Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə26/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
100
yaxın olub-olmamasına baxılır. Əgər zaman baxımından da yaxınlıq 
varsa, bu rəvayətlər cəm və təlif olunur.
ç. Nəql olunan hər iki rəvayət səhih olar, lakin aralarında biri-
ni digərindən üstün edən bir səbəb olmazsa və hadisələrin zaman 
baxımından  bir-birindən  uzaqlığı  nəticəsində  cəm  və  təlif  müm-
kün deyilsə, o vaxt həmin ayə və ya surənin mükərrər nazil olduğu 
qəbul olunur.
2. Əsbabün-nüzulun Quranın anlaşılmasındakı rolu
Əsbabün-nüzulun  Quranın  anlaşılmasındakı  roluna  gəldikdə 
bunu aşağıdakı kimi açıqlaya bilərik:
a.  Bu  elm  Quranda  bizə  əmr  edilən  şeylərin  hikmətini  daha 
yaxşı anlamamıza kömək edir.
b. Nüzul səbəbləri bilindikdə ayələrdən qəsd olunan mənalar 
daha rahat başa düşülər. Belə ki, ayə və ya surənin harda, nə za-
man, hansı şərtlərdə endiyini bilmə imkanı qazanırıq ki, bu da o 
ayə  və  ya  surənin  ilahi  məqsədə  uyğun  olaraq  təfsir  edilməsinə 
yardım edər. 
c. Həsr və təxsis şübhəsi ortadan qalxar.
d. Ayə və surələr arasındakı əlaqənin qurulmasını təmin edər.
Lakin  yuxarıda  sadalananların  əksinə,  bəzən  əsbabün-nüzul 
rəvayətləri Quranı anlamağa mane olur ki, onun bu xüsusiyyətləri 
aşağıdakılardır:
a. Ayələri nüzul səbəbləri çərçivəsində açıqlayarkən onların hər 
hansı bir xüsusi hadisə və tarixi şərtlərlə məhdudlaşdırılması or-
taya  çıxa  bilər  ki,  bu  da  ilahi  muradın  mənasından  uzaqlaşmağa 
aparıb çıxarar.
b. Təfsir zənginliyinə mane olması.


QURAN ELMLƏRİ
101
c.  Müfəssirləri  həddindən  çox  məşğul  edərək  onların  vaxtını 
boş yerə keçirmək. 
d.  Ortaya  çıxan  bəzi  yeni  problemlerin  Quran  nöqteyi-nəzə-
rindən ələ alınmasına mane olmaq.
Bu sahədə alimlər bir çox əsər qələmə almışlar. Bunların arasın-
da Vahidinin (vəfatı-468/1075) “Əsbabün-nüzul”, İbn Teymiyyənin 
(vəfatı-728/1328)  “ət-Tibyan  fi  nüzulil  Quran”  və  Suyutinin  (vəfa-
tı-911/1505) “Lübabun nüqul fi əsbabün nüzul” adlı əsərləri ən məş-
hurlarıdır.
B. Nəsx
Nəsx” lüğətdə “ortadan qaldırmaq, yox etmək yazmaq ve bir şeyi 
bir yerden başqa bir yerə keçirmək” kimi mənalara gəlir. Termin olaraq 
isə “şəri bir hökmü başqa bir şəri dəlillə ortadan qaldırmaq” deməkdir. 
Bundan başqa Quranın Kitabi-müqəddəs kimi özündən əvvəlki ki-
tablardakı hökmlərin tətbiqatını qadağan etməsi də nəsx adlanır.
Dəyişilmiş  hökmü  ehtiva  edən  ayə  mənsux  ayə,  başqa  bir 
ayədəki  hökmü  dəyişdirən  hökm  ehtiva  edən  ayə  isə  nasix  ayə 
adlanır.  Quranda  nəsxin  olub  olmaması  məsələsi  əsrlər  boyunca 
mübahisə mövzusu olmuşdur.
Təfsir  üsulunda  qarışıq  mövzulardan  biri  də  nəsx  mövzu-
sudur.  Bu  mövzu  ətrafında  İslamın  ilk  dövrlərindən  başlayaraq 
mübahisələr  edilmişdir.  Bəzi  alimlər  nəsxi  “bəda”  və  “təxsis”lə 
qarışdırmışlar. Əslində bəda, mövcud olmayan bir şeyin meydana 
gəlməsi deməkdir. Təxsis isə ümumi olan bir şeyin bəzi hissələrini 
xüsusiləşdirməkdir.
1. Nəsxin varlığını qəbul edənlər
 Əksər müsəlman alimləri Qurani-kərimin 


TƏFSİR ÜSULU VƏ TARİXİ
102
 
ريِدَق ٍء ْ َش  ِّ ُك  َ َلَع َ ّللا َّانأَ� َْلْعَت ْمَلأَ� اَهِلْثِم وأَ� اَ ْنِّم ٍ ْيَ ِب  ِتأْ�َن اَه ِسنُن  ْوأَ� ٍةَيآ�  ْنِم  ْخ َسنَن اَم
 “Biz hər hansı bir ayənin hökmünü ləğv edir və ya onu unutdururuq-
sa, ondan daha yaxşısını, yaxud onun bənzərini gətiririk. Allahın hər şeyə 
qadir olduğunu bilmirsənmi?!”
116
 və
  َنوُمَلْعَي َل ْ ُه ُ َثْكأَ� ْلَب ٍ َتْفُم  َتنأَ� اَمَّانإِا ْاوُلاَق ُلَِّنُي اَمِب َُلْعأَ� ُّللاَو ٍةَيآ� َنَكَّام ًاةَيآ� اَنْلَّادَب اَذإِاَو
 “Biz bir ayənin hökmünü ləğv edib, onu başqası ilə əvəz etdikdə-Allah 
nə nazil etdiyini Özü daha yaxşı bilir- (kafirlər Mühəmmədə) “Sən ancaq 
bir iftiraçısan” deyərlər. Xeyr! Onların əksəriyyəti (bir hökmü başqası ilə 
əvəz  etməyin  hikmətini)  bilməz!” 
117
  ayələrini  Quranda  nəsxin  möv-
cudluğuna dəlil kimi qəbul edirlər. Bundan başqa onlara görə bu 
mövzuda icma vardır və Quranda nəsxin varlığını göstərn səhabi 
rəvayətləri də vardır.
2. Nəsxin varlığını rədd edənlərin dəlilləri
a. Qurani-kərimdə hər hansı bir ayədə nəsxin varlığına dair açıq 
bir dəlil yoxdur. Nəsx tərəfdarlarının dəlil gətirdiyi Bəqərə 2/106, 
Nəhl 16/101 və Rəd 13/39 ayələri Quranın özündən əvvəlki kitabla-
rın hökmünü qaldırdığını bildirir. Yuxarıdakə ilk iki ayədəki “ayə” 
sözü “risalət” mənasında işlədilib. Üçüncü ayə də digər iki ayə kimi 
Quranın keçmiş risalətləri ortadan qaldırdığını bəyan edir.
b. Hz. Peyğəmbərin də bu mövzuda üzərində ittifaq ediləcək 
hər hansı bir hədisi mövcud deyildir. 
c. Nasix və mənsux ayəlrin sayılarının nə qədər olduğu haqqın-
da belə fikir birliyi əldə olunmamışdır. Nəsx olunan ayələrin sayı-
nı 500-ə qədər çıxaranlar olduğu kimi, bunu 5-ə qədər endirənlər 
də  vardır.  Məsələn,  Suyutiyə  görə  mənsux  ayələrin  sayı  20,  Şah 
Vəliyullah Dihləviyə görə isə 5-dir. 
116  Bəqərə, 2/106
117  Nəhl, 16/101


QURAN ELMLƏRİ
103
d. Nəsxi qəbul edənlər mənsux ayənin əvvəl, nasix ayənin isə 
sonra nazil olduğunu göstərən dəlilləri hər zaman gətirə bilmirlər. 
Məsələn, Bəqərə surəsindəki “iddət” məsələsi ilə bağlı ayələrdə
118
 ol-
duğu kimi mənsux ayənin nasix ayədən sonra nazil olması halları-
na da rast gəlinir.
e. Quranda nəsx iddiası İslam əqidəsi ilə əlaqədar məsələ deyil-
dir. Buna görə də nəsxi rədd etmək küfr mənasına gəlmir.
3. Nəsxlə təxsisin fərqi
Biraz əvvəl nəsxlə təxsisin bir-birindən fərqli şeylər olduğunu 
qeyd etdik. İndi də onların arasındakı fərqlərin nələr olduğuna yer 
verək:
a. Nəsx hökmün bütün cüzlərini ləğv edər, təxsis isə hökmün 
sadəcə bir hissəsini ortadan qaldırar.
b. Nəsx sadəcə əmr və nəhylərdə olur, xəbərlərdə nəsx olmaz. 
Ancaq təxsis bunların hamısında ola bilər.
c. Nəsxdə mənsuxun əvvəl, nasixin isə sonra gəlməsi lazımdır. 
Təxsisdə isə belə bir şey yoxdur.
d. Nəsx sadəcə kitab və sünnədə, təxsis isə bunlarla yanaşı digər 
şeylərədə də ola bilər.
4. Nəsxin şərtləri
Nəsx üçün bəzi şərtlər qoyulmuşdur ki, bunlar aşağıdakılardır:
a. Nasix və mənsux nəsslər arasında bir-biriylə uyğunlaşdırıl-
mayacaq dərəcədə ziddiyət olmalıdır. Əgər hər iki nəssi bir-biriylə 
uzlaşdırmaq mümkündürsə o zaman burada nəsxə yer yoxdur.
118  Bəqərə, 2/ 240 və 224


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə