Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

lindəki  münasibətlərin  əksinə  olaraq)  aramsız  münaqişə  və 
mübarizəyə əsaslanır. Bir tərəfdən status qrupları bir-biriləri­
nin maraqlarına müxalifətdə durur və məhdud ehtiyatlar üzə­
rində  inhisar yaratmaq və ya nəzarət, hökmranlıq əldə etmək 
üçün mübarizə aparırlar. Digər tərəfdən xüsusən müasir kapi­
talizm şəraitində müxtəlif institusional  sferalarda bürokratlar 
özləri  bir-biri  ilə  öz  maraqları  uğrunda rəqabətdədirlər;  Ve- 
berə  görə,  bu  yalmz  dövlət  bürokratiyasım  nəzarətdə  saxla­
maq  üçün  mühümdür.  Status  qrupları,  onun  fikrincə,  digər 
status qruplar üzərində öz üstünlüklərini qorumaq üçün büro­
kratik aparata məxsus hakimiyyətdən tez-tez istifadə edirlər.
Veber siyasi qayda haqqında
Veberin  siyasi  qayda  haqqında  mülahizələrini  nəzər­
dən keçirməzdən əw əl,  onun ümumi baxışlarına diqqət yetir­
mək  yerinə  düşərdi.  Birincisi,  siyasi,  qayda  ümumilikdə  cə­
miyyətin  özü  kimi,  qruplar  arasında  daimi  mübarizə  ilə  xa­
rakterizə olunur. Bəzən konflikt siyasi institutlar üzərində nə­
zarəti  ələ keçirmək istəyən status qruplarını əhatə edir.  Lakin 
çox vaxt bu, dövlət başçısı və mülki xidmət vəzifələrini tutan 
siyasi  agentlər  və  fiqurlar arasındakı  münaqişəni  əhatə  edir. 
Beləliklə,  Marksdan  fərqli  olaraq,  Veber  siyasi  qaydaya 
hökmran  sinfin  və  ya  siniflərin  əlində  fəaliyyət  aləti  kimi 
baxmır.
İkincisi,  dövlət  və  onun  institutları  bir  sinfin  və  ya 
status  qrupunun  nəzarəti  altında  deyil.  Müasir  dövlətdə  bir 
çox  vəzifələr  ona  görə  hüquqşünaslar  tərəfindən  tutulur  ki, 
onlar  siyasətin  mürəkkəb  hüquqi  tərəflərini  başa  düşmək 
üçün zəruri təhsilə və texniki bacarığa malikdirlər.  Hüquqşü­
naslar və digər mütəxəssislər ayrıca bir status qrupu təşkil  et­
160
diklərindən,  özləri  üçün  xüsusi  maddi  və  mənəvi  imtiyazlar 
qoruyub saxlamağa çalışırlar.
Üçüncüsü,  Veberə  görə,  müxtəlif siyasi  sahələrdə nə­
zarəti ələ  alanlar digər sosial  institutlar  və  qruplara həlledici 
təsir göstərə bilmək imkanı qazanırlar. Daha sonra onun Otto 
Bismark və Napoleon Bonapart kimi  siyasi  liderləri  təhlilin­
dən aydın olur ki, siyasi hakimiyyətə malik olanlar sosial  in­
kişafı  formalaşdırmaqda  və  milli  dövlətin  yaradılmasında 
müvəffəqiyyət qazana bilirlər. Yenə də qeyd edək ki, belə bir 
mövqe  siyasi  institutlann  maddi  resursları  inhisara  almaq 
üçün  sadəcə  alət  olmasım  hesab  edən  Marksın  mövqeyi  ilə 
daban-dabana ziddir.
Nəhayət,  Veberin  özü  demokratik  idarəetmə  forması 
olan plebisitə daha çox  inanırdı.  Bu,  lidersiz  demokratik  hö­
kumət, texniki ekspertlər və ya siyasi  aparat vasitəsilə öz ira­
dəsini həyata keçirən partiya liderlərinin əlində bir saxta alət­
dir. Bununla Veber bir tərəfdən ABŞ və Böyük Britaniyadakı 
demokratik idarəetmə formasına valehliyini, digər tərəfdənsə 
Bismarkın dövründən başlayaraq  1919-cu ilədək mövcud ol­
muş konstitusiyalı alman monarxiyasına nifrətini nümayiş et­
dirirdi.
Siyasətçilər
Veberə  görə,  istedadlı  və  məsuliyyətli  siyasətçilər 
effektiv  demokratik  idarəçilik  üçün  olduqca  vacibdirlər. 
Yunanıstanın  birbaşa  demokratiyasından  müasir  dövlətin 
kütləvi  demokratiyasınadək  ən  yaxşı  hökumət  sonradan 
Cozef  Şumpeter  tərəfindən  genişləndirilmiş  “demokratik 
elitist” adlanan azlığın hakimiyyəti altında olan hökumətdir.
Onun  fikrincə,  müasir  cəmiyyətlərdə  ən  effektiv
161


hökumət,  məsələn,  Böyük  Britaniyada  baş  nazir,  onun 
kabineti  və  məsləhətçiləri  tərəfindən  idarə  olunan  hökumət, 
ən  effektsiz  isə,  məsələn,  Almaniyada  Bismarkdan  sonra 
olduğu  kimi  bacarıqlı  adamlara  idarə  etmək  üçün  çox  az 
şərait yaradan hökumət sayılır.
Bacarıqlı  siyasi  liderliyin  seçilməsinə  dair  iki  prinsi­
pial  fikir  mövcuddur.  Ümumxalq  seçkilərinin  mövcud  oldu­
ğu ABŞ kimi ölkələrdə güclü siyasi partiyalar bacarıqlı lider­
ləri qorumaq üçün ən uğurlu metodlardan istifadə edirlər.  Si­
yasi  liderlərin  parlamentin  daxilindən  seçildiyi  yerlərdə  isə, 
əksinə,  Veber  müxtəlif strategiyaların  mövcudluğunu  göstə­
rir.
Dövlət aparatı
Müasir  dövlət  aparatının  əsasını  parlament,  siyasi 
partiyalar,  hərbi  və  mülki  xidmət  bürokratiyası  təşkil  edir. 
Veberin  fikrincə,  onların  əhəmiyyəti  hər  bir  dövlətdə  müx­
təlifdir.  Məsələn,  Veberin  qeyd  etdiyi  kimi,  ABŞ-da  və 
İngiltərədə  parlament  və  siyasi  partiyalar  daha  mühüm 
əhəmiyyət  kəsb  etdikləri  halda,  Almaniyada  effektiv 
liderliyin  olmadığından  mülki  xidmət  bürokratiyası  dövlətin 
əsas elementini təmsil edir.
Daha  sonra  o,  siyasi  partiyaların  iki  əsas  tipini  də 
qeyd  edir:  havadarlıq  və  ideoloji  partiyalar.  Veberə  görə, 
ABŞ-da  partiyalar  birbaşa  seçki  sisteminə  və  prezidentə 
verilmiş nüfuza əsasən havadarlıq tiplidirlər; Almaniyada isə, 
onun  fikrincə,  partiyalar daha  çox  ideologiyaya  meyllidirlər. 
İdeoloji  partiyalar  öz  hökumətlərini  effektsiz  vəziyyətə 
gətirirlər,  çünki  onların  prinsiplər  uğrunda  savaşı  kompro­
misə  gəlməyi  çətinləşdirir  ki,  bu  da  Özünü  daha  çox
162
parlament liderlərinin seçilməsində göstərir.
Hökumətin  m üxtəlif  qanadları  arasında  ən  pisi, 
Veberin  fikrincə,  mülki  xidmət  bürokratiyasıdır.  Ekspertiza 
və  texniki  biliyin  m üxtəlif  dərəcəli  bürokratların  əlində 
çəmləşməsi  onlara  və  onların  təşkil  etdikləri  institutlara 
qeyri-adi  dərəcədə  hakimiyyət  verir.  Bu  səbəbdən  monarxm 
nüfuzu  Almaniyada  olduğu  kimi  zəiflədilə  bilər  və  ya 
parlamentdə  siyasətçilər  xüsusən  qərar  qəbuletmənin  dövlət 
xəzinəsinə  aid  olan  siyasətinə  aid  sahədə  qeyri-effektiv 
fəaliyyət  göstərə  bilər.  Veberin  fikrincə,  faciə  ondadır  ki, 
bürokratlar  yalnız  texniki  ekspertdirlər  və  hər  hansı  bir 
formada liderlik edə bilməzlər.
Siyasi sistem
Marks  kimi  Veber  üçün  də  siyasi  sistem  dövlət 
başçısını  və  dövlət  maşınını  əhatə  edən  dövlətin  özüdür.  Bu 
təsisatın  əsas  əlaməti  onun  “məlum  ərazidə  fiziki  qüvvədən 
legitim  istifadə  etmək  üzərində  inhisara  malik  olmasıdır”. 
Buna  görə  də  bu  institut  müasir  cəmiyyətlərdə  mühüm  yer 
tutur  və  beləliklə,  bir  çox  qruplar  üçün  öz  nəzarətini  təmin 
etmək  üçün  mühüm  əsas  yaradır.  Lakin  əvvəlcə  qeyd 
etdiyimiz  kimi,  dövlət  xüsusi  bir  sinif və  ya  status  qrupuna 
məxsus  təzyiq  instrumentini  təmsil  edə  bilməz.  O,  daha  çox 
daimi  konfliktlər  meydanıdır  və  müxtəlif  status  qruplarının 
nümayəndələrini əhatə edir.
Dövlətin  daxilində  b ir  neçə  potensial  münaqişə 
nöqtələri  vardır.  Onlardan  birinə  siyasi  lider  və  ya  dövlət 
başçısı,  eləcə  də  parlament  -  mülki  xidmət  (bürokratiya) 
koalisiyası  daxildir.  Almaniyada  Bismark  liderliyinin  bəzi 
aspektlərinə  valehliyini  gizlətməyən  Veber belə  hesab  edirdi
163


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə