Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

89 
 
Birinci  yemləməni  tam  çıxışdan  sonra,  birinci  becərmədən 
gec olmayaraq hektara 20-
30 kq azot və 5-10 ton peyin şirəsi (4-5 
dəfə su ilə duruldulmuş ) hesabı ilə aparmaq lazımdır.  
Boz  və  qara  torpaqlarda  hektara  10-20  kq  azot  və  15-20 kq 
fosfor verilir.  
Xlorlu kalium gübrəsi kartof əkininə payızda şum altına veril-
məlidir ki, xlorun mənfi təsiri zərərsizləşsin. 
Əgər  kartof  yüngül  qranulometrik  tərkibli  torpaqlarda  becə-
rilirsə,  digər  gübrələrlə  yanaşı  hektara  40-50 kq maqneziumlu 
gübrə  vermək  lazımdır.  Çünki  bu  həm  məhsuldarlığı,  həm  də 
yumrularda ni
şastanın miqdarını artırır.  
Səpin  qabağı  yumruların  0,05%-li mikroelement (bor, sink, 
mis, molibden) məhlulları ilə işlənilməsi müsbət nəticələr verərək, 
məhsuldarlığı 12-15% artırır. 
Əkin materialının səpinə hazırlanması.  Başqa bitkilərə nis-
bətən  kartofun  məhsuldarlığı  əsasən  əkin  materialının  keyfiy-
yətindən  çox  asılıdır.  Səpin  üçün  götürülən  kartof  yumruları  to-
xumluq  sahədə  yüksək  aqrotexnikada  becərilmiş  olmalıdır. 
Payızda məhsul yığılarkən yumrular sağlamlığına və iriliyinə görə 
seçilir. Toxum üçün 
seçilmiş  yumrular  nazik  qatla  sərilib 
qurudulur. Günəş altında yumrular  yaşıllaşır. Bu cür hazırlanmış 
yumrular  anbarlarda  yaza  qədər  saxlanılır.  Yazda  seçilərək 
maşınla  basdırıldığına  görə  kolibirlənir.  Kolibirləşdirilmiş  yum-
rular eyni vaxtda cücərti verir. Kolibirləşdirmə KCP-15, KCP-25 
maşınlarında  aprılır.  70-80  qramlıq  yumrular  daha  keyfiyyətli 
səpin materialı sayılır. Kütləsi 80 qr-dan ağır olan yumrular ərzaq 
üçün  istifadə  olunur.  Yazda  yumrular  işıqlı  binada  10-12 
0

temperaturda 30- 40 gün yarov
izasiya edilir. Binada havanın nisbi 
rütubəti 80% olmalıdır.  
Kartof    yumruları  yarovizasiyaya  qoyulmamışdan  qabaq 
0,5%-
li  formalinlə  dərmanlanır.  5  dəqiqə  formalində  saxlanılan 
yumrular 2 saat brezent materialda saxlanılır. Bu zaman xəstəlik 
törədən  göbələklərin  sporları  məhv  olur.  Sonra  açıq  havada 
yumrular  qurudulur.  Dərmanlamaq  üçün  1  ton  yumruya  5-7 kq 


90 
 
hesabı ilə TMTD və ya 0,02%-li mis kuporosu məhlulundan isti-
fadə edilə bilər. 
Əkindən qabaq yumrular zəif  manqan-sulfat (0,15%-li), bor 
turşusu  sink-sulfat (0,05%), ammonium-molbidenat (0,05%), 
kobalt-sulfat (0,01%-li), kalium-yod (0,01%-
li)  məhlulları  ilə 
işlənir. 
Yumruların  əkinə  hazırlanması,  əkin  müddəti,  üsulu  və  
norması.  Kartof  əkinlərində  sağlam,  hamar  və  məhsuldar 
yumrulardan  istifadə  olunması,  intensiv texnologiyada kartof 
istehsalını  artırmağın  vacib  şərtlərindəndir.  Əkin  materialı  kimi 
toxumluq sort DST-a 
(dövlət standartına) cavab verərək yumrular 
bütün,  sağlam,  quru,  təmiz  və  tipik  olmalıdır.  Əkin  materialları 
birinci  sinif,  qara  ayaq,  həlqəvi  çürümə  və  gövdə  nematodu  ilə 
yoluxmamalıdır.  Belə  əkin  materiallarını,  yəni  yüksək  məhsul 
vermək  potensiallına  malik  olan  toxumları  təsərrüfatın  daxilində 
təşkil  etmək  olar.  Yumruların  əkinə  hazırlanması  əsasən  sortlaş-
dırma,  çeşidləmə,  havalandırıb  qızdırmaq,  cücərtmək,  dərman-
lamaq, makro və mikroelementlərlə işləmək, boy tənzimləyicilərlə 
(nizamlayıcı) işləmək və s.- dən ibarətdir. Yumruların sortlaşdırıl-
ması  çeşidləmə  məntəqələrində  aparılır.  50-80  qr.  kütləsi  olan 
yumrulardan  əkin  materialı  kimi  istifadə  olunması  bioloji  və 
iqtisadi cəhətdən daha çox məqsədə uyğun sayılır.  
Yumruların əkinə hazırlanması üsulları çoxdur. Bunlar yum-
ruların bölünməsi, gözlərin üstündən kəsik açma, qızdırma, quru 
cücərtmə, yumruların gübrələrlə işlənməsi, onların bakterial güb-
rələrlə işlənməsi və s.- dir. 
Yumruları  əkinə  qədər  10  kq-lıq  yeşiklərdə  2-3  qat  yığaraq 
0+2 
0
C-
də seçilmədən və köçürmədən saxlayırlar: Bu halda yum-
rular cücərmir. 
Məhsulun  tez  alınması  üçün  yuxarıda  qeyd  olunan  üsullarla 
yumrular əkinə hazırlanır. Habelə boy maddələri, qamma-şüalan-
ma və ultrasəslə də işləyirlər. 
Yumruların bölünməsi çox vaxt və zəhmət tələb etdiyi üçün 
məhdud  halda  tətbiq  edilir,  yalnız  100  qramdan  iri  yumrular 
kəsilir. Kəsilən yerdə adventiv tumurcuqlar əmələ gəlir ki, bunlar 


91 
 
da gözcüklər kimi cücərti verirlər.   
Yumruların səthində gözlərdən yuxarı 10 mm dərinlikdə kə-
sik açılması tumurcuqların daha tez oyanmasına və məhsuldarlığın 
xeyli artmasına səbəb olur. 
Yumrular  bölünərkən  və  üzərində  kəsiklər  açarkən  bıçaqlar 
münt
əzəm sürətdə formalin məhlulu ilə (1: 200-də duruldulmuş) 
dezinfeksiya edilməlidir. 
Yumruların  səpinə  hazırlanması  üçün  ən  çox  yayılmış  üsul 
yumruları  havada  qızdırmaqdır.  Yumrular  açıq  meydançalarda 
(16-20 
0
C-
də və 60-70% nisbi rütubətdə) 7-10 sutka qızdırılır. Bü 
müddətdə  amilaza  fermentinin  fəallığı  artır  ki,  bu  da  nişastanı 
şəkərə  çevirməklə  gözcüklərin  qidalanmasını  sürətləndirir,  göz-
cük
lərin tumurcuqları inkişaf edirlər və çıxışlar 4-5 gün tez alınır. 
Şəraitdən asılı olaraq cücərdilib əkilmiş sahələrdə hektardan 30-80 
sentnerə qədər əlavə məhsul götürmək mümkündür.  
Səpinqabağı  yumruları  işıqda  cücərtmə  erkən  əkinlər  üçün 
daha səmərəlidir. Bu üsulla əkdikdə yumruların tərkibində nişasta 
0,5-
0,7% artır.  
Daha  tez  məhsul  almaq  üçün  yumruları  quru  halda  cücər-
dirlər. Günəş şüaları altında, ya da 40-50 Vt/m
2
 
gücündə elektrik 
işığı  verməklə  işıqda  12-15 
0
C-
də,  70-80%  nisbi  rütubətdə 
yumrular  cücərdilir.  Cücərtmə  15-25 gün davam edir. Bu müd-
dətdə  0,5-1,5  sm  uzunluqda  yoğun  və  möhkəm  cücərtilər  əmələ 
gəlir,  köklərə  başlanğıc  verən  təpəciklər  törəyir.  Bəzən  noxud 
irilikdə yaxşı yumrular əmələ gəlir. Bunlar uzana bilməmiş stolon-
lardır.  Cücərdilmiş  yumrular  əkindən  7-10  gün  sonra,  cücər-
dilməmiş yumrular isə 15-20 gündən sonra cücərti verir.  
Adətən  saxlayıcılarda  kartof  yumruları  2-5 
0
C temperaturda 
saxlanılır. Yumruları şoka salmamaq üçün 15-20 gün müddətində 
temperaturu tədricən 1 
0
C artıraraq 15-20 
0
C-
ə çatdırırıq. Sonrakı 
15  gündə  də  cücərtmə  davam  etdirilir,  cəmi  30  gün  müddətinə 
yumrular cücərdilir. Cücərtilərin uzunluğu 3-5 mm olarsa normal 
hesab olunur.  
Əkin üçün 50-70 qramlıq yumrular götürülür. İri yumruların 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə