76
10-
12% quru maddə vardır. Həmin sort xüsusən kifayət nəmlikli
rayon
larda, һəmçinin mərkəzi və qaratorpaq olmayan zonalarda,
Uzaq Şərqin Xabarovsk və digər ölkələrində yüksək məһsul verir.
Estoniyada
kuuziku
sortunun һər һektardan 600-800 sen.
kök
ümeyvə və 200-300 sen. bəlim (tağ) məһsulu verən forması
yaradılmışdır ki, buda gillicə torpaqlarda və qurudulmuş torfluq-
lar
da yaxşı boy atır.
Becərmə aqrotexnikası. Növbəli əkində yeri. Şalğamı һey-
van
darlıq fermalarına yaxın tarla, əksərən də yem növbəli əkin-
lərində yerləşdirirlər. Şalğamı və yem turpunu tərəvəz növbəli
əkinlərində becərdikdə onları kələmdən və kələmkimilər fəsilə-
sindən olan başqa bitkilərdən sonra yerləşdirmək olmaz. Çünki
onlarla eyni
xəstəlik və zərərvericiləri daşıyır. Məftil qurdları ilə
güclü sirayətlənmiş sahələr də yararsız hesab olunur. Şalğamın
fermayanı yem növbəli əkinlərində yerləşdirilməsi iqtisadi cəhət-
dən daha faydalıdır.
Torpağın hazırlanması. Şalğam üçün torpağın əsas və sə-
pin
qabağı hazırlanması işləri çuğundurda və yerkökündə olduğu
kimidir. Səpinqabağı sahənin hamarlanması və kipləşdirilməsi çox
vacib hesab edilir.
Yüngül
qranulometrik tərkibli torpaqlarda sə-
pin
dən sonra torpaq sıxlaşdırılmalıdır ki, toxum torpaqla daha
yaxşı təmasda olsun.
Səpin. Şalğam toxumlarını adətən erkən, dənli bitkilərdən və
yem çuğundurundan sonra yazlıqlarla eyni vaxtda, yem turpu
toxumlarını isə bir qədər gec, mayın axırı və iyunun ortalarına
qədər olan müddətdə səpirlər ki, saxlama zamanı itkinin qarşısı
alınsın. Yem turpunu ancaq toxumları ilə səpirlər.
Çünki o köçü-
rül
məyə yaxşı münasibət göstərmir. Şalğamı isə həm toxumla,
həm də şitillə becərmək mümkündür. Şalğam şitilləri baş kələm
şitilləri kimi soyuq şitilliklərdə yetişdirilir. Bu şitilləri 5-6 yarpaq
fazasında şitiləkən maşınlarla əkirlər.
Toxumun səpilməsi üçün
adi tərəvəz toxumu səpən səpicilərdən istifadə olunur.
Şalğamın və yem turpunun hektara səpin norması 0,5-0,8
miln. ədəd cücərmə qabiliyətli toxum (3-4 kq) hesab edilir. Səpin
norması torpağın münbitliyi və alaqlanma dərəcəsi ilə əlaqədar