Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə19/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

56 
 
Anaç çuğundur yetişdirməkdə sıx yuva üsulu ilə səpinə daha 
çox  üstünlük  verilir.  Sənayelik  çuğundura  nisbətən  burada  səpin 
norması  bir  qədər  artırılır.  Səpin  norması  toxum keyfiyyətindən, 
səpin üsulundan və digər şərtlərdən asılı olaraq, 1 paqon metrə 18-
20 toxumdan 30-
35  toxuma  qədər  dəyişə  bilər.  Тoxumun  iri-
liyindən asılı olaraq, səpin dərinliyi 4-6 sm götürülür. 
Anac  çuğundurun  bitki  sıxlığı  sənayelik  əkinlərə  nisbətən 
xeyli artıq olmalıdır. Bu hal yetişdirmə şəraitindən, ilk növbədə su 
ilə təminatdan asılıdır. Burada bitki sıxlığı hər hektarda 120- 140 
min  ədəd  bitki  həddində  dəyişilir.  Su  ilə  yaxşı  təmin  edilən 
rayonlarda hər hektarda saxlanılan bitki sıxlığı 160-180 min ədədə 
çatarsa,  bitkilərin  işıqla  təmin  olunması  zəifləyər,  hər  hektardan 
alınan anaçlıq üçün yararlı kökümeyvənin miqdarı azalar. 
Anac  çuğundur  yetişdirilməsində  əl  əməyini  ixtisara  salmaq 
məqsədilə  çüçərtilərin  seyrəldilməsində  dəstə-dəstə  seyrəltmə  və 
ya buketləmə tətbiq olunur. 
Anaç  şəkər  çuğunduru  əkinlərinə  sonrakı  qulluqişləri  səna-
yelik əkinlərdə olduğu kimidir. Burada da alaq və ziyanvericilərlə 
mübarizəyə xüsusi əhəmiyyət verilməlidir. 
Anac şəkər çuğunduru məhsulunun yığımına kökümeyvələrin 
bioloji yetişmə dövründə başlayırlar. Həmin müddət, adətən, orta 
sutkalıq temperatur 6- 8 
0
C-
yə çatdığı dövrə təsadüf edir. Şaxlar 
və  yarpaqları  yığmaq  üçün  БМ-6  və  КИР-1,5  markalı,  kökü-
meyvəni qazıyıb çıxartmaq üçün isə РКС-6 markalı maşınlardan 
istifadə olunur. 
Kökümeyvələr  yığıldıqdan  sonra  gələcəkdə  toxumluq  tarla 
olacaq sahəyə yaxın xəndəklərə saxlanca qoyulur. Xəndəklər dəri-
ninə 60-80 sm, eninə 80-90 sm qazılır, uzunu isə istənilən qədər 
olur. 
Kökümeyvələr  saxlanca  qoyulmazdan  əvvəl  sortlaşdırılır: 
xəstə və mexaniki zədə almış, ölüşgəmiş, qeyri-normal, forma və 
rənginə  görə  tipik  -  səciyyəvi  olmayan  kökümeyvələr  çıxdaş 
edilir.  Sağlam  kökümeyvələr,  üzərinə  torpaq  tökmədən  xəndəyə 
doldurulur. 
Kökümeyvənin  sortlaşdı-rılması,  təmizlənib  xəndəyə 
yığılmasında  əl  əməyini  azaltmaq  məqsədilə  MSK-5  markalı 
mexanikləşdirilmiş xətdən istifadə etmək tövsiyə olunur. 


57 
 
Тoxumluq  çuğundur  beçərildikdə  üzvi  və  mədən  gübrələri 
geniş tətbiq edilməlidir. Çuğundurun sələfi altına hər hektara 30-
40  ton  hesabı  ilə,  peyin  verilir.  Bilavasitə  əsas  şum  altına  hər 
hektara N 140-170 kq, P 160-185 kq, K 135-
180  kq  hesabı  ilə 
mədən gübrəsi məsləhət görülür. Çuğundur bitkisi əkilən sahənin 
səpinqabağı  becərilməsi    malalamadan,  düzləmədən,  16-18 sm 
dərinlikdə kultivasiya aparmaqdan, sonra  yenidən malalamaqdan 
ibarətdir. 
Şitil  edilmiş  sahələrdə  alaqlara  qarşı  mübarizə  sənayelik  və 
anac materialı məqsədilə becərilən çuğundurda olduğu kimidir. 
Kökümeyvələrinin  tarlaya  köçürülüb,  basdırılması  mümkün 
qədər  faraş  müddətdə  olmalıdır.  Əksər  şəkər  çuğunduru  bölgə-
lərində  həmin  müddət  yaz  işləri  başlanğıcının  birinci    həftəsinə 
təsadüf  edir.  Basdırmaq  üçün  seçilən  kökümeyvələr  xəndəkdən 
basdırılan gün və ya 1-2 gün əvvəl çıxarılır. 
Anac 
kökümeyvələr,  onların  iriliyi  və  torpağın  nəmliklə  tə-
min olunma dərəçəsinə görə 70 x 70, 70 x 60, 70 x 55, 70 x 45 sm 
sx
emləri üzrə basdırılır. 
Basdırmalara  qulluq  işləri  malalama  əməliyyatı  ilə  başlayır. 
Sonrakı beçərmə işləri: cücərtilərin malalanması, malalama zama-
nı  dartılıb-çıxarılmış  kökümeyvələrin  təkrar  yerinə  basdırılması, 
çərgələrarası  beçərmələr,  bununla  düzgün  əlaqələndirilən  gübrə-
ləmələrdən  (yemləmələrdən)  ibarətdir.  Cərgələrarası  torpağın 
birinçi yumşaldılması 10-12 sm dərinlikdə, növbəti becərmələrin 
dərinliyi isə hər dəfə 2-3 sm dayaz olması tövsiyə edilir. Birinçi 
və  ikinci  çərgələrarası  becərmədə  azot,  fosfor  gübrələri 
uyğunlaşdırılıb birgə verilir. 
Тoxum məhsulunu  və  onun  keyfiyyətini  artırmaq  məqsədilə 
süni tozlama, bitkilərin çiçək nöqtəsini qırıb-qoparmaq əməliyyatı 
həyata  keçirilir.  Kimyəvi  qırıb-qoparmaq  yəni  kökümeyvənin 
izafi boy verməsini dayandırmaq üçün preparatlardan istifadə olu-
nur. 
Şəkər çuğunduru 20 gündən 40 günə qədər davam edən xeyli 
müddətdə  çiçəkləmə  dövrü  keçirir.  Hətta  ayrıca  götürülmüş  bir 
bitki  daxilində  toxumlar  eyni  müddətdə  yetişmir.  Yetişmiş 


58 
 
meyvələr azacıq küləkdən sonra yerə tökülür. Bitkinin bu bioloji 
xüsusiyyəti toxumun optimal yığım müddətini təyin etməyə mane 
olur.  Bu  nöqsan  olmasa,  çox  asanlıqla  yüksək  miqdarda  və 
keyfiyyətdə  toxum  almaq  mümkündür.  Şəkər  çuğunduru 
toxumluq əkinlərinin həmin bioloji xüsusiyyətlərini nəzərə alaraq, 
yığım  iki  fazalı  üsulla  aparılır.  Çiçəkdaşıyan  gövdələri  biçib  - 
sərmək  üçün  bu  məqsədlə  düzəldilmiş  toxum  maşınlarından 
(ЖУС-4,2 markalı otbiçən, Е-301 markalı özüyeriyən  Almaniya 
kombaynı  və  s.)  istifadə  edilir.  Тoxumluq  məhsulu  taxılyığan 
ko
mbaynla yığıb, döyürlər. Bu məqsədlə, həmin kombaynlar yerə 
tökülən məhsulu yığan qurğu ilə təchiz olunur. 
Тoxumu  yarpaq   qalıqları, gövdə  və  digər zibillərdən tə-
miz
ləmək  üçün  keçirilən  birinçi  təmizləmə  xırmanda  olur.  Bu 
məqsədlə yığımda - komanı (tığı) təmizləyən ОВП-20 А markalı 
maşından və СМ - 4, ОС - 4,5 markalı toxum təmizləyənlərdən 
isti
fadə edilir. Yüksək dərəcədə nəmli toxumlar isti hava ilə təchiz 
edilmiş qurutmaxanalarda 15%-dən artıq olmayan nəmlik həddinə 
qədər  qurudulur.  Lazımi  tələbatlara  uyğun  toxum  zavodlarına 
göndərilir.  Zavodlarda  toxum  yenidən  hazırlanır  və  çuğundur-
çuluq təsərrüfatlarına göndərilir. 
 
1. 2. 
YEM ÇUĞUNDURU 
 
Yem  çuğunduru  ikiillik  bitki  kimi  birinci  ili  iri  mozaikalı 
(rozetli) yarpaqlarla meyvəkök, ikinci il isə toxum əmələ gətirir. 
Qidalılıq dəyərinə görə  yem çuğunduru şəkər çuğundurundan və 
kartofdan xeyli geri qalır. Onun  tərkibində  orta һesabla 12% -ə 
yaxın yaxşı һəzm olunan quru maddə vardır.   
Botaniki  təsviri.  Yem  çuğunduru  (Befa vulqaris  L. v. 
crassa) bi
tkisi də şəkər çuğunduru bitkisinin  daxil olduğu fəsiləyə 
(chenopodiaceae
) və cinsə (Beta) daxil olduğu üçün morfoloji və 
bioloji xüsusiyyətləri şəkər çuğunduruna çox yaxındır. 
Yem çuğundurunda ləpəaltı dirsək şəkər cuğunduruna nisbə-
tən daha  müxtəlif rəngə olmaqla  ağ-yaşıl, sarı, çəhrayımtıl-qır-
mızı, narıncı və bənövşəyi rənglərdə olur. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə