Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə36/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

tapmamış bir tapmacadır. XVIII əsrin dahi filosofu İmmanuil 
Kant  “şey-məndə”  (bizə  görünən  ilə)  “şey  özündə”  arasında 
fərqin mövcud olmasım iddia etməklə tapmaca icad etmişdir. 
Lukaç göstərir ki,  sonradan Hegel bu fərqin uyğunsuzluğunu 
göstərsə  də,  problemi  həll  etmək  əvəzinə  onu  Mütləq  Ruh 
anlayışı ilə daha da qəlizləşdirmişdir.
Yalnız  Marks  “şey-məndə”  ilə  “şey  özündə”  ara­
sındakı qeyri-qənaətbəxş dilemmanı  bəşəriyyətin özgələşmə- 
sinin şərti və ya insanın öz hakimiyyətinin maddiləşməsi pro­
sesi  (insanları  obyektlərin  iki  dünyası  -  onların  görünüşü  ilə 
mahiyyəti  arasında  fərqi  dərk  etməyə  gətirib  çıxarmış) 
olmasını  göstərməklə  düzgün  həll  edə  bilmişdir.  Lukaç 
Marksı  dəstəkləyərək  göstərir  ki,  bütün  obyektlər  insan 
yaradıcılığının  məhsuludur  və  yalnız  bəşəriyyət  bu  əsas 
həqiqəti  proletariatın  sinfi  şüuru  şəklində  reallaşdırdıqdan 
sonra  bəşəriyyətin  özgələşməsinin  bütün  elementləri  həyatın 
bir faktı kimi yox olacaqdır.
Frankfurt məktəbi
Müasir  marksistlər  arasmda  Frankfurt  məktəbinin 
təsir  gücü  ilə  rəqabət  apara  biləcək  çox  az  bir  qrup  alimlər 
vardır.  1934-cü  ildə  Almaniyada  Teodor  Adomo  və  Maks 
Horkhaymer  tərəfindən  yaradılmış,  bir  az  sonra  isə  Hitlerin 
hakimiyyəti  dövründə  müvəqqəti  olaraq  ABŞ-a  köçmüş 
Frankfurt məktəbinin başçıları Marksı  inqilabçıdan daha çox 
filosof kimi  qəbul  edirdilər.  Onlar  Marksı  daha  yaxşı  anla­
maq üçün onun yaradıcılığının gənclik dövrünə üz tuturdular. 
Bununla  yanaşı,  onlar  Ziqmund  Freyddən  sublimasiya  və 
repressiya,  Maks Veberdən isə rasionallıq və  legitimlik kimi 
ideyaları  qəbul  etməklə  marksist  təfəkkürə  yeni  elementlər
144
əlavə  etdilər.  M arksm  əsərlərini  daha  çox  fəlsəfi  mövqedən 
şərh etməyə  çalışaraq,  eyni  zamanda  fəhlə  sinfinin bu günki 
tələblərindən  xeyli  uzaqlaşaraq,  onlar  intellektual  cəhətdən 
çox möhkəm  fikirlər toplusu formalaşdıra bildilər.  Frankfurt 
məktəbinin,  xüsusən  Herbert  Markuze  və  Yürgen  Haberma- 
sın  əsərlərinin  əsas  yeniliyindən  biri  Maks  Veber tərəfindən 
irəli sürülmüş ideyaların Marksm kapitalizmi tənqidi qiymət­
ləndirməsi  ilə  birləşdirməsindədir.  Proletarita  və  ya  istehsal 
fəaliyyəti  kimi  əməyə bir o qədər də  əhəmiyyət verməyərək, 
Marksm klassik  formulasında olduğu kimi, Markuze özünün 
“Birölçülü  insan”  əsəri  ilə  ABŞ-da  böyük  nailiyyət  qazanır 
və  məşhurlaşır.  O  göstərir  ki,  müasir  sivilizasiya  qədim 
yunanlardan sonra m eydana gəlmiş idrakla müasir cəmiyyət­
də özünü göstərən idrak arasında kıskin fərq nümayiş etdirir. 
Qədim yunanların idrakı  həqiqətin axtarışı  ilə dərindən asso­
siasiya  olunurdu  və  idraka  təbiətin  ayrılmaz  hissəsi  kimi 
baxılırdı. Yunan  filosofları  idrakla təbiət arasında yaxın əla­
qə  mövcud olduğunu,  birinin  digərinin  hissəsi  olduğunu,  id­
rakın dərindən refleksiyası  vasitəsilə təbiət üçün  əhəmiyyətli 
və  ötəri  olan prinsipləri  k əşf etmək üçün idrakın  fəaliyyətini 
təmsil  etdiyini  güman edirdilər.  Markuzenin fikrincə, müasir 
kapitalist sivilizasiyası  insanın təbiətdən,  ağlın ağıldan özgə­
ləşməsin!  yaratmış  və  o,  bunu  bəşəriyyət  üçün  fundamental 
və  əhəmiyyətli  olan  keyfiyyətləri  (insanın  dünya,  özünün 
sensual  təbiəti,  Eros  və  ya  məhəbbət  haqqında  dərindən 
düşünməsini)  sıxışdırmaqla  yerinə  yetirmişdir.  Bu  cür 
perspektivi  güman  edərək,  Lukaç  kimi  Markuze  də  faktiki 
olaraq düşüncəyə  dair əhəmiyyətli  marksist təhrifi  ört-basdır 
etmək  məqsədi  ilə  marksist  tənqidi  fikrinin  təbiətinə  dair 
dialektikanı yenidən təqdim edir.  Markuzenin  müasir  kapi­
145


talist  sivilizasiyasına,  bu  sivilizasiyanın  ən  yüksək  pilləsi 
olan  Amerikaya  ittiham  aktı  onun  müəyyən  dərəcədə  Vebe- 
rin  müasir  dünyada rasionallığm təbiətinə  dair bir sıra  qeyd­
lərindən ruhlandığım göstərir.  Veber texnikaya,  səmərəliliyiə 
və  hesablamaya  əsaslanan  və  onun  fikrincə,  müasir  kapita­
lizmin  əsas  xüsusiyyətlərini  xarakterizə  edən  texniki  rasio- 
nallıqla  hərəkətin  istiqamətləndiyi  məqsəd  və  dəyərlər  ilə 
məşğul  real  mövcud  olan  rasionallıq  arasındakı  fərqə  daha 
çox  diqqət yetirir.  Onun  fikrincə,  müasir kapitalizm üçün  sə­
ciyyəvi  və  problemli  olan  odur  ki,  cəmiyyətin  bütün  sahələ­
rində  hər  bir  fəaliyyətdə  xüsusi  məqsədə  nail  olmaq  üçün 
cəlb  olunmuş  dəyərin keyfiyyət dəyərləndirilməsinin  qayğısı 
üstünlük təşkil edir. Markuze Veberi bu cür əsaslı qavramaya 
görə  müdafiə  etsə də,  onu  texniki  və  substantiv rasionallığm 
bir-birindən ayrılmasını  tənqidi şəkildə izah edə bilməməkdə 
ittiham edir.
Markuzeyə  görə,  müasir kapitalist  sivilizasiyası  ağlın 
iki  formasında  radikal  parçalanma  nümayiş  etdirir:  texniki 
ağıl  daha  da  təkmilləşir,  substantiv  ağıl  isə  ağlın  yunan 
konsepsiyasını  bildirməyə  başlayır.  Yenidən  Hegel  və 
Lukaçı  xatırlayaraq  Markuze  göstərir  ki,  insan  tərəfindən 
yaradılan  obyektlər  ondan  kənarda  və  yüksəkdə  durduğu 
halda  onun  özünün  dərindən  refleksiya  və  təsəvvür  etmək 
qabiliyyəti sıxışdırılır.  Həqiqətdə  artıq insan insanı təmsil et­
mir;  o,  öz  humanistliyini  itirmişdir;  onun  özünün  mənlik 
hissi  yaratdığı  obyektlərdən  və  fikirlərdən  görünür.  Buradan 
da  insan  özü  haqqında  sadəcə  texniki  instrument  -   müasir 
sivilizasiya  şəraitində  öz  “Mənini”  itirmiş  kimi  düşünməyə 
başlayır.  Onun  təxəyyüllü  anlayışla  əşya  arasında  birbaşa 
əlaqə  formasını  alır.  Bunu  bilmək  maraqlıdır  ki,  müasir
146
kapitalizmin  ittihamının  bu  formasının  böyük  bir  hissəsi 
Antonio  Qramşinin  aydın  və  son  dərəcə  diqqətli  əvvəlki 
təhlilində öz ifadəsini tapmışdır.
Özünün  ən  məşhur  təhlilində  Frankfurt  məktəbinin 
hal-hazırda  aparıcı  siması  Yürgen  Habermas  müasir kapita­
lizmin  təbiətini  başa  düşmək  üçün  Maks  Veberə  əsaslanır. 
Habermas  Veberin  qanuniliyin  və  qanuniləşdirmənin  təbiəti 
ilə bağlı qayğısına istinad edərək, göstəririr ki, müasir cəmiy­
yətdəki  ziddiyyətlər və xüsusən də sosial rifah və kütləvi de­
mokratiya tərəfindən ikiqat  və paradoksal  səylərdən doğmuş 
ziddiyyətlər  kapitalist  dövlətlərinin  qərarlarının  düzgünlü­
yündə  böhran  vəziyyəti  yaratmışdır.  Habermasm  fikrincə, 
həm  Veber,  həm  də  onun  legitimliyin  qanuniliyi  haqqında 
fikirlərini  bölüşdürən  digər  alimlər,  müasir  cəmiyyətdə 
qanuni  qərar  qəbul  etməyin  təbiətinin  özlüyündə  qərarların 
düzgünlüyünü sübut etmək üçün kifayət olmasına inanmaqla 
aldadılmışlar.  Habermasa  görə,  bu,  əsimdə  düzgün  deyil: 
legitimliyin yerləşdiyi daha dərin, yaxud fərqli səviyyə vardır 
ki,  bundan  biri  də  həqiqilikdir.  Orada  insanların  ictimai  hə­
yatda  nəyin  qiymətləndirilməsi  haqqında  bir-biri  ilə  bölüş­
dürdüyü  mülahizələr  normativ  başa  düşməyə  əsaslanır.  An­
caq bu başa düşmə səviyyəsi həm müasir cəmiyyətin  özündə, 
həm  də  bu  cəmiyyət  haqqında  nəzəriyyələrdə  bir  qədər  qa­
ranlıq  qalır.  Onun  fikrincə,  yalnız  müasir kapitalizmin  əsas­
larını  problemli sayan  tənqidi  nəzəriyyə  dünyadakı  əşyaların 
həqiqiliyini  anlaya bilər;  bu  səydə  Habermas  müasir  kapita­
lizmdə  diskursiv dil  və kommunikasiya üçün detallaşdırılmış 
təhlil  vasitəsilə təhrifləri və ziddiyyətləri ifşa etmək istəyərək 
“universal praqmatiklər” proqramı təklif edir.
147


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə