Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə16/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
64
sağlığında Quranı əzbərləməsi və “ərzeyi-axirə”də iştirak etməsi ilə 
izah olunur. 
2. Zeydin cəm etdiyi Qurani-kərimin xüsusiyyətləri
Zeyd  bir  il  müddətinə  Quranı  cəm  etmə  işini  bitirdi.  An-
caq cəm olunan bu nüsxə bu şəkildə qala bilməzdi. Çünki Quran 
mətni  hələ  də  müxtəlif  yazı  ləvazimatlarının  üstündə  idi.  Buna 
görə  də  ondan  istifadə  etmək  mümkün  deyildi.  Quranı  həm  bu 
dağınıq görünüşündən qurtarmaq, həm də müsəlmanların ondan 
istifadəsini  asanlaşdırmaq  üçün  Zeyd  həmin  Quran  mətnlərini 
dəri  üzərinə  yazdıraraq  yeni  bir  nüsxə  meydana  gətirdi.  Bu  yeni 
nüsxənin xüsusiyyətlərini aşağıdakı kimi sadalaya bilərik:
a. Cəm işi elmi metodlarla həyata keçirilmişdir.
b. Tilavəti mənsux olan ayələr yazılmamışdır.
c. Bu nüsxədə yazılan ayələrin hamısının təvatür yolu ilə bizə 
nəql olunduğuna dair ümmətin icması vardır.
d. Bu müshəf yeddi hərfi əhatə edirdi.
e. Zeyd tərəfindən kitab şəklinə salınan bu Qurana Abdullah 
İbn Məsudun təklifi ilə “müshəf” adı verilmişdir.
Bu müshəf Hz. Əbu Bəkir və Hz. Ömərin xəlifəlikləri zamanın-
da onların himayəsi altında qorunmuş, Hz. Ömərin vəfatından son-
ra isə onun qızı Həfsəyə verilmişdir. Ancaq bu nüsxənin Həfsəyə 
verilməsi  heç  də  bəzi  müstəşriqlərin  iddia  etdikləri  kimi  onun 
xüsusi  mülkünə  çevrilməsi  demək  deyildi.  Əksinə  bunun  səbəbi 
nüsxənin  veriləcəyi  xəlifənin  hələ  seçilməməsi  idi.  Bilindiyi  kimi 
müshəf  Quranın  təksir  ediləcəyi  günə  qədər  Həfsənin  yanında 
qalmış, Hz. Osmanın xəlifəliyi dövründə Quran istinsax edilərkən 
(çoxaldılarkən) ondan alınmış və dahas onra yenidən ona geri qa-
yıtarılmışdır.  Mənbələrin  bildirdiyinə  görə  Həfsə  vəfat  etdikdən 


QURANIN KİTAB ŞƏKLİNƏ SALINMASI
65
sonra Mədinə valisi Mərvan ibn Hakəm bu Müshəfi Abdullah ibn 
Ömərdən götürmüş və bu nüsxə ilə Hz. Osmanın istinsax etdirdiyi 
müshəflər arasındakı fərqlər səbəiylə ixtilaf çıxmasından qorxaraq 
onu yandırtmışdır.
D. Quranın Hz. Osman zamanında çoxaldılması
Hz. Ömər və Hz. Osmanın dövründə fəthlər nəticəsində İslam 
coğrafiyası  xeyli  genişləndi.  Əərb  əsilli  olmayan  müsəlmanlar  öz 
bölgələrində  yaşayan  məşhur  səhabələrin  müshəf  və  qiraətlərinə 
görə Quranı öyrənir və həmin müshəflərdən istifadə edərək özləri 
üçün  xüsusi  nüsxələr  hazırlayırdılar.  Çox  keçmədi  ki,  Mədinə 
dövründə verilən Quranı fərqli ləhcələrə görə oxuma izni və ərəb 
yazısından qaynaqlanan bəzi oxuyuş fərqlilikləri nəticəsində Qu-
ranın  oxunuşundə  bəzi  qarışıqlıqlar  meydana  çıxdı.  Oxuyuşda-
kı fərqliliklər fikir ayrılığına gətirib çıxardı və bu mövzuda ciddi 
mübahisələrə səbəb oldu. 
Əbu  Qilabə  rəvayət  edir  ki,  Hz.  Osmanın  xilafəti  əsnasında 
Quran  müəllimləri  müxtəlif  səhabilərin  qiraətini  öyrədirdi.  Bu 
da  tələbələr  arasında  fikir  ayrılığı  yaradırı.  Onlar  bu  məsələni 
müəllimlərinə söylədilər. Hətta tələbələrdən biri digərinin qiraətini 
inkar edirdi. Hz. Osman bu məsələdən xəbərdar olan kimi minbərə 
çıxaraq belə bir xütbə oxudu: “Ey müsəlmanlar! Siz mənim yanım-
da  (Mədinədə)  fikir  ayrılığına  düşürsünüz.  Uzaq  bölgələrdə  ya-
şayan müsəlmanlar da əlbəttə ki, daha çox ixtilafa düşəcəklər. Ey 
Mühəmmədin  əshabı!  Toplanıb  insanlar  üçün  bir  imam  Müshəfi 
yazın”.
84
Hz. Osmanın dövründə Quran nüsxələrinin çoxaldılmasını zə-
ru riləşdirən  əsas  hadisə  isə  Buxarinin  “əs-Sahihində”  bu  şəkildə 
84   Əbu Davud, əl-Məsahif, s. 21


TƏFSİR ÜSULU VƏ TARİXİ
66
rə vayət olunur: “Azərbaycan və Ermənistan səfərində iştirak edən 
iraqlı və suriyalı əsgərlər arasında qiraət fərqlilikləri ortaya çıxır. 
Hüzeyfe ibn Yaman Hz.Osmanın yanına gələrək bu hadisənin təh-
lükəli  olduğunu  bildirərək  belə  deyir:  “Ey  möminlərin  əmiri!  Bu 
ümmət Quran haqqında yəhudilərin və xristianların düşdüyü ixti-
lafa düşmədən onun imdadına çat”. Başqa şikayət və ixtilafları da 
nəzərə alan Hz. Osman Həfsəyə xəbər göndərərək belə deyir: “Qu-
ran səhifələrini bizə göndər. Onları çoxaltdıqdan sonra təkrar sənə 
geri verəcəyik”. Hz. Həfsə səhifələri göndərir. Hz. Osman Zeyd ibn 
Sabit, Abdullah ibn Zübeyir, Said ibn As və Əbdürrəhman ibn Haris 
ibn Hişamdan ibarət komissiya qurur və onlara bu səhifələri çoxalt-
mağı  əmr  edir.  Hz.  Osman  onlara  bu  vəzifəni  verərkən  Qüreyş 
qəbiləsindən olan üç nəfərə belə əmr edir: “Əgər Quranın hər hansı 
bir yerində Zeyd İbn Sabitlə ixtilafa düşsəniz onu Qüreyş ləhcəsi 
ilə yazın. Çünki Quran onların dili ilə nazil olmuşdur”. Heyət əmri 
yerinə yetirərək Quranı istinsax etdi. Hz. Osman əsl nüsxəni Hz. 
Həfsəyə göndərdi və çoxaldılan müshəflərin hər birini bir bölgəyə 
göndərərək  bunların  xaricindəki  müshəflərin  yandırılmasını  əmr 
etdi.”
85
 
Bu rəvayətdən də görürük ki, İslam dövləti fəthlər sayəsində 
çox genişlənmiş, müxtəlif millətlər İslam dinini qəbul etmişlər. Qu-
ranın yazısı hərəkəsiz və nöqtəsiz olduğu üçün yeni müsəlmanlar 
Quranı  oxumaqda  çətinlik  çəkmişlər.  Yuxarıda  qeyd  etdiyimiz 
ixtilafların  səbəblərini  bir  az  da  açıqlasaq  bunu  deyə  bilərik  ki, 
əvvəllər Quranın yeddi hərf üzrə oxunmasına icazə verilmişdi və 
Hz. Əbu Bıkrin cəm etdirdiyi Quran da məhz yeddi hərə görə idi. 
Bundan başqa bəzi səhabələr xüsusi müshəflərinə ayələrin təfsiri 
ilə əlaqədar bəzi kəlmələr əlavə etmişdilər. Yeddi hərfdən qaynaq-
lanan ixtilaflar əsasən mənaca eyni olan kəlmələrin fərqli sözlərlə 
85   Buxari, Fədailul Quran, 3.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə