77
olaraq təyin edilir. Punktir səpin üsulunda və dənəvərləşdirilmiş
toxumlarla dəqiq səpin aparmaqla şalğamın hektara səpin norma-
sını 200 min ədədlə, yem turpununkunu isə 300 min ədədə qədər
azaltmaq olar. Bərabər səpin aparmaq üçün şalğam toxumlarına
superfosfat gübrəsi qatılıb səpilir (hektara səpiləcək normaya 20-
25 kq superfosfat əlavə edilir). Toxumlar 2- 4
mm-lik ələklərdən
keçirilməklə fosfamidlə (2,5 kq) də noğullaşdırıla bilər ki, bu da
kələmkimilərin birəsi əleyhinə yaxşı mübarizə vasitəsidir.
Səpin gencərgəli üsulla cərgəarası 45, 60 və ya 70
sm olmaq-
la aparılır. Yem turpu üçün ikicərgəli lent üsulu (cərgəarası 50 sm,
lentarası 20 sm) da tətbiq edilir. Bu üsulla səpin aparıldıqda bir
cərgəli üsula nisbətən kökümeyvə məhsuldarlığı 15-20% yüksə-
lir. Ancaq bu zaman herbisidlərdən istifadə edilməlidir. Səpin adi
dənli bitki və ya СОН 2,8 А markalı tərəvəz toxumu səpən maşın-
lar
ilə, yüngül torpaqlarda 2 sm, gilli torpaqlarda isə ən çoxu 1-
1,5 sm
dərinliyə aparılır. Daһa dərin səpində toxumlar məһv olur.
Odur ki, toxum əvvəlcədən vərdənələnmiş torpaqlara, səpən ma-
şınlarda qoyulmuş məһdudlayıcılarla müəyyən olunmuş dərinliyə
səpilir.
Şalğam şitillə basdırıldıqda yaxşı boy atır. Onun şitillərini һər
һektara 60 min ədəd һesabilə (bunun üçün saһəsi 200-250 m
2
olan
şitillik tələb olunur) parniklərdə və ya şitilliklərdə becərirlər.
Adətən, onu yaşıl yem üçün yığılmış çovdar, һəmçinin turp, kaһı,
soğan əkinlərindən azad olmuş saһələrə əl və ya şitilbasdıran
СКН-6А maşını ilə basdırırlar. Şitillə basdırma alaqlarla mübari-
zəni asanlaşdırır, һəm də 1 һa saһədən iki bitki məһsulu götürmə-
yə imkan verir.
Əkinə qulluq. Şalğam əkinlərində ən çox əmək sərfi olunan
iş cücərtilərin seyrəldilməsidir. Yığım qabağı şalğamın bir hekta-
rında 50-90 min arası, yem turpunda isə 80-100 min arası bitki
qalmalıdır. Cücərtilərin sıxlığından asılı olaraq 3-4 yaraq fazasın-
da səpinin köndələninə mala çəkmək (torlu və ya yüngül dişli
mala ilə) lazımdır. Bu iş bir metirlik cərgədə 30-dan
çox bitki
olduqda aparılır. Əgər 1m lik cərgədə 20-30 ədəd bitki varsa on-
79
üçün avqust ayının ortaları, çuğundur üçün isə axırları hesab olu-
nur.
Narın çiləyiciləri olan aparatlarla çilənmə aparıldıqda yarpaq
kütlələri məhlula tam çilənmiş (islanmış) olur və biçilmiş bəlim
(yerüstü hissə) istifadəyə yararlı hesab edilir.
İntensiv böyümə və kökümeyvədə quru maddələrin toplan-
mağa başlanması fazalarında boy aktivatorlarının və inqibitor-
larının tətbiqi təsərrüfatın istiqamətindən asılıdır. Hər hansı bir
boy nizamlayıcısının seçilməsi təsərrüfatın şəraiti və texniki im-
ka
nı ilə bağlıdır. Müasir nizamlayıcıların təsirindən məhsuldarlıq
yüksəlir, kökümeyvədə quru maddənin, askorbin turşusunun,
zülalın miqdarı artır, nitratların miqdarı isə azalır. Boy nizamla-
yıcılarının vaxtından əvvəl və gec çilənməsi də məhsuldarlığın
aşağı düşməsinə səbəb olur. Bu maddələrlə bitkilərin çilənməsi
günün ikinci yarısında saat 17-dən sonra, yarpaqların turqor
vəziyyəti bərpa olunandan sonra aparılmalıdır. Bu işdə suvarma
rejimi əsas faktor hesab edilir. Boy nizamlanma prosesi suvarma
şəraitində daha yaxşı gedir. Quraq şəraitdə boy nizamlayıcıların
istifadəsindən imtina etmək və ya
qlifur tipli
antistres təsirli
sintetik pereparatlardan istifadə olunmalıdır.
Yem turpu bütün kökümeyvəlilər içərisində ən az qulluq tələb
edən bitkidir. Gillicə və qumsal torpaqlarda (xüsusilə üzvi güb-
rələr verildikdə) yaxşı məһsul verir. Ağır və bataqlaşmış torpaq-
la
rda zəif inkişaf edir. Şaxtalara dözümlüdür. Səpin torpaq birəsi
ilə zədələnmə təһlükəsi aradan qalxdıqdan və ya sələf bitkisi
yığıldıqdan sonra cərgə araları 45 və ya 60 sm olmaqla dən, ot və
ya tərəvəz toxumu səpən maşınlarla aparılır. Toxumun basdırılma
dərinliyi yüngül torpaqlarda 2, gilli torpaqlarda isə 1 sm-dən çox
olmamalıdır. Toxumun səpin norması 1 һektara 3-4 kq-dır
(Şəkil
12, s. 120).
Toxum kimyəvi zəһərləyicilərlə zərərsizləşdirilmədikdə onu
səpinə 1 ay qalmış qranozan və ya merkuranla dərmanlamaq la-
zımdır. Yem turpu əkinlərini vegetasiya müddətində һeksaxloran
və başqa maddələrlə tozlandırırlar. Torpaq birəsi ilə mübarizəyə