Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə55/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
212
qitəyə yayılmasının arxasında məhz bu prinsiplər yatmaqdadır. Çox 
təəssüflər olsun ki, İslamın bu dinamizmi müsəlmanların zəifliyi və 
idarəçilikdəki xətaları ucbatından yerini durğunluğa tərk etmişdir. 
Qərbin Şərqə meydan oxuması və Şərq üzərində qələbələr çalması 
uzun zamandan bəri durğunluq içərisində yaşayan İslam dünya-
sında getdikcə canlanan bir oyanış hərəkatına səbəb olmuşdur. Bu 
oyanış hərəkatının içərisində yer alan alimlər və düşüncə adamları 
bu vəziyyətdən çıxış yolları axtarmağa başladılar. Əvvəllər klassik 
mənada ortaya çıxan modernist təfsir get-gedə fərqli bir şəkil alaraq 
İslam  modernizmi  (Neo-İslam  modernizmi)  adlandırıldı.  Moder-
nist təfsir cərəyanını
 
iki şəkildə ələ almaq olar:
1. Klassik modernist təfsir
Bu təfsir janrı ilk dəfə Hindistan və Misirdə ortaya çıxmışdır. 
Hindis tandakı  nümayaəndələri  Seyyid  Əhməd  Xan  (vəfatı-1316/ 
1898) və Seyyid Əmir Əlidir (vəfatı-1347/1928). Misirdəki təmsilçi-
lərə gəldikdə bunlar da Cəmaləddin Əfqani (vəfatı-1315/1897), Mə-
həmməd Abduh (vəfatı-1323/1905) və Məhəmməd Əbu Zeyddir.
Həm Hindistan, həm də Misir modernistləri, pozitivizmin tə-
siri  altında  qalaraq  peyğəmbərlərin  möcüzələrini,  mələk  və  cin 
ki mi təcrübə sahəsinə girməyən gözəgörünməz varlıqları ya təvil 
et miş,  ya  da  inkar  etmişər.  Məsələn,  Seyyid  Əhməd  Xan  merac 
ha disəsinin  həqiqət  olmadığını  söyləmiş,  Bəqərə  surəsinin  260-cı 
ayəsində bəhs olunan hissələrə ayrılmış ölü quşalrın Hz. İbrahimin 
çağırmasıyla dirilmələrini qəbul etməmişdir. Misir modernist təfsir 
məktəbinə mənsub olan Məhəmməd Əbu Zeyd də “Davuda dağları 
ve quşalrı boyun əydirdik, onunla birlikdə təsbeh edirdilər
293
 ayəsindəki 
təsbeh edirdilər” ifadəsini, müharibədə istifadə etdiyi silahları dağ-
293  Ənbiya, 21/79.


BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
213
da  yerləşən  mədənlərdəki  yataqlardan  düzəldən  Hz.  Davuda  bu 
mədənlərin göstərilməsi kimi təvil etmişdir.
Bundan başqa klassik modernistlər Qurandakı siyasət, hüquq, 
iqtisadiyyat və s. kimi insan həyatı ilə bağlı olan əmr və qadağa-
ları və bu qadağalara əməl etməyənlər barəsində müəyyən edilən 
cəzaları ya ilahi tövsiyələr kimi, ya da tarixi bir hadisə kimi izah 
etməyə çalışmışlar.
2. Çağdaş modernist təfsir
Bu  təfsir  növünün  ilk  nümayəndəsi  pakistanlı  alim  Fazlur 
Rəhamandır. Onun əsas məqsədi, İslamın əsəs təməlləri olan Qu-
ran və onun praktiki izahı olan sünnəni yenidən şərh edərək onu 
hə yatın içərisinə daxil etməkdir. Ona görə Quran tarixi bir mətndir. 
Ta rixi şərtlər dəyişdikdə Qurandakı hökmlərdə fərqli şəkildə təfsir 
edilə bilər. 
O, Quranı anlama mövzusunda yeni bir metod ortaya atmış-
dır.  Bu  metoda  görə  biz  Quranı  anlamaq  üçün  öncə  onun  na-
zil  olduğu  dövrə  getməli,  ayələri  o  dövrün  şərtləri  çərçivəsində 
dəyərləndirməli,  sonra  isə  günümüzə  geri  dönərək  onun  şərtləri 
çərçivəsində Quranı yenidən təfsir etməliyik.
Çağdaş modernizmin bir digər nümayəndəsi də milliyətcə fran-
sız olan Rocer Qarodidir. O da Fazlur Rəhman kimi Quranın tarixi bir 
mətn olduğunu söyləmişdir. Onlara görə Quranı yaşadığımız əsrdə 
nazil  olduğu  kimi  deyil,  ilahi  qanunun  məqsədləri  çərçivəsində 
onun prinsiplərini təsbit edərək ona görə şərh etməliyik.
Quran müəyyən bir vaxtda və müəyyən şəraitdə nazil olduğu 
və bəzi nəsslər də müxtəlif səbəblərə görə endirildiyi üçün onun 
müəyyən  bir  dövrün  izlərini  daşıması  labüddür. Ancaq  buradan 
yola çıxaraq Quranın tamamilə tarixi bir mətn olduğunu iddia etmək 


TƏFSİR ÜSULU VƏ TARİXİ
214
doğru deyildir. Çünki Quran nazil olmadan əvvəl Lövhi-Məhfuzda 
bir bütün kimi vardı. “Xeyr! Quran onların iddia etdikləri kimi bəşər 
sözü deyildir. O, Lövhi-Məhfuzda olan çox şərəfli bir Qurandır
294
 ayəsi 
də bunu göstərir. Ona bir tarixi mətn kimi baxsaq o zaman onun çox 
hissəsini təşkil edən beynəlmiləl nəssləri, az miqdarda olan məhəlli 
nəsslərə fəda etmiş olarıq ki, bu da Qurana haqsızlqdan başqa bir 
şey deyildir. 
G. Əhkam təfsirləri
İbadət, müamilələr və cəzalarla əlaqəli olan ayələri izah edib onlardan 
hökm çıxarmağa çalışan təfsir metoduna əhkam təfsiri deyilir”. Əhkam 
təfsirinin  əsas  mövzusu  adından  da  göründüyü  kimi  əhkam 
ayələridir. Ancaq bu təfsir sahəsində fikir irəli sürən İslam alimləri 
Qurandakı  əhkam  ayələrinin  sayı  haqqında  müxtəlif  rəqəmlər 
söyləmişlər. Qəzzali və Raziyə görə Quranda belə ayələrin sayı 500-
dür. Bəzi alimlər isə bu ayələrin sayını 800-ə çıxarmış, bəziləri isə 
əksinə onları 200-ə qədər azaltmışdır. Bu ayələrin sayı barədə belə 
müxtəlif  rəqəmlərin  söylənilməsinin  əsas  səbəbi,  bu  ayələrin  bir 
hissəsində hökmlərə açıq şəkildə, bir hissəsində isə -qissə və əmsal 
kimi – dolaylı olaraq yer verilməsidir. Əhkam ayələri iki yerə bölü-
nür: 
1. İçərisində əhkamın olduğu açıq şəkildə ifadə edilən ayələr.
(Bəqərə, Nisə, Maidə, Ənam surələrində bu növ ayələr çoxdur).
2. Birbaşa hökm ifadə etməyən, ancaq istinbat (hökm çıxarma) 
yolu ilə hökm çıxarılan ayələr. Bunlar da öz aralarında, başqa bir 
ayəyə müraciət etməyə ehtiyac olmadan hökm çıxarıla bilən ayələr 
və başqa bir və ya bir neçə ayənin köməyi ilə hökm çıxarılanlar ol-
maqla iki yerə ayrılırlar.
294  Buruc, 85/21-22.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə