Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

məhdudlaşır.  Məsələn,  kişilər daha yüksək maaşlı işlərə cəlb 
olunmaq  imkanına  malik  olduqları  halda,  qadınların  bir 
hissəsi  yoxsulluq  ucbatından  məcburi  olaraq  fahişəyə 
çevrilirlər.
Nəhayət,  Engels  qadm  və  kişi  üçün  azadlığın 
toxumlarını müasir kapitalizm şəraitində yeni ailə formasının 
yaranmasında görür.  Fəhlə sinfi  daxilində nikahlar daha çox 
azad,  valideynlərin  seçimi  olmadan,  məhəbbət  əsasında  baş 
verir.  Engels  iki  partnyorun  bir-birini  sevgi  əsasında  azad 
seçə  bilməsini  bərabərlik  kimi  başa  düşür.  Məhz  bu  nikah 
forması  yeni  cəmiyyətin  başlanmasından  və  bununla  da 
istismarçı  buıjua  nikahının  sonundan  xəbər  verir.  “Ailənin, 
xüsusi  mülkiyyətin  və  dövlətin  mənşəyi”  adlı  əsərində 
Engels  dövlətin  tarixi  təkamülünü  yenidən  Ç.  Darvinin 
əsərlərinə müraciət etdiyi təkamül nəzəriyyəsinə əsaslanaraq, 
izləməyə çalışır.
Engels göstərir ki, dövlət həmişə mövcud olmamışdır. 
O,  hakim  sinfin  hökmranlığını  qorumaq  üçün  tarixin  tələb 
etdiyi anda yaranmışdır. Bu, bütövlükdə Hcgclin təsvir etdiyi 
kimi  birdən-birə  meydana  gələn  və  öz  üzərinə  cəmiyyətdə 
yeni  qayda  və  harmoniya  səviyyəsinin  təmin  edilməsini 
götürən yeni institut deyildir.  Əlbəttə, dövlət siniflər arasında 
konfliktin  çox  davamlı  olduğu  və  bu  antaqonizmləri  itaətdə 
saxlamaq  lazım  gəldiyi  vaxt  yaranır.  Meydana  gəldikdən 
sonra, dövlət nəhayətdə hakim sosial  sinfin cəmiyyətin  digər 
sinifləri  üzərində  öz qaydalarını  möhkəmləndirmə vasitəsinə 
çevrilir.  Bundan əlavə,  Engels Marksın mövqeyi  ilə  tam üst- 
üstə düşən bir fikir ifadə  edərək  göstərir ki,  tarixin müəyyən 
dövründə,  məsələn,  II  Fransa  imperiyası  zamanı,  siniflər 
faktiki  olaraq  bir-birini  tarazlaşdırdıqları  vaxt  dövlət  bir
132
sinifdən  digərinə  qarşı  istifadə  edərək  müstəqil  qüvvə  kimi 
çıxış edə bilər.
Engelsin  marksist  fəlsəfəsinin  təbiəti  və  tarixə 
materialist baxışa,  ailənin  və  dövlətin  təbiətinə  dair  əsərləri 
Marksın  irsini  onun  ölümündən  sonra  təbliğ  etməyə  və 
təhriflərdən qorumağa xidmət etmişdir.
Sonrakı marksistlər  Marksın  təhlillərini  onun  Özünün 
o  qədər  də  aydm  izah  etmədiyi  sahələrdə,  məsələn,  ailə  və 
dövlət haqqında  müzakirələr  kimi,  aydınlaşdırmış  və  geniş­
ləndirmiş,  beləliklə  də  XX  əsrdə  ailənin  təbiətini  başa  düş­
mək üçün ailəyə dair bu  mülahizələri faydalı hesab etmişlər.
Lakin  görünür  ki,  Engelsin  özü  də  dialektik 
materializmi təbiətin bütün sahələrinə tətbiq edərək, Marksın 
fikirlərini tam  açılmamış  qoyur  və  belə bir təəssürat  yaradır 
ki, o, Marksın əsas diqqət yetirdiyi istehsal, xüsusən də sosial 
institutların  təkmilləşdirilməsindo  əməyin  və  fəhlənin  rolu, 
eləcə  də tarixi  ideologiya  və  şüurun tarixi  mühümlüyü  kimi 
bəzi fikirlərinin üstündən ötüb keçməyə çalışır.
V. İ. Lenin
Engels  öz  əsərləri  ilə  dialektik  materializm  və  tarixi 
materializmin  ilk  genişləndirilmiş  ifadəsinə  töhfə  verdiyi 
halda, Lenin Marksın mirasına həm  inqilabi praktika, həm də 
nəzəriyyə  nöqteyi-nəzərindən  mühüm  əlavələr  etmişdir. 
Lenin  və  eləcə  də  Lev  Trotski  öz  tərəfdarlarını  inqilabi 
nəzəriyyə ilə təmin edə  bildilər. Rusiyadakı avtokratik rejimi 
kəndli inqilabının gücü ilə aradan götürərək, onlar kapitalizm 
mərhələsindən  sıçrayıb  keçmiş  ölkədə  inqilabı  necə  etmək 
lazım  olduğunu  açıq  şəkildə  göstərdilər.  Çarizm  dövründə 
Rusiya  nisbətən  azsaylı  fəhlə  ordusu  ilə  əsasən  aqrar  ölkəsi
133


idi;  ölkədə hakim  sinif kapitalistlər  deyil,  zadəganlar idi  ki, 
onların 
da  hakimiyyəti 
torpaq  üzərində 
mülkiyyətə 
arxalanırdı.  Beləliklə,  sosialist  inqilabı  bu  geridə  qalmış 
ölkənin  həyatında  gündəlik  məsələ  kimi  qarşıya  çıxdıqdan 
sonra  bütün  diqqət  təbii  olaraq  Rusiyaya  yönəldi.  Lenin  və 
Trotski,  bir  qədər  sonra  isə  Stalin  və  Trotski  arasında  məhz 
Rusiyadakı  spesifik  amillər  və  şərait  üzündən  əsaslı  mövqe 
ayrılığı  yarandı  və  bu nəticə  etibarı  ilə  sonuncunun  1941-ci 
ildə Meksikada qətlinə gətirib çıxardı.
Əgər 
Leninin 
marksist 
mirasa 
töhfəsi 
onun 
Rusiyadakı praktik siyasi müvəffəqiyyətidirsə,  elə onun əsas 
nəzəri töhfəsini  də burada axtarmaq lazımdır.  1903-cü  ildə o 
özünün məşhur “Nə  etməli?” kitabçasım çap etdirdi.  Bu əsər 
onun  Rusiyadakı  sosial-demokratlar  arasındakı  rəqiblərinə  - 
xüsusən  Plexanova,  eləcə  də  anarxistləri  müdafiə  edənlərə 
(XIX  əsrin  ikinci  yarısında  Rusiyada  xalqçılar  (“narod- 
niklər”)  arasında  çox  geniş  yayılmış  siyasi  hərəkatın 
üzvlərinə)  cavab  olmalı  idi.  Öz  pamfletində  Lenin  sosialist 
inqilabının  bir  neçə  -  siyasi  və  iqtisadi  sahələrdə  həyata 
keçirilməsinin  vacibliyini  göstərir.  Onun  fikrincə,  həmkarlar 
ittifaqının  səyləri  nəticəsində  fəhlələrin  azadlığa  çıxmasmı 
zənn  etmək  sadəlövhlük  olardı.  Ekonomizm  adlandırdığı  bu 
cür  səyləri  o,  təklikdə  qeyri-qənaətbəxş  hesab  edirdi.  Ümu- 
mən  həmkarlar  ittifaqlarına  qarşı  çıxış  edən  Lenin  sosialist­
lərin  müxtəlif  düşərgələrində  (məs.,  Almaniyada  Eduard 
Bemşteyn  tərəfindən)  göstərilən  reformist  cəhdləri  kəskin 
tənqid edirdi.  Lenin belə düşünürdü ki, inqilaba ciddi hazırlıq 
tələb  olunur.  Bunun  üçün  inqilabçılar  fəhlə  sinfinin  rəyini 
yaradıb  formalaşdırmalı, 
onların  Marks  və  Engelsin 
təlimində  öz  əksini  tapmış  tam  tarixi  hərəkatın  həqiqi  şüur
134
sahibləri  səviyyəsinə  yüksəlməsinə  kömək  etməlidirlər. 
Beləliklə,  o  inanırdı  ki,  inqilabçılar  nəzəri  yeniliklər  əldə 
etmək  üçün  işləməli  və  eyni  zamanda  özlərini  hökumətə 
qarşı  təşviqata  və  inqilabı  həyata  keçirmək  üçün  partiyanı 
hazırlamağa həsr etməlidirlər.
Bir  çox  müasirlərindən  fərqli  olaraq,  Lenin  hesab 
edirdi ki, inqilabi partiya özlərini tamamilə  inqilab  işinə  həsr 
etmiş inqilabçı kadrlardan ibarət olmalıdır.  Leninin öz həyatı 
buna  bir misal  idi:  o,  bütün  gücünü,  hətta  xaricdə  sürgündə 
olduğu  illərdə  belə  Rusiyadakı  inqilaba  həsr  etmişdi.  Məhz 
bu  cür  peşəkar  inqilabçılar  inqilab  edə  bilərdilər.  Onlar 
Marks  və  Engelsin  təlimini  dərindən  öyrənməklə,  diqqət­
lərini  qarşılaşdıqları  faktiki şəraitin təbiətinə  yönəltməklə və 
inqilabi  hərəkatı  təşkil  edəcək  kütlələr  arasında  mövcud 
tarixi  şəraiti  müvafiq  surətdə  başa  düşməyi  tərbiyə  etməklə 
özlərini  hazırlamalıdırlar.  Daha  sonra  Lenin  təkid  edirdi  ki, 
bu  cür  inqilabçılar  həm   həmkarlarının  ruh  yüksəkliyini 
qaldırmaq  cəhdində,  həm   də  qarşı-qarşıya  durduqları  hakim 
rejimi  devirmək  kimi  çətin  cəhddə  hökmən  yorulmaz 
təşviqat  kampaniyasına  qoşulmalıdırlar.  Rusiyada  bolşevik­
lərin  müvəffəqiyyəti  digər  ölkələrdə  də  bir  çox  potensial 
inqilabçıları  öz  inqilabi  mübarizə  formalarım  axtarıb  tapmaq 
üçün  Leninin  “Nə  etməli?”  əsərinə müraciət  etməyə  məcbur 
etdi.
Georq  Lukaç  böyük  heyranlıqla  Lenini  inqilabi 
partiyanın  müvəffəqiyyəti  üçün  vacib  olan  nəzəriyyələri 
ixtira  edən  və  diqqətlə  hazırlayan  y an  nəzəriyyəçi,  hansı 
taktikalardan  nə  vaxt  və  nə  cür  effektiv  istifadə  olunmasına 
dair geniş düşüncəyə malik yan siyasətçi bir şəxs kimi  təsvir 
edir.  Lenin  fəhlə  və  burjua  sinifləri  içərisində  bütün
135


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə