Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə25/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   60

QURAN ELMLƏRİ
97
ey  Rəsulullah”-deyə  soruşdular.  Peyğəmbərimiz  cavab  vermədi. 
Onlar  sualı  təkrarladıqda  “xeyir”  cavabını  verdi  və  buyurdu: 
“Əgər bəli desəydim sizə hər il həccə getmək fərz olunacaqdı”. Bu 
suala cavab olaraq aşağıdakı ayə endirildi:
 
Ey iman gətirənlər! Sizə 
bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar 
haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. (Lakin 
pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları (indiyə qədər verdiyi-
niz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bəndələrinə 
əzab verməkdə tələsən deyildir!)”
115
Ancaq  kitab  əhlinin  sualları  bu  cür  məqsıd  daşımırdı.  On-
lar  Peyğəmbəri  çətin  vəziyyətdə  qoymaq,  möminlərin  fikirlərini 
qarışdırmaq və islami dəyərləri ələ salmaq niyyəti ilə sual verirdilər.
Quranın  tədricən  endirlməsində  böyük  hikmət  vardır. Allah-
təala bununla Quranı müsəlmanların gündəlik həyat problemləri ilə 
əlaqələndirmək, həyatın bütün sahələrində onlara rəhbər olabiləcək 
bir  kitab  göndərmək  istəmişdir.  Quranın  nazil  olmasınsdakı  bu 
tədricilik  sonralar  səhabiləri,  tabeiləri  və  müsəlman  alimlərini 
Quran  ayələrinin  nazil  olması  münasibətini  araşdırmağa  sövq 
etmişdir. Nəticədə “əsbabün nüzul” elmi meydana çxmışdır.
Quran ayələri Peyğəmərə (s.ə.s) onun istəyi və iradəsindən asıl 
olmayaraq,  Allah-təalanın  istədiyi  şəraitdə,  iradə  etdiyi  vaxtda, 
seçdiyi yerdə nazil olurdu. Ayələrdən bəzisi gecə, bəzisi gündüz, 
bir  qismi  dağda,  bir  qismi  düzənlikdə,  bir  qismi  qışda,  bir  qismi 
də  yada  nazil  edilirdi.  Peyğəmbərimizin  oturduğu  yerdə,  minik 
üstündə, yolda və evdə olduğu vaxt vəhy aldığı məlumdur. 
Quran  alimləri  bu  elmi  “əsbabun-nüzul  (nazil  olma  səbəbləri)” 
adlandırmışlar. Əslində bunu səbəb yox, vasitə adlandırmaq daha 
düzgün olardı. Çünki Quran ayəlrinin nazil olmasını hər hansı bir 
115 Maidə, 5/101


TƏFSİR ÜSULU VƏ TARİXİ
98
səbəbin nəticəsi kimi qiymətləndirmək doğru deyildir. Bu səbəblər 
sadəcə o ayələrin enməsi üçün vasitələrdir.
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Quranın  bütün  ayələrinin 
müəyyən səbəblərə görə nazil olmamışdır. İslam alimləri hər hansı 
bir  səbəbə görə nazil olan ayələrin təxminən 600-ə qədər olduğu 
qənaətindədirlər. Ayələrin  böyük  bir  hissəsi  xüsusi  bir  hadisəyə, 
məsələyə və ya başaq hər hansı bir səbəbə görə deyil, ümumiyyətlə 
insanları  möhtac  olduqları  məsələlərdə  məlumatlandırmaq, 
aydınlatmaq,  istiqamətləndirmək  və  ya  xəbərdar  etmək  məqsədi 
ilə vəhy olunmuşdur.
Nüzul səbəbləri olan rəvayətlərdə bəzi xüsusi ifadələr işlədilir. 
Bu ifadələrin bəziləri keçdikləri rəvayətin həqiqətən də nüzul səbəbi 
olduğunu bildirirlər ki, bu ifadələr aşağıdakılardır: “Səbəbu nüzuli 
həzihil-ayə”, “fənzələ Allahu həzihil-ayə”, “nəzələt həzihil-ayə”
1. Əsbabun-nüzul ilə əlaqəli rəvayətlərin səhihliyi məsələsi 
rəvayətlərin müxtəlifliyi
Təfsir alimləri nüzul səbəbləri haqqındakı rəvayətlərin səhihliyi 
məsələsində  həssas  davranmışlar.  Səbəbi-nüzul  elmi  hər  şeydən 
əvvəl  rəvayətlə  əlaqədar  bir  elm  olduğu  üçün  hədis  üsulunda 
hədislərin səhihliyi üçün qoyulan şərtlər burada da keçərlidir. Buna 
görə də, müfəssirlər səhih bir rəvayətə əsaslanmadan mühakimə, 
istidlal  və  ictihad  yolları  ilə  nüzul  səbəbi  axtarmanın  doğru 
olmadığını söyləmiş və səbəbi-nüzul rəvayətlərinin səhihliyi üçün 
bəzi şərtlər qoymuşlar. Bu şərtlər aşağıdakılardır:
a. Hədis üsulu elminin səhih hədislər üçün qoyduğu şərtlərin 
bu rəvayətlərdə də mövcud olması. 
b.  Səbəbi-nüzulla  bağlı  rəvayətlərdə  bəhs  olunan  hadisələrin 
Hz. Peyğəmbərin yaşadığı dövrdə baş verməsi.


QURAN ELMLƏRİ
99
c. Rəvayətlərdə bəhs olunan xüsusiyyətlərlə həmin ayə və ya 
surələr arasında əlaqə olması.
Yekun olaraq deyə bilərik ki, səbəbi-nüzulla əlaqədar rəvayətlər 
ya səhih mərfu və mürsəl, ya da yuxarıdakı şərtləri daşıyan mürsəl 
bir xəbər olmalıdır. Bunların xaricindəki rəvayətlər qətiyyən qəbul 
olunmur.
Rəvayətlərin müxtəlifliyi (təaddudul-əxbar) deyildikdə isə, bir 
ayənin eniş səbəbi barədə birdən çox rəvayətin olması nəzərdə tu-
tulur. Lakin bu rəvayətlər eyni hadisədən bəhs etsələr də, zaman, 
məkan  və  şəxslər  baxımından  fərqli  ola  bilərlər.  Burada  diqqət 
edəcəyimiz nöqtə həmin rəvayətlərdə bəhs olunan hadisənin şəkli 
deyil, rəvayətlər arasında səbəb baxımından hər hansı bir fərqliliyin 
olub-olmamasıdır. Əgər səbəb baxımından hər hansı fərqlilik var-
sa  o  zaman  üsul  alimlərinin  qoyduğu  bu  kriteriyalara  müraciət 
etməliyik:
a.  Bir  ayə  və  ya  surənin  nüzul  səbəbi  haqqında  birdən  çox 
rəvayət olarsa, əvvəlcə bu rəvayətlərin səhihliyinə baxılmalı, səhih 
olan qəbul edilməlidir.
b. Bir ayə və ya surənin nüzul səbəbi barədə iki rəvayət olarsa 
və bu rəvayətlərin hər ikisi də səhihdirsə, o zaman onların arasında 
hər  hansı  üstünlük  səbəbi  olub-olmadığına  baxılır.  Əgər  bu 
rəvayətlərdən biri hadisənin şahidi olan ravi tərəfindən, digər isə 
səma (eşitmə) yolu ilə rəvayət edən ravi tərəfindən nəql olunursa 
və  yaxud  da  bu  rəvayətlərdən  biri  Buxarinin  “Səhih”ində,  digəri 
də başqa hədis kitabında keçirsə, o təqdirdə hadisənin şahidi olan 
ravinin nəql etdiyi və Buxarinin “Səhih”ində keçən rəvayət seçilər.
c. Bəzən ayələrin nüzul səbəblərindən bəhs edən hər iki rəvayət 
səhih olur və onların arasında hər hansı üstünlük səbəbi olmur. Bu 
vaxt  rəvayətlərdəki  hadisələrin  zaman  baxımından  bir-birlərinə 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə