Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə59/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
226
Quran mütəşabeh ayələrdə bəşəri və simvolik dildən istifadə 
edir. Bu üslüb müxtəlif izahlara imkan verir. Bundan başqa Quran-
da bəzi qeyb hadisələrindən bəhs olunur. İnsanlar bu hadisələrin 
şahidi olmadıqları üçün onlara fərqli şəkildə məna verə bilərlər.
Quranda nazil olduğu dövrün ərəb cəmiyyətinin fərdi və icti-
mai məsələlərinə dair cavablar, öyüd-nəsihətlər, əmrlər, qadağalar 
da oxuyucuların fərqli anlamalarına gətirib çıxardır.
Quran ərəb dilində nazil olsa da, o, bütün insanlara xitab edir. 
O elmi səviyyəsi ən aşağı olanlardan filosof və digər elm adamla-
rına qədər hər kəsə səslənir. Bundan başqa insanların xarakterləri, 
şüurları, ehtiyacları, zövqləri, zehinləri fərqli olduğu üçün Quran 
bu fərqlilikləri də nəzərə almışdır. Hər kəs öz nöqteyi-nəzəri ilə Qu-
randa bir şey tapa bilər. Quranın bir elm və ya fəlsəfə kitabı kimi 
müəyyən bir kütləyə xitab etməməsi və bütün insanlara xitab edən, 
onları maraqlandıran bir kitab olması onun fərqli izah olunmasına 
aparıb çıxaran başqa bir səbəbdir.
2. Subyektivliyin oxuyucudan qaynaqlanması
a. Məzhəbi fərqliliklər
Quran  təfsirində  subyektivliyə  yol  açan  səbəblərdən  biri  də 
məzhəb  fərqlilikləridir.  Tarixdə  siyasi,  iqtisadi,  mədəni  və  sosi-
al  dəyişikliklər  İslam  cəmiyyətində  fərqliliklərin  ortaya  çıxma-
sına  səbəb  olmuşdur.  Məzhəblər  öz  etiqadlarının  doğruluğu-
nu  göstərmək  üçün  Qurana  müraciət  etmişlər.  Çünki  Quran, 
müsəlmanların  ən  güclü  qaynağı  idi.  Ona  görə  də  hər  məzhəbin 
alimi ondan dəstək axtarırdı. Bütün məzhəblər öz görüşlərini Qura-
na təsdiq etdirmək isəmişlər. Buna görə də deyə bilərik ki, Quranın 
izahında subyektivliyə yol açan əsas səbəblərdən bir məzhəbçilik 
olmuşdur. 


QURANIN ANLAŞILMASI VƏ TƏFSİR OLUNMASI
227
b. Elmi səviyyədəki fərqlilik
İnsanlar  hər  hansı  bir  hadisəni,  sözü  və  ya  mətni  öz  elmi 
səviyyələrinə görə qiymətləndirir və ya izah edirlər. Hər kəsin elmi 
səviyyəsi eyni deyildir. Hər fərd fəqli mühitdə yetişir.
Quran müəyyən bir dövrdə nazil olduğu üçün sonrakı insan-
lar  onu  anlamaq  üçün  elmi  araşdırmalar  aparmaq  məcburiyyə-
tindədirlər.  Tarixdə  müfəssirlər,  kəlamçılar,  filosoflar  hər  zaman 
Quranı öz elmi səviyyələrinə görə anlamışlar. Günümüzdə də Qu-
ranı anlama və izah etmədə, elmi səviyyədəki fərqliliklər müxtəlif 
anlayış tərzlərinin doğmasına səbəb olur. Bu məsələdəki subyek-
tivliyi ortadan qaldırmaq üçün elm və fikir adamları elmi və fikri 
araşdırmalarını daha yüksək səviyyəyə çıxarmalıdırlar.
c. Dünya görüşü fərqi
Dünya görüşü fərqi deyildikdə insanların fərqli cəmiyyətlərdə, 
mühitlərdə, mədəniyyətlərdə və əsrlərdə yaşamaları və yetişmələri 
nəzərdə  tutulur.  İnsanların  dünya  görüşü  dəyişdikcə  onla-
rın  əşyaya,  hadisələrə  baxışları  da  dəyişir.  Bu  dəyişiklik  iqlim 
şərtlərindən və coğrafi xüsusiyyətlərdən başlayaraq elmi, fəlsəfi və 
texniki fəaliyyətlərə qədər bir çox faktorun təsiri ilə baş verir. İn-
sanlar əkinçiliyin inkişaf etdiyi cəmiyyətlərdə yaşayırlarsa onların 
dünya görüşü də bu cəmiyyətin şərtlərinə görə formalaşır. Modern 
dövrdə  yaşayan  insanların  dünya  görüşü  isə  fərqli  olur.  Qısaca 
desək dünya görüşümüz fərqliləşdikcə Qurana məna verməmiz də 
fərqli olacaqdır.



MÜNDƏRİCAT
GİRİŞ
   I. QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI ................................... 9
     A. Quran nazil olmadan əvvəl Ərəbistan yarımadası .................. 9
     B. Quranın nüzulundan əvvəl Məkkə və ətrafı ........................... 11
       1. Məkkə, Qüreyş və Peyğəmbərimizin ailəsi .......................... 12
       2. Ərəblərin dini etiqadı ............................................................... 14
       3. Ərəbistan yarımadasındakı digər etiqadlar .......................... 15
       4. Quran və əvvəlki ilahi kitablar ............................................... 17
   II.  TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT  ........ 18
     A. Təfsir ............................................................................................. 19
       1. Leksik mənası ............................................................................ 19
       2. Terminoloji mənası ................................................................... 19
     B. Üsul ............................................................................................... 20
     C. Təfsir üsulu .................................................................................. 20
       1. Təfsir üsulunun qayəsi ............................................................ 20
       2. Təfsir üsulunun meydana çıxması ......................................... 20
       3. Təfsir üslünün mənbələri ........................................................ 21
         a. Müstəqil əsərlər ..................................................................... 21
         b. Müqəddimələrində təfsir üsuluna yer verən müəlliflər .. 22
         c. Avropa dillərində yazılan mənbələr ................................... 23
     D. Məna baxımından təfsir məfhumu ilə yaxın olan kəlmələr . 23
       1. Təvil ............................................................................................ 23
         a. Təvilin şərtləri ........................................................................ 24
         b. Təvil ilə təfsir arasındakı fərqlər ......................................... 24


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə