Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə49/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
188
rilmişdir, məsələn, Hz. Xızırın adının müəyyən edilməsin barədə 
səhih hədis vardır, yaxud şəriətdə həmin rəvayətlərin səhihliyinə 
şahid-sübut vardır.
  Səhihliyi  və  ya  qeyri-səhihliyi  məlum  olmayan  rəvayətlərə 
məskut  ənhu”  (üstündən  sükutla  keçilmiş)  deyilir.  Bu  cür 
rəvayətlərin  ibrətamizliyinə  görə  hekayət  edilməsi  və  yaxud 
təfsirlərdə  verilməsi  caiz  sayılır,  lakin  onların  səhihliyinə,  habelə 
qeyri-səhihliyinə  iman  gətirmək  düzgün  hesab  edilmir.  Onlar 
barəsində susmağa üstünlük verilir.
Mərfuz” (rədd edilmiş) rəvayətlər o rəvayətıərdir ki, onların is-
lam şəriətinə, yaxud əqlin hökmlərinə müvafiq olmadığı müəyyən 
edilmişdir.  Məsələn,  Hüzeyfə  ibn  əl-Yəman  Hz.  Peyğəmbərin 
belə  dediyini  rəvayət  etmişdir:  “İsrailoğulları  yolunu  azdıqları 
zaman  Allah  onlara  fars  hökmdarı  Buhtünnəsri  göndərdi.  Allah 
Buhtünəsrə 700 illik hökmdarlıq nəsib etdi...”
271
 Bu xəbər tamamilə 
uydurmadır. Hz. Peyğəmbər qətiyyən belə bir söz deməmişdir.
İsrailiyyat rəvayətləri mövzu baxımından da üç qismə ayrılır:
1) Etiqad haqqındakı rəvayətlər.
2) İbadət və dini əhkamla bağlı olan rəvayətlər.
3) Vəz və nəsihətlə bağlı olan rəvayətlər.
İsrailiyyat, təfsirdə ən çox tənqid olunan mövzulardan biridir. 
Çünki israiliyyat adı altında lüzumsuz bir çox bilgi təfsir kitabla-
rında özünə yer tapmış, Quranın ibrət məqsədi ilə yer verdiyi qısa 
mövzular belə çox geniş şəkildə ələ alınmışdır. Bu cür rəvayətlər isə 
insanları Quranın ruhundan və onun vermək istədiyi ilahi mesaj-
dan uzaqlaşdırmışdır.
271  Təbəri, əl-Camiul-Bəyan, XV/22.


TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
189
Mənbələrin xəbər verdiyinə görə israil ravayətlər Quran təfsirinə 
ilk dəfə Abdullah ibn Səlam, Kəb əl-Əxbar, Vəhb ibn Münəbbih və 
İbn Cüreyc kimi bəzi alimlər vasitəsi ilə daxil olmuşdur. Bunların 
hamısı yəhudi və xristian əsilli olub sonradan müsəlman olmuşlar. 
Onlar Tövrat və İncili çox yaxşı bilirdilər. Bunlardan başqa Abdul-
lah ibn Abbas, Əbu Hüreyrə, Abdullah ibn Əmr ibnul-As, Təmim 
əd-Dari  kimi  səhabilər  tərəfindən  də  bir  çox  israiliyyat  xəbərləri 
nəql olunmuşdur.
Məşhur rəvayət təfsirləri bunlardır:
1. İbn Cərir ət-Təbəri (vəfatı-310/922) , Camiu-l-bəyan an təvili-l 
Quran.
2.  Əbu  Leys  əs-Səmərqəndi  (vəfatı-383/993),  Təfsiru-l  Qurani-l 
əzim.
3. əl-Bəğavi (vəfatı-516/1122), Məalimu-t tənzil.
4. İbn Atiyyə əl-Əndəlusi (vəfatı-546/1151), əl-Müharrərü-l vəciz 
fi təfsiri- kitabil- əziz.
5. İbn Kəsir (vəfatı-774/1372), Təfsirul- Quranil-əzim.
6.  əs-Süyuti  (vəfatı-911/1505),  əd-Dürrü-l  mənsur  fi-t  təfsir  bi-l 
məsur. 
b. Dirayət təfsiri
Rəvayətlərlə  kifayətlənməyib  ərəb  dili  və  ədəbiyyatı,  dini, 
fəlsəfi və müsbət elmlərə əsaslanan təfsirə dirayət təfsiri deyilir. Bu 
təfsir növünə “rəy təfsiri” və ya “əqli təfsir” də deyilir.
İslam coğrafiyası genişləndikdən sonra yeni fəlsəfi fikirlərin və 
məzhəblərin  ortaya  çıxması  və  nübüvvət  əsrindən  uzaqlaşdıqca 
müsəlmanların  bilgi  və  məlumatlarının  zəifləməsi  nəticəsində 
həm əvvəllər üzərində durulmayan nəsslərin, həm də yenidən ələ 


TƏFSİR ÜSULU VƏ TARİXİ
190
alınması lazım olan ayələrin təfsirinə ehtiyac vardı. Belə bir dövrə 
təsadüf edən bu təfsirin rəvayət mənbələri ilə yanaşı ictihaddan da 
istifadə etməsi zəruri idi. Bütün bunların bir nəticəsi olaraq dirayət 
təfsiri ortaya çıxdı.
Dirayət təfsirini rəvayət təfsirindən ayıran əsas cəhət, müfəssirin 
hər hansı bir məsələdə öz görüşünə yer verməsidir. Ancaq bu onun 
rəvayət təfsirindən hem istifadə etmədiyi mənasına da gəlmir. Bu 
təfsir  növündə  izlənən  metod,  əvvəlcə  rəvayət  təfsirində  istifadə 
olunan mənbələrə müraciət etmək və o mənbələrdən əldə olunan 
bilgiləri ağıl süzgəcindən keçirməkdir.
Dirayət  metodu  ilə  yazılan  ilk  təfsir  nümunələri  Mötəzilə 
alimlərinə məxsusdur. VIII əsrdə yazılmağa başlayan lüğəvi təfisrlər 
də dirayət metodu ilə yazılan təfsirlərədn hesab olunur. 
1) Dirayət təfsirinin məqbulluğu məsələsi
Dirayət  təfsirinin  məqbulluğu  mövzusunda  alimlər  iki  qrupa 
ayrılır: Dirayət təfsirini məqbul sayanlar və məqbul saymayanlar. 
İlk əvvəl bu təfsir növünü məqbul saymayanların dəlillərini sa-
dalayaq:
a. Təfsirdə ictihad zənn ifadə edər. Zənn isə qəti bilgi deyildir. 
Dirayət təfsiri də qəti bilgi olmadan Allahın yerinə danışmaqdır ki, 
bu da haramdır. Belə ki, 
... اَ ْنِم  َرَهَظ اَم  َشِحاَوَفْلا َ ِّب َر َمَّارَح اَمَّانإِا ْلُق  
De: Rəbbim ... bir də Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi 
haram etmişdir
272
 ayəsi bu təfsirin hökmünü ortaya qoyur. Bundan 
başqa;
... ٌ ْلِع ِهِب  َ َل  َسْيَل اَم  ُفْقَت َلَو
272  Əraf, 7/33.


TƏFSİRİN MƏNBƏLƏRİ VƏ NÖVLƏRİ
191
Bilmədiyin  şeyin  ardınca  getmə...”
273
  ayəsi  də  dirayət  təfsirinin 
məqbul olmadığını göstərir.
b. Dirayət təfsirini ayələrlə yanaşı bəzi hədislər də qadağan etm-
şdir. Məsələn, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim bilmədən 
Quran barəsində bir şey desə cəhənnəmdəki yerinə hazır olsun”.
274
 Yenə 
başqa bir hədisdə belə buyurulur: “Kim öz ictihadı ilə Quran barəsində 
bir şey desə dediyi doğru olsa belə səhvdir”.
275
 
c. Bir çox səhabilərin Quranı öz ictihadları ilə təfsir etməkdən 
çəkinmələri də dirayət təfsirinin qadağan olduğunu göstərən başqa 
bir dəlildir. Hz. Əbu Bəkir bu məsələylə balı olaraq belə demişdir: 
“Quran haqqına öz rəyimlə və ya bilmədən bir şey söyləsəm, hansı 
yer məni üstündə daşıyar, hansı göy məni kölgəsində saxlayar?”
276
 
d. Mənbələrin bildirdiynə görə tabeun alimlərinin də bir çoxu 
dirayət təfsirini məqbul saymamışlar. Məsələn, İbn Sirin belə de-
yir: “Übeydə əs-Səlmanidən Quranın bir ayəsi barədə soruşdum. O 
dedi: “Quranın hansı məsələlər haqqında nazil olduğunu bilənlər 
getdi.  Allahdan  qorx  və  doğru  ol”.
277
  Məsruqun  isə  belə  dediyi 
nəql olunur: “Quranı təfsir etməkdən uzaq durun, çünki o, Allahın 
nəqlidir”.
278
Bu təfsir janrını məqbul sayanların dəlillərinə gəldikdə onlar 
aşağıdakılardır:
a. Dirayət təfsirini qadağan edtiyi iddia edilən ayələr, hədislər 
və  sələf  alimlərindən  gələn  rəvayətlər  Quran  ayələri  haqqında 
273  İsra, 17/36.
274  Tirmizi, Təfsirul-Quran, 1.
275  Tirmizi, Təfsirul-Quran, 1.
276  Təbəri, Camiul-Bəyan, I/27.
277  Təbəri, Camiul-Bəyan, I/29.
278  İbn Kəsir, Təfsir, I/17.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə