Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə23/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   60

QURANİ-KƏRİMİN TƏRCÜMƏSİ 
87
şəmsi təqvimi ilə 1369-1371-ci illər arasında İranda ərəb əlifbası ilə 
çap olunan Quran tərcüməsidir. 
C. Avropada Quran tərcümələri
Qeyri-müsəlmanların  Qurana  olan  marağı  çox  əvvəllərə  ge-
dib  çıxır.  Həbəşistan  kralı  Nəcaşinin  və  Bizans  kralı  Heraklisin 
Quran ayələrini dinlədikləri zaman ona necə hörmət göstədikləri 
ta rixdən  bizə  məlimdur.  Ancaq  daha  sonrakı  dövrlərədə  onla-
rın  Qurana  baxışları  daha  çox  onu  rədd  edərək  xristianlar  ara-
sında  hörmətdən  salmaq  istiqamətində  olmuşdur.  Bunu  Quran 
tər cümələrinin  ilklərindən  olan  sürayinicə  tərcümədə  görmək 
müm kündür.  Avropa  dillərində  ilk  tərcümə  hesab  edilən  Rober-
tus  Ketenensislə  Hermanus  Dalmatanın  latın  dilindəki  tərcüməsi 
(1143) də eyni mahiyyətdədir. Belə ki, bu Quran tərcüməsi islami 
iddiaları çürütmədə yetərsiz qaldığı üçün bir neçə əsr onun yayıl-
masına icazə verilməmiş, bu nöqsanlar aradan qaldırıldıqdan sonra 
1543-cü ildə çap edilmişdir. Latın dilindəki bu tərcümə əvvəlcə ita-
layan dilinə, sonra bu dildən alman dilinə, alman dilindən də hol-
land dilinə tərcümə edilmişdir.
Quranın  Avropa  dillərindəki  digər  tərcümələrinə  gəldikdə, 
Andre du Riyer, C. E. Savari, B. Kazimirski, E. Montet, D. Masson 
kimi  orientalistlər  Quranı  fransız  dilinə,  Corc  Seyl,  Edvard  Hen-
ri Palmer, Riçard Bel, Artur Con Arberi, N. J. Davood kimi ingilis 
orientalistlər  isə  ingilis  dilinə  tərcümə  etmişlər.  Rus  dilindəki  ilk 
tərcümələr də fransız dilindən rus dilinə olan tərcümələrdir. Ərəb 
dilindən rus dilinə ilk tərcümə isə Qoril Sablukova aid olub 1878-ci 
ildə Qazanda çap edilmişdir.
Quran,  XIX  əsrdən  etibarən  əvvəllər  tərcümə  olunmayan  di-
gər dillərə də tərcümə edilmişdir. İspan, polyak və yunan dillərinə 
edilən tərcümələri bu tərcümələrə misal verə bilərik. Bundan başqa 


TƏFSİR ÜSULU VƏ TARİXİ
88
müsəlman  alimləri  də  Quranı Avropa  dillərinə  tərcümə  etmişlər. 
Mirzə Bəşiruddin Mahmud Əhmədin holland dilinə tərcümə etdiyi 
Der Hellige Qoran” adlı tərcümə 1954-cü ildə nəşr edilmişdir. 1959-
cu ildə isə müsəlman alimi Məhəmməd Həmidullah Quranı fran-
sız dilinə tərcümə etmişdir. Bunlardan başqa Mövlana Məhəmməd 
Əlinin “The Holy Quran”, Məhəmməd Zəfrullah Xanın “The Koran” 
adlı ingiliscə tərcümələri vardır.
  Yuxarıda  qeyd  olunan  dillərdən  başqa  Quranın  bir  çox  dilə 
tərcüməsi vardır ki, bunlar Asiyada çin, yapon, koreya, malaziya və 
urdu, Avropada rumın, macar, isveç, norveç, portuqal, serb, xorvat, 
boşnak, Afrikada isə sevahil və yorba dilləridir.


İKİNCİ FƏSİL
QURAN ELMLƏRİ



I. ULUMUL-QURANIN  (QURAN  ELMLƏRİNİN)  MEYDA-
NA ÇIXMASI VƏ TƏDVİNİ 
“Ulumu-l Quran” ifadəsini ilk dəfə hicri V əsrdə yaşayan Əli 
İbn  İbrahim  əl-Hufi  (vəfatı-430/1038)  “əl-Bürhan  fi  ulumil-Quran” 
adlı əsrində işlətmişdir. Ancaq Adnan Zarzur ilk dövr alimlərinin 
bu  məfhumu  “ulumut-təfsir”  mənasında  işlətdiklərini  söyləyir. 
Buna görə də alimlər “Ulumul-Quran” ifadəsinin bu gün bilinən 
mənasıyla  ilk  dəfə  Zərkəşinin  (vəfatı-794/1391)  “əl-Bürhan  fi  ulu-
mil-Quran”  adlı  əsərində  işlədildiyi  qənaətinə  gəlmişlər.  Hufinin 
əsərindən fərqli olaraq bu əsər Quran elmlərinin bütün şöbələrini 
əhatə edir.
Beləliklə deyilə bilər ki, “Ulumul-Quran” ifadəsindən qavram 
kimi hicri IV əsrin əvvəllərində istifadə olunmağa başlansa da, bu 
ifadə tam mənası ilə hicri VIII əsrdə işlənmyə başlanmışdır. 
A. Ulumu-l Quranın (Quran elmlərinin) tərifi, mövzusu və sayı
Ulumu-l  Quran”  ifadəsindəki“ulum”  sözü  “elm”  kəlməsinin 
cəmidir. Lüğətdə “bilmək və anlamaq” mənasına gələn bu söz termin 
olaraq “məsələləri dəlilləri ilə idrak etmək” deməkdir. “Ulumu-l Quran” 
deyildikdə isə “Quranın nazil olması, tərtibi, cəmi, yazılması, oxunma-
sı, təfsiri, ecaz, nasix, mənsux və s. kimi Quranla əlaqədar elmlər” qəsd 
olunur. 


TƏFSİR ÜSULU VƏ TARİXİ
92
Quran  elmləri  Quranın  xətti,  ləfzi  və  mənası,  üslub  və  ecazı 
kimi müxtəlif mövzuları əhatə edir. Bu elmləri bilməyənlər Quranı 
anlaya və təfsir edə bilməzlər. Bu elmlərdən başqa Quranda bəzi 
təbiət elmləri ilə əlaqədar ifadələrə də rastlaşmaq mümkündür. La-
kin bu ifadələrdən yola çıxaraq təbiət elmlərinə də Quran elmləri 
deyə  bilmərik.  Çünki  Quran  bu  elmlərin  qanunlarını  qoymaq  və 
onları isbat etmək üçün nazil olmamışdır.
Təbiət elmlərinin Quran elmləri sayılmaması onların İslam di-
nində əhəmiyyət verilməyən elmlər olmaları mənasına gəl məz. Ək-
sinə Qurani-kərim bu elmləri öyrənməyi, bu sahələrdə mü təxəssis 
kimi yetişməyi əmr edir. Lakin bunu da unutmamaq lazımdır ki, 
Quran elmləri sadəcə Quranın anlaşılmasına xidmət edirlər. Eyni 
şeyi isə təbiət elmlərini üçün söyləmək qeyri-mümkündür.
Zərkəşi  “əl-Burhan  fi  ulumil-Quran”  adlı  əsərində  Quran  elm-
lərinin  qırx  yeddi  elmdən  ibarət  olduğunu  və  eyni  zamanda  bu 
elmlərin sayını məhdudlaşdırmanın əslində doğru olmayacağını bil-
dirir. Suyuti isə Zərkəşinin çəkdiyi çevrəni daha da genişləndirərək 
bu elmlərə astronomiya, tibb və digər elmləri daxil etmişdir.
Burada üzərində durulması lazım olan məsələlərdən biri də Əbu 
Bəkir  ibn  əl-Ərəbinin  (vəfatı-543/1148)  nəql  etdiyi  bu  rəvayətdir: 
“Qurandakı hər bir kəlmənin zahir, batin, hədd (halal-haram) və 
matla (vəd-vəid) deyə dörd mənası vardır”. Bu rəvayətdə İbn Ərəbi 
Quran elmlərinin 77540 olduğunu yazır.
Zərqani isə Suyutinin və İbn Ərəbinin Quran elmləri haqqın-
da  söylədiklərinin  təvilə  əsaslandığını,  bunlarla  tədvin  edilmiş 
elmlərin deyil, Quran kəlmələrindəki mənaların qəsd olunduğunu 
söyləyir. 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə