Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə53/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
204
Bu janrda təfsir yazan və bunu ən yaxşı tətbiq edən isə Fəxrəddin 
ər-Razidir  (vəfatı-606/1209).  Ondan  sonra  isə  bu  sahədə  bayrağı 
Məhəmməd əl-Mursi (vəfatı-655/1257) və Suyuti (vəfatı- 911/1505) 
almışdır.
XIX əsrdə Avropanın təsiri ilə İslam aləmində ortaya çıxan inti-
bah  hərəkatı  ilə  yanaşı  elmi  təfsir  hərəkatı  da  yenidən  canlandı. 
Məhz  bu  dövrdə  Məhəmməd  ibn  Əhməd  əl-İsgəndərani  (vəfatı- 
1306/1888) “Kəşfül-əsrarin-nuraniyyətul-Quraniyyə” adlı bir əsər yaz-
dı. Ondan sonra da bəzi alimlər bu janrda əsərlər meydana gətirdi. 
Ancaq elmi təfsir Tantavi Cövhərinin (vəfatı-1359/1940) yazmış ol-
duğu “əl-Cəvahir fi təfsiril-Quran” əsəri ilə öz zirvəsinə çatdı. Onun 
qələmə aldığı bu əsər iyirmi beş cilddən ibarətdir.
Bu təfsir janrına üstünlük verənlər bəzi dəllilər gətirərək bunu 
əsaslandırmaq istəmişlər ki, onların bu dəlilləri aşağıdaklardır:
1. Quranda fiqh elm ilə əlaqədar təxminən yüz əlli ayə vardır. 
Ancaq  fizika,  kimiya,  astronomiya,  biologiya,  tibb  və  s.  elmlərlə 
əlaqəli ayələrin sayı isə yeddi yüz əlliyə çatır.
2. Qurandakı “...Biz kitabda heç nəyi nəzərdən qaçırmamışıq...”
286

“...Hər şeyi açıqlasın deyə sənə kitabı Biz nazil etdik...”
287
 kimi ayələr də 
buna işarə edir.
3. Mütəşabeh ayələr də bu təfsir janrını zəruriliyini göstərir.
4. “Onda əvvəllər yaşayanlar kimi sonra gələcəklər haqqında 
da xəbərlər vardır. Aranızda ortaya çıxacaq məsələlərin (ixtilafların) 
hökmü  də  vardır.  Bundan  başqa  onun  bədii  mənaları  tükənməz, 
çox təkrar olunmaqla əskiməz”
 288
 hədisi-şərifi də bu təfsir anlayışı-
nı dəstəkləyir. 
286  Ənam, 6/38.
287  Nəhl, 16/89.
288  Tirmizi, Fəzailul-Quran, 14.


BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
205
Bu təfsir növünü məqbul sayanlarla yanaşı ona qarşı çıxanlar da 
olmuşdur. Böyük fəqih olan Şatibi (vəfatı-790/1388) elmi təfsirə eti-
raz edən alimlərin başında gəlir. Ondan başqa Məhəmməd Hüseyn 
əz-Zəhəbi (vəfatı-1399/1978) və Əmin əl-Xuli də təfsirin bu növünü 
qəbul etməmişlər. Onlara görə Quranı nazil olduğu dövrdə yaşa-
yan  insanların  bilmədiyi  mənalarla  təfsir  etmək  yol  verilməzdir. 
İstər dil və bəlağət, istərsə də müsəmanların etiqadı baxımdan bu 
mümkün deyildir. Çünki Quran, dini və əxlaqi yönü çox olan bir 
kitabdır və köklü elmi ənənəyə sahib olmayan bir cəmiyyətə nazil 
olmuşdur. Allahın məqsədi elmi məsələləri açıqlamaq deyil, əksinə 
tövhidi və əxlaq prinsiplərini bəşəriyyətə çatdırmaqdır.
Bundan başqa elm daim inkişaf edir və dəyişir. Elmdə bugün 
doğru  olan  sabah  səhv  ola  bilər.  Ona  görə  də  elmi  təfsir  qəbul 
edilməzdir. Məsələn, Razi Bəqərə surəsinin 22-ci ayəsindəki “O Al-
lah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı” cümləsini 
təfsir edərkən bu ayənin dünyanın öz oxu ətrafında fırlanmadığına 
dəlalət etdiyini söyləmişdir.
289
 
Nəticə olaraq deyə bilərik ki, Qurani-kərim əlbətdə fizika, ki-
miya, cəbr, həndəsə, astronomiya və s. elmilərin əsaslarını ortaya 
çıxardan kitab deyildir. Ancaq Quranı sadəcə nazil olduğu dövrlə 
əlaqələndirmək  də  doğru  deyildir.  Çünki  Quran  hər  dövrə  xitab 
edən kitabdır. Buna görə də onu təfsir edən müfəssir yaşadığı əsrin 
elmi fəaliyyətlərindən də faydalanmalıdır.
D. İşari (Təsəvvüfi) təfsir
Təsəvvüf,  zühd  və  təqva  vasitəsi  ilə  ruhu  iztirablardan,  pis 
xislətlərdən təmizləmə və dünyəvi məşğuliyyətlərdən uzaq tutma 
yoludur.  Təsəvvüf,  Quranın  sezgi  və  duyğu  yönünü  təmsil  edir. 
289  Razi, Məfatih, II/102


TƏFSİR ÜSULU VƏ TARİXİ
206
Təsəvvüf məfhumu, Quranda mövcud olmasa da, prinsip, məqsəd 
və  həyat  tərzi  kimi  vardır.  Quranın  əxlaq,  təfəkkür,  zikr,  təsbeh, 
təhmid,  təkbir...  və  s.  məfhumlarını mütəsəvviflər  araşdırmış,  bu 
məfhumların keçdiyi ayələri təfsir etmişlər.
Təsəvvüfün kökləri Hz. Peyğəmbərə və səhabələrə qədər gedib 
çıxır. Tabeun dövründə zühd və təqva hərəkatı daha da genişləndi 
və  bu  hərəkat  müxtəlif  təfsir  məktəblərinin  ortaya  çıxdığı  bir 
dönəmə  təsadüf  etdiyi  üçün  mütəsəvvüflər  də  Quranı  təsəvvüfi 
çərçivədə təfsir etməyə başladılar. Beləliklə “işari təfsir” meydana 
çıxdı. 
“İşarə” kəlməsi lüğətdə “bir şeyi göstərmək, bir şeyi üstü örtülü 
ifadə etmək, kinayəli şəkildə anlatmaq” və s. mənalara gəlir. Təsəvvüf 
termini kimi isə işarə, “sözdən istifadə etmədən bir məqsədi başqa-
sına bildirmək, ifadə olunması mümkün olmayan, sadəcə ilham və 
kəşf yolları ilə əldə olunan bilgi və sezgi sayəsində başa düşülən 
məna”  deməkdir.  Buna  görə  də  təsəvvüfə  eyni  zamanda  “işarə 
elmi” də deyilmişdir.
“Sadəcə təsəvvüf ərbabının bildiyi və zahiri mənaya uyğunlaş-
dırılması mümkün olan bəzi gizli anlamlar və işarələrlə Quranın 
təfsir  edilməsinə  isə  “işari  təfsir”  deyilir”.  Alimləri  Quranda  za-
hiri  məna  ilə  yanaşı  batini  mənanın  da  mövcud  olduğunu  qəbul 
etmişlər.  Onlara  görə  Quranda  buna  dəlalət  edən  nəsslər  vardır. 
Məsələn,
ءلُؤـَهِل اَمَف اًاثيِدَح  َنوُهَقْفَي نوُد َكَي َل ِمْوَقْلا
 “... Axı bu qövmə nə olub ki, heç söz də anlamırlar
290
 və 
 َغَبْسسأَ�َو ًاةَنِط َبَو ًاةَرِهاَظ ُهَمَعِن ْ ُكْيَلَع
290  Nisa, 4/78.


BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
207
“... Allah  sizə  zahir  və  batin  nemətlərini  bol-bol  ehsan  eylədi  ...”
291
 
ayələri bu ayələrdəndir.
Mütəsəvvüflər  Hz.  Peyğəmbərdən  gələn  hədislər  içərisində 
də batini mənaya işarə edən hədislərin var olduğunu söyləmişlər. 
Məsələn onlar, “Əgər siz mənim bildiklərimi bilsəydiniz, az gülər çox 
ağlayardınız
292
 hədisinin buna dəlalət etdiyini iddia etmişlər.
İşari təfsirin məqbul olamsı üçün bəzi şərlər vardır ki, onları 
belə sadalaya bilərik:
1. Batini məna zahiri mənaya zidd olmamalıdır.
2. Batini mənanın doğru olduğunu göstərən başqa bir nəss və 
ya dəlil olmalıdır.
3. Batini mənaya müxalif hər hansı bir şəri və əqli dəlil olma-
malıdır.
4. Sadəcə batini mənanın doğru olduğu söylənməməlidir.
İşari təfsirin ilk təmsilçiləri Həsən əl-Bəsri, Cəfər Sadiq və Ab-
dullah ibn Mübarək hesab olunur. Təsəvvüfün tam olaraq forma-
laşmadığı dövrdə yaşayan bu alimlər sadəcə Quranın bəzi ayələrini 
işari  şəkildə  təfsir  etmişlər.  O  dövrdə  hər  ayədən  deyil,  bəzi 
ayələrdən batini mənalar çıxarılırdı. Lakin Quranın geniş mənaları 
əhatə etdiyi fikri yayıldıqca, hər ayədən batini mənaların çıxarıla 
biləcəyi qənaəti hasil olmağa başladı. Bu fikri mənimsəyənlər belə 
düşünürdülər: Quran Allahın kəlamıdır. Kəlam da Allahın sifətidir. 
Allahın sifətlərinin sonu olmadığı kimi, kəlamının da sonu yoxdur. 
Ancaq Allah vəli qullarının qəlbinə bu kəlamın nə qədərini açmış-
sa, o qədərini anlaya bilərlər.
291  Loğman, 31/20.
292  Buxari, əl-Küsuf, ən-Nikah, 107.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə