Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə57/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
219
3) Yaşadıqları mühitin şərtlərini gözəl şəkildə təhlil edib Qura-
nın onlar üçün olan aktual dəyərini təsbit edəcəklər.
B.  Quranın anlaşılması metodu
Quranın  anlaşılması  və  təfsir  edilməsində  metod  məsələsi 
tarixdə  və  günümüzdə  müsəlman  alimlərinin  böyük  əmək  sərf 
etdikləri bir məsələdir. Quranın təfsir olunması üçün metod çalış-
maları müxtəlif cərəyanların ortaya çıxmasına səbəb olmuş və ol-
maqdadır. 
İslami elmlər arasında metod məsələsi ən sistemli şəkildə fiqh 
üsulu tərəfindən ələ alınmışdır. Fiqh üsulu ilə yanaşı digər elmlər 
də metod ortaya qoymağa çalışmışlar. Məsələn bir mütəkəllim Qu-
ranı təfsir edərkən yazılı olmasa belə məsələyə müəyyən bir me-
tod çərçivəsində yanaşmışdır. Müfəssirlər də Quranı təfsir edərkən 
müəyyən metodlara sadiq qalmışlar. Onların bir çoxu təfsirlərinin 
müqəddimələrində  bağlı  olduqları  metod  haqqında  məlumat 
vermişlər. Aşağıda Quranı təfsir edərkən istifadə oluna biləcək bəzi 
qaydalara yer verilir.
1. Quranı anlama və təfsir etmədə üç əsas sahə
a. Quran mətninin nazil olduğu tarixi sahə
Bu sahədəki araşdırmalar üç istiqamətdə aparıla bilər:
1) Quranın nazil olmasından əvvəlki dövrün tədqiqi 
Quranın bir çox yerində əvvəlki peyğəmbərlərin və toplumla-
rın qissələrindən bəhs olunur. Quran keçmiş cəmiyyətlərin başına 
gələn  hadisələrdən  bəhs  edərkən  onların  yaşadıqları  bölgələrin 
hələ  də  gözlər  önündə  olduğunu  bildirir.  Keçmiş  cəmiyyətlərin 
mədəniyyət qalıqları sonrakı nəsillərin ibrət almaları üçün böyük 
əhəmiyyət kəsb edir. Lakin Quran bu mövzuları geniş şəkildə ələ 


TƏFSİR ÜSULU VƏ TARİXİ
220
almır. Buna görə də həmin mövzuların dərin şəkildə araşdırılması-
na ehtiyac vardır.
Hicr,  Əhqaf,  Eykə,  Mədyən  kimi  yer  adlarının,  Səmud,  Ad 
kimi qövmlərin yurdlarının araşdırılması, onların mədəniyyətləri 
haqqında məlumat sahibi olmaq, Quranı anlamaq üçün çox mühüm-
dür.  Bunları  bilmək Allahın  yer  üzünə  müdaxiləsinin  səbəblərini 
daha da yaxşı anlamamıza kömək edər.
Quranın  nüzulundan  əvvəlki  dövrü  araşdırarkən  diqqət 
edəcəyimiz  əsas  şeylərdən  biri  də  onun  nüzulu  ərəfəsindəki 
Ərəbistan  yarımadası  ilə  dünyanın  digər  bölgələrindəki  ümumi 
vəziyyət haqqında məlumat əldə etməkdir.
Təfsirçi  eyni  zamanda  ərəblərin  mədəniyyətini,  onların  so-
sial,  siyasi  və  iqtisadi  nizamını,  etiqadlarını,  dini  həyatlarını, 
ədəbiyyatını, şerini və s. bilməlidir.
Bunları  öyrənən  araşdırmacı  Quranın  necə  bir  cəmiyyətə 
nazil  olduğunu  biləcək  və  onun  nüzul  qayəsini,  Allahın  mu-
radını,  məqsədini  daha  yaxşı  anlama  imkanına  sahib  olacaq-
dır.  O,  bu  yolla  Allahın  cəmiyyətə  necə  müdaxilə  etdiyini,  onu 
necə  istiqamətləndirdiyini  qavrayacaq,  vəhyin  cəmiyyətdə  hansı 
dəyişikliklərə səbəb olduğunu biləcəkdir.
Sadəcə  Ərəbistan  yarımadası  haqqında  məlumat  sahibi  ol-
maq  da  kifayət  deyildir.  Mühüm  ticarət  mərkəzi  olan  Məkkə  ilə 
qonşu  ölkələr  arasındakı  ticarət  əlaqələrinin  meydana  çıxardığı 
nəticələri təhlil etmək üçün həmin ölkələr haqqında da bilgimiz ol-
malıdır. Bundan başqa Quran nazil olmadan əvvəl dünyanın digər 
bölgələrindəki mədəniyyətlərin, millətlərin, dini, əxlaqi, sosial, si-
yasi, iqtisadi vəziyyətlərini bilmək də vacibdir. Bu da bizə Quranın 
nazil olduğu cəmiyyətlə digər cəmiyyətləri müqayisə etmə və Qu-


QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
221
ranın nə üçün Ərəbistan yarımadsında nazil olduğunu öyrənməyə 
imkan verəcəkdir. 
2) Quranın nazil olduğu dövrün tədqiqi
Quranı  təfsir  edərkən,  nüzul  dövründə  Ərəbistan  yarımada-
sında  baş  verən  hadisələri,  ərəb  cəmiyyətindəki  prosesləri  və  o 
cəmiyyətin ehtiyaclarını, Ərəbistan yarımadasındakı siyasi, iqtisa-
di, dini və əxlaqi vəziyyəti bilmək son dərəcə vacibdir. Çünki vəhy 
məhz  bu  dövrdə  gəlmişdir  və  cəmiyyətdə  köklü  dəyişikliklər  bu 
dövrdə baş vermişdir. Allah təala ayələri bu cəmiyyətdəki proseslərə 
paralel olaraq endirmişdir. Bu dövrün dərindən incələnməsi Qura-
nın təfsirində üzümüzə yeni qapılar açacaqdır.
Ayələrin  nüzul  səbəbini  bilmənin  Quranın  açıqlanmasında 
böyük  rolu  olduğunu  bilirik.  Məsələn,  Bəqərə  surəsinin  189-cu 
ayəsində belə buyurulur:
“(Ya  Rəsulum!)  Yeni  doğan  aylar  (hilal)  barəsində  səndən  sual 
edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. 
Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yax-
şı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə 
qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!” 
Mənbələrdə  bildirilir  ki,  cahiliyyə  dövründə  və  İslamın  ilk 
illərində kim həcc və ya ümrə üçün ehram geyərdisə evinə qapısın-
dan girməzdi. Şəhərdə oturanlar isə evlərinin arxasından deşik açar 
və ordan evlərinə girərdilər. Ehramlarını çıxarana qədər qapıdan 
girməzdilər. Bəqərə surəsinin 189-cu ayəsində bu davranışın yax-
şılıqla, əxlaqlı olmaqla bir əlaqəsinin olmadığı bildirilir və bundan 
vaz keçilməsi istənilir.


TƏFSİR ÜSULU VƏ TARİXİ
222
Nəticə olaraq deyə bilərik ki, Quranın nazil olduğu dövr ərəb 
cəmiyyətini və ondakı dəyişiklikləri bilmənin, Quranın daha doğru 
anlaşılmasına və təfsir olunmasına böyük faydası olacaqdır.
3) Quranın nüzulundan sonrakı dövrün tədqiqi
Bu  dövr  iki  istiqamətdə  ələ  alınmalıdır.  Birincisi,  İslam  dini-
nin  və  mədəniyyətinin  müxtəlif  yönlərini  tədqiq  etmək,  ikinci-
si isə digər din və mədəniyyətlərin, onların İslam mədəniyyətinə 
təsirlərinin araşdırmaq.
İslam  mədəniyyəti  içərisndə  meydana  gələrək  inkişaf  edən 
elmlərin, müxtəlif dini fikirlərin incələnməsi Quranı başa düşmədə 
böyük əhəmiyyət kəsb edir. Quran elmləri, Quran tarixi, təfsir ta-
rixi, hədis tənqidiçiliyi, kəlam, fəlsəfə, fiqh, məzhəblər tarixi, dinlər 
tarixi sahələrində günümüzdə də yeni araşdırmalara ehtiyac var-
dır. Bu dövr nə qədər yaxşı incələnərsə, Quran da bir o qədər doğru 
təfsir olunar.
Yuxarda bu dövrün iki istiqamətdə ələ alınmasının lazım oldu-
ğunu qeyd etdik və birinci istiqaməti qısa şəkildə açıqladıq. İkinci 
istiqamətə gəlincə, burada görüləcək iş, digər din və mədəniyyətlər 
və onların İslamla əlaqələrinin tədqiq olunmasıdır. Quranı tədqiq 
edən hər bir insanın bu mövzularda ümumi də olsu məlumatı ol-
malıdır.
b. Aktual sahə (Quran və müasir dövr)
Quran universal bir kitab olduğu üçün tarixə müdaxilə edə bilir 
və ona istiqamət verir. Lakin bu müdaxilə və istiqamət onun aktual 
dəyərinin doğru təsbit edilməsinə və düzgün anlaşılmasına bağlı-
dır. Cəmiyyətlər dəyişkəndirlər. Günümüzdəki cəmiyyətlər, siyasi, 
sosial,  iqtisadi,  elmi,  texniki,  əxlaqi,  fəlsəfi  və  s.  cəhətlərdən  keç-
miş cəmiyyətlərdən çox fərqlidirlər. Buna görə də beynəlmiləl ki-


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə