Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə52/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
200
2. Şiə təfsirləri
Şiəlik Hz. Peyğəmbərin vəfatından sonra xəlifəliyə Hz. Əli və 
onun əhli-beytinin daha layiq olduğunu müdafiə edən qrupa verilən 
addır. Bu məzhəbi digər məzhəblərdən ayıran əsas nöqtə “imamət” 
məsələsidir.  Bu  məzhəb  öz  içərisində  Zeydiyyə,  İsmailiyyə, 
İmamiyyə kimi bir çox qollara ayrılır. Lakin şiə məzhəbləri arasın-
da ən böyük məzhəb İmamiyyə (Cəfəri) məzhəbidir. Buna görə də 
biz bu məzhəbin təfsir anlayışını ələ alacağıq. 
İmamiyyə məzhəbinin təfsir anlayışını açıqlamadan əvvəl onun 
inanc əsasları üzərində durmaq lazımdır. Əhli-sünnə və şiə məz-
həbləri tövhid, nübüvvət və məad kimi inanc əsaslarında eyni gö-
rüşlərə sahibdirlər. Lakin bu məzhəblər arasında bəzi fərqli cəhətlər 
də vardır ki, bunların da başında imamət inancı gəlir. İmamət inan-
cı  ilə  əlaqədar  daha  dörd  məsələ  vardır.  Bunlar  ismət,  mehdilik, 
ricət və təqiyyədir.
a. İmamət: İmam dini və dünyəvi liderdir. Şəriətin qorunması 
məsələsində Hz. Peyğəmbərin vəkilidir.
b. İsmət: İmam Peyğəmbər (s.ə.s) kimi zahirdə və batində doğu-
luşundan vəfatına qədər bütün pis şeylərdən məsumdur.
c.  Mehdilik:  Yerüzünə  zülm  və  ədalətsizlik  hakim  olduqdan 
sonra Mehdi zühur edəcək və dünyaya ədalət gətirəcəkdir.
d. Ricət: Gözlənən imam gəldikdən sonra Allah-təala ölənlərin 
bir hissəsini öldükləri şəkildə yenidən dirildəcək, onların bəzilərini 
yüksəldəcək,  bəzilərini  isə  alçaldacaqdır.  Kimin  haqlı,  kimin  də 
haqsız olduğunu ortaya çıxaracaqdır.
e.Təqiyyə: Cəmiyyətdən və ya hər hansı bir fərddən müxtəlif 
şəkillərdə  qorunmaq,  mənsub  olduğu  məzhəbi,  o  məzhəbin  ma-


BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
201
lını, öz canını və inancını gələcək zərər və ziyanlardan mühafizə 
etməkdir.
İmamiyyə  məzhəbinə  görə  Quran  təfsirində  əsas  alınacaq 
rəvayətlər  imamalardan  nəql  olunan  rəvayətlərdir.  Quranın 
həm  zahiri,  həm  də  batini  mənası  vardır.  Quranın  zahiri  tövhid, 
nübüvvət və risalətə dəvət, batini isə imamət, vəlayət və bunlarla 
əlaqədar şeylərdir. Zahir və batin məsələsində imamiyyə məzhəbi 
sufilərlə  eyni  düşünməkdədir. Ancaq  sufilərə  görə  batini  mənanı 
rüsux sahibləri, imamiyyə məzhəbinə görə isə imamlar və onlardan 
feyz alanlar anlayar.
Bu məzhəbə mənsub müfəssirlər Quranda imam Mehdinin zü-
hur edəcəyinə işarə edildiyini və 
... ُهَّانُ ُصنَتَلَو ِهِب َّا ُنِمْؤُتَل...
“...Əlbətdə  ona  inanacaqsınız  və  ona  yardım  edəcəksiniz...
281
 
ayəsindən də bunun qəsd edildiyini söyləmişlər.
Kəlam mövzularında İmamiyyə məzhəbi Mötəzili məzhəbinə 
daha yaxındır. Məsələn, bu məzhəb alimləri
ُهُكِر ْدُت َّال  َرا َصْبأَلا  ُكِر ْدُي َوُهَو  ُرا َصْبأَلا
Gözlər Onu idrak etməz, O gözləri idrak edər
282
 ayəsini əsas ala-
raq “rüyətullah” (Allahın görülməsi) məsələsini qəbul etməmişlər. 
Bundan  başqa  imamiyyə  müfəssirləri  ٌةَر ِظاَن  اَهِّبَر  ىَلِإ  “...  öz  Rəbbinə 
baxacaqlar
283
  ayəsini  isə“Rəbbinin  səvabını  gözləyirlər”  deyə  təfsir 
etmişlər. 
Həmçinin İmamiyyə müfəssirləri Nisə surəsinin 
281  Ali İmran, 3/81.
282  Ənam, 6/103.
283  Qiyamə, 75/22-23.


TƏFSİR ÜSULU VƏ TARİXİ
202
 ِهِب  ُتْعَتْمَتْسسا اَمَف ّنُ ْنِم َّانُه َروُجأُ� َّانُهوُتآ�َف 
 “ ... Onlardan faydalandığınıza görə mehrlərini qayda üzrə özlərinə 
verin...”
284
  ayəsini  mütə  nikahına  dəlil  saymışlar.  Bundan  başqa 
bu  məzhəbə  görə  dəstəmazda  ayaqlar  məsh  edilməlidir.  Bəqərə 
surəsinin  
َّانِمْؤُي  َّاتَح  ِت َكِ ْشُمْلا ْاوُحِكنَت َل َو
“ ...iman etmədikcə bütpərəst qadınlar-
la evlənmyin
285
...” ayəsinə əsaslanaraq müşriklərlə və əhli-kitabdan 
olanlarla evlənməyin haram olduğu qənaətinə gəlmişlər.
İmamiyyə məzhəbinin əsas təfsirləri bunlardır: 
1. Hicri III əsrin sonu və IV əsrin əvvəllərində yaşayan Əli İbn 
İbrahim əl-Qumminin təfsiri. 
2.  Əbu  Cəfər  Məhəmməd  İbn  Həsən  İbn  Əli  ət-Tusi  (vəfatı- 
460/1068), ət-Tibyan.
Şiə fəqihi olan Tusinin qələmə aldığı bu əsər ilk şiə təfsirlərin-
dən hesab olunur. Təfsirdə rəvayət və dirayət metodundan istifa də 
olunmuşdur. Bu əsər 10 cilddən ibarətdir.
3.Əbu  Əli  əl-Fəzl  İbn  Həsən  ət-Təbrəssi  (vəfatı-538/1153), 
Məcməul-bəyan fi təfsiril-Quran.
Bu  təfsirin  müqəddiməsində  oxuyucuya  bəzi  Quran  elmləri 
barədə məlumatlar verilmişdir. Şiə təfsirləri arasında ən mükəmməl 
təfsirlərdən  biri  hesab  olunur.  Qrammatik  qaydalara  ciddi  əməl 
olunmuş, bəlağətə geniş yer ayrılmışdır.
4. Məhəmməd İbn Mürtəza (vəfatı-1091/1680), əs-Safi
5. Məhəmməd Hüseyn ət-Təbatəbaiəl-Mizan fi təfsiril-Quran.
Bu əsər 20 cilddən ibarətdir. Bu təfsir də ən məhşur təfsirlərdən 
hesab olunur.
284  Nisa, 4/24.
285  Bəqərə, 2/221.


BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
203
6.  Mir  Məhəmməd  Kərim  Bakuvi,  Kəşfül-Həqayiq  an  Nükətil 
Ayəti vəd Dəqayyiq
Daha  əvvəl  də  bəhs  etdiyimiz  bu  əsər  üç  cilddən  ibarət  olub 
həmyerlimiz Məhəmməd Kərim Bakuvi tərəfindən yazılmışdır. 
3. Xaricilərin təfsiri
Əvvəlcə  Hz.  Əliyə  yardım  edən,  daha  sonra  isə  “təhkim  hadi-
səsində” Əbu Musa əl-Əşərini hakim təyin etdiyi üçün küfrə düşdü-
yü qənaətinə gələrək ona müxalif olan qrupa “Xaricilər” deyilmşdir. 
Xaricilər Quranın zahirini əsas almışlar. Quran ifadələrindəki 
əsas  məqsədləri  gözardı  etmişlər.  Məsələn,  onlara  görə  bir  adam 
bir yetimin malından az miqdarda yesə belə Nisə surəsinin 10-cu 
ayəsində buyurulduğu kimi onun cəhənnəmdə yanması vacib olar. 
Ancaq o adam yetimi öldürər və ya qarnını yarasrsa o cəhənnəmdə 
yanmaz.  Çünki  bu  barədə  nəss  yoxdur.  Bundan  başqa  xaricilər 
əməlin  imanın  bir  parçası  olduğunu  söyləmişlər.  Buna  görə  də 
əməli tərk edən imanı da tərk etmişdir. 
Xarici məzhəbinə aid təfsirlər olduqca azdır. Bir də bu məzhə-
bin sadəcə İbadiyyə qolu günümüzə qədər gəlib çatmışdır. Ən məş-
hur İbadiiyyə təfsiri Məhəmməd İbn Yusif İftiyyeşin (vəfatı- 1332/ 
1914) “Himyənuz-zad ilə dəril-məad” təfsiridir. 
C. Elmi təfsir
Bu  təfsir  cərəyanı  Quranda  müxtəlif  elmlərə,  kəşf  və  icadla-
ra  işarə  olunduğu  fikrindən  meydana  çıxmışdır.  Mənbələrin  bil-
dirdiyinə görə elmi təfsir dirayət təfsirinin doğuşu ilə ortaya çıx-
mışdır  ki,  bu  da  daha  çox  Abbasilər  dövrünə  təsadüf  edir.  Elmi 
təfsiri  sistemli  olaraq  ilk  dəfə  ələ  alan  əl-Qəzali  (vəfatı-505/1111) 
olmuşdur.  O  bu  sahədə  “Cəvahirul-Quran”  adlı  əsər  meydana 
gətirmşdir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə