Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə15/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

44 
 
yetirilir) planlaşdırılır. Bu halda hər metrə 15- 30 toxum səpilməsi 
tövsiyə   edilir. 
Şəkər  çuğünduru  səpinində  aqreqatın  hərəkət  sürəti  4,5 
km/saatı   keçməməlidir. 
Səpinlə  birlikdə  və  ya  bundan  sonra  dərhal  torpaq  vərdənə-
lənməlidir.  Bu  aqrotexniki  tədbir  torpağın  üst  qatını  hamar-
lamaqla kipləşdirir və bunun hesabına nəmliyin toxuma keçməsi 
üçün əlverişli şərait yaranmış   olur. 
Çuğundur əkinlərinə qulluq texnologiyası. Əkinlərə qulluq 
üzrə  texnoloji  əməliyyatların  məqsadi  bunlardır:  şəkər 
çuğundurunun  mütəşəkkil  cücərtilərinin  əmələ  gəlməsi,  bunların 
bütün 
vegetasiya  ərzində  yaxşı  boy  verib  -  inkişaf  etməsi  üçün 
əlverişli  şərait  yaratmaq,  hər  hektarda  lazımi  miqdar  bitki 
sıxlığının formalaşdırılması, alaqların tam məhv edilməsi, bitkinin 
xəstəlik  və  ziyanvericilərdən  mühafizəsi.  Bütün  bu  tələbatları 
yerinə  yetirmək  üçün  aqrotexniki  sistemə  aşağıdakılar  daxil 
edilmişdir:  cücərtilər  alınana  kimi  torpağın  kipləşdirilməsi 
(vərdənələrlə),  başdan-başa  yumşaldılması,  cücərtilərin  mexaniki 
seyrəldilməsi  (yeri  gəldikdə  buketlərin  əllə  düzəldilməsi), 
cərgələrarası zolaqda və cərgənin özündə torpağın yumşaldılması, 
insektisid  və  funqisidlərin  alaq  olduqda  isə  herbisidlərin  tətbiqi. 
Hər  bir  əməliyyatın  vaxtında  və  keyfiyyətli  yerinə  yetirilməsi 
mütləqdir.  Bu  zaman  hər  bir  tarlanın  konkret  şəraitinə  müvafiq 
aqrotexnika  tətbiq  edilir.  Çuğundurun  becərilməsi  üzrə  olan 
tədbirlərin  ümumi  istehsal  texnologiyasının  digər  elementləri  ilə 
dəqiq  əlaqələndirilməsi  istehsalda  əl  əməyini  tam  aradan 
qaldırmağa və ya minimuma endirməyə tam şərait yaradır, yüksək 
məhsul əldə edilməsinə xeyli kömək etmiş olur. 
Yüngül qranulometrik torpaqlarda çugundur toxumları səpil-
dikdən  sonra  sahə  СКГ  2-1,  СКГ-2  markalı  susəpənli  və  ya 
həlqəvi - dişli vərdənələrlə (ККН-2,8) vərdənələnir.
 
Cücərtilər torpaq səthinə çıxmamışdan əvvəl alaq otlarını ilk 
in
kişaf  fazasında  məhv  etmək,  torpaq  qaysağına  qarşı  etibarlı 
aqrotexniki  tədbirdir.  Bu  məcburi  tədbir  nəinki  alaq  otlarını  70-


45 
 
80%-
ə  qədər  məhv  edir,  eyni  zamanda  torpaqda  bioloji  prosesi 
fəallaşdırır,  beləliklə  də  toxumun  tarla  cüçərmə  faizini  gözə 
çarpacaq 
dərəcədə  artırır.  Cücərtilər  əmələ  gələnə  kimi  sahədə 
ЗБЗСС -1,0, ЗБП -0,6А, ЗОР-0,7 markalı yumşaldıcılarla həyata 
keçirilən torpaq yumşaldılması - kökyeyən ziyanverici ilə müba-
rizədə ən etibarlı   aqrotexniki tədbirdir. 
Cücərti  əmələ  gələnə  kimi  malalama  -  bu proses bir cüt 
yarpaq əmələ gələn fazadakı malalama ilə əlaqələndirildikdə daha 
yaxşı  nəticə  verir.  Bununla  yanaşı,  qeyd  edilməlidir  ki,  seyrək 
səpinlərdə  həmin  əməliyyat  əvəzinə  rotasiya  toxaları  ilə  becər-
məyə üstünlük verilməlidir. Belə ki, birinci halda cücərtilərin 10-
15%, bəzən də 25-30%-i malalama hesabına sıradan çıxır. 
Şəkər  çuğunduru  sənaye  texnologiyası  ilə  istehsal  edildikdə 
cüçərtilərin  mexaniki  seyrəltməsinin  aşağıdakı  qaydaları  həyata 
keçirilir: malalama, cərgə boyu seyrəltmə, köndələninə kultivasiya 
(buketləmə)  çəkmə.  Bundan  sonra  lazımi  miqdar  bitki  sıxlığı  və 
sıxlığın  eyni  səviyyədə  saxlanılmasına  nail  olunsa,  əl  əməyi 
aradan  götürülər.  Digər  hallarda  buketdəki  artıq  bitkilər  əllə 
seyrəldilir. 
Şəkər  çuğundurunun  cavan  bitkilərinin  formalaşdırılmasının 
əsas  tələbatı:  hər  hektarda  optimal  bitki  sıxlığına  və  bitkilərin 
cərgələrdə  eyni  qaydada  yerləş-dirilməsinə  nail  olmaqdan 
ibarətdir.  Başqa  bitkilərdə  olduğu  kimi,  hər  hektarda  saxlanılan 
bitki miqdarı - sıxlığı torpağın münbitliyindən, tarlanın su təchiza-
tından  və  bir  də  əkilən  sortların  (hibridlərin)  bioloji  xüsusiy-
yətlərindən  asılıdır.  Nəmliklə  yaxşı  təmin  olunmuş  sahələrdə 
məhsul  yığımı  ərəfəsindəki  faktiki  bitki  sıxlığı  hər  hektarda  95-
100 min ədəd bitki təşkil edir. Bundan başqa, həmin miqdar bitki 
cərgələr  boyunca  eyni  qaydada  yerləşdirilməlidir.  Nəmlik  rejimi 
daimi  olmayan  rayonlarda  faktiki  bitki  sıxlığı  85-90  minə  qədər   
azaldılır.  Ona  görə  də  şəkər  çuğunduru  cücərtilərinin  seyrəl-
dilməsi və formalaşdırılması müstəqil aqrotexniki tədbir kimi, çox 
diqqətli  aparılmalıdır.  Bu  zaman  nəzərə  alınmalıdır  ki,  planlaş-
dırılmış  bitki  sıxlığına  görə  seyrəltmədən  sonra,  müxtəlif  səbəb-
lərdən  çuğundur  bitkilərinin  planlaşdırılıb  saxlanılmış  cücərtilə-


46 
 
rin
dən  10-  15%-i  müxtəlif  səbəblərdən  məhv  olub  sıradan  çıxır. 
Ona görə    də   planlaşdırılmış  bitki  sıxlığı müəyyənləşdirildikdə 
bu hal nəzərə alınmalıdır. Cücərtilərin mexaniki üsulla seyrəldilib 
formalaşdırılması nəzərdə tutulan tarlalarda planauyğun müəyyən-
ləşdirilmiş bitki sıxlığı 5-10% artıq götürülməlidir. Şəkər çuğun-
durunun əl əməyi tətbiq etmədən istehsal texnologiyasının tətbiqi 
göstərir ki, mexaniki seyrəltmədə hər hektara planlaşdırılmış bitki 
sıxlığı  normadan  bir  qədər  artıq  götürüldükdə  məhsuldarlıq 
yüksəlir.  Çuğundur  tarlasında  seyrəltməni  həyata  keçirmək  üçün 
УСМП-5,4 markalı mexaniki və  ПСА-2,7 markalı avtomatik iş-
ləyən seyrəldicilərdən istifadə olunur. 
Ənənəvi  çuğundurçuluq  rayonlarında  uzunmüddətli  elmi-
tədqiqat və təcrübə işi nəticəsində şəkər çuğunduru üçün 45 sm-
lik  cərgələrlə,  səpin  18-20  x  45  sm  qida  sahəsi  tovsiyə  edilir. 
Köndələninə mexaniki üsulla seyrəldikdə (buketlərə bölündükdə) 
ən çox yayılan seyrəltmə 30 sm-lik kəsim, 15 sm uzununda buket 
və  ya  seyrəltmə  kəsimi  27  sm,  buket  18  sm  olandır.  Belə 
buketlərdə 2-3 bitki saxlanılır ki, bununla da hər hektara 90-110 
min ədəd bitki sıxlığı təmin olunur. Belə hesab edirlər ki, həmin 
qida  sahəsi  çuğundur  tək-tək  yerləşdiyi  variantlar  qədər  məhsul 
verir.  Ancaq  buradaca  qeyd  edilməlidir  ki,  sənaye  texnolo-
giyasında tətbiq olunan  maşınlar kompleksinin işinə daha uyğun 
qida sahəsi çuğundur cücərtilərinin tək-tək (hər 18-20 sm-dən bir) 
yerləşdirilməsidir. Belə halda kökümeyvəlinin yarpaqları maşınla 
yaxşı  kəsilir,  kokmeyvənin  mexaniki  yığımı  texnoloji  şəraitdə 
keçir. 
B
uketləmə  sxemi  hər  bir  tarla  üçün  konkret  olaraq, 
cərgələrdəki  bitki  sıxlığı  əsasında  müəyyənləşdirilir.  Buketləmə 
bir çüt yarpaq fazasında aparılır. Lazım gəldikdə buketdəki artıq 
bitkilər  əllə  seyrəldilir.  Buketlərin  sökülməsi  --  çeşidlərə  ayrıl-
ması ən gec üçüncü cüt yarpaq fazasında başa çatdırılmalıdır. 
Şəkər  çuğundurunun  seyrəltmə  -  formalaşma  əməliyyatının 
dördüncü cüt yarpaqlar əmələ gələnə kimi başa çatdırılması töv-
siyə olunur. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə