62
yerləşdirmək lazımdır. Yem çuğundurunu dirriklərdə və çətənə-
lik
də də yetişdirirlər.
Yem çuğundurunu tarla növbəli əkinlərində becərdikdə ən
ya
xşı sələflər, gübrələnmiş payızlıq taxıllar, birillik otlar həmçinin
birinci ili istifadə olunmuş çoxillik otlar hesab edilir.
Yem çuğunduru 1 ton kökümeyvə və ona müvafiq yerüstü
kütlə ilə torpaqdan 2,5-3,0 kq N, 0,9-1,0 kq P
2
O
5
, 4,5-5,0 kq K
2
O
aparır. Yem çuğunduru kaliumsevən bitki hesab edilir. Əgər
torpaqda kifayət qədər mübadiləvi kalium olmasa onda yüksək
normalarda kalium gübrələri vermək tələb olunur.
Bütün tip torpaqlarda orta normalarda azot gübrələrinin veril-
məsi yüksək yarpaq və kökümeyvələrin formalaşmasına səbəb
olur. Azotun normasının artırılması nitratların yol verilən həddən
(0,5%) yüksək olmasına səbəb olur ki, bu da yemin keyfiyyətini
aşağı salır.
Əsas qida maddələri ilə zəif təmin olunmuş torpaqlarda mi-
ne
ral qida maddələri yemləmə şəklində torpağa verilir. Birinci
yem
ləməni buketləmə ilə bir vaxtda, ikincini isə cərgəaraları qo-
vu
şana qədər vermək lazımdır.
Yem çuğunduru torpaqdan böyük miqdar qida maddələri
mənimsəyir. Yüksək məһsul almaq üçün torpağa üzvi və mineral
gübrələr verilməlidir.
Gübrələrin növ tərkibi, yemləmə norması torpaqların qida
mad
dələri ilə təmin olunma dərəcəsindən və planlaşdırılmış məh-
sul
dan asılıdır.
Qara torpaqlarda peyinin orta norması һər һektara 20-25 ton
müəyyənləşdirilir; podzol, gillicə və qumsal torpaqlara 30-40 ton
peyin, torflu-
peyinli və torflu-nəcisli kompostlar verirlər.
Qaratorpaq rayonlarda torpağa azot və fosfor gübrələri verir-
lər, azot, fosfor və kalium gübrələri isə daһa yaxşı nəticə verir.
Mədəniləşdirilmiş torflu torpaqlara yalnız normadan 1,5- 2 dəfə
artıq miqdarda superfosfat və kalium, podzol, qumsal və gillicə
torpaqların bir һektarına isə azot gübrələri (60 kq-a. qədər
təsiredici maddə), 2- 4 sen. superfosfat və 2-3 sen.
kalium-xlorid
ver
mək olar.
63
Üzvi gübrələri payızda və ya səpinqabağı kultivasiyada ver-
mək daһa əlverişlidir. Eyni vaxtda yazda 0,5 sen. şora və 1,0-1,5
sen. d
ənəvər superfosfat verirlər.
Turş torpaqları əhənglə (һər һektara 2-3 ton əһəng)
gübrə-
l
əyirlər. Payızdan etibarən meyvəköklülər əkilən saһələrin һər
һektarına 5-6 sen. fosforit unu verirlər.
Baltikyanı ölkələrin qabaqcıl təsərrüfatlarının təcrübələri
göstərir ki, birinci və ikinci kultivasiya ilə borlu-datolit gübrə-
l
ərinin verilməsi faydalıdır, çünki onlar meyvəköklülərin yerə
y
atımlılıq dərəcəsini artırır. Mineral torpaqların һər һektarına 5-6
ild
ən bir 1-2 sen.-ə qədər borlu datolit gübrəsi və ya 50-100 kq
maqnezium-borat, torflu torpaqlara is
ə 5 sentnerə qədər pirit
y
anığı qalığı və ya 20-25 kq mis-sülfat verilməlidir.
Torpaqların yem çuğunduru üçün əsas və səpinqabağı becə-
rilməsi sistemi, şəkər çuğundurunda olduğu kimidir. Yem çuğun-
duru torpağın yaz becərməsinə çox tələbkardır. Nəmliyi saxlamaq
üçün dondurma şumunu malalayırlar. Əgər torpaq qış müddətində
bərkimiş olarsa, onu laydırı çıxarılmış kotanla 15-18 sm dərinliyə
kultivasiya edirlər. Bundan sonra fosfor-kalium gübrələrinin
normasının (normanın birinci yarısı payızda dondurma şumu
altına verilir) yarısını verib
bir və ya iki kultivasiya çəkirlər.
Yayı və payızı quraq, isti keçən rayonlarda payızlıqların yığıl-
masından sonra 2-3 dəfə diskli üzləyicilərə (ЛД-20, ЛДГ-5, ЛДГ-
10, ЛДГ-15) 6-9 sm dərinlikdə üzləmə aparılır ki, alaqların
cücərmiş toxumları məhv edilsin. Birinci üzləmədən10-15 gün
sonra ППЛ-10-25 markalı gavahınlı üzləyici ilə ikinci üzləmə
aparılır, sonra sahə 25-35 sm dərinlikdə şumlanır.
Yazda isə torpaq fiziki yetişkənliyə çatdıqda nəmliyi qoru-
maq üçün tarlaya mala çəkilir. Səpin qabağı becərmə torpağın üst
qatının yumşaldılmasına şərait yaratmalı, hamarlama və vərdənə-
ləmə aparılmalıdır.
Yem çuğundurunun toxumları dəqiq səpin aparmaq üçün 2
fraksiyada 3,5-
4,5 və 4,5-5,5 mm-lik ölçülərdə kalibirlənməlidir.
Səpilən toxumların cücərmə qabiliyyəti 60%-dən az olmamalıdır.
Toxumların dərmanlanması şəkər çuğundurunda olduğu kimidir.