Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

47 
 
Şəkər  çuğunduru  əkinlərinə  qulluq  texnologiyasının  ən  mü-
hüm elementl
ərindən  biri  də  cərgələr  arasının  yumşaldılmasıdır. 
Bu əməliyyatın  məqsədi torpaqda əlverişli su-hava və qida rejimi 
yaratmaqla  bərabər,  alaq  otlarını  daha  ciddi  surətdə  məhv 
etməkdən  ibarətdir.  Cərgələrarası  becərmələrin  sayı  və  dərinliyi 
bölgənin  torpaq-iqlim  şəraitindən  və  bir  daha  hər  bir  tarlanın 
xüsusiyyətlərindən (alaqlanma dərəcəsindən və s.) asılıdır. Qranu-
lometrik  tərkibcə  ağır  torpaqlarda  cərgələrarası  becərmə  daha 
səmərəlidir.  Beləki,  bu  tip  torpaqlar  çox  tozlanan  olduqlarından 
suvarmalardan 
sonra həddindən artıq kipləşir. 
Тorpağın alaqlardan təmizlənməsi, yumşaldılması əməliyyatı, 
şəkər  çuğundurunun  sənaye    texnologiyasının  məcburi 
əməliyyatlarına  aiddir.  Bu  əməliyyat,  dəmyə  yerlərdə  cücərti 
əmələ  gəlməmişdən  əvvəl  malalama  keçirilmiş  tarlalarda, 
alaqlardan təmizlənmiş sahələrdə ixtisara salına bilər. 
Növbəti cərgələrarası becərmə cücərtilərin mexaniki seyrədil-
məsindən sonra torpağı 8-10 sm dərinlikdə yumuşaltmaqla yerinə 
yetirilir. Yeri gəldikdə əməliyyat yemləmə gübrəsi ilə uzlaşdırıla 
bilər.  Bunun  üçün  УСМК-5,4А,  və  ya  УСМК-5,4Б  markalı 
kultivatorlar
a  nazikkəsən  ülgüclərlə  bərabər,  mədən  gübrəsi  ilə 
yemləyən bıçaqlar da  qondarılır. 
Cücərtilərin zədələnməsi qarşısını almaq məqsədilə ikinci və 
bundan  sonrakı  növbəti  kultivasiyalarda  müdafiə  zolağı  10  sm-
dən  az  olmamalıdır.  Müdafiə  zolağındakı  torpaq  sahəsini 
becərmək üçün kultivatora rotasiya batareyaları qondarılır. Birinci 
cərgəarası  becərmədə  müdafiə  disklərindən  (СМЕ  -  09.140) 
istifadə  edilməsi  də  yaxşı  effekt  verir.  Bu  disklərin  tətbiqi  
müdafiə zolağını 6-7 sm-ə qədər azaltmağa, becərmə sürətini 1,5-
2,0  dəfə  artırmağa  imkan  verir.  Тarlanın  uzununa  və  çarpaz 
becərilməsi  nəzərdə  tutulan  sahələrdə  çarpaz  becərməyə  ikinci 
cərgələrarası becərmədən sonra başlamaq tövsiyə olunur. 
İkinci becərmədən 10-15 gün sonra cərgələrarası torpağı 10-
12  sm  dərinlikdə  üçüncü  becərməyə  başlayırlar.  Ağır  qra-
nulometrik tərkibli, tozlanan torpaqlarda becərmə dərinliyi 12-14 
sm-
ə  qədər  dərinləşdirilə  bilər.  Bu  becərmə  üçün  isgənə  işçi 


48 
 
orqanı ülgüc pəncələrlə əlaqədar götürülür. Torpağın yaxşı xırda-
lan
ması üçün cərgələrarası rotasiya batareyaları ilə də becərilir. 
Şəkər  çuğunduru  toxumu  səpilmiş  sahə  arat  olub-
olunmamasından asılı olmayaraq səpin zamanı açılmış şırımlarla 
hopdurma  yolu  ilə  suvarılmalıdır. Suvarmadan sonra traktorun 
sahədə hərəkəti mümkün olan kimi, təxminən suvarmadan 4-6 gün 
sonra,  cücərtilər  6-7  mm  olanda  kultivatorla  və  ya  mala  ilə 
cığıraçanın izi ilə malalanmalıdır. Vegetasiya dövründə 4-5 dəfə 
və daha çox cərgəarası yumşaltma aparıla bilər. İkinci və sonrakı 
cərgəarası  becərmə  8-10  sm  dərinlikdə  aparılmalıdır.  İkinci 
kultivasiya  seyrəltmədən  sonra,  üçüncü  və  sonrakılar  hər  10-14 
gündən bir və ya ehtiyac olduqda aparılmalıdır. Bir qayda olaraq 
suvarma qabağı şırım açılmalı, suvarmadan sonra torpaq ensiz sərt 
pəncələrlə  yumşaldılmalı  və  sonra  növbəti  suvarmaya  qədər 
alaqları mexaniki üsul ilə məhv etmək üçün yastıkəsici ülgüclər və 
ikitərəfli  kəsən  pəncələri,  cərgələri  mühafizəedici  diskləri  olan 
kultivatorla cərgəarası becərmə aparılmalıdır. Cərgələr qovuşma-
mışdan qabaq suvarma üçün şırımlar açılmalıdır. 
 
Şəkər çuğunduru respublikanın dağətəyi və aran rayonlarının 
suvarılan  torpaqlarında  becərilir  və  vegetasiya  müddətində  Mil-
Qarabağ,  Muğan,  Şirvan  bölgələrində  6-8  dəfə  və  Gəncə-Qazax 
bölgəsində  8-10  dəfə  suvarılır.  Mütərəqqi  suvarma  üsulları  ilə, 
cərgələr arasında açılmış şırımlarla (infiltrasiya) və yağışyağdırma 
üsulu ilə suvarılmalıdır. Vegetasiyanın əvvəlində və axırında su-
var
ma normaları yüksək olmayıb 500-700 m
3
/ha təşkil edir. Yayın 
ortalarında  çuğundur  güclü surətdə inkişaf edir,  böyük miqdarda 
su sərf edir.  Buna  görə  də suvarma normaları 800-1000 m
3
/ha-a 
qədər artırılmalıdır.  1- ci suvarma kökün qabıqdəyişmə dövründə, 
sonrakılar hər 10-15 gündən bir aparılır. 2-ci suvarma seyrəltmə-
dən  sonra  aparılmalıdır.  Suvarmaların  sayı,  müddəti  və  norması 
torpaq-
iqlim  şəraitindən  və  bitkinin  vəziyyətindən  asılı  olaraq 
aparılır.  
 
 


49 
 
Şəkər çuğundurunun suvarma şəraitində becərilməsinin 
bəzi xüsusiyyətləri 
Müasir dövrdə şəkər çuğunduru suvarma əkinçiliyi şəraitində 
geniş  sahələrdə  becərilir.  Son  illərdə  şəkər  böhranı  ilə  əlaqədar 
olaraq Azərbaycan Respublikasının müxtəlif rayonlarında bu bitki 
get-
gedə  inkişaf  tapmaqdadır.  Suvarılan  rayonlarda  əlverişli 
torpaq-
iqlim şəraiti, vegetasiya dövrünün uzunluğu,  əlavə olaraq 
süni suvarma hesabına bitkinin suya tələbatının optimal dərəcədə 
ödənilməsi  nəticəsində  kokmeyvənin  hər  hektarından  50-60 ton 
məhsul  götürməyə  təminat  verir.  Hesablanmışdır  ki,  suvarma 
hesabına  məhsuldarlıq  artımı  25-30 ton/ha  təşkil  edir.  Şəkər 
çuğundurunun  suvarma  şəraitində  becərilməsi  böyük  iqtisadi 
səmərə verir. 
Hal-
hazırda istehsal şəraitində suvarılan şəkər çuğundurunun 
sənaye  texnologiyası  sürətlə  inkişaf  etdirilir.  Suvarma  şəraitində 
şəkər çuğundurunun istehsal texnologiyası əsasən dəmyə  çuğun-
durda  olduğu  kimi  olsa  da,  bir  sıra  spesifik  xüsusiyyətlərə 
malikdir. Buraya ilk növbədə çuğundur əkinlərinin yaxşı hamar-
lanmış meliorativ cəhətdən rahat sahələrdə yerləşdirilməsi, arat və 
vegetasiya  suvarmaları  ilə  bitki  üçün  optimal  nəmlik  şəraiti 
yaradılmasından ibarətdir. 
Suvarma şəraitində şəkər çuğundurunun ümumi suya tələbatı, 
5-8 min. m
3
/ha-
ya çatır ki, bu miqdarın da yarıdan çoxu (60-70%) 
suvarma suyuna sərf edilir. Xüsusən, İyul-Avqust aylarında, yəni 
çuğundurun suya tələbatının böhranlı dövrlərində, kökümeyvənin 
sürətli boyvermə, şəkər toplama fazasında optimal nəmlik rejimi 
yaratmaq  daha  əhəmiyyətlidir.  Bitkiyə  lazım  olan  suvarma 
norması  vegetasiya  dövrünün  birinci  dövrü  üçün  torpaqda  0-40 
sm, sonralar isə 0-100 sm-dəki nəmliyə görə aparılır. Süni yağış 
yağdırma  üsulu  ilə  suvarmada  suvarma  normaları,  adətən,  500-
700 m
3
/ha,  şırımlarla  suvarıldıqda  isə  800-900 m
3
/ha-
a  bərabər 
olur. Əvvəllər dünyanın bir çox çuğundurçuluq rayonlarında əsas 
suvarma  texnologiyası  knmi,  süni  yağışyağdırma,  yəni  mexaniki 
suvarma üsulu qəbul edilmişdir. Suvarma suyunun tarla boyunça 
normal  bölünməsi,  eyni  zamanda  çuğundur  becərilməsindəki 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə