Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə22/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
84
verirdilər. Nəsimi ustadı Nəimiyə belə yazırdı: “Ərəb nitqi dutul-
muşdur dilindən, səni kimdir deyən kim türkmansan”. Yəni “sənin 
ana türkcən qarşısında ərəb dili sarsılıb susmalı olmuş, amma kim 
deyər ki bu dilin sahibi sən türksən”. Nəsimini bu qədər sərt ifadə 
işlətməyə məcbur edən o zaman ərəb və fars dillərinin türk dilindən 
üstün tutulması idi. Sonralar ana türkcənin Nəsimidəki kimi yük-
sək  dəyərləndirilməsi  Quranın  bu  dildə  oxunub  öyrənilməsi  dü-
şüncəsini ortaya çıxardı. Faruk Sürənin apardığı tədqiqatlara görə 
Ağqoyunlu sultanı Uzun Həsən Quranı Azərbaycan dilinə tərcümə 
etdirib  hüzurunda  oxutdururdu  ki,  bu  da  müqəddəs  kitabımızın 
dilimizə ilk tərcüməsi sayılır.
106
 
Qurani-kərimin Azərbaycan dilinə tərcüməsi orta çağlarda baş-
lamış  olsa  da,  bu  tərcümələr  əlyazma  şəklndə  qalaraq  nəşr  edil-
mə mişdir.  Azərbaycanlı  müfəssir  olan  Nemətulla  Naxçıvani  hə-
lə  XV  əsrdə  “  Fəvatihul-ilahiyyə  vəl-məfatihul-ğaybiyyə  ”  adlı  təfsir 
yaz mışdır. Lakin onun bu əsəri ərəb dilində yazılmışdır. Bundan 
başqa İran, Osmanlı və s. kimi müxtəlif ölkələrdə yaşayıb-yaradan 
alimlərimiz  olmuşdur.  Ancaq  bu  alimlərin  tərcümə  və  təfsirləri 
indiyə qədər araşdırlmadığı üçün onlar haqqında məlumat vermək 
qeyri-mümkündür . 
Quranın günümüzə qədər gəlib çatan ilk Azərbaycanca tərcü-
məsi  və  təfsiri  Bakı  qazısı  Məhəmməd  Kərim Ağanın  “Kəşfül-hə-
qayiq an nükətil-ayati vəd-dəqaiq” adlı əsəridir. Üç cilddən ibarət olan 
bu  əsər,  “Kaspi”  qəzetinin  Buxariyyə  mətbəəsində  çap  edilmiş-
dir. Birinci və ikinci cildi 1904 cü ildə, üçüncü cild isə 1906-cı ildə 
nəşr olunmuşdur. 1908 -ci ildə isə Zaqafqaziya müsəlmanları şey-
tərcüməsi” deyil, “naqis ifadə olunan məna” anlamna gələn “məal” 
deyilmişdir. 
106  Süleyman Əliyarlı, “XIII-XV Əsrlərin Tarixi”, Azərbaycan Tarixi s. 
333-334.


QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
85
xülislamı Məhəmməd Həsən Mövlazadə Şəkəvinin “Kitabul-bəyan 
fi təfsiril-Quran” adlı təfsiri Tiflisdəki Qeyrət mətbəəsində çap edil-
mişdir.
107
 28 aprel 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurul-
masından bir neçə gün sonra bütün dini imtiyazlar ortadan qaldı-
rıldı. Sovet hakimiyyət orqanları din ilə mübarizə aparmağa qərar 
vermişdilər. Hakimiyyət öz planlarını həyata keçirmək üçün hər cür 
müəssisələr  qurur,  konfrans  və  seminarlar  keçirirdi.  1924-cü  ildə 
Bakıda “Allahsızlar Cəmiyyətinin” qurulmasının səbəbi də bu idi. 
Ancaq bütün bunlara rəğmən kommunistlər öz istəklərini həyata 
ke çirə  bilmədilər.  Azərbaycanın  bəzi  yerlərində  dini  fəaliyyətlər 
giz li olsa da davam edirdi.
İkinci  dünya  mühribəsinin  başlaması  ilə  sovet  hökuməti  mü-
səlmanlara qarşı ateizm təbliğatında güzəştə getməyə məcbur ol-
du. Hökuməti bu mövzuda mülayim davranmağa məcbur edən cə-
miyyət içərisində narahatlığın artması, ruhanilərin bir mərkəzdən 
idarə  olunmaması  və  onların  istəklərinin  yerinə  yetirilməməsi, 
düş mənə qarşı xalq içərisində yekdil müqavimət əzminin qırlıma-
sı qorxusu idi. Bu mülayimlik müxtəlif səbəblərdən müharibədən 
son ra da davam etdi. Məhz Əhməd Həşimzadənin 1962-ci ildə yazıb 
ta mamladığı dörd cildlik “Təfsirul-Quranil-əzim” adlı təfsiri də bu 
dövrə təsadüf edir. Bu əsr ərəb əlifbasıyla yazılmış və Azərbaycan 
Elmlər Akademiyasının Əlyazmalar İnistitutuna verilmişdir.
108
Həmçinin mərhum Azərbaycan ədəbiyyatçısı, klassik Azərbay-
can  ədəbiyyatını  və  əruzu  çox  gözəl  bilən  Əli  Fəhmi  Ələkbərov 
1969-1970-ci  illərdə  Vasim  Məmmədəliyevin  redaktəsi  ilə  Bəqərə, 
107  Vasim Məmmədəliyev, Quranın Azərbaycan dilindəki tərcüməsinə 
yazdığı ön söz , s. XXVII
108  Davut Aydüz, Sovet dövründə Azərbaycan türkcəsi ve ərəb qrafikası ilə 
yazılmış təfsir, s. 86 


TƏFSİR ÜSULU VƏ TARİXİ
86
Ali İmran və Nisə surəsinin doqquz ayəsini tərcümə etmişdir.
109
 Bu 
dövrdə ümumiyyətlə Quranın rusca tərcümələri yayılmış və xalq 
Quranı anlama ehtiyacını bu tərcümələrlə qarşılamağa çalışmışdır.
110
1991-ci  ildə Azəbaycan  yenidən  öz  müstəqilliyinə  qovuşduq-
dan  sonra  Azərbaycan  xalqı  Qurani-kərimi  öz  dilində  anlamaq 
istəmiş və bu sahə ilə məşğul olan bəzi elm xadimləri da onların 
bu istəklərini qarşılamaq üçün Quranı Azərbaycan dilinə tərcümə 
etmişlər.
Belə ki, 1991-ci ildə akademik Ziya Bünyadov və Vasim Məm-
mədəliyevin  kiril  əlifbası  ilə  hazırladığı  Quran  məalı  nəşr  edildi. 
Bu məal müstəqillikdən sonra Azərbaycanda ilk Quran tərcüməsi 
olaraq tarixə keçmişdir. Məal 1996-cı ildə təkrar latın əlifbası ilə çap 
edilmişdir.  Bu  məaldan  təxminən  bir  il  sonra  isə  Nəriman  Qası-
moğlunun kiril əlifbası ilə hazırladığı tərcümə işıq üzü görmüşdür. 
1990-cı illərdən sonra tərcümə edilən digər bir Quran tərcümə-
si də Rəsul İsmayılzadə Duzalın tərcümə etdiyi tərcümədir. Azər-
baycan  dilində  olmasına  rəğmən  ərəb  əlifbası  ilə  çap  edilmişdir. 
Ərəb əlifbası ilə çap edilməsinin ən önəmli səbəbi isə Cənubi Azər-
baycanda  yaşayan  azəri  türkləri  üçün  nəzərdə  tutulmuş  tərcümə 
olmasıdır.
2000-ci  ildə  İranın  Beynəlxalq  “Əlhuda”  Nəşriyyatının  tərcü-
məçilər qrupu tərəfindən yeni bir Quran məalı dilimizə qazandı-
rılmışdır. Həmçinin həmin ildə Məhəmmədhəsən Qənioğlu və Ta-
riyel Bilaloğlunun latın qrafikasıyla hazırladıqları Quran tərcüməsi 
Türkiyə  Diyanət  Vəqfi  tərəfindən  nəşredilmişdir. Azərbaycan  di-
lində yazılan Quran təcümələrindən biri də Əhməd Kayvanpurun 
109  Erdoğan Pazarbaşı, Azerbaycanda Yaygın Kuran Tercümeleri, s. 116.
110  E. a. ə., s. 103.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə