Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə54/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
208
Beləliklə tabeun və ətbəut-tabeun dövründən sonra işari təfsir 
sistemli şəkildə formalaşmışdır. İşari təfsirin sistemleşməsində ən 
böyük rolu Səhl b. Abdullah ət-Tustəri (v. 283/896), Cüneyd Bağda-
di (v. 298/910) və Məhəmməd b. Musa əl-Vasiti (v. 331/942) oyna-
mışdır.
İşari təfsir yazan ilk müfəssir İbn Ata (v. 309/922) hesab olunur. 
Ancaq onun əsəri günümüzə qədər gəlib çıxmamışdır. 
İşari təfsirin inkişafına ən böyük təkan isə Əbu Abdurrəhman 
əs-Süləminin (v. 412/1021) qələmə aldığı “Həqiqətut-Təfsir” adlı əsəri 
olmuşdur. Süləmi bu əsərdə özündən əvvəlki mütəsəvviflərin təfsir 
və təvillərini toplamışdır. Buna görə də bəzi alimlər Təbərinin za-
hiri təfsir sahəsində gördüyü işi, Süləminin batini təfsir sahəsində 
gördüyünü söyləmişlər.
İşari təfsirin inkişafında önəmli rolu olan alimlərdən biri də əl-
Qəzzalidir (vəfatı-505/1111). O, “Ehyau-Ülumid-Din” və “Cəvahirul-
Quran” adlı əsərlərində Quran ayələrinin batini mənasına geniş yer 
vermişdir. 
Bu  təfsir  janrı  Mühyiddin  İbn  Ərəbinin  (vəfatı-638/1240) 
gətirdiyi  “vəhdətul-vücud”  anlayışı  ilə  öz  zirvəsinə  çatmışdır.  İbn 
Ərəbi  “əl-Fütühatul-Məkkiyyə”,  “Füsusul-Hikəm”,  “Kitabul-Qurbə”, 
“İşarətul-Quran  fi  aləmil-İslam”,  “əl-Məqadisul-əsna”,  “Fasilun-mufid 
fi  təfsiril-Fatihə”  adlı  əsərlərində  bir  çox  işari  təfsir  nümunələrinə 
yer  vermişdir.  İbn  Ərəbinin  “əl-Cəm  vət-təfsil  fi  əsraril-məani  vət-
tənzil” adlı Kəhf surəsinə qədər təfsir yazdığı söylənsə də, bu təfsir 
günümüzə qədər gəlib çıxmamışdır.
E. İctiami (sosial) təfsir
“İnsanın  hidayət  yönünü  və  sosial  problemləri  ələ  alan  təfsir 
metoduna  ictimai  təfsir  deyilir”.  XIX  əsrin  axırlarında  ortaya 


BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
209
çıxan bu təfsir məktəbinin banisi misirli alim Məhəmməd Abduh-
dur  (vəfat-1323/1905).  Abduh  əl-Əzhər  universitetində  müəllim 
vəzifəsində işləyərkən özünə məxsus bir metodla təfsir dərslərini 
verirdi. Məhz ictimai təfsir də onun bu metodları sayəsində mey-
dana gəlmişdi. 
O hər hansı bir müfəssirin təsirinə düşməsin deyə heç bir təfsirə 
baxmadan Quranı təfsir etməyə çalışırdı. Ancaq dil yönündən bir 
problemlə qarşılaşdıqda “Cəlaleyn” təfsirindən istifadə edirdi. Belə 
etməsinin səbəbini isə, Allahın qiyamət günündə insanları başqa-
larının fikirlərinə görə deyil, əksinə hidayətə və irşada çatdırmaq 
üçün  nazil  etdiyi  kitabına  və  bu  kitabı  izah  edən  Peyğəmbərin 
(s.ə.s.)  sünnəsinə  görə  hesaba  çəkəcəyi  ilə  açıqlayırdı.  Məhz  bu 
səbəbə görə Quran barəsində keçmişdə söylənilən şeylərin mütləq 
surətdə müraciət edəcəyimiz qaynaqlar olmadığını iddia edirdi.
Keçmiş  müfəssirlərin  təqib  etdiyi  klassik  metodun  xaricində 
bir metod izləyən Abduh təfsir metodunun əsas qayəsi bəşəriyyətə 
dünya və axirət səadəti bəxş edən Quranı doğru anlamaq və onu 
məramına uyğun şəkildə təfsir etməkdir. Abduh, Quranı sırf qram-
matik cəhətdən ələ alıb təfsir etməyi doğru saymırdı. O, əsl təfsirin 
Quranın  sözlərindən  nə  qəsd  edildiyini  ortaya  qoyan,  etiqad  və 
əxlaq kimi mövzularda ruhları cəzb edərək insanları, Quran buyu-
ruqlarına görə əməl etməyə sövq edən təfsir olduğunu söyləyirdi. 
Əlbəttə,  müfəssir  Quranı  izah  edərkən  ayələrdəki  bəlağətə  və 
qrammatik qaydalara da yer verməlidir. Ancaq bu heç vaxt ehtiyac 
miqdarını aşmamalıdır. Çünki Quranın məqsədi bu deyildir.
Onun yaşadığı dövrdə elmi və texniki tərəqqi günü-gündən ar-
tırdı. Bunun nəticəsində də dinə qarşı hücumlar get-gedə çoxalırdı. 
Dini müdafiə edən alimlərin bu hücumlara cavab vermələri lazım 
idi. Başda Abduh olmaqla bu təfsir məktəbinə mənsub olan alimlər 


TƏFSİR ÜSULU VƏ TARİXİ
210
İslamın ağıla çox əhəmiyyət verdiyini söyləyərək təfsirdə ağıla çox 
yer  verməyə  başladılar.  Buna  görə  də  bu  təfsir  məktəbi  “müasir 
mötəzili məktəbi” adlandırılmışdır.
  Elm adamları bu təfsir məktəbinin məqbul və qeyri-məqbul 
yönlərinin olduğunu söyləmişlər:
1.  Məqbul sayılan yönlər
a. Bu təfsir məktəbinin ən əsas xüsusiyyəti təfsirdə hər hansı bir 
məzhəbin təsiri altında qalmamaqdır.
b. İsraili rəvayətləri tənqid etmələri, zəif və uydurma hədislərə, 
bidət və xurafat sayılan məlumatlara təfsirlərində yer verməmələri 
də bu təfsir məktəbinin məqbul hesab edilən cəhətləridir. 
c. Təqlidə qarşı çıxması da bu məktəbin müsbət cəhətlərindən 
hesab olunur.
d. Bu təfsir məktəbinə mənsub müfəssirlər öz təfsirlərində lü-
zumsuz məlumatlara yer verməmişlər.
e. Sosial məsələləri ələ almaları, cəmiyyətin hidayət və irşadını 
əsas məqsəd saymaları bu məktəbin başqa bir müsbət cəhətidir.
2. Qeyri-məqbul sayılan yönlər
a. Ağla həddindən çox yer vermələri və onu nəqldən üstün tut-
maları.
b. Buxari və Müslimdə keçən hədislərin bir hissəsini zəif hesab 
edərək rədd etmələri.
c.  Ahad  xəbərləri  xüsusilə  əqidə  mövzularında  dəlil  qəbul 
etməmələri.
d. Aşırı təvillərə yer vermələri. Məsələn, Abduh Fil surəsinin 
təfsirində Əbrəhənin üstünə göndərilən quş dəstəlerini milçək, on-


BAŞLANĞICDAN GÜNÜMÜZƏ QƏDƏR TƏFSİR CƏ RƏYANLARI
211
ların atdıqları palçıqdan hazırlanan daşları da mikrob kimi təvil et-
mişdir.
İctimai təfsir məktəbinə mənsub olan bazı alimləri və onların 
əsərlərini aşağıdakı kimi sıralamaq olar:
1. Məhəmməd Abduh (vəfatı-1323-1905), Təfsiru cüzi- ammə.
2. Rəşid Rıza (vəfatı-1354/1935), Təfsirul-Quranil-həkim. Bu təfsir 
eyni zamanda “Təfsirul-mənar”da adlandırılır. Rəşid Rza bu təfsiri, 
Nisə surəsinin 145-ci ayəsinə qədər Məhəmməd Abduhn açıqlama-
ları əsasında yazmış, Abduhun vəfat etməsindən sonra isə təfsiri öz 
təfsir anlayışına görə davam etdirmişdir. Ancaq bu əsər Rəşid Rza 
vəfat etdiyi üçün tamamlanmamışdır. Quranın on iki surəsini əhatə 
edən bu təfsir on iki cilddən ibarətdir.
3. əl-Məraği (vəfatı-1364/1945), Təfsirul-Məraği.
4. Seyyid Qütb (vəfatı-1906/1966), Fizılalil-Quran.
F. Modernist təfsir
Moderne”  sözü  fransız  dilində  “yeni  və  çağdaş”  mənalarına 
gəlir. Bu kəlmədən əmələ gələn “modernizm” ifadəsi də intibah döv-
rü ilə ortaya çıxan ideoligiya və həyat tərzini mənimsəmə mənasını 
daşıyır. Bu kökdən törəyən “modernist” sözü də “yenilik və insan 
mərkəzli dünya görüşü tərəfdarı” anlamına gəlir.
İslamiyyət insanların istər Yaradıcısı, istərsə də digər insanlarla 
və təbiətlə olan dünyəvi əlaqələrini nizamlayan ilahi prinsiplər top-
lusudur. Bu prinsiplər ədalətə və insan haqlarına əsaslanan əxlaqlı 
bir  cəmiyyət  qurmağı  qarşısına  məqsəd  qoyan,  müsəlmanların 
və  bütün  bəşəriyyətin  problemlərini  həll  etməyə  qadir  olan 
prinsiplərdir. İslamın ilk dövrlərdən etibarən insan həytına dina-
mizm  gətirərək  qısa  bir  zamanda  Ərəbistan  yarımadasından  üç 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə