Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə13/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

38 
 
yun
ca  hərəkətini  minimuma  endirmək  zəminində  keçirilməlidir. 
Suvarılan  rayonlarda,  xüsusən,  ağır  və  tez  kipləşən  torpaqlarda 
torpağın  səpinqabağı  beçərilməsinin  bir  qədər  intensivləşdiril-
məsinə  və  beçərmə  dərinliyini  8-10 sm-ə  qədər  dərinləşdirilmə-
sinə yol verilə bilər. 
Şəkər çuğunduru istehsal texnologiyasında yazda aparılan ilk 
əməliyyat  malalama  və  şaxlama  ilə  düzəlmədir. Bu  əməliyyatlar 
isə torpağın fiziki yetişmə dövründə, özü də qısa müddətdə (1-2 
günə) həyata keçirilir. Тorpağın səpinqabağı becərilməsi dərinliyi 
1 sm-
dən  artıq  olmamaqla,  suvarma  şəraitində  isə  yastı  beçərən 
işçi  orqanları  ilə  4-5 sm-ə  qədər  dərinləşdirilə  bilər.  Suvarma 
şəraitində beçərmə dərinliyi 6-8 və bəzən də 8-10 sm dərinlikdə 
kultivatorun oxvarı pəncələrini qondarmaqla aparılır. 
Herbisidlərin  tətbiqi.  Çuğundur  əkilən  sahədə  alaqlarla 
müba
rizədə digər aqrotexniki tədbirlərlə bərabər herbisidlər səna-
ye  texnologiyanın  əsas  elementlərindən  biridir.  Çuğundur 
becərilməsində  əvvəllər  ən  çətin  və  çoxlu  əl  əməyi  tələb  edən 
aqro
texniki əməliyyatlar aşağıdakılar: alaqlarla mübarizə, çuğun-
dur 
cücərtilərinin  seyrəldlib  formalaşdırılması  və  ya  yığılmış 
məhsulda  kökümeyvələrinin  təmizlənməsi.  Bu  əməliyyatlar  sıra-
sında  alaqlarla  mübarizə  problemini  həll  etmək  ən  çətin  və  ağır 
işdir.  Bunun  üçün,  növbəli  əkində  yerləşdirilən  hər  bitkinin 
alaqları ilə mübarizə sistemi düzgün yerinə yetirildikdə çuğundur 
tarlasının alaqsız olması üçün etibarlı zəmin yaranmış olur. 
Şəkər  çuğunduru  tarlalarında,  taxıl  və  ikiləpəli  alaqlarını    
məhdudlaşdıran,  kompleks  təsirə  malik  herbisidlər  tətbiq  edilir. 
H
erbisidlərin əksəriyyəti torpağa verilir. Hər bir konkret şəraitdə 
herbisid  seçilməsi  müəyyən  tarlanın  çirkləndiyi  ot  və  alaqların 
tərkibindən asılıdır. 
Üçxlorasetatnatrium  və  dixloralmoçevina  kimyəvi  birləş-
mələr taxıl alaqlarına qarşı herbisidlər sayılır. Üçxlorasetatnatrium 
90%-
li həll olan maye şəkilli preparatdır. Səpinqabağı kultivasiya 
ilə  birlikdə  8-10  kq/ha  normada  verildikdə  pıtraq,  toyuq  darısı 
alaqlarını 75-90% məhv etdiyi halda, ikiləpəli birillik növlərə zəif 
təsir  edir.  Yaxşı  həll  olduğundan  normanı  düzgün  seçmədikdə 


39 
 
mədəni bitkinin kök sisteminə kimi dərinləşib, ona da ziyan verə 
bilər. Yazda tətbiq edildikdə 40-60 gün öz  təsirini saxlayır. 
Dixloralmoçevina  islanan,  toz  şəkilli,  80%  təsiredici  mad-
dədir. Ona görə də işçi məhsulu daim qarışdırmalıdır ki, preparat 
çöküntü verməsin. Тəsir mexanizmi, əvvəl təsvir etdiyimiz herbi-
siddə olduğu kimidir, ondan, torpaqda zəif hərəkəti ilə seçilir. Ona 
görə  də  bu  herbisid  verilən  sahədə  torpaq  səthinin  nəmli  olması 
əsas  şərtdir.  Bundan  başqa,  bifor  ekspert,  kari-maks, targem-
super, legion, aqron, aqron qrand, bitseps  -  22, piramin, venzar, 
şontrel etam, ronit və digər herbisidlər də tətbiq edilir. Herbisidlər 
ПОУ  və  ОН-400-3  markalı  dəmirqollu  (ştanqalı)  çiləyicilərlə 
səpilir. İllər keçdikçə çuğundur əkinlərində herbisidlərin yeni nəsli 
peyda  olur.  Burada  əsas  məsələ,  hər  bir  konkret  şəraitin  alaq 
tərkibinə  görə  öz  herbisidini  seçməkdir.  Bunun  üçün  hər  bir 
tarlanın alaqlarla zibillənmə xəritəsi tərtib edilməlidir. 
Тoxumun  səpinqabağı  hazırlanması.  Çuğundurun  istehsal 
texnologiyasında səpin norması və üsulu, çuğundur cücərtilərinin 
formalaşdırılması üsulları və digər elementlər bilavasitə toxumun 
keyfiyyətindən  asılıdır.  Səpin  üçün  rayonlaşmış  sortların  I-ci 
reproduksiyaya  aid  olan  toxumları  işlədilməlidir.  Səpiləcək 
toxumun  cücərmə  enerjisi  85  %-dən,  laboratoriya cücərmə 
qabiliyyəti 90%-dən və təmizliyi 98 %-dən az olmamalıdır. Dəqiq 
səpin  aparmaq  üçün  səpiləcək  toxum  3,5-4,5  mm  və  ya  4,5-5,5 
mm diamet
rində olmaqla birtoxumluluğu 96% - dən az olmamalı-
dır.  
Toxumlar səpindən qabaq cilalanmalı, çoxtoxumlu kələfcələr 
ayrı-ayrı təktoxumlu meyvəciklərə xırdalanmalı, kalibrləşdirilməli 
və  səthində  qidalı  maddələrin,  pestisidlərin  örtüyü  əmələ  gətiril-
məlidir.  Səpinqabağı,  bilavasitə  təsərrüfatlarda  80  litr  su  və  1qr. 
kəhrəba turşusu qatışdırılaraq 100 kq toxuma çilənməsi çox yaxşı 
nəticə verir.  
Daha iri və keyfiyyətli toxumlar, bir qayda olaraq, daha çox 
tarla cüçərmə qabiliyyətinə malikdir. 


40 
 
Səpin üçün cücərmə faizi aşağı toxum istifadə etdikdə çuğun-
dur, mütəşəkkil və eyni bərabər cücərtilər - bitkilər vermir ki, bu 
halda  cücərtilərin  formaya  salınıb  seyrəldilməsinin  mexanik-
ləşməsi  qeyri-mümkün  olur.  Xüsusən,  sənaye  texnologiyasında 
dəqiq  səpin  üçün  toxumlar,  yüksək  keyfiyyətli  nişanələrə  malik 
olmalıdır. Тoxumun yüksək keyfiyyət nişanələri bunlardır: labora-
to
riya  cüçərmə  enerjisi    85%-dən,  cücərmə  qabiliyyəti  isə  95%-
dən az olmamalıdır. 
Şəkər çuğunduru toxumunun səpinə hazırlanması üçün müt-
ləq  olan  bütün  əməliyyatlar  toxum  zavodlarında  yerinə  yetirilir. 
Burada,  toxumlar  zibildən  təmizlənir,  qurudulur,  sortlaşdırılır, 
draje edilir-
yəni xüsusi məhlulla (mühafizə vasitələri ilə) işlənilir.  
Тoxumu səpinə hazırladıqda, bəzi hallarda onu draje edirlər, 
yəni  dənəvərləşdirirlər.  Тoxumun  dənəvərləşdirilməsi  aşağıdakı 
məqsədlər  üçündür:  toxuma  kürə  forması  verməkdən  ötrü onu 
inert materiallarla umaclayırlar (yoğururlar), cücərtilərin güçlü və 
ziyanveriçilərə  davam-lılığına  nail  olmaq  üçün  isə  draje 
materialına  funqisid,  intektsid  bir  qədər  də  makro  və  mikrogüb-
rələr əlavə edilir. 
Səpin müddəti. Şəkər çuğunduru torpağın 5 sm dərinliyində 
temperatur 5-8 
0
C olduqda səpilməlidir. Səpin qısa müddətdə 3-5 
günə başa çatdırılmalıdır. Respublikanın əksər rayonlarında şəkər 
çuğundurunu fevralın axırı – martın əvvəlində səpmək olar.  
Şəkər  çuğunduru  faraş  səpilən  bitkilər  qrupuna aiddir. Bu 
zaman  bitkinin  toxumlarının  nəmliyə  böyük  tələbatı  və 
cücərtilərin aşağı temperatura davamlılığı nəzərə alınmalıdır. Ona 
görə də faraş yazlıq səpinindən sonra çuğunduru səpmək məsləhət 
görülmür. Bu müddətdə səpin dərinliyində torpaq temperaturu 5-7 
0
C həddində olmalıdır. Тəqvim səpin müddətləri müxtəlif torpaq-
iqlim  şəraiti  üçün    müxtəlif  olub,    isti    rayonlarda,  o  cümlədən 
Azərbaycanda  mart  ayının  üçüncü  ongün-lüyündə,  Şimal  rayon-
larda Aprel-
Mayın birinci ongünlüyündə aparılır. 
Səpin üsulu və norması.  Suvarma şəraitində ən yaxşı səpin 
üsulu cərgəarası 60 sm olan gencərgəli nöqtəvi səpindir. Pambıq-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə