Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə26/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   96

2) yarımkeçirici katalizatorlar  (daşıyıcı  üzərinə hopdu­
rulmuş  kobalt,  manqan,  vanadium  oksidləri,  manqan  4- 
oksid,  mis 2-oksid)
3) duzlar -  sink -  xlorid,  bismut,  qalay, kobalt.  Tullan­
tı  qazların  tərkibi  çoxkomponentli  olduğuna  görə  kataliza­
toru seçmək çətin olur.  Oksidləşdirici katalizatorun aktivliyi 
əvvəlcədən təyin edilir.
Hazırda  təkmilləşmiş  təmizləmə  metodları  tətbiq  et­
məklə  katalizatorun  miqdarını  azaltmaq  mümkün  ol­
muşdur.  Katalitik  təmizləmə  prosesinin  gedişinə  bir  sıra 
amillər  təsir edir.  Bunlardan katalizatorun  təbiətini,  tullantı 
qazların  tərkibini və  temperaturu göstərmək  olar.  Tempera­
turun  artması  katalizatorun  aktivliyini  artırır,  təmizləmə 
prosesi daha dərin gedir.
102
MÖVZU 4. HİDROSFERİ ÇİRKLƏNDİRƏN 
MƏNBƏLƏR, ONLARIN ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ 
TƏSİRİ VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ
Hidrosfer  -  okeanlar,  dənizlər,  çaylar,  göllər, yeraltı  su­
lar, buzlaqlar, qar örtüyü və atmosfer də su buxarı şəklində Ye­
rin su örtüyüdür.
Yerin su örtüyünün 94%-i okeanlarm, dənizlərin duzlu su­
larından  və  bütün  şirin  suların  75%-ni  təşkil  edən  Arktika  və 
Antarktidada konservləşdirilmiş içməli sular  təşkil edir.  Aşağı­
dakı  cədvəldə yerin hidrosferi təşkil  edən su kütləsinin paylan­
masını görmək olar.
Cədvəl  8
Hidrosferin tərkib hissələri
Su həcmi,  min.knf
Ümumi su 
həcmində-%-lə
Dünya okeanları......
1.370.000
94,1
Yeraltı sular...........
60.000
4,1
Buzlaqlar...............
24.000
U
Göllər...............
280
0,02
T orpaqdakısu.......
80
0,01
Atmosfer buxarları....
14
0,001
Çaylar.....................
1,2
0,0001
Hələ  qədim  antik  dövrdə  ətraf mühit  haqqında  təbii-elmi 
anlayışlar  irəli  sürərkən  yunan  filosofu  Fales  təbiətin  bütün 
hadisələrini  suyun  hərəkəti  və  çevrilməsi  ilə  aydınlaşdıraraq 
suyu  hər şeyin  ilk  əsası  sayırdı.  Bu təsirə  əsaslanan  Platon  su­
yun  dövranı  ideyasını  irəli  sürdü,  əlbəttə  ki,  bu  fikirlər qədim 
dövrlər üçün dahiyanə hesab olunurdu.
İlk  dəfə  Platonun  şagirdi  Aristotel  (eramızdan əvvəl  384- 
352-illər)  suyun  dövranı  haqqında  müəlliminin  fikrinə  böyük 
dəyişiklik etdi.  O,  günəşin  istiliyinin təsiri  ilə  suyun  dəniz  və 
okeanlarm  səthindən  buxarlanaraq  atmosferdə  kondensasiya
103


olunub  yağış  şəklində  yer  səthinə  düşərək  çayları  qidalan- 
dırması fikrini söylədi.
IX  əsrdə  ərəb  alimi  Maqsudi  Aristotelin  fikrini  təsdiq 
edən  təcrübə  aparır,  dəniz  suyunu  buxarlandıraraq,  onun  bu­
xarından (şirin su) kondensat alır.
Aristoteldən  sonra  uzun  əsrlər  ərzində  suyun,  torpağın, 
odun və  havanın qarşılıqlı  çevrilməsi  güman edilirdi.  İki  min 
il  əvvəl  yaşamış  Holland  alimi  kimyagər  və  fızioloq  Van- 
velmont,  Şərq alimi İbn-Sina və ingilis kimyaçısı R.Boyl da bu 
mövqedə olmuşlar.  Onlar suyun bir maddə olması haqqında  el­
mi  fikrə  gələ bilməmişlər.  Ancaq XVIII  əsrin sonunda Avropa 
fizikləri P.Laplas və A.Lavueze -  suyu iki elementin birləşməsi 
olduğunu  təsdiq  edərək  onun  başqa maddələrə  çevrilməsi  haq­
qındakı nəzəriyyələrə son qoydular.  Bu da suyun tərkibi və xas­
sələri haqqmda müasir elmin başlanğıcını qoydu.
Suyun  dünyanın  müxtəlif  regionlarında  istifadəsi  müx­
təlif  şəkildə  həyata  keçirilir.  Məlumatlara  görə  dünyada  kənd 
təsərrüfatında hər  il  3500-3600  km3  su  işlədilir,  bunun  70%-i 
suvarmaya  sərf olunur.  Kənd təsərrüfatında  istifadə  olunan  su­
yun  miqdan  sənayedə  istifadə  olunan  suyun  miqdarından  3-4 
dəfə çoxdur.  Kənd təsərrüfatında  suvarmada  hər hektara  12-14 
m3  su verilərsə, dünya üzrə  suvarmaya sərf olunan  suyun miq­
darı 2800-3000 km3 təşkil edər.
Dünyada ən  çox  suvarmaya  sərf olunan  su  Asiya ölkələ­
rinin  Çinin,  Hindistanın  və  Pakistanın  payına  düşür  və  təx­
minən sərf olunan suyun  1000 km3 -ə qədərini təşkil edir.
Asiyanın bütün ölkələrində  suvarmaya  sərf olunan suyun 
miqdarı bütün digər su istehlakçılarını xeyli ötüb keçir və  82% 
təşkil edir, Avropada bu rəqəm bütövlükdə 30%-ə qədərdir.
Suyun istifadə sahələrindən biri də ən zəruri sahə kommu­
nal  və  məişətdə  suyun  istifadə  olunmasıdır.  Burada əsasən  şə­
hər və kənd əhalisinin sudan istifadəsi nəzərdə tutulur. Bu halda 
suyun  keyfiyyətinə  xüsusi  tələbat  verilir.  Hazırda  Dünyada 
içməli  suyun həcmi 250 km3-i  keçmişdir.  Ancaq bu Yer kürəsi
104
əhalisinin 4%-nin sudan kifayət qədər - yəni adambaşına sutka­
da  300-400  litr  düşür,  bunun  da  10%-ni  yüksək  keyfiyyətli 
içməli su təşkil edir.
Afrika və Asiyada yaşayan əhalinin 2/3-i üçün sudan isti­
fadəsi bundan  10 dəfə azdır.
Beynəlxalq  RİO-de-Yaneyro  konfransının  məlumatına 
görə dünyada inkişaf etməkdə olan ölkələrin hər üç nəfərindən 
biri  içməli  su  çatışmazlığından  əziyyət  çəkir.  Xəstəliklərin 
80%-i,  ölüm  hadisələrinin  1/3-i  içməli  suyun çatışmamzlığı  və 
keyfiyyəti  ilə  bağlıdır.  Ona  görə  də  dünya  əhalisinin  yüksək 
keyfiyyətli su ilə təmin olunması mühüm problem kimi qarşıda 
duran əsas məsələlərdən biridir.
Sudan  sənayedə həlledici kimi istifadə olunduqda o  hazır 
məhsulun  tərkibinə  daxil  olur,  texnoloji  prosesdə  iştirak  edir. 
Sənayedə  sudan  qızmış  aqreqat,  mexanizm,  alətlərin  və  s.-nin 
soyudulmasında istifadə olunur.
Hazırda sənayedə və energetikada 760 km3  su sərf olunur 
ki,  bu  yalnız  suvarmaya  nisbətən  azlıq  təşkil  edir.  Sənayenin 
ayrı-ayrı  sahələrində  suya  olan  tələbat  müxtəlifdir.  Belə  ki,  1 
ton  pambıq  parça  istehsalında  su  sərfi  250  1,  1  ton  lif almaq 
üçün  2500-5000  m3  su  sərf olunur.  Dünyada  ən  çox  sənayedə 
su sərfi  ABŞ-dadır (260 km3 /il) və bu sərfiyyat bütün dünyada 
sərf olunan suyun  1/3-ni təşkil edir.
Alimlərin  fikrincə  Latın  Amerikasında  XXI  əsrin  20-cı 
illərinə  qədər  suqəbuledicilər  3-5  dəfə,  inkişaf etmiş  ölkələrdə 
isə  10-25%  artacaqdır,  bu  su  ehtiyatlarının  kəmiyyət  və  key­
fiyyətcə azalması ilə bağlıdır.
XXI  əsrin  əvvəllərinə  Dünyada  sənaye  və  energetikada 
suyun  istifadə  olunmasının  vəziyyəti  aşağədakı  cədvəldə  gös­
tərildiyi kimi proqnozlaşdırılır.
105


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə