Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə24/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

71 
 
norma  ilə  (0,6-1,0  mil/ha)  toxum  səpmək  və  cücərtiləri  mala-
lamaqla da  almaq olar. 
Yerkökünün  yerüstü  hissəsi  (bəlimi)  bəlimyığan    maşınlarla 
(КИР-1,5Б,  УБД-3А)  yığılır.  Sonra  isə  kökümeyvələri  xüsusi 
maşınlarla  (СНУ-3С,  ОКПШ-1,4)  və  ya  kartofqazanla  qazılıb 
çıxarılır və əllə yığılır. Bu məqsədlə kartofyığan  kombaynlardan 
da  istifadə  etmək  olar.  Bu    kombaynlar  yerkökünü  özü  qazıb 
çıxarır  və    nəqliyyat  vasitələrinə  yükləyir.  Son  vaxtlar yerkökü 
yığımında  əmək  sərfini 3,5-4  dəfə  aşağı  salan      qazıb  çıxaran  ( 
ММТ-1,  ЕМ-11)  və  sortlaşdıran  maşınlar  (ПСК-6  və  s.)  da 
yaradılmışdır. 
Çuğundur  becərilən  təsərrüfatlarda  yerkökünü  çuğundur 
yığan  maşınlarla  da  (БМ-6,  РКС-6)  yığmaq  olar.  Bir  şərtlə  ki, 
yerkökü 45 sm-
lik cərgələrlə əkilmiş olsun. 
Yerkökünün saxlayıcılarda, burtlarda və  xəndəklərdə saxla-
maq olar. İstənilən saxlayıcılarda  yerkökünü saxlamaq üçün onun 
aralarına lay-lay qum vurulmalıdır. 
Bu əməliyyat məhsul itkisini saxlayıcılarda 2 dəfə, xəndəkdə 
5  dəfə  azaldır.  Temperaturu  tənzimlənə  bilən  saxlayıcılarda  isə 
temperatur 1,0-2,0 
0
C həddində, havanın nisbi rütubəti isə 90-95 
%  arasında olmalıdır. 
Yerkökünün  toxumluq  əkinləri  üçün  xüsusi  hazırlanmış 
şitiləkən maşınlardan istifadə edilir. İri  sahələrdə əkin apararkən 
əlavə konuslar quraşdırılmış maşınlardan (ВПГ-4Б)  istifadə edil-
məlidir.  Kökümeyvəni  kultivatorun  açdığı  cərgələrə  əllə 
basdırmaqla da  əkmək olar. Toxumluq  yerkökü 60 x 60; 60 x 30; 
və 70 x 30 sm sxemində əkilə bilər. Yerkökü əkilən saһələrə əlavə 
olaraq  tez  cücərən  çovdar  və  ya  vələmir  toxumları  səpirlər  ki, 
cərgələr erkən cərgəarası becərmə aparmaq üçün aydın seçilsin.  
Səpinə qulluq bir və iki dəfə cərgəarası becərmədən və yem-
ləmədən ibarətdir.  
Al
aq otları ilə mübarizə məqsədilə kök əkinləri һerbisidlərlə 
işlənməlidir. 
Cücərtiləri şeһdən və  ya  yağışdan sonra  çiləmək olmaz, əks 
һalda bitki yana bilər. Əkinlərə qulluq zamanı gec əmələ gəlmiş 


72 
 
çətirlər kəsilir. Bitki üzərində 12-16 ədəd yaxşı inkişaf etmiş çətir  
saxlanılır. Toxumların yetişməsi çətirlərin qonurlaşması və içəriyə 
doğdu bükülməsi ilə müəyyənləşdirilir. 
Yerkökünü  payızın  axırında  şaxtalar  düşənə  qədər  əl  ilə, 
çuğundur  çıxardıb  yığan  maşınla  və  digər  maşınlarla  yığırlar. 
Toxumluq sahələrin toxumu yığılarkən  bitkilər əvvəlcə otbiçən-
lərlə  (ЖНУ-3,2,  ЖУС-3,5) biçilib  yerə  sərilir,  12-14  gündən 
sonra  taxılyığan kombaynlarla yığılıb  döyülür. 
Üst-
üstə  (qalaqla)  yığıb  saxladıqda  yerkökü  tez  xarab  olur. 
Odur ki, onu anbarlarda bir-
birindən 1-2 sm məsafədə cərgələrlə 
yığır və cüzi miqdarda nəm qum səpirlər
.
 
  
1. 4. ŞALĞAM
  
VƏ  YEM  TURPU 
 
Şalğam bitkisi Avropa mənşəli, soyuğadavamlı, yüksək məh-
sul
dar  bitkidir.  Başqa  kökümeyvəlilərə  nisbətən  torpaq  mün-
bitliyinə  az  tələbkardır.  Genetik  tədqiqatlar  göstərmişdir  ki,  bu 
bit
ki  raps  bitkisinə  çox  yaxındır.  Bunların  hər  ikisi  turpəng  və 
yabanı turpun kələm növləri ilə öz-özünə çarpazlaşmasından  ya-
ran
mış  və xromosom sayı artmışdır. Şalğam ancaq mədəni halda 
məlumdur.  Rusiya  ərazisinə  XVIII  əsrin  axırında  Qərbi  Avro-
padan gətirilmiş və tərəvəz bitkisi kimi geniş yayılmışdır. Şalğam 
və  yem turpu (turneps)  mədəni  halda  kartofdan  əvvəl  məlum 
olmuşdur.
 
 
 
Şalğamın  yem  bitkisi  kimi  becərilməsinə  bir  qədər  gec  baş-
lan
mışdır.  Əsas  etibarı  ilə  Rusiyanın  Avropa  hissəsinin Qeyri-
qaratorpaq  zolağında  becərilir.  Ərzaq  kimi  şalğamın  kökümey-
vəsindən,  yem  kimi  isə  həm  kökümeyvəsindən,  həm  də  yarpaq-
larından istifadə olunur. Yarpaqlarını siloslaşdırmaq və vitaminli 
ot  unu  hazırlamaq  olar.  Kökümeyvəsinin  tərkibində  9-16% quru 
maddə, 5-10% şəkər, 1,0 - 1,5% zülal,0,7-1,6% kül olmaqla, as-
kor
bin turşusu ilə zəngindir. 100 kq kökümeyvəsində 1,0-1,2 kq, 
yarpaqlarında isə 1,5-1,6 kq həzm olunan protein vardır.
  
Hektardan 800-
1000 sentnerə qədər kökümeyvə məhsulu verə 
bilir. Orta məhsuldarlığı isə 400-450 s/ha-dır. Yarpaq məhsuldar-


73 
 
lığı isə kökümeyvə məhsuldarlığının təxminən 1/3 qədərdir. Hek-
tardan 10-15 sen. toxum verir 
(Şəkil 9, s. 117). 
Yem turpu (turneps) 
insanlar tərəfindən çox qədim zaman-
lardan becərilən, tezyetişən, soyuğadavamlı, yüksək məhsuldar, az 
tələbkar  bitkidir.  Yem turpu  yabanı  turpdan  əmələ  gəlmiş  və 
Avroasiyada geniş yayılmışdır.
 
Onun Rusiya ərazisində qida üçün 
becərilməsi  şüurlu  əkinçiliyin  başlandığı  vaxtdan  hesab  edilir. 
XIX  əsrin  əvvəllərindən  isə  yem  bitkisi  kimi  becərilməyə 
başlanmışdır. Bu vaxtdan da şalğam bitkisinin iki adı yaranmışdır: 
1) 
şalğam  (qida  kimi  istifadə  edilən,  məhsuldarlığı  aşağı,  ancaq 
nisbətən  şirin  sortları),  2)  turneps  (yem  kimi  istifadə  edilən, 
məhsuldar, az dadlı sortları). Yem turpunun əsas əkinləri Rusiya-
nın  Qeyriqaratorpaq  zonasında  cəmlənmişdir.  Soyuğadavamlılığı 
və vegetasiya müddətinin qısa olması onun Qütb dairəsinin riskli 
əkinçilik  rayonlarınıda  da  müvəffəqiyyətlə  becərilməsinə  imkan 
verir. 
 
Hektardan 500-
600 sentnerə qədər kökümeyvə məhsulu verə 
bilir.  Orta  məhsuldarlığı  isə  300-400 s/ha-dır.  Yerli  sortların 
yarpaq məhsuldarlığı kökümeyvə məhsuldarlığının təxminən 1/4 - 
1/5  qədərdir.  O da hektardan  şalğam  qədər  (10-15 sen.)  toxum 
məhsulu verir. 
 
Yem turpunun 
kökümeyvəsinin tərkibində 6-9% quru maddə, 
3-
6% şəkər, 0,8 -1,6% zülali maddələr, 0,6-0,8% kül, 19-50 mq%  
C vitamini  olmaqla, 
yarpaqlarında  və  sarı  rəngli  kökümeyvə-
lərində karotin olur. Qidalılıq dəyərinə görə yem turpu şalğamdan 
bir qədər geri qalır. Onun yarpaqları yem kimi təzə halda istifadə 
edilir, 
ayrılıqda  və  ya  başqa  kökümeyvəlilərlə  qarışıq  siloslanır. 
Ondan vitaminli ot unu da hazırlamaq olur.  
Botaniki  təsviri.  Şalğam  (Brassica napus L. ssp. rapifera 
Metzger
) və  yem turpu (Brassica rapa L. ssp. rapifera Metzger
bitkiləri kələmkimilər (Brassicaceae) fəsiləsinə daxil olan ikiillik  
çarpaztozlanan bitkilərdir.  
Kökü  yumru  formada  olmaqla,  yarpaqların  yaxşı  inkişaf  et-
miş rozetinə malikdir.
 
Şalğamın və yem turpunun toxumları cücə-
rərkən torpaq səthinə iri, girintili-çıxıntılı, ucunda ləpə yarpaqları 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə