlmiş çoxlu kağız (məktub) var. İmam sənin əleyhinə mübarizəyə qalxmaq istəyir.
Mütəvvəkkil öz adamlarından bir qurupunu Həzrətin evinə göndərdi. Onlar gecə İmamın evinə hücum etdilər, evi axtardılar, lakin bir şey tapmadılar. Gördülər ki, o Həzrət otağlardan birinin qapısını bağlayıb, yun paltar geyib, yerin üzərində xırda daşlar üzərində oturub Allaha ibadət edir və Quran oxumaqla məşğuldur.
İmam Nəqi (ə)-ı elə bu halda Mütəvvəkkilin yanına apardılar. Dedilər: Onun evini axtardıq, amma bir şey tapmadıq. İmamı üzü qibləyə oturdub Quran oxuduğu halda gördük. Mütəvvəkkil bu vaxt şərab məclisində idi. Sonra İmam Nəqi (ə)-ı o məclisə daxil etdilər. Mütəvvəkkilin əlində şərab camı var idi. İmama təzim edib, onu öz yanında oturtdu, şərab camını Həzrətə tərəf uzadaraq ona təklif etdi. İmam buyurdu: And olsun Allaha! Heç vaxt mənim ətimə-qanıma şərab daxil olmayıb.
İmam həmin məclisdə onlar üçün bir necə beyt şeir oxudu. Mütəvvəkkil bu şeiri eşidib o qədər ağladı ki, saqqalı yaş oldu. Həmçinin məclisdə onların hamısı ağladı.
«Kənzül-Fəvaid»1 kitabında rəvayət olunmuşdur ki, Mütəvvəkkil əlindəki şərab camını yerə vurdu: Kef məclisi onlara nuş olmadı. Bu hadisələrə diqqət yetirdikdə məlum olur ki, Mütəvvəkkilin dövrü İmam üçün nə qədər çətin olubdur.
İmam Nəqi (ə)-ın təvəllüdü, Səriyyada1 hicrinin 212-ci ilində, zilhiccə ayının ortalarında, şəhadəti isə 254-cü hicri ilinin Cəmadiül-axirə ayınınn axırlarında (və ya rəcəbin 3-də) Mötəzz Billahın xilafəti zamanı baş vermişdi.
Salam olsun İmam Nəqi (ə)-a!
Həzrətin övladlarından biri də Cənab Əbu Mühəmməd İmam Həsən Əsgəridir. Həzrətin vücudunda fəzilət, müdriklik, elm, zöhd, kamal, ağıl, ismət, şücaət, kərimlik və ibadət cəm olunmuşdur.
Həzrət Mədinədə 232-ci hicri ilinin rəbiül-əvvəl ayının əvvəllərində şəhadətə yetişdi. Həzrətin vəfatı zamanı Samirra şəhərini nalə və şivən səsləri bürümüşdü. Bütün bazarlar bağlanmışdı. Bütün Bəni-Haşim, Bəni-Abbas, qazilər, qoşunlar və xalq Həzrətin cənazəsi üstünə toplaşmışdılar. Həmən gün, Samirrada qiyamət qopmuşdu. Sonra o Həzrəti, atasının qəbrinin arxa tərəfində, Həzrətin öz evində dəfn etdilər.
Həzrətin övladlarından biri Höccət ibn Həsən İmam Zaman Məhdi Ali-Mühəmməd Sahibbəzzaman (ə)-dır.
İmam Zaman hicrətin 255-ci ilində, şəban ayının 15-də dünyaya göz açdı. Atası vəfat edəndən sonra, imamlıq ona 5 yaşında çatdı. Bu şəxs həmin vədə verilmiş Mehdi (ə)-dır Allahın Rəsulu və bütün İmamlar onun barəsində xəbər verərək, deyiblər ki, O, qılınc sahibidir (yəni qiyam edəcək). Ali Mühəmmədin dövləti onun zühuru zamanı diriləcək. Həzrət üçün iki qeybət1 olacaq. Birinci Qeybəti-suğra2, ikincisi isə Qeybəti-Kubradır3. Həzrət zühur edənə qədər dünya davam edəcək. Dünya zülm və cinayət ilə dolandan sonra Həzrət zühur edib dünyanı ədalətlə dolduracaq. Həzrətin zühuru üçün bir neçə nişanə (əlamət) buyururblar. Ümmətin ən yaxşı əməli Həzrətin zühurunu gözləməkdir. Qeybəti-suğra Həzrət doğulan zamandan, 329-cu hicri ilinə qədər (yəni Həzrətin dördüncü naibi Əliyyibni Məhəmməd Səməri vəfat edən zamana qədər) davam etdi. Səməri vəfat edəndən sonra isə Qeybəti-Kubra başladı. İndiyyə qədr 1004 ildir ki, Həzrət cammatın gözünə görsənmir və qeybdədir4. Həzrətin şiələri gecə-gündüz onun zühurunu gözləyirlər. Ünidvarıq bu uzun gecələr sona yetsin və ağamız zühur etsin. Günəşin doğması ilə bizi sevindirsin.

فَقَد طالَ الإِنتِظارُ وَ شَمِتَ بِنا الفُجّارُ





Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə