Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88


TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə46/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
177
Abdullah ibn Məsud, ibn Abbas, Übeyy ibn Kəb, Zeyd ibn Sabit, 
Əbu Musa əl-Əşəri və Abdullah ibn əz-Zübeyr.
Rəşidi  xəlifələr  arasında  təfsir  sahəsində  ən  çox  şöhrət  tapan 
Hz. Əli olmuşdur. Onun bu sahədə nə qədər biliyə sahib olduğunu 
görmək üçün bu sözləri kifayətdir: “ Məndən Allahın kitab barədə 
soruşun. Allah and olsun ki, Qurandakı hər bir ayənin harda na-
zil  olduğunu,  gecəmi,  gündüzmü,  ovalıqdamı,  dağdamı  endiyini 
bilirəm”.
Səhabilər arasında təfsir elmində məşhur olanlardan biri də Ab-
dullah ibn Abbas olmuşdur. İbn Məsud ona “Tərcümanul-Quran” 
adını vermişdir. Hz. Ömər də ondan bir ayə barəsində soruşan Əmr 
b. Həbəşə: “Allahın Peyğəmbərinə endirdiyi Quranı ən yaxşı bilən 
İbn Abbasdır”-deyərək ondan soruşmağı tövsiyə etmişdir. İbn Ab-
basdan sonra təfsirdə ən məşhur səhabilər İbn Məsud və Übeyy ibn 
Kəb hesab olunur.
3. Tabeun təfsiri
Bildiyimiz  kimi  Hz.  Peyğəmbər  Mədinədə  İslam  dövlətinin 
tə məlini  qoymuş  və  bu  dövlətin  sərhədləri  onun  zamanında  ar-
tıq  Ərəbistan  yarımadasının  xarcinə  çıxmışdı.  Peyğəmbərin  vəfa-
tından sonra fəthlər sayəsində bu dövlətin sərhədləri bir xeyli ge-
nişlənmişdi.  Yeni  fəth  edilən  ölkələrdə  yaşayan  insanların  İslamı 
yaxşı bilən məmurlara, qazılara və müəllimlərə ehtiyacı vardı. Bu 
ehtiyac nəzərə alınaraq fəth olunan ölkələrə İslamı öyrətmək üçün 
müəllimlər  və  asayişi  təmin  etmək  üçün  məmurlar  göndərilirdi. 
Bu ölkələrə gedən səhabilər tədris mərkəzləri qurur və burada Qu-
ranı  və  Hz.  Peyğəmbərdən  öyrəndikləri  digər  bilgiləri  insanlara 
öyrədirdilər. Onların bu fəaliyyətləri nəticəsində getdikləri ölkə və 
şəhərlərdə müxtəlif məktəblər yarandı. Bu məktəblərin müəllimləri 
səhabilər, tələbələri isə tabeilər idi. Ancaq bu ölkələrdə ortaya çıxan 


TƏFSİR ÜSULU VƏ TARİXİ
178
ixtilafalar, bu ixtilafları haqlı göstərmək üçün hər qrupun Qurana 
sarılması və bəzən də səhv təvillər etməsi nəticəsində Quranın doğ-
ru şəkildə təfsir edilməsinə çox ehtiyac duyulurdu. Buna görə də 
bu məktəblərin bəziləri Quran təfsirinə geniş yer verirdilər. Bun-
lar arasında üç məktəb daha sonralar çox məşhur oldu. İndi isə bu 
təfsir məktəblərindən bəhs edək.
a. Təfsir məktəbləri
Məşhur səhabilərin qurduğu və məşhur tabii alimlərinin yetiş-
diyi bu məktəblər aşağıdakılardır:
1) Məkkə məktəbi
Bu məktəbin banisi “tərcümanu-l Quran” adını daşıyan Abdullah 
ibn Abbas (vəfatı-68/687) sayılır. Mücahid (vəfatı-103/721), İkrimə 
(vəfatı-104/722), Tavus ibn Kisan (vəfatı-106/724), Səid ibn Cübeyr 
(vəfatı-95/714), Ata  ibn  Əbi  Rəbbah  (vəfatı-  114/732)  kimi  alimlər 
bu məktəbdə yetişmişdilər. Onlar İbn Abbasdan aldıqları biliklərlə 
kifayətlənmir,  özləri  də  Qurani-kərimə  təfsirlər  yazırdılar.  Erkən 
Məkkə müfəssirlərindən yalnız Mücahidin təfsiri zəmanəmizədək 
gəlib  çatmışdır.  Bu  təfsir  Abdullah  İbn  Əbi  Nəcihin  (vəfatı-131) 
ötürməsi əsasında əs-Sərvəti tərəfindən 1396/1976-cı ildə çap edil-
mişdir.
Mücahidin  təfsirində  Quranın  bütün  ayələrinin  yox,  yalnız 
sıra ardıcıllığı ilə surələrdəki çətin sözlərin izahı verilir. Mücahid 
bəzən ayələrin nazil olması səbəblərini göstərir, bu ayələrlə bağlı 
hekayətləri açıqlayır, fiqh məsələlərinə, nasix və mənsux ayələrin 
müəyyən edilməsinə, qiraətlər arasındakı fərqlərə az yer ayırır.
2) Mədinə məktəbi
Bu məktəbin banisi Übeyy ibn Kəb (vəfatı-30/650) sayılır. Onun 
şagirdləri arasında ən məşhurları Zeyd ibn Əsləmə (vəfatı-136/753), 


TƏFSİRİN MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ
179
Əbu-l  Aliyə  ər-Riyahi  (vəfatı-  90/709),  Məhəmməd  ibn  Kəəb  əl-
Qurazi  (vəfatı-118/736)  olmuşlar.  Zeyd  ibn  Əsləmə  Peyğəmbərin 
(s.ə.s)  məscidində  elmi  dərnəyə  başçılıq  etmışdır.  O,  əhli-fiqh  və 
əhli-elm  arasında  nüfuz  sahibi  sayılmış,  Quranın  təfsirini  yax-
şı  bilmiş  və  “ət-Təfsir”  adlı  kitab  yazmışdır.  Bu  kitabı  onun  oğlu 
Abdurrəhman ibn Zeyd ötürmüşdür. 
Mədinə təfsir məktəbindən danışarkən imam Cəfər əs-Sadiqin 
(vəfatı-148/765) də Quran təfsiri sahəsində məqamı açıqlanmalıdır. 
O dövr Mədinə alimlərinin əksəriyyəti, xüsusilə müfəssirlər imam 
Cəfər  əs-Sadiqin  şagirdləri  olmuşlar.  Hənəfi  məzhəbinin  qurucu-
su olan Əbu Hənifə imam Cəfər əs-Sadiqin elm məclislərində iki il 
dərs almış və demişdi : “O iki il olmasaydı, Nüman həlak olardı ”.
3) İraq (Kufə) məktəbi.
Bu məktəbin qurucusu isə Abdullah ibn Məsud (vəfatı-32/652) 
olmuşdur. Mənbələrin bildirdiyinə görə bu məktəb daha çox rasi-
onal təməl üzərində qurulmuşdur. Buna görə də İslam alimləri İbn 
Məsudun qurduğu bu məktəbi ictihadi hərəkətlərin ilk nüvəsi kimi 
qəbul etmiş və onu “İraq rəy məktəbi” adlandırmışlar. İbn Məsudun 
şagirdləri arasında Əlqəmə ibn Qeys (vəfatı-61/681), Məsruq ibn əl-
Əcda (vəfatı-63/682), Əsvəd ibn Yezid ən-Nəxəi (vəfatı-74/693) və 
Übeydə ibn Əmr əs-Səlmani daha məşhur olmuşlar . 
b. Tabeilərin metodu və tabeun təfsirinin dəlil olması 
məsələsi
Tabeunun təfsir metodları əsasən bunlardır.
1. Tabeun dövründə Quran başdan-sona qədər təfsir edilmişdir.
2. Tabeun təfsirində kəlmə açıqlamalrı ilə yanaşı geniş fiqhi iza-
halara da yer verilmişdir. 


TƏFSİR ÜSULU VƏ TARİXİ
180
3. Bəzi kəlmələri izah etmək üçün şeirlərdən istifadə olunmuş-
dur.
4.  Tabeun  alimləri  Qurandakı  qissələr  haqqında  əhli-kitab 
alimlərindən  soruşmuş  və  israiliyyat  adlanan  bu  bilgilərə  öz 
təfsirlərində geniş yer vermişlər. 
5.  O  dövrdə  təfsir  yazıya  alınmamışdı  (tədvin  edilməmişdi). 
Təfsirə dair bilgilər şifahi yolla nəql edilmişdir.
İslam alimləri tabeun təfsirinin dəlil olub-olmadığı mövzusun-
da müxtəlif rəylər irəli sürümüşlər. Bəzi alimlər tabeun təfsirinin 
dəlil  olmayacağını  iddia  etmişlər.  Onlara  görə  tabeun  alimləri 
təfsirə  dair  bilgiləri  Hz.  Peyğəmbərdən  almamışlar.  Ona  görə  də 
onların  təfsiri  səhabi  təfsiri  kimi  dəlil  ola  bilməz.  Bundan  başqa 
tabeun alimləri ayələrin nüzul səbəblərinin də şahidi olmamışlar. 
Buna  görə  də  onların  yanılmaları  mümkündür.  Əbu  Hənifə  bu 
haqda belə deyir: “Rəsulullahdan (s.ə.s) gələn baş-göz üstə, səhabidən 
gələndə  sərbəstik  (uyğun  olanı  seçə  bilərik  )  ,  tabeundan  nəql  olunana 
gəlincə isə onlar da bizim kimi adamlardır ”.
Müfəssirlərin  əksəriyyəti  isə  tabeun  təfsirinin  dəlil  ola 
biləcəyini  müdafiə  etmişlər.  Onlara  görə  tabeun  alimləri  hər  nə 
qədər Rəsulullahı (s.ə.s) görməmiş və ayələrin nüzul səbəblərinin 
şahidi olmamışlarsa da təfsirlərini səhabilərdən almışlar. Məsələn, 
Mücahid Quranı başdan-sona qədər üç dəfə Abdullah İbn Abbasa 
ərz etdiyini söyləmişdir. 
Bəzi alimlər də sadəcə tabeun alimlərinin ittifaq etdiyi (həmrəy 
olduğu) təfsirlərin dəlil ola biləcəyi fikrini səsləndirmişlər. 
Nəticə  olaraq  deyə  bilərik  ki,  nüzul  səbəbləri,  nasix-mənsux, 
mübahəmətul-Quran və s. kimi ictihad etməyin mümkün olmadı-


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə