72
çətirlər kəsilir. Bitki üzərində 12-16 ədəd yaxşı inkişaf etmiş çətir
saxlanılır. Toxumların yetişməsi çətirlərin qonurlaşması və içəriyə
doğdu bükülməsi ilə müəyyənləşdirilir.
Yerkökünü payızın axırında şaxtalar düşənə qədər əl ilə,
çuğundur çıxardıb yığan maşınla və digər maşınlarla yığırlar.
Toxumluq sahələrin toxumu yığılarkən bitkilər əvvəlcə otbiçən-
lərlə (ЖНУ-3,2, ЖУС-3,5) biçilib yerə sərilir, 12-14 gündən
sonra taxılyığan kombaynlarla yığılıb döyülür.
Üst-
üstə (qalaqla) yığıb saxladıqda yerkökü tez xarab olur.
Odur ki,
onu anbarlarda bir-
birindən 1-2 sm məsafədə cərgələrlə
yığır və cüzi miqdarda nəm qum səpirlər
.
1. 4. ŞALĞAM
VƏ YEM TURPU
Şalğam bitkisi Avropa mənşəli, soyuğadavamlı, yüksək məh-
sul
dar bitkidir. Başqa kökümeyvəlilərə nisbətən torpaq mün-
bitliyinə az tələbkardır. Genetik tədqiqatlar göstərmişdir ki, bu
bit
ki raps bitkisinə çox yaxındır. Bunların hər ikisi turpəng və
yabanı turpun kələm növləri ilə öz-özünə çarpazlaşmasından ya-
ran
mış və xromosom sayı artmışdır. Şalğam ancaq mədəni halda
məlumdur. Rusiya ərazisinə XVIII əsrin axırında Qərbi Avro-
padan gətirilmiş və tərəvəz bitkisi kimi geniş yayılmışdır. Şalğam
və yem turpu (turneps) mədəni halda kartofdan əvvəl məlum
olmuşdur.
Şalğamın yem bitkisi kimi becərilməsinə bir qədər gec baş-
lan
mışdır. Əsas etibarı ilə Rusiyanın Avropa hissəsinin Qeyri-
qaratorpaq zolağında becərilir. Ərzaq kimi şalğamın kökümey-
vəsindən, yem kimi isə həm kökümeyvəsindən, həm də yarpaq-
larından istifadə olunur. Yarpaqlarını siloslaşdırmaq və vitaminli
ot unu hazırlamaq olar. Kökümeyvəsinin tərkibində 9-16% quru
maddə, 5-10% şəkər, 1,0 - 1,5% zülal,0,7-1,6% kül olmaqla, as-
kor
bin turşusu ilə zəngindir. 100 kq kökümeyvəsində 1,0-1,2 kq,
yarpaqlarında isə 1,5-1,6 kq həzm olunan protein vardır.
Hektardan 800-
1000 sentnerə qədər kökümeyvə məhsulu verə
bilir. Orta məhsuldarlığı isə 400-450 s/ha-dır. Yarpaq məhsuldar-
73
lığı isə kökümeyvə məhsuldarlığının təxminən 1/3 qədərdir. Hek-
tardan 10-15 sen.
toxum verir
(Şəkil 9, s. 117).
Yem turpu (turneps)
insanlar tərəfindən çox qədim zaman-
lardan becərilən, tezyetişən, soyuğadavamlı, yüksək məhsuldar, az
tələbkar bitkidir. Yem turpu yabanı turpdan əmələ gəlmiş və
Avroasiyada geniş yayılmışdır.
Onun Rusiya ərazisində qida üçün
becərilməsi şüurlu əkinçiliyin başlandığı vaxtdan hesab edilir.
XIX əsrin əvvəllərindən isə yem bitkisi kimi becərilməyə
başlanmışdır. Bu vaxtdan da şalğam bitkisinin iki adı yaranmışdır:
1)
şalğam (qida kimi istifadə edilən, məhsuldarlığı aşağı, ancaq
nisbətən şirin sortları), 2)
turneps (yem kimi istifadə edilən,
məhsuldar, az dadlı sortları). Yem turpunun əsas əkinləri Rusiya-
nın Qeyriqaratorpaq zonasında cəmlənmişdir. Soyuğadavamlılığı
və vegetasiya müddətinin qısa olması onun Qütb dairəsinin riskli
əkinçilik rayonlarınıda da müvəffəqiyyətlə becərilməsinə imkan
verir.
Hektardan 500-
600 sentnerə qədər kökümeyvə məhsulu verə
bilir. Orta məhsuldarlığı isə 300-400 s/ha-dır. Yerli sortların
yarpaq məhsuldarlığı kökümeyvə məhsuldarlığının təxminən 1/4 -
1/5 qədərdir. O da hektardan şalğam qədər (10-15 sen.) toxum
məhsulu verir.
Yem turpunun
kökümeyvəsinin tərkibində 6-9% quru maddə,
3-
6% şəkər, 0,8 -1,6% zülali maddələr, 0,6-0,8% kül, 19-50 mq%
C vitamini olmaqla,
yarpaqlarında və sarı rəngli kökümeyvə-
lərində karotin olur. Qidalılıq dəyərinə görə yem turpu şalğamdan
bir qədər geri qalır. Onun yarpaqları yem kimi təzə halda istifadə
edilir,
ayrılıqda və ya başqa kökümeyvəlilərlə qarışıq siloslanır.
Ondan vitaminli ot unu da hazırlamaq olur.
Botaniki təsviri. Şalğam (
Brassica napus L. ssp. rapifera
Metzger
) və yem turpu (
Brassica rapa L. ssp. rapifera Metzger)
bitkiləri kələmkimilər (
Brassicaceae) fəsiləsinə daxil olan ikiillik
çarpaztozlanan bitkilərdir.
Kökü yumru formada olmaqla, yarpaqların yaxşı inkişaf et-
miş rozetinə malikdir.
Şalğamın və yem turpunun toxumları cücə-
rərkən torpaq səthinə iri, girintili-çıxıntılı, ucunda ləpə yarpaqları