Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə36/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   60

QURAN ELMLƏRİ
137
 .  َنوُلِقْعَت ْ ُكَّالَعَّال اًّيِبَرَع  ًانآ�ْرُق ُهاَنْلَعَج  َّانإِا   . ِينِبُمْلا  ِباَتِكْلاَو  
Açıq-aydın kitaba and olsun ki, Biz onu anlaya biləsiniz deyə ərəbcə 
Quran etdik.
179
c. Peyğəmbərlərin haqq olduğuna dair andlar:
 .  َينِل َسْرُمْلا َنِمَل  َكَّانإِا   . ِيمِكَحْلا ِنآ�ْرُقْلاَو   .سي
Yasin.  O  hikmətli  Qurana  and  içərəm  ki,  sən  həqiqətən  peyğəm-
bərlərdənsən.
180
d. Axirətdə cəzanın varlığına dair andlar:
.  ٌقِدا َصَل  َنو ُدَعوُت اَمَّانإِا   . اًارْمأَ�  ِتاَم ِّسَقُمْلاَف . اًا ْسُي  ِت َيِراَجْلاَف   . اًارْقِو  ِت َلِماَحْلاَف   . اًاوْرَذ  ِت َيِراَّالاَو
And olsun (torpağı) sovurub-səpələyənlərə (küləklərə), yük daşıyan-
lara (buludlara), asanlıqla üzənlərə (gəmilərə), işləri bilənlərə (mələklərə)! 
Sizə vəd olunan həqiqətən doğrudur ”
181
.
2. Andın Quranda işlədilməsinin səbəbləri
Allahın Quranda and içməsi insanları qane etmə vasitəsi demək 
deyildir. Bu andlara yer verilməsinin bəzi səbəbləri vardır ki, klas-
sik mənbələr bizə bu mövzuda üç səbəbin olduğunu söyləyirlər. 
a. İslam meydana çıxmadan əvvəl də ərəblərin içtimai həyatında 
andların böyük rolu var idi. Daha çox “insan həyatı”, “şərəf”, “qüvvə”, 
qəbilə”,  “əcdad”  kimi  müqəddəs  dəyələrə  və  “mizraq”  kimi  güc-
qüdrət əlaməti olan əşyalara and içilirdi. Qurani-kərimdə də and-
lara yer verilməklə ərəblərin bu üslub tərzi qorunub saxlanmışdır.
b. Bu andlar söylənilən şeyləri təkid etmək üçün işlənmişdir. 
Bir  çox  ayədə Allah  təala  nazil  etdiyi  nəsslərini,  varlığının  dəlil-
lə rini,  bəşəriyyətin  hidayətinə  vəsilə  olması  üçün  göndərmiş  ol-
179  Zuxruf, 43/2-3.
180  Yasin, 36/ 1-3.
181  Zariyat, 51/1-5.


TƏFSİR ÜSULU VƏ TARİXİ
138
duğu peyğəmbərlərini, bu andlar vasitəsi ilə təyid etmişdir (dəs-
təkləmişdir).
c. Qurandakı andların hikmətlərindən biri də, and içilən şeyin 
qiymətini, dəyərini və əhəmiyyətini göstərməkdir.
3. Qəsəm felinin əvvəlində nəfy ədatının işlənməsi
Qurandakı  andlarla  əlaqədar  üzərində  durulması  lazım  olan 
əsas məsələlərdən biri də, qəsəm felinin əvvəlində nəfy ədatı “lə”nin 
gəlməsidir. Bu cür and içmənin İslamdan əvvəlki ərəblər arasında 
da  mövcud  olduğu  söylənilir.  Müfəssirlər  “lə  uqsimu”  şəklində 
iş lənən andın bu növü barədə müxtəlif fikirlər səsləndirmişlər ki, 
bun lar aşağıdakılardır:
a.  Bu  ifadədəki  “lə”  ədatı  kəlamın  ahəngini  gözələşdirmək 
üçün işlənmişdir. Bu nəfy ədatı olmayıb ziyadə hərfdir. Lakin Razi 
bu görüşə qarşı çıxmışdır.
b.  Qəsəm felinin  əvvəlindəki bu  ədat təkid  üçün yazılmışdır. 
Yəni andı qüvvətləndirmək üçün buraya qoyulmuşdur. 
c. Bu ədat nəfy ədatıdır. Lakin bu iki mənada işlənə bilər. Bu 
ədat  ya,  özündən  əvvəlki  kəlama  inkar  mənası  verir.  Məsələn, 
Qiyamə surəsinin ilk aysəindəki “lə” ədatı, müşriklərin öldükdən 
sonra dirilmə haqqındakı inkarlarını rədd edərək, “Xeyr! Məsələ heç 
də sizin söylədiyiniz kimi deyil, qiyamət gününə və özünü qınayan nəfsə 
and içirəm ki, insan onun sümüklərini bir yerə toplayamayacağımızımı 
zənn edir?” şəklində bir məna ortaya qoyur. Və yaxud da bu nəfy 
ədatı, önündə gəldiyi qəsəmə (and) inkar mənası verir. Bu görüş 
Əbu Müslim İsfəhaninin görüşüdür. Ona görə yuxarıdakı ayənin 
mənası belə olur: “Qiyamət gününə və özünü qınayan nəfsə and içməyə 
belə  ehtiyac  olmadan  deyirəm  ki,  əgər  insan  onun  sümüklərini  bir  yerə 


QURAN ELMLƏRİ
139
toplamayacağımızı zənn edirsə, bilsin ki, biz bunu etməyə qadirk.” Razi 
də bu fikri dəstəkləmişdir.
N. Quranda məcazlar
Qurani-kərim ədəbi sənətlər baxımından çox zəngin bir kitab-
dır. Məcaz elminin bu ədəbi sənətlər içərisində özünə məxsus yeri 
vardır.
“Məcaz” kəlməsi, bir sözün öz mənasının xaricində bir məna 
ifadə etməsidir. Bildiyimiz kimi məcazi ifadələr hər dildə vardır. 
Bu ifadələr dilin həm ədəbi dəyərini, həm də təsir gücünü artırır. 
Qurani-kərimdə  məcaz  olub  olmamasına  dair  İslam  alimləri  ara-
sında yekdil bir fikir yoxdur. Alimlərin bir çoxu Quranda məcazın 
varlığını  qəbul  etsələr  də,  bəziləri  bunu  qəbul  etməməkdədirlər. 
Quranda  məcazın  olmadığı  qənaətində  olanlara  misal  olaraq  za-
hiri  məzhəbinin  qurucusu  Davud  əz-Zahirini  (vəfatı-270/883), 
mötəzili  müfəssir  Əbu  Müslim  Məhəmməd  ibn  Bəhr  əs-İsfəhani 
(vəfatı-322/934),  şafei  alimi  Əhməd  ibn  Əhməd  ət-Təbəri  (və-
fatı-355/946)  və  maliki  İbn  Huveyzmənzazı  (vəfatı-400/1009)  gös-
tə rə bilərik. Onlara görə məcaz yalanın qardaşıdır. İnsanlar danış-
dıqları zaman çətinliyə düşərlərsə o zaman məcaza əl atarlar. Al-
lah üçün bunu düşünmək isə mümkün deyildir. Quranda məcazın 
olduğunu  söyləmək Allahda  nöqsan  axtarmaq  mənasına  gəlir  və 
Qurandakı hər ifadə həqiqi mənada işlədilmişdir. Ancaq məcazlar 
Qurana  gözəllik  qatır.  Quranda  məcazın  olmadığını  iddia  etmək 
onun bu gözəlliyini ortadan qaldırmaqdan başqa bir şey deyildir.
Qurandakı məcazlar iki yerə ayrılır: əqli və lüğəvi məcazlar.
1. Əqli məcaz (əl-Məcazul-əqli)
Hər hansı bir hərəkətin o hərəkəti edənə deyil, başqasına isti-
nad edlməsinə əqli məcaz deyilir. 


TƏFSİR ÜSULU VƏ TARİXİ
140
  َنيِدَتْهُم ْاوُن َك اَمَو ْمُ ُتَراَ ِّت تَ ِبَر اَمَف
 “... Onların bu alış-verişi xeyir gətirmədi və onlar doğru yol tutan 
olmadılar”
182
 ayəsində məcazın bu növü vardır. Burada fail (iş görən) 
ticarətdir”.  Ancaq  ticarətin  xeyir  gətirib-gətirməməsi  ticarətlə 
məşğul olan insanla bağlıdır. “Onların bu alış-verişi xeyir gətirmədi” 
ifadəsindən məqsəd “onlar, bu alış-verişlərindən xeyir götürmədilər ” 
deməkdir.
  َباَبْسسَ ْلا ُغُلْبَا  ٖیّلَعَل اًاحْ َص  ٖیل  ِنْبا  ُناَماَه  َي  ُن ْوَعْرِف َلاَقَو
  ًابِذ َك ُهُّن ُظَ َل  ٖیّنِاَو  ٰىسوُم ِ ٰىلِا  ٰىلِا َعِلَّاطَاَف  ِتاَوٰىم َّاسلا  َباَبْسسَا
“Firon (istehza ilə) dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik 
ki, bəlkə, yollara yetişim. Göylərin yollarına (yetişim) və Musanın Alla-
hını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!.....”
183
 
ayəsində də məcazın bu növündən istifadə olunmuşdur. Çünki, “Ey 
Haman! Mənim üçün bir uca qəsr tik” sözü həqiqi mənada işlənsəydi 
o zaman Hamanın sanki bu qəsri öz əlləri ilə tikməsi başa düşü-
lür. Halbuki bu belə deyildir. Buradakı ifadə məcazi məna da olub, 
qəsd olunan həqiqi məna belədir: “Ey Haman! Mənim üçün bir uca 
qəsr tikdir.”
2. Lüğəvi məcaz
Bütün zikr olunaraq cüz, cüz zikr olunaraq da bütünün qəsd 
edilməsinə lüğəvi məcaz deyilir.
...  ِتْوَمْلا  َرَذَح  ِقِعاَو َّاصلا َنِّم مِ ِناَذآ�  ِف ْمُهَعِبا ْصأَ�  َنوُلَعْ َي ...
“... O münafiqlər ildırımlardan gələcək ölüm qorxusu ilə barmaqlarını 
qulaqlarına tıxarlar...
184
 ayəsində bütün zikr edilmiş, ancaq cüz qəsd 
182  Bəqərə, 2/16.
183  Mömin, 40/36-37.
184  Bəqərə, 2/19.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə