Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə32/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

95 
 
Dibdoldurma 
КОН-2,8,  КУТС-  2,8  Б,  КОКС-  0,76  markalı 
kultivatorla aparılır. Bitkilərin dibi doldurulduqda gövdə üzərində 
yeni köklər və çoxlu stolonlar, yumrular əmələ gəlir, məhsuldarlıq 
kəskin  surətdə  artır,  yumrular  günün  altına  çıxıb  yaşıllaşmır  və 
keyfiyyəti  yüksək  olur.  Bunu  nəzərə  alaraq  ən  azı  2  dəfə 
dibdoldurma tətbiq edilir. 1-ci dibdoldurma  gövdələrin uzunluğu 
15-18 sm-
ə  çatdıqda  aparılır  və  gövdənin  baş  hissəsində  5-7 sm 
açıq qoyulur. Bir daha gövdələr 13-17 sm-ə çatdıqda eynilə 2-ci 
dəfə  bitkilərin  dibi  doldurulur.  Bununla  da  cərgəarası  becərmə 
dayandırılır.  Alaqlara  qarşı  2-3  dəfə  cərgə  aralarına  kultivasiya 
çəkilir, ya da bellə yumşaldılır.  
Suvarma rejiminin 
böyük  rolu  vardır.  Faraş  kartof  kütləvi 
cücərməyə  qədər  ən  çoxu  1-2  dəfə  suvarılır.  Çox  suvarıldıqda 
torpaq  soyuyur,  istilik,  qida  və  hava  rejimi  pozulur.  Kütləvi 
çiçəkləmə zamanı və ondan sonra 2-3 dəfə suvarılır. Bu müddətdə 
suvarmadıqda yumrular çox xırda olur. 
Fitoftoroz  kartofa  ən  çox  zərər  verən  xəstəlikdir.  Ona  qarşı 
mübarizə üçün bitkiləri 1% -li bordo məhlulu ilə çilənir və hər 7-8 
gündən bir təkrar edilir. 
Azərbaycanda son vaxtlar Koloroda böcəyi geniş yayılmış və 
çox zərər verir. Ona qarşı mübarizə üçün böcəklər  çoxalan kimi 
xlorofos  məhlulu  çilənir.  Çiləmə  gecikdikdə  çoxlu  sürfələr  çıxır 
və  torpağın  məsamələrinə  də  tökülür.  Son  dövrlərdə  Aktara 
preparatının tətbiqi daha yaxşı nəticə verir, hektara 120 qram sərf 
olunur. 
Məhsulun  yığılması.  Məhsul  tam  yetişmə  dövründə  yığılır. 
Yetişmiş  yumruların  sıx,  möhkəm  epidermis  qatı  olur.  Onlar 
qurumuş  stolonlardan  asanlıqla  ayrılır.  Adətən  yığıma  5-7 gün 
toxumluq sahələrdə isə 10-12 gün qalmış yerüstü kütlə biçilir. Bu 
iş КИР -1,5 rotasiya aqreqatı ilə yerinə yetirilir. Toxumluq sahə-
lərdə yerüstü kütləni maqnezium-xloratın 60%-li məhlulu ilə çilə-
yirlər. Faraş kartof kütləvi çiçəkləmə fazasından hissə-hissə qazı-
lıb  realizə  olunur.  Azərbaycanda  faraş  kartof  polietilen  altında 
becərildikdə aprelin 20-25-dən, açıq sahədə becərildikdə isə ma-
yın  10-20-dən  yığılmağa  başlayır.  Yaz-yay  dövründə  istifadə  et-


96 
 
mək  üçün  hissə-hissə  qazılır.  Lakin,  bitkinin  yerüstü  kütləsi 
(bəlim)  quruduqda  yumrular  kütləvi  surətdə  yetişir  və  birbaşa 
yığıla bilər. Birdəfəlik yığmaq üçün əvvəlcə bəlim biçilir (УБД-3 
А  ilə),  sonra  КТН-2Б  kartofqazanı  ilə  qazılıb  çıxarılır,  yaxud 
ККУ-2  “Drujba”  kombaynı  ilə  yığırlar.  Kombayn  yumruları 
torpaqdan, bəlimdən və digər qatışıqlardan təmizləyir və bunkerə 
yığır.  Yığılmış  yumrular  sərilərək  qurudulur  və  iriliklərinə  görə 
çeşidlənir (50 qr. 50-80 qr., 80 qramdan iri). Çeşidləndikdən sonra 
yumrular 
xüsusi anbarlarda saxlanılır. Yumruların tərkibində nəm-
lik  75%  olduğundan  tez  xarab  olur.  Bunun  üçün  də  saxlama 
müddətində optimal temperatur, nəmlik və hava qarışığı olmalıdır. 
Yumruları  yükləyən və boşaldan zaman fikir vermək lazımdır ki, 
düşmə  məsafəsi  30  sm-dən  artıq  olmasın.  Yumruları  bir  yerdən 
başqa yerə daşımaq üçün yaxşı olar ki, yeşiklərdən, səbətlərdən və 
kisələrdən  istifadə  olunsun.  Saxlamaq  üçün yumrular anbarlarda 
2,5-
4  metr  hündürlüyündə  yığılır.  Yumrular  yaxşı  havalanma 
gedən anbarlarda saxlanılır.  
Yumrular  anbarlarda  yığıldıqdan  sonra  3-  4  həftə  15-16 
0

temperaturda  saxlanılır.  Əgər  yumrularda  zədə  yoxdursa  tempe-
raturu 18 
0
C-
yə  çatdırmaq  olar.  Nisbi  rütubət  90-95% olmaqla 
müalicə  müddəti  8-10  günə  başa  çatır.  Soyutma  (temperaturun 
aşağı  endirilməsi)  dövrü  (2-ci dövr) 20-40 gün davam edir. 
Temperatur  tədricən  2-4 
0
C-
yə  enir.  Anbarlarda  yumruların  əsas 
saxlanması 2-4 
0
C-
yə və havanın nisbi rütubəti 85-95%-ə bərabər 
olmalıdır. Faraş  kartof orta hesabla hektardan 20-35 ton məhsul 
verir.  
Kartofun  
Azərbaycanda  rayonlaşdırılmış  sortları 
 
Əmiri - 600Bu sort Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik 
İnstitutunun  kartofçuluq  laboratoriyasında  fərdi  seçmə  yolu  ilə 
1972 - ci 
ildə alınmışdır.  
İnstitutun  təcrübə  stansiyalarında  hər  hektardan  280-300 
sentner, 
Dövlət sort sınağında hər hektardan 200-dən 320 sentnerə 
qədər məhsul vermişdir. Yumrularında 25% quru maddə və 18% 
nişasta vardır.  


97 
 
Fitoftora 
xəstəliyinə nisbətən davamlıdır. Xərçəng xəstəliyinə 
qarşı davamlıdır. Sort orta müddətdə yetişəndir. Yumruları uzun-
sov 
və sarı rənglidir. Saxladıqda yaxşı qalır.  
Sort 
respublikamızda becərilmək üçün 1993-cü ildən perspek-
tivli 
sayılmışdır.  
Cədvəl  4 
Az
ərbaycanda 2010 - cu il üçün rayonlaşdırılmış kartof 
sortları 
s/s 
Sortlar  
Yetişməsi 
Rayonlaş- 
dırıldığı il 
Yaradıldığı yer 

Oqonyok 
Orta yetişən 
1982 
Belorus  

Radomişiskiy 
Orta yetişən 
1989 
Ukrayna  

Nevski 
Orta yetişən 
1990 
Şimal- Qərb ETKTİ 

Sevinc 
Orta yetişən 
1990 
Az. ETƏİ 

Laymdota 
Orta yetişən 
1991 
Latviya  

Ukrainskiy 
rozovıy 
Orta yetişən 
1993 
Ukrayna 

Əmiri - 600 
Orta yetişən 
1993 
Az. ETƏİ 

Filea 
Tez yetişən 
2006 
Hollandiya 

Solara 
Tez yetişən 
2006 
Hollandiya 
10 
Nora 
Tez yetişən 
2006 
Hollandiya 
11 
Aqriya 
Tez yetişən 
2006 
Hollandiya 
12 
Laura 
Tez yetişən 
2006 
Hollandiya 
13 
Marabel 
Tez yetişən 
2006 
Hollandiya 
14 
Mona liza 
Tez yetişən 
2006 
Hollandiya 
15 
Spunta 
Tez yetişən 
2006 
Hollandiya 
16 
Arinda 
Tez yetişən 
2006 
Hollandiya 
17 
İmpala 
Tez yetişən 
2006 
Hollandiya 
18 
Telman 
Orta yetişən 
2009 
Az. ETƏİ 
 
Sevinc
Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun 
kartofçuluq  şöbəsində  yaradılmışdır.  Növlərarası  cinsi  hibridləş-
dirmə yolu ilə ilk klonu 1974 - cü ildə seçilmişdir. İnstitutun təc-
rübə  stansiyalarında  hər  hektardan  360-dan  450  sentnerə  qədər 
məhsul vermişdir. Müqayisə etdiyimiz Oqonyok sortu isə hər hek-
tardan 200-250 
sentnerə qədər məhsul vermişdir. Dövlət sort sına-
ğı məntəqələrində Sevinc sortu hər hektardan 160 sentnerdən 407 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə