Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


«Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!»



Yüklə 0,52 Mb.
səhifə38/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   35   36   37   38   39   40   41   42   43
İmam Əlinin fəzilətləri

«Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!»
Rəvayətdə «Hadi»1 sözünü Əli (ə) barəsində təfsir edirlər.
Həzrət Əli (ə)-ın fəzilətindən biri də Peyğəmbər (s) ilə qohum (kürəkəni) olmasıdır. Allahın Rəsulu (s), qızı Fatiməni (dünya qadınlarının xanımı və qızlarının ən şərəflisini) Əli (ə)-a verdi. Peyğəmbər (s) Fatiməni çox istəyirdi. Onun üçün təvazö edib ayağa qalxar, onu öpüb iyləyərdi. Peyğəmbərin (s) Fatiməyə olan məhəbbəti öz qızı olduğu üçün yox, bəlkə Fatimənin Allah yanında şərafətli və sevimli olması üçün idi.
Bu məhəbbət başqa məhəbbətlərdən fərqlidir.
Allahın məhbubunu sevmək, Allahı sevməkdir. Peyğəmbər dəfələrlə buyurmuşdur: «Fatimə (s.ə) mənim ürəyimin parasıdır, ona əziyyət etmək mənə əziyyət etmək, onun razılığı mənim razılığım, onun qəzəbi mənim qəzəbim deməkdir».
Əli (ə)-ın başqa şərəfi onun övladlarıdır. Heç kimin Əli (ə)-ın şərəfli övladları kimi övladı olmayıbdır. İmam Həsən (ə) və İmam Hüseyn (ə) onun övladlarıdır. İmam Həsən (ə) və Hüseyn (ə) Behişt cavanlarının ağasıdır. Peyğəmbərin (s) onlara olan məhəbbəti heç kim üçün gizli deyil. Həzrət Abbas, Məhəmməd Hənəfiyyə, Zeynəb, Ümmü-Gülsüm və başqa övladlarının şan-şövkəti, böyüklüyü hamıya aydındır.
İmam Həsən (ə) və İmam Hüseyn (ə)-ın övladları şərəfin son dərəcəsinə nail olublar. İmam Həsən (ə) övladları aşağıdakılardan ibarətdir: Qasim, Əbdüllah, Həsən-Müsənna, Həsən Müsəlləs, Əbdüllah Məhz, Hüseyn ibn Əli (Fəxx şəhidi), İdris ibn Əbdüllah, İsmail ibn İbrahim ibn Həsən Müsənna (Təbatəba ləqəbi ilə şöhrət tapıbdır.) Həzrət Əbdüləzim, Ali-Tavus seyyidləri və s. Mən bunların bairəsində «Müntəhəl-amal fi zikri məsaibin-nəbiyyə vəl-al» kitabında yazmışam.1
İmam Hüseyn (ə)-ın övladları isə 9 dənə məsum imamlardan ibarətdir. Onların birincisi səcdə edənlərin ağası, zahidlərin rəhbəri cənab Əliyyibni Hüseyn Zeynülabidin (ə)-dır. O, ibadətdə babası Əmirəl-möminin (ə) çox oxşayırdı. Hər gün2 1000 rükət namaz qılırdı. Həmişə gecə namazı qılar, gündüzlər oruc tutar, Quran və dua oxuyardı. Allahın Rəsulu (s) onun adını «Abidlərin ağası» - deyə çağırmışdı. Bəzi vaxtlar Həzrət namaz qılanda rəngi dəyişərdi. Onun halı əzəmətli Allahın müqabilində, yazıq bəndələrin halı kimi idi. Allahın qorxusundan bütün bədən üzvləri titrəyirdi. Onun namazı, «müvəddi»3 namaz idi. Gecələr yemək kilsəsini çiyninə atır, dinar və dirhəm kisələrini özü ilə götürüb fəqir-füqəraların, yetimlərin evinə aparardı. O, yemək və pul paylayanda mübarək üzünü örtərdi ki, heç kim onu tanımasın. Həzrət dünyadan gedəndən sonra, ona qüsl vermək üçün soyundurdular. Həzrətin mübarək çiynində həmin kisələrin qoyduğunu izi gördülər. Həzrətin dərisi kisə daşımaqdan dəvənin dizinin qabağına oxşayırdı.
Rəvayət olunur ki, İmam Zeynülabidin (ə) Mədinə yoxsullarının 100 nəfərinin xərcini öz öhdəsinə götürmüşdü.
Bir gün Həzrət bir dəstə adamın yanından keçirdi. Gördü ki, onlar Həzrətin qeybətini edirlər. Həzrət onların yanında durub, buyurdu: Əgər mənim üçün saydığın bu eyblər düz olsa, Allah məni bağışlasın, əgər yalan deyirsinizsə, Allah sizi bağışlasın.
Həzrət çox namaz qıldığına görə onun səcdə etdiyi üzvlər qabıq bağlamışdı. Buna görə də onu «zussəfənat»1 adlandırdılar. Hər ildə bir neçə dəfə həmin qabıqlar qopurdu və Həzrət onu bir yerə yığırdı. Dünyadan gedəndən sonra, o qabıqları Həzrət ilə dəfn etdilər.
Zeynülabidin (ə) Kərbala hadisəsindən sonra 35 il həyat sürdü. Bu qısa zaman Bəni-Ümeyyənin hökmranlığının ən şiddətli zamanı idi. İmam Səccad2 (ə)-ın camaatı hidayət etməyə imakan və qüdrəti yox idi. Çarəsiz qalıb camaatdan ayrıldı və ibadətə, duaya, münacata məşğul oldu. Yalnız gizli surətdə atasını və babasını ziyarət etmək üçün İraqa gedərdi.
İslam alimlərinin ibadət və zahidlik haqqında yazdığı bütün kitablarda Həzrətin mübarək adı qeyd olunmuşdur. Həzrətin həmişəki ibadətlərindən biri də, atası İmam Hüseyn (ə)-a ağlamaq idi. O, ömrü boy Kərbala hadisəsini unutmadı. İftar vaxtı onun üçün su və yemək gətirəndə, atsının ac və susuzluğunu yadına salıb ağlayardı. Atasının kəsilmiş mübarək başını Yezidin məclisində görən zamandan, heç vaxt qoyun başı yeməzdi. Həzrət həmin məclisdə o qədər ağladı ki, onun mübarək gözünə zərər yetişəcəyindən qorxdular.
Rəvayət olunubdur ki, Əbdül Məlik Mərvanın xilafəti zamanı, onun oğlu Hişam həccə getdi. Təvaf1 halında Həcərül-Əsvədə2 çatdı, camaata çoxluğundan yaxınlaşa Həcərül-Əsvədə bilmədi. Heç kim ona etina etmədi. Sonra Məscidül-Hərəmda onun üçün bir minbər qoydular. O, minbərin üstündə oturdu və şamlılar onun ətrafına toplaşdılar. Bu zaman İmam Zeynülabidin Əliyyibni Hüseyn (ə) içəri daxil oldu. Onun surəti (sifəti) orada olanların hamısından gözəl və nurlu idi. Həzrətin bədənindən gələn ətirli iy, adamı özünə cəzb edirdi. Alnında səcdənin yeri qalmışdı. Həzrət təvaf etməyə başladı. Həcərül-Əsvədə yetişən zaman, camaat onun əzəmət və heybətinə görə kənara çəkildilər. Həzrəti Həcərül-Əsvədə əlini sürtüb ziyarət etdi. Hişam bu hadisəni görəndə çox qəzəbləndi. Şam əhalisindən bir nəfər Həzrətə olunan hörməti görüb təəccüb edərək Hişamdan soruşdu: Bu kişi kimdir ki, cammat ona belə hörmət edirlər?
Çəpgöz Hişam, Şam əhalisi İmamı tanımasın deyə, dedi: - Onu tanımıram!
Fərəzdəq3 orada idi, dərhal dedi: Əgər Hişam onu tanımırsa, mən onu tanıyıram. Şamlı kişi dedi: Ey Əba Firas4 o kimdir?
Sonra Fərəzdəq Həzrətin tərəfində 40 beyt mürətəcilən1 şeir dedi.
Hişam qəzəbləndi. Fərəzdəqə verilən hədiyyəni (bəxşişi) kəsdi. Əmr etdi ki, onu Əsfanda2 həbs etsinlər. Bu xəbər Əliyyibni Hüseyn (ə)-a çatan kimi, Fərəzdəq üçün 12000 dirhəm göndərib ondan üzr istədi. Fərəzdəq pulu qəbul etməyib Həzrətə qaytardı. Həzrət ikinci dəfə pulu onun üçün göndərdi.
Əbdürrəhman Cami3 deyir ki, Fərəzdəq dünyadan gedəndən sonra kufəli bir qadın, onu yuxuda görüb, soruşur Allah səninlə necə rəftar etdi?
Fərəzdəq cavab verir: «Allah Əli ibn Hüseynin tərifində dediyim qəsidəyə görə məni bağışladı».
Cəmi əlavə edərək, deyir: «Allah bu qəsidənin bərəkətinə xatir bütün aləmi bağışlasa yeri vardır».
Həzrətin təvəllüdü hicrətin 36-cı ilində camadiül-ula ayının ortasında, şəhadəti isə hcrətin 95-ci ilində Məhərrəm ayının 18-də (və 25-də) olmuşdur.
O Həzrətin (Əli (ə)) başqa oğlu, əvvəl və axır elmləri açan Mühəmməd Baqir (ə)-dır. İmam Baqir (ə) ibadət, zahidlik və elmdə hamıdan yüksək idi. Onun anası İmam Həsən (ə)-ın qızı Fatimədir. Fatiməyə «Ümmü Əbdüllah» və «Siddiqə» də deyirdilər. İmam Həsən (ə) nəslindən (qadınlardan) Fatimənin məqam və dərəcəsinə heç bir qadın çatmamışdır. Buna görə də İmam Baqir (ə)-a «İbnul-xeyrəteyn»4 (إبن الخيرتين) deyirdilr.
Mühəmməd Peyğəməbər (s) Cabir ibn Abdullaha buyurubdur: «Ey Cabir! Ümidvaram ki, sən Hüseynin övladlarından biri olan «Mühəmməd»i ziyarət edənə qədər ömür sürəcəksən. Mühəmməd (ə) bütün elmləri acacaq. Onunla görüşən zaman, mənim salamımı ona çatdırarsan».
Cabir, Məhəmməd Baqir (ə)-ın zəmanəsinə qədər yaşayıb, Peyğəməbər (s)-in salamını o Həzrətə çatdırdı.
Həzrət «Baqirul-Ülum» 1ləqəbini Peyğəməbər (s)-in sözləri əsasında veriblər.
Həzrətin din elmlərində, Quranın təfsirində, əhkam və ədəb fənnlərində olan əsərləri bütün düşüncəli və insaflı adamlar üçün gizli deyil. Bu emlər barəsində Həzrətdən o qədər rəvayət nəql olunmuşdur ki, ağıl onu dərk etməkdə acizdir. Həzrətin səhabəsi, tərəfdarları və müsəlmanların böyük fəqih (müctəhid)-ləri həmişə o Həzrətin elmindən istifadə ediblər.
Şeyx Müfid, Abdullah ibn Əta Məkkidən rəvayət edir: «Alimləri İmam Baqir (ə)-dan başqa heç kəsin yanında heç vaxt kiçik, zəif və həqir görmədim. Həkəm ibn Üteybə o qədər elmi və böyük məqamı ilə İmam Baqir (ə)-ın yanında ibtidai məktəb şakirdinə bənzəyirdi».
Cabir ibn Yəzid Cəfi, o Həzrətdən rəvayət nəql edəndə həmişə belə deyərdi: Bu hadisə mənə övsiyaların vəsisi, Peyğəmbərin elminin varisi, Mühəmməd ibn Əli ibn Hüseyn (ə) buyurmuşdur.
Şeyx Kəşşi, Mühəmməd ibn Müslimdən rəvayət edir: Mən qarşıya çıxan bütün çətin məsələlər barəsində İmam Baqir (ə)-dan soruşdum. O Həzrətdən 30 min hədis, İmam Sadiq (ə)-dan isə 16 min hədis soruşub, öyrənmişəm.

يا باقِرَ العِلمِ لِأَهلِ التُّقى وَ خَيرَ مَن لَبّى عَلى الأَحبُلِ.


Şeirin məzmunu: «Ey təqvalı şəxslər üçün elm qapısını açan və həcc mərasimində daşlar üstündə «ləbbeyk» deyən ən yaxşı şəxs!»
İmam Baqir (ə) təvəllüdü hicrətin 57-ci ilində, Rəcəb ayının əvvəlində, şəhadəti isə hicrətin 114-cü ilində, zilhəccə ayının 17-də olmuşdur. O cənabın qatili İbrahim ibn Vəlid və ya Hişam ibn Əbdül Məlikdir.
Həzrət Əli (ə)-ın övladlarından biri həqiqət və müşkülləri bəyan edən, şərqin və qərbin imamı Əbu Əbdullah Cəfəri Sadiq (ə)-dır. Onun səmada adı Sadiqdir. Şiə və Cəfəri məzhəbinin tərəfdarlarına o Həzrətin fəzilət, zahidlik, ibadət, hikmət və elmi aydındır. Onun fəzilətləri heç bir kitaba sığmaz və heç bir dil ilə bəyan etmək olmaz. Hətta səma mələkləri onun dərəcəsini dərk edə bilməzlər. Dörd min nəfər o Həzrətdən rəvayət nəql ediblər. Hər biri öz qabiliyyət və istedadı miqdarında İmam Sadiq (ə)-dan elm öyrənibdir. O cümlədən, Əban ibn Təğləb 30 min hədis, Məhəmməd ibn Müslim isə 16 min hədis o Həzrətdən öyrəniblər.
Bütün dini kitablar İmam Sadiq (ə)-ın elmi və hədisləri ilə doludur. İndiyə qədər Onun elminin heç onda bir hissəsinə belə yiyələnə bilməmişik. O Həzrətdən bizə çatan elm dənizdən götürülən bir damcıya bənzəyir.
Malik ibn Ənəs1 deyib: İmam Sadiqdən fəzilətli, təqvalı, abid və elmli bir şəxsi indiyə qədər bəşəriyyət görməyib və onun barəsində eşitməyibdir.

أنتَ يا جَعفَرُ فَوقَ المَدحِ وَالمَدحُ عِنـاءٌ إِنَّما الأَشرافُ أَرضٌ وَ لَهُم أَنتَ سَماءٌ


جازَ حَدُّ المَدحِ مَن قَد وَلَدَتهُ الأَنبِياءِ
«Ey Cəfər! Sən tərifdən yuxarı və tərif səndən aşağıdır.
Əşraf (böyük adamlar) yer kürəsi kimidir və sən onların asimanısan».
Peyğəmbər nəslindən olan şəxsin məqamını tərif qaliblərində bəyan etmək mümkün deyil».
İmam Sadiq (ə)-ın təvəllüdü hicrətin 83-cü ilində, rabiül-əvvəl ayının 17-də, şəhadəti isə hicrətin 148-ci ilində, rəcəb ayının ortasında olmuşdur.
Həzrətin şəhadəti Mənsur Dəvaniqinin xilafəti zamanı baş vermişdir.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə