Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə34/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

cəmiyyətdəki  sinfi  münaqişələr  onlar  arasındakı  qarşılıqlı 
əlaqəni  nəzərə  almadan  özlərini  marksist  adlandıranlan  itti­
ham edirdi.  O,  inanırdı ki, müasir dünyada sinfi mübarizənin 
təbiəti  hər  yerdə  eyni  deyildir.  Beləliklə,  o  göstərir  ki,  əsl 
marksist  baş  verən hadisələrdən yaxşı  baş çıxarmalı,  özündə 
həyatın  mürəkkəbliklərini  ehtiva  edən  dünənin  nəzəriyyə­
sindən  yapışmamalıdır.  Lenin  bu  cür  nəzəriyyəçilərə  tarixi 
materializmin  köməyinə  arxalanmağı  məsləhət  bilirdi.  Bu, 
Marksm mirasına daha bir mühüm töhfə idi və Luis Altüsser, 
Niko Pulantsas və başqa alimlərə güclü təsir göstərmişdi.
Leninin  1917-ci  ilin  avqustunda  tamamlanmış,  lakin 
Oktyabr inqilabından sonra çap  olunmuş “Dövlət və inqilab” 
adlı  əsəri marksist nəzəriyyə və praktikasına böyük bir töhfə 
kimi  qiymətləndirilə  bilər.  Burada  o,  Marks  və  Engels 
tərəfindən  çox cüzi toxunulan sosialist və ya fəhlə dövlətinin 
təbiətini  ətraflı təhlil  edir.  Burada Lenin proletariatın inqilabi 
diktaturasının  cizgilərini  görməyə,  dövlətin,  Engelsin  sözləri 
ilə  desək,  necə  “solmasını”  müəyyənləşdirməyə  çalışır. 
Lenin  göstərir ki,  Rusiyada  Kerenskini  hakimiyyətə  gətirən, 
lakin  parlamenti  toxunulmaz  saxlayan  Fevral  inqilabı  həqiqi 
sosialist  inqilabına  doğru  ilkin  addım  idi.  Həqiqətən  də  o 
belə  hesab  edirdi  ki,  Fevral  inqilabı  nəticəsində  çar 
devrildiyindən  və  parlamentə  cəmiyyət  üzərində  nəzarət 
hüququ verildiyindən o,  burjua xarakteri  daşıyırdı.  Beləliklə, 
bu  rejimin  proletariat,  Rusiyanın  fəhlə  sinfi  adından 
devrilməsi  labüd  idi.  O,  daha  sonra  göstərir ki,  bu,  kəndli və 
fəhlələrdən birgə  səylər tələb  edirdi;  kəndlilər sayca fəhlələri 
bir neçə yerdə, məsələn, Petroqradda üstələyirdi.
Lenin  göstərirdi  ki,  nifrətedici  Kerenski  rejimini 
devirdikdən  sonra  bolşeviklər  Rusiyada  münasib  fəhlə
136
dövləti  quruculuğuna  başlamalıdırlar.  Lakin  əsimdə  bu 
dövlətin  inqilabi  proletar  diktaturası  olması  fikrinin  özü  nə 
deməkdir?  Dövlətin  idarə edənlərin idarə  olunanlar üzərində 
zorakılıq aləti olması və inqilab nəticəsində onun yox olması 
haqqında  oxşar  fikirlərə  Marks  və  Engelsin  əsərlərində  də 
rast  gəlinir.  Bu  məsələlərdə  Lenin  Marksm  nəzəriyyəsinə 
sadiq  qalaraq  Marksm  fikirlərində  yer  alan  ikimənalıqla 
mübarizə  aparmaqla  yanaşı,  Rusiyada  fəhlələrin  dövlətinə 
bələdçilik etmək üçün yeni prinsiplər inkişaf etdirməli  idi.  O 
göstərirdi ki, fəhlə dövləti hakimiyyəti fəhlə sinfi adından ələ 
almalı  və  bu  hakimiyyətin  özü  fəhlələrin  nümayəndələri 
tərəfindən  tutulmalıdır.  Lakin  belə  bir  dövlətdən  burjuazi­
yanın  və  çar rejiminin  qalığı  olan  əvvəlki  hakim  sinfə  qarşı 
silah  kimi  istifadə  edilməlidir.  Burada  Lenin  Marks  və 
Engelsin  fikirlərindən  də  irəli  gedir.  O,  təkid  edir  ki,  fəhlə 
dövləti  fəhlələrin  və  bununla  da  bütün  cəmiyyətin  azad 
edilməsi  üçün  bir  silaha  çevrilməlidir.  Rusiya  cəmiyyətinin 
1917-ci ilin ortalarına qədərki vəziyyəti haqqında daha sonra 
o,  belə  qənaətə  gəlir  ki,  fəhlə  dövlətində  hakimiyyət  fəhlə 
sinfinin  nümayəndəlirinin  əlində,  başqa  sözlə, 
hərbi 
hərəkatda  cəmləşməlidir.  O,  keçmiş  cəmiyyətin  qalıqlarının 
hələ  də  açıq  ifadə  olunan  sosial  və  iqtisadi  ədalətsizlik 
nümayiş  etdirdiklərini  və  buradan  da  ölkə  üçün  bu  cür 
demokratiyanın uyğun olmadığım göstərirdi.
Lenin  sosialist  dövləti  haqqında  təsəvvürləri  1871-ci 
il  Paris  Kommunası  və  onun  haqqında  xüsusən  Marksm 
analizindən  istifadə  edərək  inkişaf  etdirməyə  çalışır.  0 , 
burada  özünün  belə  bir  fikrinə  dayaq  tapırdı  ki,  Rusiya 
dövləti  burjua  demokratiyasında  təsəvvür  olunduğu  kimi 
bütünlükdə  vətəndaşların  deyil,  fəhlələrin  adından  idarə
137


olunmalıdır.  Oktyabr bolşevik  inqilabı  nəticəsində  hökuməti 
qurarkən  Lenin  Kerenski  hökumətini  devirməyə  kömək 
etmiş fəhlə şuraları -  sovetlər əsasında yeni  sosialist rejimini 
təşkil etdi.  Sovetlər Kommunist Partiyasının aparatı  ilə birgə 
inkişaf  edərək  Leninin  “D övlət  və  inqilab”  əsərində  təhlil 
etdiyi real fəhlə dövlətinə çevrildi.
Lenin  imperializmin  təhlili  ilə  marksist  düşüncəsinə 
bəzi  tədqiqatçılam   göstərdiyi  kimi,  özünün  ən  qiymətli 
töhfəsim  vermiş  oldu. 
O  göstərirdi  ki,  imperializm 
kapitalizmin  ən  yüksək  pilləsidir.  Yetkin  kapitalizm 
haqqmda öz yazılarında, xüsusən “KapitaF’da Marks görünür 
ki,  XIX  əsrin  ortalarından  sonra  baş  verən  tarixi  hadisələri 
izləyə  bilməmişdi.  Lakin  elə  onun  öz  dövründə  kapitalizm 
yeni  görkəm  almağa  başlamışdı.  İngiltərə  və  Fransa  kimi 
ölkələr  dünya  və  xüsusən  də  Asiya  və  Afrika  üzərində  öz 
ağalıqlarını  genişləndirməyə  çalışırdılar.  Öz  əmtəələri  üçün 
daha  geniş  bazar  axtarmaqla  yanaşı,  daha  çox  xammal 
ehtiyatlan  və  istehsalı  üçün  ucuz  işçi  qüvvəsi  axtarışında 
olan  bu  inkişaf  etmiş  kapitalist  dövlətləri  digər  ölkələrin 
əhalisini  öz  daimi  tabeçiliyində  saxlamaq  istəyirdilər.  Bu, 
nəticə 
etibarilə 
varlı 
kapitalist 
ölkələri 
ilə 
yoxsul, 
müstəmləkə  və  ya  fəth  olunmuş  dövlətlər  arasında  dünyada 
getdikcə  artan  və  bu  gün  də  qalmaqda  olan  parçalanmaya 
gətirib çıxarmış oldu.
Lenin  bu  inkişafı  özünün  “İmperializm  kapitalizmin 
ən  yüksək  mərhələsidir”  adlı  əsərində  aydınlaşdırmağa  və 
izah  etməyə  çalışmışdır.  XIX  əsrin  sonu  -  XX  əsrin 
əvvəllərində  baş  verən  tarixi  inkişafı  Lenin  dərindən  təhlil 
edərək  göstərməyə  çalışır  ki,  müasir  imperializm  kapitalist 
ölkələrində  maliyyə  kapitalının  yüksək  səviyyəyə  qalxması
138
ilə yanaşı bir ovuc  inhisarçının yaranmasına səbəb olmuşdur. 
Kapitalizmin  hərəkətverici  qüvvəsi  sayılan,  daim  daha  çox 
gəlir  axtarışında  olan  ABŞ,  Fransa,  Almaniya  və  bir  sıra 
digər kapitalist  ölkələrinin  sənayeçiləri  öz kapitallarını  daha 
az  inkişaf  tapmış  ərazilərdə  yatırmağa  və  bununla  da  bu 
ölkələr üzərində öz hökmranlıqlarını  qoruyub saxlamağa can 
atırdılar.
Nəticə  etibarı  ilə  Lenin  belə  bir  fikrə  gəlir  ki,  XX 
əsrin  əvvəlində  dünya  bir  tərəfdən  müstəmləkəçi  və  ya 
kapitalist,  digər  tərəfdənsə  məzlum  millətlərə  bölünmüşdür. 
Bu  bölgü  bir  tərəfdən  kapitalist  sinfinin  özünün  təşəbbüsü, 
digər  tərəfdənsə  işğal  olunmuş  ərazilərdə  kapitalizmin 
inhisarını  qanuniləşdirməyə  çalışan dövlət məmurlarının bir­
gə  səyləri  nəticəsində  baş  verdi.  Lenin  inhisarçı  kapitalizmi 
kapitalist  inkişafının  yeni  mərhələsi  kimi  vurğulamaqla 
Marksın  mirasına  yeni  məna  vermiş  oldu.  Daha  sonra  bu 
təhlil  burjua  ölkələri  ilə  asılı  ölkələr  arasında  dərinləşən 
qütbləşməni  təsvir  etməsi  ilə  yeni  idi.  Leninin  fikrincə,  bu 
bölünmə,  Marks  tərəfindən  də  qabaqcadan  göstərildiyi  kimi, 
dünya proletariat inqilabına əsas  yaradacaq dərəcədə qüvvəli 
idi.
Antonio Qramşi (1891-1937)
Lenin  kimi  italyan  radikalı  Antonio  Qramşi  də 
gənclik  vaxtlarından  sosialist  hərəkatına  cəlb  olunmuşdu. 
Lakin Lenindən fərqli olaraq ona heç vaxt fəhlə sinfi adından 
rejimi  devirmək  müyəssər  olmamışdır.  Əslində  1920-ci 
illərdə  bir  çox  solçu  radikallar  kimi  Qramşi  də  Sovet 
rejiminə  öz  heyranlığını  gizlədə  bilmirdi.  Qramşi  İtaliyanın 
solçu  qruplarında  uzun  müddət  aktiv  siyasi  və  intellektual
139


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə