Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
70
 Bu problemi görən Bəsrə valisi Ziyad o dövrün böyük alimi 
Əbul Əsvəd Duəlini (vəfatı-69/688) yanına çağırır və ondan yazı işi-
ni sistemli hala gətirməsini tələb edir. Bu istəyi rədd edən Duəli bir 
nəfərin Tövbə surəsinin 3-cü ayəsi olan
 ُ ُلو ُس َرَو َينِكِ ْشُمْلا َنِّم ٌءيِرَب َ ّللا َّانأَ�
Allah ve elçisi müşriklərdən uzaqdır ” ayəsindəki “və rəsuluhu” 
ifadəsini “və rəsulihi” şəklində oxuduğunu görür və Ziyadın yanına 
gedib onun bu təklifini qəbul etdiyini söyləyir. Çünki o adamın “və 
rəsuluhu” ifadəsini “və rəsulihi” şəklində oxuması nəticəsində həmin 
ayənin mənası pozulur və bu mənaya gəlir: “Allah müşriklərdən və 
Rəsulundan uzaqdır”. Bu da Duəlini narahat edirdi. O otuz katiblə 
birlikdə  Quranı  hərəkələyir.  Katiblər  Duəlinin  təlimatına  əsasən, 
Müshəfin yazısında istifadə edilən mürəkkəbin rəngindən fərqli bir 
rənglə fəthə üçün hərfin üstünə, kəsrə üçün hərfin altına və dammə 
üçün hərfin önünə nöqtə qoyurlar. Bu üsulla yazılan hər bir səhifə 
əd-Duəli  tərəfindən  yoxlanılmış,  əgər  naqislik  varsa  yenidən  ta-
mamlanmışdır.
Ancaq yenə də Quranın oxunuşunda problemler qalırdı. Belə ki, 
“bə”, “tə”, “sə”, “cim”, “ha”, “fə”, “qaf” kimi bir birilərinə bənzəyən 
hərfləri fərqləndirmək çətin idi. Bu nöqsanı görən İraq valisi Həccac 
ibn Yusif bəzi rəvayətlərə görə Nəsr İbn Asimdən (vəfatı- 89/707), 
bəzi rəvayətlərə görə isə Yəhya ibn Yamərdən (vəfatı-129/746) bu 
problemin  həll  edilməsini  tələb  etmişdir.  Nəsr  ibn  Asım  və  ya 
Yəhya ibn Yamər Quran qirətinin ikinci mühüm işi olan nöqtələmə 
işini həyata keçirmişdir. Bu problemin həlli üçün hərflərin üzərinə 
nöqtələr qoyulmuşdur ki, buna “icam” deyilir. Həm hərəkə, həm 
də nöqtələmə işi hərflərin müəyyən yerlərinə nöqtələrin qoyulma-
sı ilə baş vermişdi. Amma hərəkə və nöqtələrin bir-birlərinə qarış-
maması üçün nöqtələmədə rəngləri müxtəlif olan mürəkkəblərdən 


QURANIN OXUNUŞU
71
istifadə  olunmuşdur.  Beləliklə  bu  problem  həll  edilmişdir.  Daha 
sonralar isə Xəlil ibn Əhməd (vəfatı-175/791) bugün də davam edən 
bu sistemi təkmilləşdirmişdir. 
Hərəkələrin olmaması digər bir müqəddəs kitab olan Tövratın 
oxunuşunda da probleme səbəb olmuşdur. Belə ki, Tövratın dili bir 
çox cəhətdən ərəb dilinə bənzəyən ibrani dilidir. Yəhudi alimləri bu 
problemi uzun müddət həll edə bilməmişlər. Bu da Tövratın yanlış 
oxunmasına və anlaşılmasına səbəb olmuşdur. Yəhudi alimləri də 
daha sonralar hərəkə və nöqtələrdən istifadə edərək bu məsələni 
həll etmişlərdir.
Hərəkə  və  nöqtələmə  fəaliyyətlərindən  sonra  Qurana  başqa 
bəzi işarələr də qoyulmuşdur. Bunlardan biri ayə sonlarına qoyulan 
“durğu-fasilə” işarəsidir. Bu işarələr əvvəlcə ellips (meyilli dairə), 
sonra dairə, daha sonra isə gül formasında qoyulmuşdur.
Hicri altıncı əsrdə Məhəmməd ibn Teyfur əs-Səcavəndi (vəfa-
tı-560/1165)  Qurana ayələrin mənaları nəzərə alınaraq hazırlanan 
və “səcavənd” adlanan işarələr qoymuşdur. Bunlardan başqa surə 
və cüz başlıqları, hizb və səcdə işarələri Qurana əlavə edilmişdir. 
Eyni  zamanda  hər  beş  və  on  ayədən  sonra  “təxmis”  və  “təşir” 
işarələri yazılmışdır. 
IV. QURANIN OXUNUŞU
Qurani-kərimin oxunuşu ilə əlaqədar İslam ədəbiyyatında üç 
əsas istilah işlədilir: tilavət, təcvid və qiraət.
Tilavət”  sözü  “izləmək,  ardınca  getmək  və  oxumaq”  mənalarını 
daşıyır. Tilavət sözü Quranda təsirli fel kimi vəhy ilə əlaqədar dörd 
dəfə, Kitab və səhifələrlə əlaqədar bir dəfə, hekayələrlə əlaqədar altı 
dəfə, hökm ilə əlaqədar bir dəfə, Tövratla əlaqədar üç dəfə, ayələrlə 
əlaqədar olaraq isə otuz iki dəfə işlədilmişdir.


TƏFSİR ÜSULU VƏ TARİXİ
72
Qurandakı kəlimələrin nitqinə məxsus səslərin əmələ gəlməsini, 
tələffüzünü və akustikasını öyrənməklə məşğul olan Quran elminə 
təcvid elmi ( ilm ət-təcvid)” deyilir.
Qiraət  kəliməsi  “qa-ra-ə”  felinin  məsdəri  olub  “oxumaq” 
mənasına  gəlir.  Termin  olaraq  isə  qiraət  “Quran  sözlərinin  tələffüz 
variantlarını öyrənən elmdir ”. Başqa cür tərif etsək qiraət “hər hansı 
bir kəlmə üzərində məd, cəzm, hərəkə, sükun, nöqtə və irab cəhətdən ortaya 
çıxan dəyişikliklərdir”. 
A. Qiraət məsələsi
İlk nəsildən nəql olunan rəvayatlərə əsaslanan mühüm elm lər-
dən biri də qiraətdir. Hz. Peyğəmbər həyatdaykən Quranın bəzən 
fərqli şəkildə oxunmasına icazə vermişdir. Səhabilər Rəsulullahdan 
(s.ə.s.) müxtəlif qiraət formalarını öyrənirdilər. Sonrakı dövrlərdə 
də  onlardan  bu  qiraətləri  tabeun  və  ətbaut-tabeun  alimləri  əxz 
etmişlər.  Bütün  bunların  nəticəsində  də  bir-birindən  fərqli  qiraət 
formaları ortaya çıxmışdır. Bu qiraətləri oxuyan qurralar, müxtəlif 
İslam ölkələrinə yayılmış və onların bu ölkələrdə oxuduqları qiraət 
tərzləri də onların adını almışdır. Bu qiraətlər içərisində ən məşhur 
olanları Abduulah  ibn  Kəsirin,  Nafinin,  Əbu Amrın,  İbn Amirin, 
Asımın , Həmzənin və Kisayinin qiraətləri idi. 
Hicri  ikinci  əsrin  sonlarında  qiraət  məsələsində  mütəxəssis 
olan  İslam  alimləri  bütün  qiraətləri  bir  yerə  topladılar,  vəchlərin 
və rəvayətlərin kimlərə aid olduğunu ortaya çıxarıb səhih və şəz 
qiraətləri bir-birindən ayırmaq üçün bəzi qaydalar təsbit etdilər. Və 
beləliklə qiraətlərin təsbitinə dair ilk araşdırmalar hicri ikinci əsrdə 
rəsmən başladı. Bu sahədə ön plana çıxan alim Harun ibn Musadır 
(vəfatı-170/786). Ancaq bu dövrdəki qiraət sahəsindəki fəaliyyətlər 
şifahi  şəkildə  idi.  Qiraətə  dair  ilk  əsərlər  hicri  III  əsrdə  yazılmış-
dır. Tarixi mənbələr bu mövzuda ilk dəfə əsər yazan alimlərin Əbu 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə