Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə24/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   60

ULUMUL-QURANIN (QURAN ELMLƏRİNİN) MEYDANA ÇIXMASI VƏ TƏDVİNİ 
93
B. Meydana çıxması və tədvini
Qurani-kərim o dövrdə yaşayan insanların dili ilə nazil olsa da, 
onda mübhəm, mücməl, müşkil, mütəşabeh və mütləq ayələrin ol-
ması, o cümlədən bu insanların zəka baxımından eyni olmamaları 
Quranı  anlamaqda  bəzi  problemlərə  gətirbib  çıxardırdı.  Düzdür 
səhabilər başa düşmədikləri yerləri Hz. Peyğəmbərdən soruşurdu-
lar. Ancaq onların sualları daha çox o dövrün şərtləri çərçivəsində 
idi. Ancaq zaman keçdikcə səhabilər bəzi mövzular ətrafında fikirlər 
yürütməyə  başladı.  Onların  əsəs  fəaliyyəti  Quranı  oxumaqdan, 
əzbərləməkdən, mənasını anlamaq və anlatmaqdan ibarət idi. On-
lar Quran haqqındakı bilgiləri rəvayət yolu ilə sonra gələnlərə nəql 
edirdilər. Yəni, Qurana və ona əsaslanan elmlərə maraq göstərən 
səhabilərin  bu  sahədəki  bilgiləri  Hz.  Peyğəmbər  zamanında  hələ 
tədvin olunmamışdı. Bunun da bəzi səbəbləri vardır ki, bunlar aşa-
ğıdakılardır:
1. Quran haqqındakı məlumtları yazılı hala gətirməyə ehtiyac 
hiss etməmələri.
2. Səhabilər arasında oxuya və yaza bilənlərin sayının az olması.
3. Yazı ləvazimatlarını əldə etmədə bəzi çətinliklərin olması.
4. Hz. Peyğəmbərin (s.ə.s.): “Məndən, Qurandan başqa heç bir 
şey yazmayın. Kim məndən Quran xaricində (bir şey) yazmışsa onu 
məhv etsin...”
111
 buyuraraq Quran xaricindəki şeylərin yazılmasını 
qadağan etməsi.
Məhz  bu  səbəblərə  görə  Quran  elmləri  Hz.  Peyğəmbər  za-
manında yazılı hala gətirilməmiş, şifahi şəkildə nəql olunmuşdu. 
Hz. Peyğəmbər vəfat etdikdən sonra isə səhabilər daha çox tələbə 
yetişdirməklə məşğul idilər.
111  Müslüm, Zühd, 16


TƏFSİR ÜSULU VƏ TARİXİ
94
Hz.  Əbu  Bəkrin  zamanında  Hz.  Ömərin  təşəbbüsü  ilə  Zeyd 
ibn  Sabitin  rəhbərliyi  altında  Quran  səhifələri  bir  yerə  toplana-
raq kitab halına salınır. Ancaq bu dövrdə də Quran elmləri tədvin 
edilməmişdi.  Hz.  Osmanın  xəlifəliyi  dövründə  İslam  dövləti  bir 
xeyli  genişlənmiş,  bu  genişlənmə  nəticəsində  bir  çox  qare  Mi-
sir,  Şam,  İran,  Iraq  kimi  ölkələrə  getmişlər  və  getdikləri  yerlərdə 
Quranı  özlərinin  öyrəndikləri  qiraətlərə  görə  oxumuşlar.  Bunun 
nəticəsində də qiraət fərqlilikləri ortaya çıxmışdır. Bu fərqliliklərin 
getdikçə  ixtilafa  səbəb  olduğunu  görən  Hz.  Osman  Quranı  nazil 
olduğu  Qüreyş  ləhcəsinə  görə  yazdırıb  əsas  İslam  mərkəzlərinə 
göndərdi. 
Əbu  əl-Əsvəd  əd-Duəli  və  tələbələri  olan  Nəsr  ibn  Asim  və 
Yəhya  ibn  Yamər  Quranın  hərəkələnməsi  və  nöqtələnməsi  və zi-
fələrini yerinə yetirdilər. Bütün bunlardan yola çıxaraq deyə bilərik 
ki, hicri təqvimi ilə I əsrin sonlarından etibarən rəvayət yolu ilə nəql 
edilən Quran bilgiləri yavaş-yavaş yazılmağa başlandı. 
Hicri I əsrdə tədvin olunmağa başlayan Quran elmlərinin əsa-
sını formalaşdıran səhabə və tabeun alimlərindən bəziləri bunlar-
dır:
Səhabilər: Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman, Hz. Əli, İbn 
Abbas, İbn Məsud, Zeyd ibn Sabit, Əbu Musa əl-Əşəri və Abdullah 
ibn Zübeyir
Tabeun: Mücahid ibn Cəbr, İkrimə, Ata ibn Əbi Rabah, Qəttadə 
ibn Diamə, Səid ibn Cübeyir və Zeyd ibn Əsləm.
II. QURAN ELMLƏRİ
Quranın  məna  və  məfhum  yönünün  anlaşılmasına  yardım 
edən qayda və qanunlar Quran elmləri başlığı altında toplanır. Bu 
elmlərdən bəzilərı bunlardır:


QURAN ELMLƏRİ
95
A. Əsbabün-nüzul
Quran ayələrinin nazil olmasına səbəb olan hadisələrə “əsbabun-
nüzul” deyilir. Quranın doğru təfsir edilməsi üçün ayələrin hansı 
şərtlərdə, hansı hadisəyə görə, harada və necə endiyini bilmək la-
zımdır. Bu məlumatlar sayəsində ayələrin qəsd etdiyi mənaya daha 
da  yaxınlaşmaq  mümkündür.  Hədis  kitablarının  təfsir  bölümləri 
“əsbabun-nüzul” rəvayətlərindən meydana gəlmişdir. Ayələrin nü-
zul səbəbləri Quranın tarixini və ictimai zəminini sonrakı nəsillərə 
daşıyır.
Əsbabün  nüzul  məfhumu  “əsbab”  və  “  nüzul”  kəlmələrindən 
meydana  gəlmişdir.  “Əsbab”  “səbəb”  sözünün  cəm  formasıdır. 
Səbəb” lüğətdə “metod, yol, işarə, vəsilə və vasitə” mənalarına gəlir. 
Nüzul”  kəlməsinə  gəlincə  isə  bu  kəlmə  “nə-zə-lə”  felinin 
məsdəri olub “yuxarıdan aşağıya enmək” mənasına gəlir. Bu kökdən 
gələn “inzal” və “tənzil” ifadələri də “endirmək” deməkdir. Ancaq 
inzaltopdan endirmə, “ tənzil” isə hissə hissə endirməkdir.
Quran  iyirmi  üç  il  müddətində  ayə-ayə,  surə-surə  nazil  edil-
mişdir. Bu cür nazil olmaya “təncim deyilir. Təncim “nəcm” (ulduz) 
sözündəndir, hər ulduz çıxanda, yəni müəyyən vaxtlarda Quran-
dan bir hissənin nazil edildiyini bildirmək üçün işlədilir.
“Əsbabun-nüzul”un  daha  geniş  tərifini  versək  onu  belə  tərif 
etmək mümkündür: “Hz. Peyğəmbərin risaləti dövründə baş verən 
və Quranın bir və ya bir neçə ayəsinin və yaxud da surəsinin na-
zil olmasına səbəb olan hadisəyə, şəraitə, ya da hər hansı bir şey 
haqqında Rəsulullahdan soruşulan suala nüzul səbəbi” deyilir.
Yuxarıdakı  tərifdə  ön  plana  çıxan  əsas  xüsusiyyətlərdən  biri 
hər  hansı  bir  hadisənin  baş  verməsidir.  Bəzi  ayələr  hər  hansı  bir 
hadisə nəticəsində nazil olmuşdur. 


TƏFSİR ÜSULU VƏ TARİXİ
96
Tərifdə qeyd olunan ikinci xüsusiyyət bəzi ayələrin zühur edən 
bəzi xüsusi məsələlər haqqında nazil edilməsidir. Hz. Ömərin fərqli 
vaxtlarda  etdiyi  dua  və  təmənnilər  nəticəsində  nazil  olan  ayələri 
buna  misal  göstərmək  olar.  Hz.  Ömərin  belə  dediyi  rəvayət  olu-
nur: “Uca Allah üç dəfə mənim istəklərimə uyğun olaraq ayə endir-
mişdir. Bir gün Rəsulullaha dedim: “ Ey Allahın Rəsulu! İbrahimin 
məqamını namaz yeri seçək”. Bundan sonra Bəqərə surəsinin 125-ci 
ayəsi nazil oldu.
112
Bir dəfə də: “Ey Allahın Rəsulu! Evinizı müxtəlif insanlar girib-
çıxır, sizin xanımlarınızı görürlər. Onlara əmir edin ki, örtünsünlər”-
dedim. Əhzab surəsinin 33-cü ayəsi məhz bundan sonra nazil oldu.
113
Yenə  başqa  bir  gün  Hz.  Peyğəmbərin  xanımları  qısqanlıq 
nəticəsində onu kədərləndirdikləri üçün “Əgər Rəsulullah sizi bo-
şasa, Rəbbi ona sizdən daha xeyirli xanımlar bəxş edər...”-dedim. 
Bu hadisədən sonra isə Təhrim surəsinin 5-ci ayəsi endirildi.
114
Tərifdə  vurğulanan  üçüncü  xüsusiyyət  isə  bəzi  ayələrin  Hz. 
Peyğəmbərdən soruşulan suallara cavab olaraq endirilməsidir. Bu 
suallar daha çox səhabilərə aid olsa da, bəzən əhli-kiatba mənsub 
insanlar da ona sual verirdilər. Səhabilər daha çox din sahəsində 
bilmədikləri və ya anlamaqda çətinlik çəkdikləri məsələlrə barədə 
soruşurdular.  Məsələn,  Ali  İmran  surəsinin  97-ci  ayəsi:  “Orada 
aydın  nişanələr  –  İbrahimin  məqamı  vardır.  Ora  daxil  olan  şəxs  əmin-
amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağ-
lamlıq  baxımından)  gücü  çatan  hər  bir  kəsin  həccə  gedib  o  evi  ziyarət 
etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar 
edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möh-
tac  deyildir!”  nazil  olduqda,  səhabilər:  “Hər  ilmi  həccə  gedəcəyik 
112  Buxari, Təfsir, Surə, 2.
113  Buxari, Təfsir, Surə, 2.
114  Buxari, Təfsir, Surə, 2.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə