Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə21/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   60

QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
81
Yuxarıda zikr olunan rəylərdən hansının daha doğru olduğu-
nu  söyləmək  çətindir. Amma  Quranın  oxunmasını  asanlaşdırnaq 
məqsədi güdən bu rüxsət Hz. Osmanın müshəfləri çoxaltması ilə 
ortadan qalxmışdır. Buna görə də yeddi hərf məsələsi artıq bu gü-
nün məsələsi olmayıb, tamamilə o dövrlə əlaqədar olan müvvəqqəti 
rüxsət idi. 
V. QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
Qurani-kərimdə və hədisdə Quranın başqa dillərə tərcüməsini 
açıq şəkildə əmr edən və ya qadağan edən hər hansı bir ifadə yoxdur. 
Ancaq xüsusilə fiqh məzhəblərinin ortaya çıxdığı dövrdən etibarən 
bu məsələ mübahisə mövzusu olmuşdur. Alimlərin bir qismi bəzi 
ayələrdən və hədislərdən yola çıxaraq Quranın tərcümə edilməsinin 
vacib olduğunu söyləmişlər. Bəzi alimlər isə yenə Qurandan yola 
çıxaraq onun başqa dillərə tərcümə edilməsinin doğru olmayacağı, 
tərcümə edildiyi təqdirdə möcüzə xüsusiyyətini itirəcəyi görüşündə 
olmuşlar.  Nəticə  də  isə  tərcümə  edilməsi  tərəfdarlarının  görüşü 
üstün gəlmiş və Quran müxtəlif dillərə tərcümə olunmağa başlan-
mışdır.  Çünki  hər  nə  qədər  Qurani-kərim  ərəb  dilində  nazil  olsa 
da, onun muxatəbləri sadəcə ərəblər deyil, eyni zamanda bütün in-
sanlardır. Buna görə də Quranı sadəcə ərəblərlə məhdudlaşdırmaq 
doğru olmazdı. 
Ərəblərin xaricindəki digər millətlər İslam dinini qəbul etdikdən 
sonra, Qurani-kərimi və başqa din kitablarını ana dillərinə tərcümə 
etmə  ehtiyacını  hiss  etmişlər.  İranlı  və  türk  mənşəli  alimlər  bu 
sahədə mühüm fəaliyyətlər göstərmişlər .
95
Quran  tərcümə  tarixində  ilk  olma  xüsusiyyətinə  malik  olan 
tərcümə,  Hz.  Peyğəmbər  tərəfindən  bəzi  xarici  dövlət  başçılarına 
95  Abdulkadir İnan, Kurani Kerimin Türkçe Tercümeleri Üzerine İnceleme, s. 3.


TƏFSİR ÜSULU VƏ TARİXİ
82
göndərilən  diplomatik  məktublardakı  bəzi  ayələrdir.
96
  Rəsulullah 
(s.ə.s) tərəfindən göndərilən bu məktublarla birlikdə həmin ayələr 
də  tərcümə  edilmiş  və  ehtimal  olunur  ki,  bu  tərcümə  işi  Hz. 
Peyğəmbərin göndərdiyi elçilər tərəfindən həyata keçirilmişdir.
97
 
Böyük  tarixçi  və  hüquqşünas  olan  əs-Səraxsi  belə  deyir: 
“Rəvayət edildiyinə görə iranlılar Salman Farisiyə məktub yazaraq 
Quranın birinci surəsini farsca yazmasını istəmişlər. Onlar dilləri 
ərəb dilinə öyrəşənə qədər namazlarında onu oxumuşlar.”
98
Tacuş-Şəriə də “Nihayə haşiyətül-hidayə” adlı əsərində belə de-
yir: “Salman Farisi Hz. Peyğəmbərə müraciət etmiş və onun razılığı 
ilə Quranın birinci surəsini fars dilinə tərcümə etmişdir. Bilindiyi 
kimi Salman Farisi Hz. Peyğəmbərin Mədinədəki səhabələrindən 
biri idi.
99
 Beləliklə deyilə bilər ki, Qurana dair ilk tərcümə az da olsa 
Hz. Peyğəmbər zamanında edilmişdir.
100
A. Qurani-kərimin türk dilinə tərcüməsi (məalı) və təfsiri
Türk xalqlarının mədəniyyət tarixində din kitablarının bu dilə 
tərcüməsi fəaliyyəti  müxtəlif türk  boylarının beynəlmiləl dinlərlə 
təmas qurduqları dövrlərdə başlamışdır. Türklər qədim zamanlar-
da buddizmlə tanış olmuşdu. Türk dilindəki qədim terminlərin bir 
çoxu islam ədəbiyyatına türk dilinə tərcümə edilən buddizm dininə 
aid əsərlərdən keçmişdir. Türklər buddizmdən başqa Zərdüştlük, 
Manixeizm və Xristian dinləri ilə də təmas qurmuşdular. Türklərin 
böyük mədəni və ticarət mərkəzlərində bütün bu dinlərə mənsub 
insanlar yaşamışlar. Yüz ildən bəri aparılan tədqiqatlar nəticəsində 
96  Bu ayələr üçün bax. Taha 20/ 47; Əli İmran 3/64; Nisə 4/71; Tövbə 
9/29.
97  Muhsin Demirci, Kuran Tarihi, s. 214.
98  Məhəmməd ibn əs-Səraxsi əl-Məbsut , I, 37. 
99  Muhammed Hamidullah, Aziz Kuran, tərc: A. Hatip- M. Kanık, s. 78.
100 Muhsin Demirci, e.a.ə. s.214


QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
83
bu dinlərin müqəddəs kitablarının türk dilində tərcümələri tapıl-
mışdır.
101
Türklər  X  əsrin  ortalarında  İslam  dinini  kütləvi  olaraq  qəbul 
etdikdən sonra, bu yeni dinin təlimatını və əsaslarını öyrənmə ehti-
yacı duyduqları və dinin əsas mənbəyi olan Quranı anlamaq üçün 
öz dillərinə tərcümə etdirmək istədikləri şübhəsizdir.
102
İslamdan əvvəl türklər arasında uyğur əlifbası yayılmışdı. İlk 
türkcə  Quran  tərcümələrinin  də  bu  əlifba  ilə  tərcümə  edilmə  eh-
timalı böyükdür. Ancaq bugünə qədər uyğur əlifbası ilə yazılmış 
mükəmməl bir Quran tərcüməsi tapılmamışdır. 
103
 Bizə qədər gələn 
ən əski türkcə Quran tərcümələri bunlardır:
1.  Rusiya  Elmlər  Akademiyası  Şərqşünaslıq  İnistitunda  olan 
tərcümə.
2. Türk və İslam Əsərləri Muzeyində olan tərcümə.
3. İstanbulda Millət Kitabxanasındakı tərcümə.
4. Mançestr şəhərində yerləşən Rilands kitabxanasındakı Qu-
ran tərcüməsi.
104
B. Qurani-kərimin Azərbaycan dilinə tərcüməsi (məalı) və 
təfsiri
Qaraqoyunlu və Ağqoyunlu saraylarında dövlət dili Azərbay-
can dili idi. Bu dövrdə türkcənin önəmi gündən-günə artırdı. Hürufi 
mütəfəkkirlər Quranda ərəbcə mətnlə yanaşı türkcə məala
105
 da yer 
101  A. İnan, Kurani Kerimin Türkçe Tercümeleri Üzerine İnceleme, s. 3-4.
102  Ahmet TopaloğluKurani Kerimin İlk Türkçe Tercümeleri Ve Cevahirul- 
Asdaf, s. 58.
103  Muhammed Hamidullah, Kurani Kerim Tarihi, s. 107-108.
104  A. Topaloğlu, e.a.ə. s.59-60.
105  Qurani-kərim Allah kəlamı olduğu üçün onu hərfi olaraq tərcümə 
etmək mümkün deyildir. Buna görə də tərcümə olunan Quranlara “Quran 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə