sinin bölmələrinə gəldikdə bilavasitə istehsal olunan ehtiyatlar
qrupuna - əhalinin həyat vasitələri kimi istifadə etdiyi şeylər,
vasitəli istifadə qrupuna isə təbiətin idman, istirahət, müalicə və
digər məqsədlərlə istifadəsi aiddir.
Məlumdur ki, təbii vasitələr bir neçə məqsəd üçün istifadə
oluna bilər. Məsələn, su içmək üçün, həmçinin, hidroenerji
mənbəyi kimi, nəqliyyat vasitəsi kimi də məişətdə istifadə
olunur. Meşədən oduncaq mənbəyi, istirahət yeri, otlaq, gilə
meyvə və toxum, dərman bitkiləri toplamaq və digər məqsədlər
üçün istifadə olunur. Deməli, təbii ehtiyatlar istifadə formasına
görə iki qrupa ayrılır: 1) ixtisaslaşdırılmış istifadə olunan eh
tiyatlar, 2) müxtəlif məqsədli istifadə olunan ehtiyatlar.
İxtisaslaşdırılmış istifadəyə misal olaraq faydalı qazıntı
ların çıxarılmasını göstərmək olar. Məlumdur ki, geoloji xidmət
müəssisələrinin əsas məqsədi faydalı qazıntını çıxarmaqdan
ibarətdir. Xammalın sonrakı emalı digər istehsal sahələrinin
işidir.
Müxtəlif məqsədli istifadə kompleks və rəqabət xassəli
olur. Kompleks istifadədə təbii ehtiyatlardan istifadə edən
sahələr bir-biri ilə sıx əlaqədardır, rəqabət istifadədə isə əksinə,
müxtəlif sahələrin əlaqəsi, demək olar ki, yox dərəcəsindədir.
Rəqabət istifadəyə misal olaraq əkin sahələrini göstərmək olar.
Təbiətin mühüm amilləri bir-biri ilə qarşılıqlı əlaqədə və
təsirdədir. Hər bir təbii ehtiyatlar növünün mühafizəsinin öz xü
susiyyəti və istifadə qaydaları vardır. Məsələn, çirkli hava kü
ləklərlə, su isə arxlarla böyük əraziyə yayılır və orada heyvan,
bitki, torpaq və s.-yə mənfi təsir göstərir.
Son illərdə təbii ehtiyatları üç əsas qrupa bölməyi məs
ləhət görürlər:
1. Bərpa olunan və bərpa olunmayan sərvətlər:
2. Əmələ gələn və əmələ gəlməyən sərvətlər;
3. Əvəz edilən və əvəz edilməyən sərvətlər.
Birinci qrupa
aid sərvətlər bərpa oluna bilir və ya
bərpası
mümkün deyildir. Məsələn, geoloji kəşfiyyat üsullarını və
214
texnologiyanın təkmilləşdirilməsi sayəsində yeni mineral sərvət
mənbəyi tapılır və yaxud tapılmır.
İkinci qrup sərvətlər öz-özünə əmələ gəlir, məsələn, bit
kilər, çaylarda su, torpaq, mineral sərvətlər.
Üçüncü qrupa aid olan sərvətlər isə əvəz edilə bilir və ya
edilə bilmir. Məsələn, su-elektrik stansiyaları, atom, külək, gü
nəş enerjisi yanacağı əvəz edir.
Beləliklə, hər bir təbii sərvətin özünün xüsusiyyətləri,
tətbiq sahələri, istifadə və mühafizə qaydaları mövcuddur.
XX əsrin ortalarından başlayaraq dünya əhalisinin sürətlə
atması və istehsalın inkişafı ilə əlaqədar olaraq təbii rsurslardan
istifadə olduqca artmışdır. Ona görə də insanla ıtraf mühit ara
sındakı münasibət, cəmiyyətlə təbiətin bir-birinə münasibəti
probleminin düzgün həll olunmasına şərait yaradır.
Bəzən belə mülahizələr söylənilir ki, istehsalın sürətlə in
kişafı istər-istəməz faydalı qazıntıların, məhsuldar torpaqların,
meşələrin, şirin su ehtiyatlarının və s. azalmasına gətirib çıxara
caqdır. Bununla əlaqədar, xüsusilə Qərb ölkələrində, “Təbii re
sursların tükənməsi” kimi nəzəriyyələr meydana gəlmişdir. Bu
nəzəriyyənin ilk yaradıcılarından biri, ingilis alimi T.Maltus
olmuşdur. Bu nəzəriyyəyə görə, insanların artımı həndəsi silsilə
ilə inkişaf edir, qida məhsullarının artması isə ədəbi silsilə ilə
davam edir. Bunun nəticəsində də Dünya fəlakəti baş verə bilər
- aclıq, müharibələr, inqilablar, xəstəliklər və s. Belə çıxır ki,
nəinki insanların artımı, hətta təbii ehtiyatlarların guya tükən
məsi üzündən istehsal da dayandırılmalıdır. Bununla heç cür
razılaşmaq olmaz. Yaxın keçmişə nəzər salaq: 1930-cu ildə
dünyada taxıl artımı 1909-1913-cü illərə nisbətən orta hesabla
28% çox olmuşdur, düyü artımı - 18,2%, kartof yığımı - 20,6%
artıq olmuşdu. Əgər 1960-1980-ci illərdə hər hektardan 18-22
(sentner) taxıl yığılırdısa, 2000-2005-ci illərdə bu rəqəm 40-45
s-ə qədər artrılmışdır.
Hal-hazırda dünya əhalisinin sayı təxminən 7 mlrd-dan
çoxdur. Onları təmin etmək üçün dünyada kifayət qədər
215