G İ R İ Ş
Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı əlaqələrinin
inkişafında çoxsaylı ekoloji problemlərin həlli üçün əsas baza
bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi
və səmərəli idarə olunmasıdır. Ekoloji tarazlığı, onun mürəkkəb
və bir-birilə bağlı mexanizmlərini bilmədən, yəni ekoloji biliyə
dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli
istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı
proqnozlaşdırmaq mümkün deyildir. Bu mənada, ekologiya el
minə tələbat və maraq daima artır.
Hazırda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar və
təbii ehtiyatların mühafizəsi məsələlərinin həlli müasir ekolo
giyada xüsusi sahələrin inkişaf etməsinə səbəb olmuşdur: tor
pağın ekologiyası, bitkilərin ekologiyası, coğrafi ekologiya, su
ların, dənizlərin, atmosferin, hidrosferin ekologiyası, kənd təsərrü
fatının, sənayenin, nəqliyyatın, şəhərlərin ekologiyası, geokimyəvi
ekologiya, sosial ekologiya, kosmik ekologiya və s.
Orqanizmlərin həyat fəaliyyətinə, onun işgüzarlıq qabiliyyə
tinə və sağlamlığına ətraf mühitin ayrı-ayn sahələri və orada baş
verən hadisələr daimi mənfi təsir göstərir. Bunun baş verməməsi
üçün təbiətin inkişaf qanunlarını, onun cəmiyyətlə qarşılıqlı mü
nasibət formalarını, təbii sistemə yol verilə bilən təsir dərəcələrini
əsaslı surətdə öyrənib bilmək ən vacib məsələlərdən biridir.
Ekologiya ətraf mühitin və təbiətdən istifadənin elmi əsasıdır.
Ətraf mühitin mühafizəsi təbiətə zərərli təsir göstərən hər hansı bir
vasitə və ya vəsaitin aradan qaldırılması üçün kompleks təd
birlərin işlənib hazırlanması ilə məşğul olur. Bu kompleksə qa
nunvericilik, təşkilatçılıq, sanitar-gigiyenik və mühəndis - texniki
tədbirlər daxildir.
Təbiət üçün təhlükəli olan müxtəlif maddələrin ətraf mü
hitə atılması ekoloji
tarazlığın pozulmasına gətirib çıxarır.
Hətta təbiətdən səmərəsiz istifadə ekoloji böhranlara səbəb
olur, külli miqdarda dövlət və ya xüsusi vəsaitlərin artıq xərc
4
lənməsi ilə nəticələnir. Təbiətdən səmərəli istifadə və ekoloji
problemlərin həlli iqtisadi kateqoriya kimi təbii ehityatlardan
və ətraf mühitdən istifadə sahəsində iqtisadi münasibətlər sis
temini sanki əks etdirir. Bu proseslərin cəmi ekoloji
- iqtisadi
potensialın optimal səviyyədə dəstəklənməsinə yönəlməlidir.
Hazırlanmış dərs vəsaiti ADİU-nun bakalavr pilləsi üzrə
təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur. “Ekologiya”
fənnini dərindən mənimsəyən tələbələr gələcək iqtisadi fəa
liyyət sahələrində ekoloji norma və qaydaları əsas tutmaqla ət
raf mühitin mühafizəsi, təbiətdən səmərəli, kompleks və təkrar
istifadə məsələlərinə xüsusi diqqət edəcəklər.
5