9 х - kəmiyyətin müvafiq qiymətidir.
Atmosferdə yolverilən tullantılar həddinin (У
TH )
hesablanması aşağıdakı kimi həyata keçirilir. Ümumiyyətlə.
УТН - vahid vaxt ərzində ətraf mühitə tullanan zərərli m ad
dələrin miqdarıdır.
УТН-in tədbiqinin mahiyyəti tullantıların normallaş-
dırılmasındadır və müasir şəraitdə atmosferə zərərli m addə
lərin düşməsindən qaçmağın mümkün olmaması ilə izah
edilir.
УТН - aşağıdakı kimi hesablanır:
УТН
=
ArFm>n
M
N
Harada ki,
C ц/ - müvafiq yaşayış məntəqəsində olan ton
cəmləşməsidir (mq/m3);
H - boruların hündürlüyüdür;
V - vahid vaxt ərzində tutulan qazın həcmidir;
A T - ətraf havada nisbətən qazların qızmasıdır;
A r - əlverişsiz iqlim şəraitini və relyefin təsirini
səciyyələndirən əmsallardır (n=l);
F - çökmüş qatışığın təsirini müəyyənləşdirən
əmsaldır;
m,n - köməkçi parametrlərdir.
208
MÖVZU 8.TƏBİİ EHTİYATLAR, ONLARDAN
İSTİFADƏNİN EKOLOJİ ASPEKTLƏRİ
Təbii resurslar cəmiyyətin tələbatının ödənilməsi üçün is
tifadə olunan təbii elementlərdir. Bunlara insan həyatı və məh
suldar qüvvələrin inkişafı üçün təbiətdə istifadə edilən və edil
məsi mümkün olan resurslar daxildir. Bu fəaliyyətdə bilavasitə
iştirak etməyən, lakin maddi istehsal və qeyri-maddi istehsal
sahələrində zəruri olan komponentlər vardır ki, o da təbii şərait
anlayışıdır. Təbii resurs və təbii şəraitin məcmusu cəmiyyətin
həyatında və fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Bu ba
xımdan, cəmiyyətlə təbiəti bilavasitə əlaqələndirən məhz təbii
resurslardır. İnsanların yaşaması və həyat fəaliyyəti prosesinə
təsir edən amillərdən biri təbii resursların mənimsənilməsidir.
Təbii şərait ətraf mühitin xassələrinin məcmusudur (coğ
rafi mövqe, iqlim, daxili sular,
torpaq və bitki örtüyü,
heyvanlar
aləmi, təbii ehtiyatlar). Təbii şərait təsərrüfatın bütün sahələ
rinə, insanın həyat şəraitinə məskunlaşmasına müxtəlif dərəcə
də müsbət və ya mənfi təsir göstərir.
Təbii şərait tarixən insan fəaliyyətinin təsirinə məruz qalır
və dəyişir. Təbii ehtiyatlardan isə istifadə nəticəsində onlar
azalır, istifadə olunmayan torpaqlar istifadəyə verilir, eroziya
güclənir, hava və su hövzələri, torpaqlar çirklənir və yararsız
hala düşür, ekoloji böhran yaranır, insan təbii şəraiti yaxşılaş
dırır: səhra və yarımsəhralara su çəkir, qoruyucu meşə zolaqları
salır və s. Elmi-texniki inqlab dövründə insanların texniki im
kanları daha da artdığından təbii şəraitin dəyişməsi daha sürətlə
baş verir. Odur ki, bu imkanları elmi cəhətcə əsaslandırmaq və
təbii müvazinəti gözləmək lazımdır.
Təbii ehtiyatlar (resurslar) - istehsalın cəlb olunaraq,
onun xammal və enerji bazasını təşkil edən təbii komponent
lərdir. Təbii ehtiyatlar insanların istifadə etdikləri və edə bilə
cəkləri bütün nemətləri özündə birləşdirir. O, tükənən və tükən
məyən növlərə bölünür. Tükənməyən təbii resurslardan (Günəş,
209