Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə34/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
130
K. Vücuh və nəzair
“Vücuh” sözü “vəch” kəlməsinin cəm formasıdır. “Vəch” lüğətdə 
bir şeyin ön tərəfi, üz, bir qövmün ağası, məqam, mövqe, cəhət, oxşar, qəlb, 
məzhəb, yol, şəkil, ruzi və bir məsələnin bilinən yönü” kimi mənalara gəlir. 
Termin olaraq vücüh “bir sözün Quranda fərqli mənalarda işlədilməsi” 
deməkdir. Bu terminin dilimizdəki qarşılığı omonimdir. Buna misal 
olaraq “əl-hüda” sözünün Qurandakı fərqli mənalarda işlədilməsini 
verə bilərik. Zərkəşi, “Əl-Burhan fi ulumil-Quran” adlı əsərində bu 
kəlmənin Quranda 17 mənada işlədildiyini söyləyir. Belə ki, bu söz 
bəyan
159
, din
160
, iman
161
, dəvətçi
162
, peyğəmbər
163
, yol tapmaq
164
, Hz. 
Mühəmməd 
165
, Quran
166
 və s. kimi mənalara da gəlir. 
Görürük  ki,  bu  kəlmələr  arasında  məna  cəhətdən  münasibət 
vardır.  Buna  görə  də  vücuha  “əl-əlfəzul-müştərəkə/müştərək 
sözlər” də deyilir.
Vücuha misal olaraq “ət-Tağut” kəlməsini də verə bilərik. Çün-
ki bu söz eyni zamanda şeytan,
167
 büt,
168
 hər bir pis şey deməkdir. 
Bundan başqa “salat”, “ruh”, “zur”, “ümmət” və “ayn” kəlmələri də 
vücuh elmi çərçivəsində ələ alına bilər. 
“Nəzair” sözü isə “nəzirə” kəlməsinin cəm forması olub “şəkil, 
təbiət,  davrnış  və  sözlərdəki  oxşarlıq”  deməkdir.  Temin  olaraq  da 
Qurandakı fərqli sözlərin eyni məna ifadə etməsinə” deyilir. Məsələn 
159  Bəqərə, 2/5.
160  Ali İmran, 3/73.
161  Məryəm, 19/76.
162  Rəd, 13/7.
163  Bəqərə, 2/38.
164  Nəhl, 16/16.
165  Bəqərə, 2/159.
166  Nəcm, 53/23.
167  Bəqərə, 2/256; Nisa, 4/76; Maidə, 5/60.
168  Nəhl, 16/36.


QURAN ELMLƏRİ
131
cəhənnəm”, “nar”, “səqar”, “hüdamə” və “cahim” kəlmələri Quranda 
əzab mənasını bildirir.
Buraya qədər söylənənlərdən yola çıxıb deyə bilərik ki, vücuh 
da təaddüd/çox mənalılıq, nəzair də isə, təşabüh və ittifaq vardır. 
Başqa cür ifadə etsək, vücuh mənalarda, nəzair isə ləfzlərdə olur.
Bu  sahədə  Müqatil  ibn  Süleymanın  (vəfatı-150/767)  “əl-Vücuh 
vən-nəzair”, Yəhya ibn Səllamın (vəfatı-200/815) “ət-Təsarif”, Hakim 
ət-Tirmizinin  (vəfatı-285/898)  “Təhsilu  nəzairil-Quranil-Kərim”,  İb-
nul-Cövzinin (vəfatı-597/1200) “Nüzhətul-ayunin-nəvazir fi ilmil-vü-
cuh vən-nəzair” adlı əsərləri vardır.
L. Quran qissələri
Qissə”  kəlməsi  lüğətdə  “bir  adamın  izini  addım  addım  təqib 
etmək”, “bir sözü bəyan etmək”, “anlatmaqhekayə etmək” kimi anlam-
lara gəlir.
Quranda keçmişdə yaşamış peyğəmbərlərdən və onların üm-
mət lərindən bəhs edən qissələr vardır. Bu qissələrin arxa planı və 
hikmətləri vardır. Tarixin dərinliklərində qeyb olmuş, unudulmuş 
və ya sadəcə bəzi izləri insanların hafizələrində qalmış, hər zaman 
üçün keçərli olan mütləq həqiqətləri, yüksək dini dəyərləri başqa 
qissələrdə olmayan bir üsulla anladan Quran qissələri, hadisələri 
sanki canlandırırmışcasına ortaya qoyur. Məhz Quranda bəhs olu-
nan tarixi hadisələrə qissə deyilməsinin səbəbi də budur. Qissələr 
sadəcə  rəvayət  və  nəql  deyillər,  onlar  eyni  zamanda  ictimai 
dəyişikliklərə paralel olaraq ələ alınmalı və üzərində dərin şəkildə 
düşünülərək bəzi izahlar gətirilməlidir. 


TƏFSİR ÜSULU VƏ TARİXİ
132
1. Qissələrin qayəsi
Qissələrin  əsas  məqsədi  “Quranın  nüzul  məqsədlərini  həyata 
keçirməkdir”. Bundan başqa bu qissələrin başqa bir çox qayələri də 
vardır ki, bunları aşağıdakı kimi sıralaya bilərik:
a. Hz. Mühəmmədin nübüvvətini isbat etmək.
Bilirik ki, nə Hz. Peyğəmbər, nə də onun qövmü keçmiş pey-
ğəmbərlər və millətlər haqqında çox şey bilmirdilər.
“(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb 
xə bərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gör dük-
ləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyil din!”
169
“(Ya Rəsulum!) Biz Musaya vəhy etdiyimiz (peyğəmbərlik bəxş edib 
Firon  əhlinin  yanına  getməsini  buyurduğumuz)  zaman  sən  (Tur  dağı-
nın)  qərb  tərəfində  (Musanı  gözləyənlər  arasında)  deyildin.  Sən  (buna) 
şahid olanlardan da deyildin! (Sənin yəhudilərə və ərəb müşriklərinə bu 
xəbərləri doğru söyləməyin yalnız Allahdan nazil olan vəhylərdir!)”
170
“Lakin Biz (Musadan sonra) neçə-neçə nəsillər yaratdıq. Onlar uzun 
ömür  sürdülər.  (Vəhy  kəsildi;  bir  çox  xəbərlər  unudulub  getdi,  şəriət 
təhrif  olundu).  Sən ayələrimizi onlara oxuyarkən  Mədyən  əhli arasında 
deyildin. (Sən Mədyəndə deyildin ki, onların əhvalını bilib Məkkə əhlinə 
xəbər verəsən. Buna görə də onlar sənin bu xəbərləri Mədyən camaatından 
öyrəndiyini deyə bilməzlər). Lakin Biz (bu əhvalatları onlara olduğu kimi 
xəbər vermək üçün səni) peyğəmbər göndərdik. [Və ya: Ancaq (bu xəbərləri 
sənə) göndərən Bizik].”
171
 ayələrində bu xüsusiyyət açıq şəkildə dilə 
gətirilmişdir. Hz. Mühəmmədin bu qisssələri bilmədiyi halda Qu-
ran vasitəsilə onları doğru şəkildə anlatması, onun Allahdan vəhy 
aldığının ən əsas dəlillərindəndir.
169 Yusuf, 12/102.
170 Qəsəs, 28/44.
171 Qəsəs, 28/45.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə