Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə47/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
181
ğı mövzularda siqa (mötəbər) tabeun müfəssirlərindən nəql edilən 
rəvayətləri dəlil saya bilərik. 
B. Təfsirin tədvini (yazılması)
Tədvin kəlməsi, lüğətdə “bir yerə yığmaq, toplamaq və cəm etmək” 
mənarına gəlir. Termin olaraq isə tədvin, “ilk dövrlərdən nəql olunan 
sözlü rəvayətləri düzgün şəkildə kitablarda toplamaq” deməkdir.
  Xəlifə  Ömər  ibn  Əbd  əl-Əziz  hicri  101-ci  ildə  Xilafətin  bü-
tün  yerlərinə  Hz.  Peyğəmbərin  hədislərinin  toplanması  barədə 
fərmanlar göndərir. Hədislər cəm edilir, qaydaya salınır, isnadları 
dəqiqləşdirilir. Bu vaxt təfsir də hədisin bir fəsli (bab) kimi toplanır 
və öyrənilir.
Əvvəllər  hədis  elmnin  bir  qolu  kimi  tədvin  edilən  təfsir,  çox 
keçmədən  müstəqil  bir  elm  kimi  formalaşdı.  Tabeun  dövrünün 
sonlarına qədər sözlü olaraq nəql edilən təfsir rəvayətləri ilə yana-
şı, insan təfəkkürünün inkişafı və bəzi yeniliklərin ortaya çıxması 
nəticəsində əqli (ictihadi) təfsir ortaya çıxdı. 
Tədvin dövründə, əvvəllər şifahi yolla nəql olunan rəvayətlər 
toplanmış, qərib kəlmələrlə yanaşı, əsbabün-nüzul, nasix-mənsux 
və Quranın ecazkarlığı ilə əlaqədar rəvayətlərə yer verilmişdir. 
Bu dövrdə rəvayət təfsiri ilə yanaşı dirayət təfsiri də ortaya çıx-
mış, xüsusilə fiqhi və kəlami məzhəblərin ortaya çıxması ilə daha 
da inkişaf etmişdir. Beləliklə də, Quranın nüzulu ilə başlayan təfsir 
fəaliyyətləri, tədvin dövründə yeni bir yola girmiş, şifahi dövrdə 
üzərində durulmayan bəzi mövzulara yer verilərək, həm rəvayət 
təfsirində, həm də dirayət təfsirndə canlanma baş vermişdir. 
Mənbələr  bizə  Quran  haqqındakı  nəqlləri  bir  yerə  toplaya-
raq onu başdan-sona qədər bir bütün olaraq təfsir edən ilk şəxsin 
Müqatil b. Süleyman (150/767) olduğunu bildirir.


TƏFSİR ÜSULU VƏ TARİXİ
182
İlk müstəqil təfsirlərdən olduğu söylənilən bir digər təfsir də 
Əbu Zəkəriyyə Yəhya b. Ziyad əl-Fərranın (207/822) Məanil-Quran 
adlı əsəridir. Ancaq bu əsəri tədvin dövrünün ilk əsəri saymaq geyri-
mümkündür. Çünki, Müqatil b. Süleyman Fərradan yarım əsr əvvəl 
yaşamışdır.  Bu  mövzuda  fərqli  fikirlər  səslənsə  də,  ümumiyyətlə 
qəbul edilən görüşə görə ilk tədvin edilən təfsir Müqatil b. Süley-
manın qələmə aldığı təfsirdir. O dövrün ilk müfəssirləri və onların 
yazmış olduğu təfsirlər bunlardır:
Müqatil b. Süleymanət-Təfsirul-Kəbir
Süfyan əs-Sevri, Təfsirus-Sevri
Yəhya b. Səllam, Təfsiru Yəhya
əl-Fərra, Məanil-Quran
Əbu Übeydə, Məcazul-Quran
Abdurrəzzaq b. Həmmam, Təfsir
III. TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
Təfsiri, insanın vəhyə əsaslanaraq vəhyi anlama cəhdi kimi də 
tərif edə bilərik. Tarixə nəzər saldıqda görürük ki, fərqli anlayış və 
bilgi dərəcəsinə sahib olan insanlar özlərinə görə müxtəlif metodlar 
ortaya qoyaraq Quranı anlamağa çalışmışlar. Bununla yanaşı bütün 
müfəssirlərin əsas məqsədi Allahın muradını təsbit etməkdir. On-
ların bu ortaq məqsədə yönələrək fərqli metodlarla Quranı anlama 
cəhdləri zamanla bir-birindən fərqli təfsir növlərinin ortaya çıxma-
sına səbəb olmuşdur. Bu təfsir növləri aşağıdakı kimi təsnif oluna 
bilər: 


TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
183
A. Məvzii təfsir (Ayə-ayə təfsir) 
Quran  ayələrinin  müshəfin  tərtibinə  görə  ayə-ayə  və  surə-
surə  təfsir  edilməsinə  “məvzii  təfsir”  (təfsirul-məvzii)  deyilir.  Bu 
təfsir  növündə  ayələrin  müshəfdki  tərtibi  əsas  alınır.  Hər  ayənin 
müəyyən yeri olduğu üçün bu təfsir məvzii təfsir adlandırılmışdır. 
Bu təfsir növünü əsas alan müfəssir Fatihə surəsindən başlayaraq 
Nəs  surəsinə  qədər  Quranın  bütün  ayələrini  bir-bir  təfsir  edər. 
Məvzii təfsir də təhlili və icmali təfsir deyə iki yerə bölünür.
1. İcmali təfsir 
Quran  ayələrinin  qısa  şəkildə  təfsir  edilməsinə  “İcmali  təfsir” 
deyilir.  Müfəssir  bu  təfsir  növündə  qısa,  ancaq  açıq  bir  şəkildə 
ayələri təfsir edir

Cəlaleyn təfsirini icmali təfsir nümunəsi saymaq 
olar. Bundan başqa daha çox radio və televizor verilişlərindəki Qu-
ran haqqındakı söhbətləri də bu metodun işləndiyi təfsirlərə misal 
olaraq
 
verə bilərik. 
2. Təhlili təfsir 
Quran ayələrinin müshəfin tərtibinə görə ayə-ayə və surə-surə 
təfsir edilib ayələrin bütün yönləri ilə incələnib ortaya çıxarılmasına 
Təhlili  təfsir”  deyilir.  Bu  təfsir  növündə  müfəssir  ayələrdə  keçən 
qərib kəlimələri və ifadələri açıqlayır, onlar arasındakı münasibəti, 
varsa  nüzul  səbəblərini,  ayə  haqqında  Hz.  Peyğəmbər,  səhabi  və 
tabeundan gələn rəvayətləri zikr edir və intellektual səviyyəsindən 
də istifadə edərək ayə haqqındakı görüşünü bildirir.
Bu təfsir növü də rəvayət və dirayət təfsirləri deyə iki yerə ay-
rılır. 
a. Rəvayət təfsiri (Ənənəvi təfsir)
Bu təfsir növü, Qurani-kərimin, Quranın özünün mübarək ayə-
lərindən irəli gələn mənalar, habelə Hz. Peyğəmbərin, səhabilərin 


TƏFSİR ÜSULU VƏ TARİXİ
184
və  tabeilərin  dedikləri  əsasında  təfsirini  nəzərdə  tutur.  Rəvayət 
təfsirinin qaynaqları Quran, sünnə, səhabə və tabeun sözləri, ərəb 
dili  və  cahiliyyə  şerləridir.  Quranın  ilk  təfsirləri  məhz  ənənəvi 
təfsirlər olmuşdur. Bu cür təfsirlər səhabilər və tabeilər dövründə 
şifahi rəvayətlər şəklində mövcud olmuş, şifahi olaraq ötürülmüş, 
hicrətin  ikinci  əsrindən  etibarən  isə,  xüsusilə  də  təfsirin  tədricən 
hədis elmindən ayrılması ilə əlaqədar olaraq yazıya alınmışdır.
Allah-təala: “Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir
265
 bu-
yuraraq,  Quranın  bəzi  ayələrinin  digər  bəzi  ayələri  təfsir  etdiyi-
ni bildirir. Belə ki, bəzi ayələrdə mütləq, mücməl və ümumi olan 
xüsusiyyətlər, digər ayələrdə təqyid, təfsil və təxsis olunmuşdur. 
Məsələn, “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi 
tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim
266
ayəsində 
qandan  bəhs  olunmuş,  lakin  başqa  bir  ayədə  “axıdılmılış  qan”
267
 
ifadəsinə yer verilərək o ayədəki qanın axıdılmış qan olduğu açıq-
lanmışdır.
Fatihə  suərsinin  3-cü  ayəsində  “din  günü”  ifadəsi  mücməl 
ifadədir. İnfitar surəsinin 19-cu ayəsi bu mücməl ifadəni mübəyyən 
etmişdir (açıqlamışıdr): “O gün heç kəs heç kəsin karına gələ bilməz. O 
gün hökm ancaq Allahındır!” 
Bəzi  hallarda  isə  Qurandakı  bir  ayə  başqa  bir  ayə  tərəfindən 
təxsis  olunur  (xüsusiləşdirilir).  Məsələn,  Maidə  surəsinin  3-cü 
ayəsindəki  “məytə”  sözü  ümumi  mənada  işlənmişdir.  Lakin  bu 
ifadə, “Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ehramda ikən) dəniz 
ovu  və  onu  yemək  sizə  də,  yolçulara  (səfərdə  olanlara)  da  halal  edildi” 
268
ayəsi ilə təxsis olunmuşdur.
265  Qiyamə, 75/19.
266  Maidə, 5/3.
267  Ənam, 6/145.
268  Maidə, 3/96.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə