Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə33/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
126
5. Bir həqiqətin fərqli şəkillərdə gəlməsi
Quran  Hz.  Adəmin  yaradılışından  bəhs  edərkən  fərqli-fərqli 
ifa dələr işlədir. Belə ki bir ayədə insanın “torpaqdan
151
, başqa bir 
ayədə “qurumuş palçıqdan
152
, Saffat surəsinin 1-ci ayəsində isə “ya-
pışqan kimi palçıqdan”, Rəhman surəsinin 14-cü ayəsində “qupquru 
palçıqdan” yaratıldığı söylənir. Bu da ilk baxışda insanı çaşdırır. Qu-
ranın bu ayələri arasında təzad olduğu fikri oyanır. Ancaq burada 
Hz. Adəmin yaradılış səhnələri göstərilir. “Hamə”, “tin” və “salsal” 
eyni şey deyildir, amma bunların hamısının mənşəyi torpaq olub 
bu ifadələr də torpağın fərqli şəkilləri üçün işlədilmişdir.
Ayələr arasında var olduğu zənn edilən müşkilatı ortadan qal-
dırmaq  üçün  bəzi  elmi  metodlardan  istifadə  etmək,  ayələri  daha 
doğru anlamğa çalışmaq lazımdır. Alimlər müşkilləri ortadan qal-
dırmaq üçün iki yoldan istifadə etmişlər:
1) Təvil və təlif yolu
Bu  metoda  dair  məlumatlara  müşkillərin  səbəblərindən  bəhs 
edərkən yer verdik. 
2) Nəsx yolu
Nəsx  mövzusundan bəhs  edərkən  müfəssirlərin və  fəqihlərin 
ziddiyətli görünən bəzi ayələri uzlaşdıra bilmədikləri zaman nəsxə 
müraciət etdiklərini söyləmişdik. Nəsxi qəbul etməyənlər bu teori-
yanın ortaya çıxmasında əsas səbəbin məhz müşkil ayələrlə bağlı 
olduğunu söyləyirlər. 
İbn  Qüteybənin  (vəfatı-276/889)  “Təvilu  Müşkili-Quran”  adlı 
əsəri bu sahədə yazılmış ən məşhur əsərdir. Bundan başqa Məkki 
b.  Əbi  Talib  (vəfatı-437-1045)  “Müşkilatul-Quran”  və  Məhəmməd 
151  Ali İmran, 3/59
152  Hicr, 15/26


QURAN ELMLƏRİ
127
Abduh da “Müşkilatul-Quranil-Kərim” adlı əsərlərini bu mövzuya 
həsr etmişlər.
J. Mücməl və mübəyyən
“Mücməl” kəlməsi “dağınıq halda olan şeyləri bir yerə toplamaq”, 
qısa şəkildə ifadə etmək” mənasına gələn “icmal” məsdərindən törəyən 
ismi-məfuldur.  Termin  olaraq  “nə  qəsd  edildiyi  başa  düşülməyəcək 
dərəcədə qapalı olan, ancaq Allah tərəfindən izahı ilə anlaşılan söz və ya 
ayə” deməkdir.
“Mübəyyən” kəlməsi isə “açıqlamaq, izah etmək” mənasına gələn 
bəyan” kökündən törəmiş bir sözdür. “Açıqlanmış və bəyan edilmiş” 
demək olan mübəyyən, termin olaraq da “Quran ayələrindəki mücməl 
və gizli olan mənaların açıqlanması” deməkdir. 
Mücməl bir ayəni açıqlayan söz və ya ifadə ya eyni ayədə, ya da 
başqa bir ayədə olur. 
“...Sübh  çağı  ağ  sap  qara  sapdan  seçilənə  qədər  yeyib-için...” 
ayəsindəki  “minəl  fəcr/sübh  çağı”  ifadəsi  deyilənə  görə  ilk  endiyi 
vaxtlarda ayənin içərisində mövcud deyildi. Buna görə də bəzi sə-
habələr “sübh çağı ağ sap qara sapdan seçilənə qədər” ifadəsindəki “sap” 
sözünü  həqiqi  mənada  anlayıb  ağ  sapla  qara  sapı  yanaşdırır  və 
onları bir-birindən ayırana qədər yeyib içirdilər. Bu yanlış anlama-
dan sonra “minəl fəcr” ifadəsi nazil oldu. Beləliklə də həmin səhabi-
lər ayədəki sapın həqiqi mənada olmayıb gündüzün aydınlığı ilə 
gecənin  qaranlığını  məcazi  olaraq  anladan  ifadə  tərzi  olduğunu 
bildilər.
“And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!) 
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
153
 
ayəsindəki “tariq” sözü də mücməldir. Ancaq eyni surənin üçüncü 
153 Tariq, 86/1-2


TƏFSİR ÜSULU VƏ TARİXİ
128
ayəsi olan “(O, zülməti yaran) parlaq ulduzdur!” ayəsi bu mücməlliyi 
ortadan qaldırır.
Qurani-kərimdəki  mücməllərin  səbəblərini  belə  sıralamaq 
mümkündür:
1. Bir sözün iki zidd məna ifadə etməsi
Boşanan qadınlar üş təmizlənmə halını gözləyərlər...”
154
 ayəsindəki 
quru”  sözü  müştərk  mənada  işlədilən  bir  söz  olub  həm  aybaşı, 
həm də aybaşıdan təmizlənmə mənalarına gəlir.
2. Əvəzliyin istinadından qaynaqlanan ixtilaf
“...  Ona  ancaq  gözəl  sözlər  yüksəlir.  Gözəl  sözləri  də  gözəl  əməllər 
yüksəldir...”
155
  ayəsindəki  “yərfəu”  felindəki  əvəzliyin  istinadında 
mücməllik vardır. Çünki bu əvəzliyin həm Allah kəliməsinə, həm 
də “əl-kəlimut tayyibgözəl sözlər” ifadəsinə istinad edilməsi müm-
kündür.
3. Ətf və istinaf ehtimalının olması
ُ َليِوأْ�َت َُلْعَي اَمَو  ُ ّللا َّالإِا اَنِّبَر ِدنِع ْنِّم ٌّ ُك ِهِب اَّانَمآ� َنوُلوُقَي ِْلِعْلا  ِف َنوُ ِساَّارلاَو
“...Allahdan  başqa  onun  izahını  heç  kəs  bilməz.  Elmdə  yüksək 
səviyyəyə çatanlar deyərlər:“Biz Ona inandıq, hamısı Rəbbimizdəndir”...”
156
 
ayəsindəki “vər-rasixun” kəlməsindəki “vav” hərfinin həm ətf, həm 
də istinaf olma ehtimalı vardır. Bu hərfi istinaf olaraq ələ alanlar 
ayəni belə tərcümə etmişlər:
“...Mütəşabehlərin izahını yalnız Allah bilir. Elmdə yüksək səviyyəyə 
gələnlər  isə  deyərlər:  “Biz  Ona  inandıq,  hamısı  Rəbbimizdəndir”...”. 
Yəni onlara görə mütəşabehlərin mənasını yalnız Allah bilir, Onun 
xaricində heç kim bunları bilməz. “Vav” hərfini ətf hesab edənlər 
154  Bəqərə, 2/228.
155  Fatir, 35/10.
156  Ali İmran, 3/7.


QURAN ELMLƏRİ
129
isə “elmdə yüksək səviyyəyə gələnlərin” də mütəşabihlərin mənasını 
biləcəyini söyləyirlər.
4. Ləfzin qərib olması
Buna misal olaraq “Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar 
və  kəmhövsələ)  yaradılmışdır”!
157
  ayəsindəki  “həlu”  sözünü  göstərə 
bilərik. “Çox həris və səbirsiz” mənalarına gələn bu kəlmə sonrakı 
ayədə bu şəkildə açıqlanır: “Ona bir pislik üz verdikdə fəryad qoparar. 
Ona bir xeyir nəsib olduqda isə xəsis olar
158
Qurani-kərimdəki  mücməllərin  bir  hissəsi  Allah  tərəfindən 
açıqlanmış,  bir  hissəsini  sünnə  açıqlamış,  digər  bir  hissəsini  də 
səhabilər ictihad yolu ilə izah etmişlər. Yuxarıdakı misallarda Al-
lah tərəfindən açıqlanan mücməllərə yer verdik. Hz. Peyğəmbərin 
mücməlləri  təfsirinə  gəldikdə,  “salat”,  “zəkat”  və  “həcc”  kimi 
ifadələri buna misal vermək olar. Belə ki, ərəblər əvvəllər bu sözləri 
fərqli mənalarda işlədirdilər. Lakin İslam dini gəldikdən sonra bu 
kəlmələr xüsusi mənalarda işlənməyə başladı və bu kəlmələr həm 
qövli sünnə, həm də feli sünnə tərəfindən açıqlanaraq mücməllikləri 
ortadan qaldırıldı.
Yuxarıda mücməllərin bir hissəsinin də ictihadla izah edildiyini 
söylədik. Bu cür mücməllər Hz. Peyğəmbər tərəfindən açıqlanma-
yan mücməllərdir. 
Nəticə olaraq deyə bilərik ki, əgər mücməl söz Allah tərəfindən 
açıqlanmışsa  o  alınmalıdır.  Əgər  bu  kəlmə  barədə  verilən  izah 
kifayət deyilsə və ya onun haqqında hər hansı bir izah yoxdursa, o 
zaman o sözdən nəyin qəsd olunduğu araşdırılmalıdır. 
157  Məaric, 70/19.
158  Məaric, 70/20-21.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə