Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88


BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə56/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
215
Rəsulullah (s.ə.s.) həyatda ikən müsəlmanlar hər mövzuda ol-
duğu kimi əhkam mövzularında da bilmədikləri şeyi ondan soru-
şurdular. Ancaq Hz. Peyğəmbərin vəfatından sonra meydana çıxan 
yeni  hadisılər  qarşısında  səhabilər  öz  ictihadlarına  yer  verməyə 
başladılar.  Tabeun  dövründə  daha  da  sürətlənən  əhkam  təfsiri 
hərəkatı hicri II əsrdə bir təfsir məktəbi kimi formalaşdı. Müqatil b. 
Süleymanın (vəfatı-150-767) təfsiri ilk əhkam təfsiri hesab olunur. 
Bu  sahədə  şöhrət  tapmış  müfəssirlər  və  bu  müfəssirlərin  əsərləri 
aşağıdakılardır:
1. əş-Şafii (vəfatı-204/819), Əhkamul-Quran
2. ət-Tahavi (vəfatı-321/933), Əhkamul-Quran.
3. əl-Cəssas (vəfatı-370/980), Əhkamul-Quran.
4. Əbu Bəkr İbn Ərəbi (vəfatı-543/1148), Əhkamul-Quran.
5. əl-Qurtubi (vəfatı-671/1272), əl-Cami li əhkamil-Quran.
H. Fəlsəfi təfsir
Müsəlman filosoflar Qurani-kərimi başdan-sona qədər təfsir et-
məmişlər. Ancaq onlar Qurandaki bəzi ifadə və kəlmələr haqqında 
fikir  yürütmüşlər.  Quranı  təfsir  edən  filosoflara  misal  olaraq  İbn 
Sina  (vəfatı-1037),  Fərabi  (vəfatı-950)  kimi  filosofları  və  “İxvanus-
Səfa” cərəyanına mənsub alimləri göstərə bilərik.
Filosofların vəhyə və peyğəmbərliyə baxışı fərqli olduğu üçün 
onlar  Quranı  təfsir  edərkən  daha  müstəqil  hərəkət  etmişlər.  Mə-
sələn, İbn Sina vəhyi Hz. Peyğəmbərin Cəbrayılla danışması kimi 
izah etmir. Ona görə vəhy insanlara verilən “sezgi qüvvəsidir”. O, 
Quranın rəmzlərdən ibarət olduğunu və bu rəmzləri də ancaq özü 
kimi xəvass alimlərinin
295
 anlayacağını söyləmişdir. 
295  Dərin elm sahibləri


TƏFSİR ÜSULU VƏ TARİXİ
216
İbn Sinaya görə Qurandakı “ərş” kəlməsindən məqsəd doqqu-
zuncu fələkdir. Həmçinin o, “cənnət”i və “sirad körpüsü”nü fəlsəfi 
tərzdə  izah  etmişdir.  Ona  görə  əqli  aləm  cənnət,  xəyal  aləmi  isə 
cəhənnəmdir. Duyğu aləmi isə qəbir həyatıdır. İbn Sina cin ifadəsini 
gizlənmək, ins kəməsini isə yaxınlaşmaq deyə təvil etmişdir. 
Verdiyimiz bu misallardan aydın olur ki, filosoflar ayələri daha 
çox  batini  şəkildə  təvil  etmişlər.  Onların  bu  metodu  digər  İslam 
alimlərinin tətbiq etdikləri metodlardan çox fərqlidir.
V. QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
A. Anlama
Anlamaq əslində çox geniş bir məfhumdur. Üz hərəkətlərinin, 
göz-qaş və əl-qol hərəkətlərinin də anlama ilə əlaqəsi vardır. Möv-
zumuz Quranın anlaşılması olduğu üçün burada anlama məsələsi 
dil baxımdan ələ alınacaqdır. Anlamada dörd əsas ünsür vardır:
1. Anladan/Danışan/Yazan
2. Anlayan/Dinləyən/Oxuyan
3. Anladılan/Danışılan/Yazılan
4. Anlama
Yuxarıdakı maddələri Quranı anlamağa tətbiq etdikdə belə bir 
mənzərə qarşımıza çıxır:
1. Allah (Anladan)
2. İnsan (Anlayan)
3. Quran (Anladılan)
4. Anlama


QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
217
Buradan belə nəticə çıxara bilərik ki, anlama, hər hansı bir sözlə, 
yazı ilə, kitabla üz-üzə gələn insanın zehnində meydana gələn bir 
şeydir. Yəni anlamanın ortaya çıxdığı yer insan zehni və şüurudur. 
Anlamanın ortaya çıxması üçün yuxarıdakı ünsürlərlə yanaşı digər 
bəzi ünsürlər də vardır ki, bunlar aşağıdakılardır:
1. Anlamanın şərtləri
a. Müştərək dil
Bir sözün və ya mətnin anlaçılması üçün o sözün və ya mətnin 
sahibi ilə onu dinləyən və oxuyanın ortaq dilə sahib olması lazım-
dır. Müştərək dil deyildikdə ərəb, türk, ingilis, fransız və ya başqa 
hər hansı bir dil nəzərdə tutulmur. Müştərək dil deyildikdə həm 
danışılan dilin eyni olması, həm də danışanın dinləyənin marağını, 
ehtiyaclarını, elmi səviyyəsini və təcrübələrini nəzərə alması qəsd 
olunur.
Quranı  anlamaq  üçün  də  ilk  dövrdə  yaşayan  müsəlmanların 
danışdığı ərəb dilini, onların mədəniyyətini, adət-ənənələrini, həyat 
tərzini və s. bilmək lazımdır.
b. Sözün söyləndiyi mühit
Bir sözün və ya mətnin anlaşılması üçün sözün söyləndiyi yer, 
zaman, sözün söyləndiyi insanların psixoloji, zehni, əxlaqi, dini, iq-
tisadi, siyasi, sosial və digər vəziyyətlərini bilmək vacibdir. 
c. Sözün söylənməsini zəruri edən səbəb və sözün məqsədi
Danışan bir səbəbə görə danışır. Yəni sözün söylənmə və ya-
zılmasının insanda daxili və xarici səbəbləri vardır. İnsanlar bəzən 
rahatlamaq  üçün  bir  şey  söylər  və  ya  yazar.  Bəzən  başqalarının 
ehtiyaclarına  cavab  olsun  deyə  danışar.  Bəzən  isə  digər  insanları 
xəbərdar etmək, onlara öyüd-nəsihət vermək, bəzən onlara olan sev-
gisini dilə gətirmək, hirsini boşaltmaq üçün və yaxud da digərlərini 


TƏFSİR ÜSULU VƏ TARİXİ
218
aldatmaq üçün danışar. Sözün qısası sözlər, insanın içindəki və ya 
xaricindəki səbəblər nəticəsində ortaya çıxır. Yəni insan danışarkən 
onun bir məqsədi olur. Məhz səbəblər məqsədi anlamada bizə yar-
dım edir.
Allah-təala ayələri müəyyən məqsədləri həyata keçirmək üçün 
endirmişdir. Məqsəd insanlara dünya və axirətdə xoşbəxt olmanın 
yollarını göstərməkdir. Buna görə də Quranı anlayarkən ayələrin 
enmə səbəbini bilmək və mətnlə tarix və cəmiyyət arasındakı əlaqə 
çərçivəsində Allahın məqsədlərini bilmək zəruridir.
2. Anlamanın mərhələləri
a. Mətni hərfi/ləfzi mənada anlamaq
Bir  mətn  hansı  dildədirsə əvvəlcə  o  dilin  xüsusiyyətlərinə  və 
qaydalarına  görə  başa  düşülməlidir.  Bu  da  mətnin  dil  baxımın-
dan  təhlil  olunmasını  lüzumlu  edir.  Mətn  tarixin  müəyyən  bir 
dövründə ortaya çıxmışsa, onun başa düşülməsi üçün dilin tarixi 
inkişafı tədqiq olunmalıdır. Çünki dil, daim dəyişir. Buna görə də 
Quranı anlamaq üçün onun nazil olduğu dövrdəki Hicaz bölgəsinin 
ərəbcəsini müxtəlif yönləri ilə araşdırmağa ehtiyac vardır.
b. Mətn sahibinin məqsədini anlamaq/mətni təfsir etmək
Səhabilər  Quranın  məqsədlərini  daha  rahat  anlaya  bilirdilər. 
Onlar vəhyin nüzulunun birbaşa şahidi idilər. Lakin sonrakılar Al-
lahın məqsədini anlayarkən
1) elmi, tarixi araşdırmalar apararaq Quranın nazil olduğu döv-
rün şəraitini öyrənəcəklər
2) tarixdən günümüzə qədər olan bəşər tarixini və İslam toplu-
munun tarixi mərhələlərinə nəzər salacaqlar.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə