Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

74 
 
olan yaşıl rəngli cücərtilər çıxarırlar. Bu fazada onlar bir-brindən 
çətin seçilir. Əsil  yarpaqları sadə, zəif və  güclü  yarılmış (bölün-
müş) olur. 
 
Şalğamın  yarpaqları  hamar,  mum  təbəqəsi  ilə  örtülü,  yem 
turpunun 
əksər  sortlarında  isə  müxtəlif  dərəcədə  tüklüdür. 
Həyatının ikinci ilində kökümeyvənin başcıq hissəsində  yerləşən 
tumurcuqlardan  çiçəkdaşıyan  zoğlar  əmələ  gəlir.  Şalğamın  çiçək 
qrupu  salxım,  yem turpununku  isə  qalxancıq  çiçək  qrupudur.  
Çiçəyinin tacı sarı rəngli, 4 ləçəkli, 6 erkəkciyi və dişiciyi olmaqla 
çoxyuvalı meyvəyə - qına çevrilir. 
Kökümeyvəsi sarı rəngli olan sortlarda  çiçəyin tacı daha in-
ten
siv rənglənir. Toxumları xırda kürəşəkilli qara və qəhvəyi rən-
gli olmaqla 100
0 ədədinin kütləsi 2,5-3,0 qr. olur. 
Kökümeyvəsi  əsasən  ləpəaltı  dizciyin
 
və  bir  az  da  xüsusi 
kökün böyüməsindən formalaşır. Kökümeyvənin forması  sortlar-
dan asılı olaraq  dəyişilir. Şalğamda kökümeyvənin forması əsasən 
oval,  yastı  və  ya  uzadılmış  kürəvi,  yem turpunda  isə  dairəvidən 
tutmuş  uzadılmış  konus  formasında  olur.  Kökümeyvənin  
qabığının rəngi yuxarı hissədə yaşıl, bənövşəyi, aşağı hissədə isə 
ətli hissənin rəngindən asılı olaraq ağ və ya   sarı rəngdə ola bilər. 
Bioloji xüsusiyyətləri. Yem turpu şalğama nisbətən daha so-
yu
ğadavamlıdır.  Onun  cücərtiləri  -5 
0
C-
yə  dözə  bilir.  Şalğamın 
cücərtiləri - 4 
0
C-
yə qədər, yaşlı bitkiləri isə -5- 6 
0
C-
dək şaxtaları 
keçirə  bilir.  Yazda  havanın  uzun  müddət  soyuq  keçməsi  çiçək-
ləməyə  səbəb  olur.  Şalğam  və  yem  turpu  istiliyə    həddən  çox 
tələbat  göstərirlər.  Ona  görə  də  kifayət  qədər  istilik  və  nəmlik 
olmayan yerlərdə şalğam yaxşı bitmir və həşəratlarla güclü zədə-
lənir. 
Kökümeyvələrin içərisində şalğam nəmliyə daha çox tələbat 
göstərir.  Ona  görə  də  onu  relyefin  alçaq  hissələrində,  nəmliklə 
yax
şı  təmin    olunmuş  yerlərdə  yerləşdirmək  lazımdır.  Birinci  ili 
vege
tasiyasının əvvəlində nəmliyə  tələbatı  yüksəlməyə başlayır. 
İkinci  il  isə  kökümeyvənin  əmələ  gəlməsi  dövründə  nəmliyə 
tələbatı yüksəlir. Şalğamın kök sistemi torpağın  dərinliyinə 1,0-
1,5 m, ətraflara isə 40-50 sm yayılır. 


75 
 
Şalğam uzun gün bitkisidir, ancaq intensiv işıqlanmaya tələ-
bat göstərir. 
Şalğam susaxlama qabiliyyəti  yüksək olan torpaqlarda  yaxşı 
bitir.  Onu  ağır  torpaqlarda  da  becərmək  olar.  Qumlu  torpaqları 
sevmir.  Yem turpu 
isə  yüngül  torpaqlarda  yaxşı  bitir.  Ağır  qra-
nulo
metrik tərkibli torpaqlar onun üçün az yararlı hesab edilir. Bu 
bitkini becərmək üçün torpağın reaksiyası (pH) zəif turş (6,0-6,5) 
olmalıdır. Ancaq onlar torpaqda turşuluğun artmasına (pH ˂ 4,3) 
da  dözə  bilirlər.  Yüksək  turşuluq  şəraitində  şalğamın  köklərinin 
budaqlanması güclənir və başcıq hissəsi qeyri normal inkişaf edir. 
Şalğam yem çuğunduru bitkisi kimi, üzvi və mineral gübrələr 
verilmiş  torpaqlarda  daha  yüksək  məһsul  verir.
 
Şalğam  1  ton  
kökümeyvə və ona müvafiq yerüstü kütlə ilə torpaqdan 4 kq  N, 
2,5 kq  P
2
O
5
, və 7,5 kq K
2
O aparır. Yem turpunda bu göstəricilər 
müvafiq olaraq 2,5, 1 və 3,8 - ə bərabərdir. 
Yem turpunun 
birinci ili vegetasiya müddəti sortun xüsusiy-
yətindən və becərilmə şəraitindən asılı olaraq 70-110 gün, şalğa-
mınkı isə  110-130 gün davam edir. Şalğamın çox vaxt əvvəldən 
hazırlanmış şitilini əkirlər. Bu yolla əkin onun şimala soyuq yer-
lərə  doğru  irəliləməsinə  (yayılmasına)  səbəb  olmuşdur.  İkinci  il 
isə toxum üçün kökümeyvəsinin əkilməsindən toxumun yığılma-
sına qədər  yem turpunda  85-90 gün, şalğamda  isə 110-115 gün 
vaxt keçir.
 
Sortları.  1984-cü  ildə  Keçmiş  Sovet  ittifaqında  şalğamın  8 
sortu  rayonlaşdırılmışdır:    Kuuziku,  Yaxşılaşdırılmış  vışeqorod-
skiy, 
Yaxşılaşdırılmış  Qofman,  Yerli  Pıskov,  Yerli  krasnoselsk, 
Esko 
və s. Şalğamın  KuuzikuYaxşılaşdırılmış vışeqorodskiy sort-
ları daha geniş yayılmışdır. Yem turpu isə 1984 -cü ildən becərilir. 
Ətli  hissəsi  ağ  və  sarı  olan  sortları
 
 
vardır:  Bunlara misal ola-
raq“Esti Naeris”, “Osterzundomski”, “Moskovckiy”, “E
rkənyeti-
şən dairəvi Volınckiy”, “Tezyetişən ВИК” və s., çox yayılmış ye-
ni 
sortlarına    misal  olaraq  isə  “Petrovskaya”,  Belaya noçka”  və 
“Mayskaya belaya” 
sortlarını göstərmək olar 
(Şəkil 10-11, s. 118-
119).
 
Yaxşılaşdırılmış  Vışeqorodsk  sortu  ağ  rənglidir,  tərkibində 


76 
 
10-
12% quru maddə vardır. Həmin sort xüsusən kifayət nəmlikli 
rayon
larda,  һəmçinin  mərkəzi  və  qaratorpaq  olmayan  zonalarda, 
Uzaq Şərqin Xabarovsk və digər ölkələrində yüksək məһsul verir.
 
Estoniyada  kuuziku 
sortunun  һər  һektardan  600-800  sen. 
kök
ümeyvə və 200-300 sen. bəlim  (tağ) məһsulu verən forması 
yaradılmışdır ki, buda gillicə torpaqlarda və qurudulmuş torfluq-
lar
da yaxşı boy atır. 
Becərmə  aqrotexnikası.  Növbəli  əkində  yeri.  Şalğamı  һey-
van
darlıq  fermalarına  yaxın  tarla,  əksərən  də  yem  növbəli  əkin-
lərində  yerləşdirirlər.  Şalğamı  və  yem turpunu  tərəvəz  növbəli 
əkinlərində  becərdikdə  onları  kələmdən  və  kələmkimilər  fəsilə-
sindən  olan  başqa  bitkilərdən  sonra    yerləşdirmək  olmaz. Çünki 
onlarla eyni 
xəstəlik və zərərvericiləri daşıyır. Məftil  qurdları ilə 
güclü  sirayətlənmiş  sahələr  də  yararsız  hesab  olunur.  Şalğamın 
fermayanı yem növbəli əkinlərində yerləşdirilməsi iqtisadi cəhət-
dən daha faydalıdır. 
Torpağın hazırlanması. Şalğam üçün   torpağın  əsas və sə-
pin
qabağı  hazırlanması  işləri  çuğundurda  və  yerkökündə  olduğu 
kimidir. Səpinqabağı sahənin hamarlanması və kipləşdirilməsi çox 
vacib hesab edilir. Yüngül 
qranulometrik tərkibli torpaqlarda sə-
pin
dən  sonra  torpaq  sıxlaşdırılmalıdır  ki,  toxum  torpaqla  daha 
yaxşı təmasda olsun. 
 
Səpin.  Şalğam toxumlarını adətən erkən, dənli bitkilərdən və 
yem  çuğundurundan  sonra    yazlıqlarla  eyni  vaxtda,  yem turpu 
toxumlarını  isə  bir  qədər  gec,  mayın  axırı  və  iyunun  ortalarına 
qədər olan müddətdə səpirlər ki, saxlama  zamanı itkinin qarşısı 
alınsın. Yem turpunu ancaq  toxumları ilə  səpirlər. Çünki  o köçü-
rül
məyə  yaxşı  münasibət  göstərmir.  Şalğamı  isə  həm    toxumla, 
həm  də  şitillə  becərmək  mümkündür.  Şalğam  şitilləri  baş  kələm 
şitilləri kimi soyuq şitilliklərdə yetişdirilir. Bu şitilləri 5-6 yarpaq  
fazasında  şitiləkən    maşınlarla  əkirlər.
 
Toxumun  səpilməsi  üçün 
adi  tərəvəz toxumu səpən səpicilərdən istifadə olunur.
  
Şalğamın  və  yem turpunun  hektara  səpin  norması  0,5-0,8 
miln. ədəd cücərmə qabiliyətli toxum (3-4 kq)  hesab edilir. Səpin 
norması  torpağın  münbitliyi  və  alaqlanma  dərəcəsi  ilə  əlaqədar 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə