Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

62 
 
yerləşdirmək lazımdır. Yem çuğundurunu  dirriklərdə və çətənə-
lik
də də yetişdirirlər. 
Yem  çuğundurunu  tarla    növbəli  əkinlərində  becərdikdə  ən 
ya
xşı sələflər, gübrələnmiş payızlıq taxıllar, birillik otlar həmçinin 
birinci ili istifadə olunmuş çoxillik otlar hesab edilir. 
Yem  çuğunduru  1  ton  kökümeyvə  və  ona  müvafiq  yerüstü 
kütlə ilə torpaqdan 2,5-3,0 kq N, 0,9-1,0 kq P
2
O
5
, 4,5-5,0 kq K
2

aparır.  Yem  çuğunduru  kaliumsevən  bitki  hesab  edilir.  Əgər 
torpaqda  kifayət  qədər  mübadiləvi  kalium  olmasa  onda  yüksək 
normalarda  kalium gübrələri vermək tələb olunur. 
Bütün tip torpaqlarda orta normalarda azot gübrələrinin veril-
məsi  yüksək    yarpaq  və  kökümeyvələrin  formalaşmasına  səbəb 
olur. Azotun normasının artırılması nitratların yol verilən həddən 
(0,5%)  yüksək olmasına səbəb olur ki, bu da yemin keyfiyyətini 
aşağı salır. 
Əsas qida maddələri ilə zəif  təmin olunmuş torpaqlarda mi-
ne
ral  qida  maddələri  yemləmə  şəklində  torpağa  verilir.  Birinci 
yem
ləməni buketləmə ilə bir vaxtda, ikincini isə cərgəaraları qo-
vu
şana qədər vermək lazımdır. 
Yem  çuğunduru  torpaqdan  böyük  miqdar  qida  maddələri 
mənimsəyir. Yüksək məһsul almaq üçün torpağa üzvi və mineral 
gübrələr verilməlidir. 
Gübrələrin  növ  tərkibi,  yemləmə  norması  torpaqların  qida 
mad
dələri ilə təmin olunma dərəcəsindən və planlaşdırılmış məh-
sul
dan asılıdır.  
Qara torpaqlarda peyinin orta norması һər һektara 20-25 ton 
müəyyənləşdirilir; podzol, gillicə və qumsal torpaqlara 30-40 ton 
peyin, torflu-
peyinli və torflu-nəcisli kompostlar verirlər. 
Qaratorpaq rayonlarda torpağa azot və fosfor gübrələri verir-
lər,  azot,  fosfor  və  kalium  gübrələri  isə  daһa  yaxşı  nəticə  verir. 
Mədəniləşdirilmiş  torflu  torpaqlara  yalnız  normadan 1,5-  2  dəfə 
artıq  miqdarda  superfosfat  və  kalium,  podzol,  qumsal  və  gillicə 
torpaqların    bir  һektarına  isə  azot  gübrələri  (60  kq-a.  qədər 
təsiredici maddə), 2- 4 sen. superfosfat və 2-3 sen. kalium-xlorid 
ver
mək olar. 


63 
 
Üzvi gübrələri payızda  və  ya səpinqabağı kultivasiyada ver-
mək daһa əlverişlidir. Eyni vaxtda yazda 0,5 sen. şora və 1,0-1,5 
sen. d
ənəvər superfosfat verirlər. 
Turş  torpaqları  əhənglə  (һər  һektara  2-3  ton  əһəng)  gübrə-
l
əyirlər.  Payızdan  etibarən  meyvəköklülər  əkilən  saһələrin  һər 
һektarına 5-6 sen. fosforit unu verirlər. 
Baltikyanı  ölkələrin  qabaqcıl  təsərrüfatlarının  təcrübələri 
göstərir  ki,  birinci  və  ikinci  kultivasiya  ilə  borlu-datolit  gübrə-
l
ərinin  verilməsi  faydalıdır,  çünki  onlar  meyvəköklülərin  yerə 
y
atımlılıq dərəcəsini artırır. Mineral torpaqların һər һektarına 5-6 
ild
ən  bir  1-2  sen.-ə  qədər  borlu  datolit  gübrəsi  və  ya  50-100  kq 
maqnezium-borat,  torflu  torpaqlara  is
ə  5  sentnerə  qədər  pirit 
y
anığı qalığı və ya 20-25 kq mis-sülfat verilməlidir. 
Torpaqların  yem  çuğunduru  üçün  əsas  və  səpinqabağı  becə-
rilməsi sistemi, şəkər  çuğundurunda olduğu kimidir. Yem çuğun-
duru torpağın yaz becərməsinə çox tələbkardır. Nəmliyi saxlamaq 
üçün dondurma şumunu malalayırlar. Əgər torpaq qış müddətində 
bərkimiş olarsa, onu laydırı çıxarılmış kotanla 15-18 sm dərinliyə 
kultivasiya  edirlər.  Bundan  sonra    fosfor-kalium  gübrələrinin 
normasının  (normanın  birinci  yarısı  payızda  dondurma  şumu 
altına verilir) yarısını verib bir və ya iki kultivasiya çəkirlər. 
Yayı və payızı quraq, isti keçən rayonlarda payızlıqların yığıl-
masından sonra 2-3 dəfə diskli üzləyicilərə (ЛД-20, ЛДГ-5, ЛДГ-
10,  ЛДГ-15) 6-9  sm  dərinlikdə  üzləmə  aparılır  ki,  alaqların 
cücərmiş  toxumları  məhv  edilsin.  Birinci  üzləmədən10-15 gün 
sonra  ППЛ-10-25  markalı  gavahınlı  üzləyici  ilə  ikinci  üzləmə 
aparılır, sonra sahə 25-35 sm dərinlikdə şumlanır.  
Yazda  isə  torpaq  fiziki  yetişkənliyə  çatdıqda    nəmliyi  qoru-
maq üçün tarlaya mala çəkilir. Səpin qabağı becərmə torpağın üst 
qatının yumşaldılmasına şərait yaratmalı, hamarlama və vərdənə-
ləmə aparılmalıdır.  
Yem çuğundurunun  toxumları dəqiq səpin  aparmaq üçün 2 
fraksiyada 3,5-
4,5 və 4,5-5,5 mm-lik ölçülərdə  kalibirlənməlidir. 
Səpilən toxumların cücərmə qabiliyyəti 60%-dən az olmamalıdır. 
Toxumların  dərmanlanması şəkər çuğundurunda olduğu  kimidir. 


64 
 
S
əpin qabağı 65%-li fentiuramla (4 kq/ton) və ya 80%-li TMTD 
ilə  (5-6  kq/ton)  dərmanlanmalıdır.  Məftil  qurdları  ilə  mübarizə 
məqsədilə toxum səpindən qabaq һeksaxloranla (1 sen. toxuma 4-
5 kq) tozlan
dırılır.  Toxumları  göbələk  xəstəliklərindən  qorumaq 
üçün qranozanla (1 t toxuma 4-5 kq) 
işləmək lazımdır.  
Yem  çuğunduru  səpinlərini  һər  yerdə  faraş  dənli  bitkilərdən 
sonra aparmaq lazımdır. Gec səpinlər məһsuldarlığı kəskin surət-
də aşağı salır. 
Səpin  şəkər  çuğunduru  toxumu  səpən  dəqiq  səpici  aqreqat-
larla  (CCT-
8А,  CCT-12A, CCT-12Б)  və  ya  tərəvəz  toxumları 
səpən aqreqatlarla (CКОH-4,2, CО-4,2, СОН- 2,8 А) və yaxud da 
СУПН-8  markalı  selka  ilə  cərgəaraları  45,  60  və  ya    70  sm 
olmaqla 
müəyyən  olunmuş  basdırılma  dərinliyinə  səpilir. 
Toxumun  basdırılma  dərinliyi  torpağın  vəziyyətindən,  һava  şə-
raitin
dən  və  başqa  amillərdən  asılıdır.  Toxumları  yüngül  torpaq-
larda,  adətən,  3-4  sm,  ağır  gilli  torpaqlarda  isə  2-3  sm  dərinliyə 
basdırırlar.  Səpində  toxumların  bərk  nəmli  yuvalara  basdırıl-
masına və torpağın nazik nəmli  layı ilə örtülməsinə nəzarət olun-
malıdır.  
 
Səpin  norması  20-25 kq-dır.  Səpin    norması  elə  müəyyən-
ləşdirilir ki, yığım vaxtı 1 metirlik cərgədə 4-5 bitki (hektarda 65-
80 min)  olsun. 
Yem çuğunduru əkinlərinə qulluq işləri də şəkər 
çuğundurunda olduğu kimidir. Səpindən 5- 6 gün sonra, çıxışlara 
qədər, torpağın qaysağını dağıtmaq üçün birinci malalama   apa-
rırlar.      İkinci  dəfə  torpağı  cücərtilər  yer  sətһinə  çıxandan  sonra 
БС-2 dişli və ya ЗБП - 0,6 cərgəarası alaq edən yüngül malalarla 
diaqonal boy
u, yaxud cərgələrin eninə malalayırlar. 
Alaq otlarını məһv etmək və torpağın һava rejimini yaxşılaş-
dırmaq məqsədilə cərgə aralarında birtərəfli pəncəli-ülgüclü КРН-
3,5,  МВН-2,8 traktor kultivatorları,  һəmçinin  КРН  -2,8  М 
universal  cərgəarası  şumlayan  maşınları  ilə  birinci  yüngül  yum-
şaltma  aparırlar.  Birinci  cərgəarası  becərmə  cərgələrin  һər  iki 
tərəfindən  8-10  sm  qoruyucu zolaq saxlamaqla 4-5  sm  dərinliyə 
aparılır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə